Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə29/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   25   26   27   28   29   30   31   32   ...   159

96

Həmzə Fəthi Xoşginabi

– Elə  hər  şeyi başa düşdüyümüz üçündür ki, bizi edam 

edirlər.

– Əlahəzrət sizi əfv eləyə bilər. Bu fürsəti əldən vermək 

olmaz. Bir qardaş kimi deyirəm, Mahmud!

– O bizi əfv edə bilər. Bunun da səbəbi tamamilə aydındır. 

Bəs biz? Biz onu əfv edə bilmərik. Təbrizin küçələrinə axıdı-

lan qanlar hələ qurumayıb. Azərbaycan qatillərin çəkmələri 

altında inləyir. İranda azadlığı boğmuşlar. Yox, millət qatilləri 

əfv eləyə bilməz. Mənim yoldaşlarımın, bu mübariz zabitlə-

rin hər birinin qanlı köynəyi İran xalqları üçün bir mübarizə 

bayrağı olacaqdır. Əlahəzrət bu bayraqları ləkələmək ümidin-

dədirsə, səhv edir. Ölümdən, azadlıq yolunda həlak olmaqdan 

daha şərəfl i, daha müqəddəs və təsəlliverici bir arzu ola bil-

məz. Bunu əlahəzrətə çatdırarsan. Mən gedə bilərəmmi?

Mürtəzəvi ayağa qalxdı. Darabi nə deyəcəyini kəsdirə 

bil mədi. O etinasız halda qapıya doğru gedən Mürtəzəviyə 

baxır dı...

* * *

Boz buludlar Təbrizin üzərindən hələ çəkilməmişdisə də



üfüqdə səma aydınlaşmışdı, bir neçə ulduz vidalaşmaq istə-

yirmiş kimi uzaqdan pər-pər çalırdı. Səhərin açılmasına o qə-

dər qal mırdı.

Mürtəzəvinin kameraya qayıtmasından iyirmi dəqiqə keç-

məmişdi ki, zindanın koridorunda ayaq tappıltıları eşidildi.

Əzimi ayağa qalxdı.

– Yoldaşlar, gəlin son dəfə öpüşək! – dedi. – Qəti dəqi-

qələr yaxınlaşır.

Ürəklər döyünür, dodaqlar və  əllər təəssüratın  şiddətin-

dən titrəyirdi. Bir məqsəd uğrunda döyüşən, öz talelərini əbə-

di olaraq birləşdirən, xalq yolunda şirin canlarından əl çəkmiş 

olan iyirmi yeddi qəhrəman silahdaşı qəlbindəki hisslərin axı-

nını ancaq bu vida öpüşlərində duymaq, görmək olardı...



97

Bir gecənin son saatlarında

Az sonra isə kameranın qapısı axırıncı dəfə olaraq məh-

bus ların üzünə açıldı. Onlar bir daha bu kameraya qayıt maya-

caqlarını düşünməkdən sanki mütəəssir olmuşdular. Bəlkə də 

bu quru, hissiz və möhkəm divarlar bir gün dilə gələcək və 

bu ağır günlər içərisində bu igid insanların nələr çəkdiklərini 

nağıl edə cəkdi.

Az sonra isə məhkumlar kameradan çıxarıldılar. Darısqal 

koridorun hər iki tərəfi ndə sıraya düzülmüş əsgərlərin ortasın-

da üçüncü bir sıra yarandı. Həyat sanki ölümlə mühasirə olun-

muşdu. Həyat eşqi isə qəlbləri döyündürür və parıltılı süngü-

lərin,  daş divarların arasından özünə yol açaraq, ümid və arzu-

ların işıqlı üfüqlərində qanad çalırdı. Məhbusların getməli ol-

duq ları yol sanki ölümə deyil, əbədi həyata qovuşan bir yol idi.

Zindanbanların  əllərindəki fənərlər koridora kədərli 

şölələr saçırdı.  Əsgərlər məhkumlara baxmaqdan sanki qor-

xur dular. Darabi koridorun bu biri başında durmuşdu. O, 

qəzəb, kin və eyni zamanda həyəcanla dolu baxışları ilə məh-

kumları ötəri ola raq gözdən keçirdi. Udqundu və sonra:

– Ağalar, fi kirləşməyiniz üçün hələ bir az vaxt vardır, – 

titrək bir səslə dilləndi, o heç kəsin üzünə baxmır və sözləri 

sanki qarşısındakı divara söyləyirdi. – Ağalar,  əfv istəsəniz, 

Azərbaycan Demokrat fi rqəsinə qarşı nifrətnamə yazsanız, 

əla həzrət sizi əfv edəcəkdir!

O yenə də adamları süzdü, lakin məhkumların mərd sifə-

tində yaranan istehzanı görməkdən qorxurmuş kimi gözlərini 

yenə qarşıdakı divara zillədi.

Məhkumların ölümqabağı təəssüratı iradəyə, gücə, kin və 

nifrətə çevrilmişdi. İndi onlar bu koridorda dayanmaqdan be-

zikdiklərini hiss eləyirdilər. Darabi dəstə fərmandehinə işarə 

elə dikdən sonra koridordan çıxdı.

Həyətə  çıxdıqda məhbuslar tutqun göyə, aydın və  işıq-

lı üfüqə həsrətlə baxdılar. Zindan olmasına baxmayaraq açıq 

ha vada  həyat, hərəkət, səmanın əbədiliyi daha artıq hiss olu-




98

Həmzə Fəthi Xoşginabi

nurdu. Küçələrdən qar kürəyənlərin səsi eşidilirdi. Soyuq qış 

havasını acgözlüklə udan məhkumlar burada da sıraya düzül-

dülər. Sonra onları zindanın həyətindən küçəyə çıxardılar.

Səhər sükutunu qar üstündə atılan addımların səsindən

bir də o tərəf bu tərəfə uçuşan qarğaların qarıltısından başqa 

pozan ayrı bir şey yoxdu. Lakin zindandan uzaqlaşdıqca həyat 

izləri daha artıq gözə çarpırdı. Küçələrdə qar kürəyənlər var-

dı. Qırmızı qapılı bir həyətin qabağında dayanan çadralı bir 

qadın aparılan məhbuslara baxıb fəryad çəkdi:

– Cəlladlar, gözünüz qan tökməkdən niyə doymur!

Hara isə gedən bir qoca kişi:

– Allah belə zəmanəni lənətə gətirsin! – dedi və dayanıb 

məhbuslara baxdı.

Sol tərəfdən bir həyətin qapısı açıldı, bir neçə nəfər başı-

nı bayıra uzatdı, lakin məhbuslar yaxınlaşanda qapı bağlandı. 

Ötüb-keçən məhbuslar içəridən hönkürtü səsi eşitdilər.

Əzim onunla irəlidə gedən Mürtəzəviyə baxdı: “Ana yur-

dumsan...” – dedi. Birdən hamı gur səslə oxumağa başladı:

Ana yurdumsan, ey şanlı Vətən!

Həmişəlik yaşa, Azərbaycan!

Darabaninin: “Susun!” – deyə  qəzəbli bağırtısı  nəğmə-

nin sonrakı misraları içərisində eşidilməz oldu. İyirmi yeddi 

müba rizin bu son döyüş nəğməsi getdikcə daha əzəmətli səs-

lənirdi. Addımlar daha möhkəm bir ahənglə atılırdı. Qəlblərin 

döyüntüsü nəğmənin sözlərində, misralarında daha təntənə ilə 

əks olunur du... 

Az sonra əsgərlər tərəfi ndən əvvəlcədən mühasirəyə alın-

mış Gülüstan bağının qarşısındakı meydança göründü. İndi 

an caq  addımların qar üzərində xışıltısı eşidilirdi. Meydança-

ya ya xın laşdıqda Qasimi:

– Yoldaşlar, “Delha!..” – dedi.

Yenə də mübarizlərin səsi gurladı.



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə