Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə12/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   8   9   10   11   12   13   14   15   ...   159

39

Kitab yüklü eşşək

Bundan sonra nə Siz cənabları  və  nə  də başıma gələn 

əhvalatları mütaliə edən  şəxslər daha “Axmaq eşşək kimi”, 

“Qanmaz eşşək kimi”, “Nadinc eşşək kimi”, “Tənbəl eşşək 

kimi” sözlərini buyurmayacaqlar. Əksinə, nəğmələr qoşacaq-

lar ki, “Mütəfəkkir eşşək kimi”, “Alim eşşək kimi”, “Sakit 

eşşək kimi”, “İş görən eşşək kimi”, ia... ia... ia...

Əziz ağam, arzum budur ki, öz gənclik baharınızın çiçək-

lənməsindən bəhrələnib mənfəət aparasınız və bu təravətli 

vaxtınızda mənim piranə  əxlaqımı  və  təcrübələrimi yadigar 

kimi qəbul edəsiniz.

İmza: Vəfalı ürək dostunuz və həyalı Çoşşa

Müqəddimə

Mən körpəlik və uşaqlıq dövrümdən heç nəyi yadda sax-

la mamışam. Yəqin ki, Siz də, cənab ali, uşaqlıq aləmini yadda 

sax  lamayıb unutmusunuz. Mən və Siz, hər ikimiz uşaqlıqda va-

li deynin sevimlisi idik. Amma bizim fərqimiz bu idi ki, Sizi va  li-

deyn, dayə və müəllimlər tərbiyə etdilər, məni isə həyat və təbiət. 

Hər ikimiz gözəl və zərif idik. Mən uşaqlıqda şüurlu idim. Elə 

indi, qocalığımda da şüurum vardır. İndi Sizin şüurlu olub-olma-

dığınızdan xəbərim yoxdur. Uşaqlıq hissi, gənclik  eh   ti rası məni 

öz sahiblərimi incitməyə və maliklərimə bir zərər  vur  mağa təh-

rik edirdi. Onlar nə qədər məni vurmağa, bağla ma  ğa, yükümü 

və işimi ağırlaşdırmağa çalışırdılarsa, əvəzində da ha artıq acıq 

çıxırdım. Bunu mənim sərgüzəştimdə oxuyacaq sınız. 

Biz biçarələrə, ümumiyyətlə, aşağı təbəqəyə bəla yetirən 

adam ların özləri bizdən beşbetər eşşəkdirlər. Başqaları ilə 

təkəb bürlə, lovğalıqla və xudpəsəndcəsinə rəftar edən müstə-

bidlərə, onların məzlum təsəvvür etdikləri adamlardan daha 

artıq mənəvi zərər yetişər. Mənim sərgüzəştim olan aşağıdakı 

fəsillər bu müd dəalar üçün sübutdur.



40

Mirzə Əbdürrəhim Talıbov

Birinci fəsil

İnsan güman edir ki, əşrəfi -məxluqatdır

1

, onun bildiyini 



başqaları bilmirlər. Ey lovğa insan, bil və agah ol ki, sənin bil-

diklərini biz də bilirik, bizim bildiklərimizi isə sən bilmirsən! 

Şərifabadın Cümə bazarı məşhurdur. Həmin günlər ətraf 

kəndlilər və əkinçilər buraya göyərti, meyvə, hər cürə dənli 

bit kilər, ağartı, əti yeyilən quşlar, mal-davar və sair heyvan-

lar gə tirib  satırlar. Hər cümə günlərinin səhəri, mənim üçün 

uşaqların  şənbə günü səhərinə oxşayırdı. Çünki həmin gün 

Musa abaddan  Şərifabada qədər olan bir ağac

2

 yolu şallaq və 



dəyənək zərbələri ilə ağır yük altında yortaraq getməli və qa-

yıtmalıydım. Sizin abır lı və dindar, hörmətli nənəniz məni sa-

tın almayınca, mən bu zəhmətə mübtəla idim. Çünki həmin 

vaxt mənim sahibim ərinə və övladlarına göz verib işıq ver-

məyən, abır-həyanın nə oldu ğu nu  bilməyən bir qadın idi.

Əziz ağa, arvadın nanəcibliyi o dərəcədə idi ki, həftə ər-

zində, yəni o cümədən bu cüməyədək toyuqların yumurtala-

rını, inək-qoyundan sağdığı südün ağartısını, bağçasında ye-

tişən meyvə-tərəvəzi özünün çirkli səbətlərinə dolduraraq, 

mə nim  incə belimə yükləyirdi. Bu ağır yükü belimə çatandan 

son ra  hərəkət etməyə halım olmadığı halda, yekəpər həyasız 

ar vadın özü də səbətlərin üstündə oturaraq, ucu mıxlı ağacla 

boynumu və ya nımı döyəcləyirdi. Məni Şərifabadın bazarına 

qədər yortdu rurdu. Ondan lap xirtdəyə yığmışdım, lakin ucu 

biz ağacın  qorxu sun dan  itaət etməməyə cəsarətim yox idi. İl-

lah da ki, qamçı zərbəsi. Sizin canınızdan iraq, qamçını başı 

üstündə yellədib ilişdirən kimi zəncirinin halqaları həyatımın 

tellərini qırırdı. Elə ki, mis marı bədənimə batırırdı, gözümdən 

1

  Əşrəfi -məxluqat  – yaranmışların  ən  şərəfl isi  deməkdir. Burada kinayə 



üzündən yuxarı təbəqəyə, varlılara işarədir.

2

  Ağac – keçmişdə Azərbaycanda yeddi kilometrə yaxın məsafə vahidi.




41

Kitab yüklü eşşək

od çıxırdı. Bizin və qam çının ağrısından uzun müddət bihal 

olurdum, qışqırırdım, nalə edirdim, nərə çəkib imdad istəyir-

dim. O ifritənin mənə yazığı gəlmirdi. Əksinə, mənim acizli-

yim və yalvarışlarım onu daha da cəsarətləndirirdi. Yükümü 

daha da artırırdı. Bəli, müstəbidlərin və zalımların işi belədir. 

Qarşı tərəfi  aciz gördükdə ona daha ar tıq hücuma keçirlər.

Xülasə, bəzən yolda gedərkən fi kirləşirdim ki, üzünə qa-

ba rım, bir neçə şıllaqla ağır yükü belimdən yerə atım, yükün 

üs  tündəki ehtiramsız sahibəm də yerə  aşsın. Təəssüf, min 

təəs süf ki, yükün ağırlığı bu gizli məqsədi həyata keçirməyə 

ma ne  olur du. 

Nəhayət bir gün yenə  Şərifabad bazarına varid olduq. 

Hə min  ifritə üstümdən yerə tullandı, noxtamın ipini bir mıxa 

bağ la dı, ağır səbətləri bir-bir yerə düşürüb başqa bir iş üçün 

harayasa get di. Mən yorğun və ac idim, çox əziyyət və xəstə-

lik çəkmiş dim,  fürsət bilib ağzımı uzadaraq kahı və köklə do-

lu səbəti ehti ramla yaxına çəkdim. Səbətdəkinin hamısını gö-

zəl iştahla yavaş-yavaş yedim. 

Sizin  əziz canınız üçün, həyatımda o vaxta qədər belə 

ləz zətli yemək dadmamışdım. Yorğunluq və əziyyət tamam 

canım dan  çıxdı. Dal ayaqlarımı yerə möhkəmcə dirə yərək, 

qabaq ayaq larımı mümkün qədər irəli uzadıb iki-üç dəfə gər-

nəşdim. Üstümə qonaraq, məni sancan mozalanları başımla 

qovdum. Həd siz  bir  şadlıq içərisində idim... Birdən yaramaz 

ifritə uzaqdan göründü. Mən bu ifritəni lap yandırmaq, təhqir 

və biabır etmək üçün, ona heç məhəl də qoymadım. Əksinə, 

dilimlə dodaqlarımı yalayaraq, mat-mat ona baxdım. Cənab 

alinin yanında  ədəbsizlik etməmək üçün onun mənə yağ-

dırdığı söyüşləri dilimə gətirmirəm. Bu hə yasız arvad gəda 

xasiyyətli və  ağzı yava idi. Acıqlanarkən ba tinində  nə var 

idisə hamısını dilinə  gətirərdi. Elə sözlər deyər di ki, eşşək 

ol mağıma baxmayaraq, onları eşidərkən, xəcalət və əziy yət 

çə kərdim. 




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə