Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə23/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   19   20   21   22   23   24   25   26   ...   159

75

Nadirə

– Bəli, Mirzə haqlıdır, siz təcrübəsiz bir gəncsiniz. Mirzə 

Meh dinin  tapşırıqlarına əməl etməyiniz daha yaxşı olar. Ona 

ta beçiliyiniz  olmalıdır. 

Mirzə Mehdi yenidən sözünə davam edib dedi: 

– Bəli! Əsas mövzuya qayıdaq. Təklifl ərimdən biri Əhmə-

dağanın ehtiyatsız işlərinin qarşısını almaqdır və görürəm ki, siz 

də bu təklifl ə razısınız. Əhmədağa bundan belə bir az ehtiyatlı 

olmalıdır. Allah göstərməsin, ifl asa uğraya bilər. Çünki onun iş-

lə rinin  sahəsi genişdir. Biz hamımız yaxşı bilirik ki, onun ifl asa 

uğraması hamımızın ziyanına ola bilər. Biz onun işlərini nəza-

rətdə saxlamaqla, onu himayə etməliyik. Günü sabahdan onun 

xaricdə və daxildə olan bütün müəssisələrinin bölmələri ləğv 

olmalıdır. Onun ancaq baş ofi sindən başqa bir idarəsi qalma-

malıdır. Lazım gəldikdə o, bizim şöbələrə müraciət edə bilər. 

Xüsusilə, onun sənaye müəssisələri tezliklə satılmalıdır. 

Hacı Qasım Mirzə Mehdinin bu təklifi ndən çox razı qal-

dı. Qapı  ağzında heykəl kimi donub qalmış Mirzə  Ələmdar 

və Hə sənağaya işarə ilə çay, qəlyan gətirməyi tapşırdı. Sonra 

üzünü qo naqlara tutub dedi: 

– Mirzə, həqiqətən Əhmədağanı bu ağır vəziyyətdən qur-

tarıb bizə  də böyük kömək oldunuz. Sizin bu qədər tədbirli 

ol ma ğınızdan məmnun oldum. 

Burada Mirzə Mehdi Hacı Qasımın sözünü kəsərək dedi: 

– Düşünürəm ki, bütün ticarət problemlərimiz öz həllini 

tapdı. Əgər icazə versəniz bir neçə söz də qohumluq müna-

sibətləri barədə demək istərdim. Çünki bu hər iki məsələ 

bir-biri ilə bağlıdır. Qohumluq və ailə münasibətlərinin olma-

sı bu bir liyin əsas təməli sayılır. 

Bu xüsusda bütün qonaqlar bir-birləri ilə söhbət etməyə 

başladılar. Hacı Qasım Mirzənin sözlərini təsdiqləyib dedi: 

– Doğru deyirsiniz, mən də dəfələrlə demişəm ki, dost-

luğumuzun möhkəmlənməsi üçün hər şeydən əvvəl bir-biri-

mizlə ailəvi münasibətlər qurmalıyıq. 




76

Seyid Cəfər Pişəvəri

Hacı Əbdülsəməd də dedi: 

– Bəli, pis fi kir deyil, mən də razıyam, amma necə? 

Əhmədağa etiraz edib dedi: 

–Mirzə dayı, siz mövzudan çox uzaqlaşdınız. Hələ ticarət 

işləri barədə bir qərara gəlməmisiniz. O ki qaldı başqa şey-

lərə... Qohumluq münasibətləri nə deməkdir? İşimizdə min-

lərlə mane ələr və çətinliklər mövcuddur. Mirzə Mehdi cavab 

verib dedi: 

–  Əgər çətinlikləri həll edə bilməsək, onda tacirlikdən 

və kişilikdən danışmaq boş  şeydir.  İnsan bütün çətinliklərlə 

müba rizə etməlidir. Hal-hazırda ifl asa uğramaq təhlükəsi ilə 

üzləş diyin  çətinliklər bizi də mal-dövlət itirmək qorxusu ilə 

qarşı-qarşıya qoyub. Bundan böyük təhlükə nə ola bilər? Sizin 

də baş qa  qərbyönlü adamlar kimi məmləkətin düşdüyü ağır 

vəziy yətdən xəbəriniz belə yoxdur. Sizin ölçünüz ancaq Qərb 

ölkələri üçün münasib ola bilər. Atalar demişkən: Rüsvay ol-

maq istəmir sənsə, camaata uyğunlaşmalısan. 

Hacı Qasım dedi: 

–Həqiqətən, doğru deyirsiniz. Biz gərək ata-babalarımızın 

adət-ənənəsini müqəddəs bilib onların əksinə əməl etməyək. 

Bu yurub  çayınızı için. 

Mirzə Mehdi:

 – Bəli, mənim məqsədim qohum olmaq barədə idi və bu 

da o qədər çətin iş deyil. Hacı Qasımın mənim oğlumu nökər-

liyə qəbul edib qızlarının birini ona verməsini xahiş edirəm. 

Həm çinin  eşitmişəm ki, Hacı Əbdülsəmədin də gözəl bir qızı 

var. Fikrimcə, Əhmədağa üçün yaxşı və vəfalı həyat yoldaşı 

ola bilər. İnanıram ki, Hacı ağa bu xahişimi yerə salmayacaq. 

Bu zaman Hacı Əbdülsəməd təzə yuxudan oyananlar kimi 

heyrətlə ətrafa nəzər salıb dili tutula-tutula dedi: 

– Bəndə! Mən! Mənim heç sözüm yoxdur. Amma ola bilsin 

ki, qızım razılıq verməsin. Düşünürəm ki, dostumuz Əh mədağa 

da öz fransalı həyat yoldaşına çox vəfalı qaldığı üçün belə bir işə 




77

Nadirə

cəsarət etməz. Əhmədağa, siz bu işə nə deyirsiniz? Mən deyən 

kimi deyil? Halbuki, mən fəxrlə bu evliliyə razılıq verərdim. 

Mirzə Mehdi dedi: 

– Siz qızınızı razılaşdıracaqsınız. Doğrudur, qərbpərəst 

qız ları razılaşdırmaq bir az çətin olsa da, məcburiyyət qar-

şısında quzu kimi sakit olurlar. Əhmədağanın fransalı həyat 

yoldaşı isə iki ildir ki, ölübdür. Necə olub ki, sizin bu hadisə-

dən xəbəriniz olmayıb? 

Hacı Əbdülsəməd dedi: 

– Mən! Bəndə! Mən İranda olmamışam. Dörd il olar ki, 

Tehrana yolum düşməyib. Allah rəhmət eləsin. Çox yaxşı qa-

dın idi. İndiyədək  əziz dostum Əhmədağaya başsağlığı ver-

mədiyim üçün üzr istəyirəm. 

Əhmədağa dedi:

 – Çox sağ olun. Dediyiniz kimi, mən daha evlənmək 

barədə düşünmürəm. Hər halda bu xüsusi bir iş olduğu üçün, 

kimsə ona müdaxilə etməməlidir. Artıq bu haqda söhbətə son 

verməyinizi xahiş edirəm. 

Mirzə Mehdi dedi: 

– Bir sözü neçə dəfə təkrar edirsiniz. Qoyun işimizi görək. 

Vaxt keçir. Məsələn, bu qohumluqlardan ən vacibi Əhməd-

ağa nın qızı ilə Hacı Qasımın oğlunun izdivacıdır. 

Hacı Qasım dedi: 

– Həqiqətən, çox yaxşı deyirsiniz! Mənim üçün bu qo-

hum luq  başucalığıdır. Ümid edirəm ki, Əhmədağa da bu 

qohumluq dan  məmnun olacaq. 

Əhmədağa dedi: – Çox təəssüfl ə deməliyəm ki, bu haqda 

heç bir nəzər sahibi deyiləm. Mənim fi krimcə, qız və oğlan 

hər ikisi müştərək yaşayışları barədə özləri qərar ver məlidir. 

Mirzə Mehdi dedi: 

– Əhmədağa! Mənim əzizim! Təkrar edirəm, bundan ar-

tıq utandırıcı hərəkətlər lazım deyil. Sən qərbpərəstliyi Avro-

pa üçün saxla, qoy biz dədə-babalarımızın adət-ənənələrinə 




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə