Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə24/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   20   21   22   23   24   25   26   27   ...   159

78

Seyid Cəfər Pişəvəri

əməl edib o prinsiplərlə yaşayaq. Bundan əlavə, mən sənin 

bö yüyünəm, ata əvəziyəm və bütün tapşırıqlarımı yerinə ye-

tirməlisən. 

Əhmədağa sükut etməyə  məcbur oldu və etiraz əlaməti 

olaraq başını fırladaraq özü-özünə dedi: 

– Burada susmaqdan başqa çarə yoxdur. Sabah Allah kə-

rim dir. Onlar nə deyirlər desinlər, biz də öz bildiyimizi edə-

cəyik. 

Mirzə Mehdi dedi: 



– Bəli, ümid edirəm ki, bütün işlərimiz bu gecənin möv-

zusu kimi müvəffəqiyyətlə öz həllini tapsın. Hələlik bu məsələ 

həll oldu. Əvvəlcədən şirkətin təşkili münasibəti ilə hamınızı 

təbrik edirəm. 

Sonra cibindən bir nişan üzüyünü çıxarıb  Əhmədağaya 

ver di  və üzüyü Əbdülsəmədə  təqdim etməyi israrla ondan 

tələb etdi. Həmçinin bir üzük də Hacı Qasımdan alaraq Əh-

mədağaya verdi və onların hər üçünü təbrik etdi. 

Əhmədağa üzüyü aldıqdan sonra narazı halda üzünü məc-

lis iştirakçılarına tutub dedi:

 – Ağalar! Mən bu üzüyü bir şərt ilə qəbul edirəm. Əgər 

qızım razılıq verməzsə, onu geri qaytaracağam. Lakin həmin 

an qonaqlar bir-birləri ilə xoş-beş etdikləri üçün özlərini eşit-

məz liyə vuraraq onun sözlərinin müqabilində heç bir reaksiya 

gös tərmədilər. Çox keçmədən Mirzə  Ələmdar da bir böyük 

sini şir niyyatla  otağa daxil olub qonaqlara təqdim etdi. Belə-

liklə, şir niyyat  yeyildikdən sonra Hacı Qasımın ziyafət gecəsi 

qurtardı. Qonaqlar getmək məqsədilə ayağa qalxdılar. Hacı 

Qasım da on ları qapıya qədər müşayiət etdi. 

Fars dilindən tərcümə edəni: 

Yədulla Kənani (Nəminli)



79

 

HƏMZƏ FƏTHİ XOŞGİNABİ



Həmzə Fəthi Xoşginabi (1922-1989) Güney Azərbay-

ca nın Təbriz şəhəri yaxınlığında yerləşən Xoşginab kən-

dində do ğulmuşdur.  İlk təhsilini doğulduğu kənddə al-

mışdır. Lakin ehti yac üzündən təhsilini yarımçıq buraxıb 

İranın müxtəlif şəhər lə rində fəhləlik etmişdir.

Azərbaycan Milli Hökumətu dövründə dövlətin rəsmi 

mət buat  orqanı olan “Azərbaycan” qəzetinin məsul re-

daktoru işlə mişdir. 

1946-cı ilin dekabrında Sovet Azərbaycanına müha-

cirət et mişdir. Burada “Azərbaycan” qəzeti redaksiyasın-

da müxtəlif və zi fələrdə çalışmışdır (1946-1956).

Moskvada ali ədəbiyyat kurslarında təhsil almış 

(1956-1958), bir müddət Bolqarıstanın Sofi ya şəhərində 

ideoloji işdə çalışmışdır (1961-1964).

Mosvkada İctimai Elmlər Akademiyasının aspirantu-

rasını bitirmiş (1964-1967), Tacikistan Maarif Nazirliyin-

də  işləmişdir (1967-1969). Daha sonra Moskvada SSRİ 


80

Həmzə Fəthi Xoşginabi

Elmlər  Akade mi yasının  Şərqşünaslıq  İnstitutunda baş 

elmi işçi vəzifəsində çalış mışdır.

İran İslam inqilabından sonra Təbrizə getmiş, bura-

da Azər baycan  şairlər və yazıçılar cəmiyyətini yaratmış, 

onun sədri kimi fəaliyyət göstərmişdir (1979-1980). Hə-

min cəmiyyətin orqanı ki mi “Ülkər” dərgisini təsis etmiş-

dir. Bir il sonra təkrar Moskvaya dönərək ömrünün sonu-

na qədər burada yaşamışdır.

1989-cu ildə Moskvada vəfat etmiş, Bakıda dəfn olun-

muş dur.

Yaradıcılığa orta məktəb illərində fars dilində yazdı-

ğı şeir lərlə başlamışdır. 1945-ci ildən sonra doğma Azər-

baycan türkcəsində yazıb yaratmağa başlamışdır. O, eyni 

zamanda, tərcümə fəaliy yəti ilə də məşğul olmuşdur. 

“İki dost” (1951), “Son bayraqdar” (1956), “He-

kayələr” (1956), “Məhəbbət və nifrət” (1965) adlı he-

kayələrdən ibarət ki tabların nəşr etdirmişdir. Yazıçının 

1959-cu ildə nəşr etdirdiyi “İki qardaş” və “Ata” roman-

ları ona şöhrət gətirmişdir.


81

Bir gecənin son saatlarında

BİR GECƏNİN SON SAATLARINDA

Zöhrənin səbirsizliklə gözlədiyi adam hələ gəlib çıxma-

mışdı. Yarım saatdan çox idi ki, o, qaranlıq dalanın daş döşə-

məsində durub, qulaqlarını küçə qapısına yatırmışdı.  İçəri 

tərəf dən qapıya tutulan tənəkə qışın şaxtasını özünə çəkdiyi 

üçün qız bədənində bir üşütmə hiss edirdi.

Birdən uzaqdan atəş  səsi eşidildi. Zöhrə diksindi. Onun 

ürəyi aramsızlıqla döyündü. Bu atəş, fəlakət üz verdiyini gös-

tərirdi.  Şəhərdə nizami hökumət elan olunmuş  və saat doq-

quz dan sonra gəl-get qadağan edilmişdi. Qız bir ayağını pil-

ləkənin üstünə qoydu və sağ əlini dizinə dayayıb ikiqat oldu, 

qulağını yenə də qapıya dayadı. Onun sarsıdıcı intizarına yenə 

də donmuş dəniz sükutunu andıran bir sükutdan başqa cavab 

verən olmadı.

“İşlər yaman olacaq! Görəsən, kimə atəş açdılar? – deyə 

Zöhrə düşündü. – Bircə bu dəqiqələr qurtarsaydı!..” O, şax-

tadan ayaqlarının odun parçası kimi hissiz olduğunu duydu. 

Dişləri bir-birinə dəyirdi. Dizləri əsirdi.

Bir qədər də gözlədikdən sonra Zöhrə dalanda dayan-

mağın mümkün olmadığını görüb evə qayıtdı. Başmaqlarını 

çıxardıb təmizlədikdən sonra otağın ortasında qurulmuş kür-

sünün altına girdi. Yorğanı başına çəkdi ki, tez qızışsın. Ancaq 

o, bu zaman da iztirablı düşüncələrdən ayrıla bilmədi. Onun 

nəzərində qarlı küçələr, bu gecə buraya gəlməli olan Səid, hər 

dəqiqə edam təhlükəsi altında olan məhbus demokratlar can-

landı. Bir neçə dəqiqə keçmədən Zöhrə yenə də ayağa qalxdı, 

yenə də dalana gəldi, yenə də küçəyə qulaq asmağa başladı.

Sükut!.. Zülmət!.. Bir yerdə mıxlanıb qalan dəhşətli an-

lar!.. Birdən bir inilti səsi, yenə də amansız bir sakitlik!..

Həyəcan qızın vücudunu bürüdü. O, bir anlığa tərəddüd 

içində dayandı. Sonra küçə qapısını ehtiyatla açdı. Küçəyə 



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə