Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə9/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   5   6   7   8   9   10   11   12   ...   159

28

Zeynalabdin Marağayi

“Canım, niyə belə tələsirsən, əyləş görək”.

“Üzr istəyirəm, eyləşə bilməyəcəyəm.” – İbrahim bəy bir 

daha təkid edir:

“Ay Hacı, qurbanın olum, mən bilirəm ki, sənin mağazan 

yoxdur, bir yerdə qulluq da ki eləmirsən, daha bu qədər naz 

nəyə gərəkdir?”

Hacı Kərim yenə də yumşalmır:

“Doğru buyurursunuz, heç bir tələsik işim yoxdur, amma 

elə bir üzrüm vardır ki, sizin saydıqlarınızın hamısından üs-

tündür”.

İbrahim bəy Hacının ətəyindən tutub deyir:

“Di otur görüm üzürün nədir.”

Hacı deyir:

“Doğrusu budur ki, bir nanəcib Misir ərəbinə azca bor-

cum var. Onun müqabilində mənim də birindən tələbim var. 

Vədə verib ki, gələn ayın əvvəlində ödəsin. Amma mən ərəbə 

gərək bu gün pul verəm, ancaq yoxumdur. Bura da ki, çayxa-

nanın qabağıdır, qorxuram o köpək oğlu məni burada görüb 

yaxalasın, tələbini istəsin, hay-küy qaldırsın, həm siz xəcalət 

çəkəsiniz, həm də mən rüsvay olam. Əgər çayxananın içəri-

sində əyləş səydiniz, bəlkə də camaat arasında gözündən ya-

yına bilərdik. Amma burada otura bilmərəm; çünki yolu bu 

tərəfdən düşsə, uzaqdan görən kimi tanıyacaq”.

Onda da eşşək gətir, mərəkə yüklə.

İbrahim bəy soruşur:

“Məgər neçə borcun var?”

“Elə bir şey deyil, cəmi on beş lirə.”

İbrahim bəy təmkinlə deyir:

“Bunun heç bir əhəmiyyəti yoxdur, allah kərimdir, əyləş 

görək.”

Hacı naz-qəmzə ilə oturur. İbrahim bəy qəhvəçini çağırıb 



ondan qələm-davat istəyir. Çek dəftərini cibindən çıxarıb bir 

şey yazır, sonra Hacıya tərəf uzadıb deyir:




29

İbrahimbəyin səyahətnaməsi

“Buyur, Hacı, bu sənin on beş lirənin həvaləsi. Nə vaxt 

kön lün  istəsə gedib bankdan ala bilərsən. İndi arxayınlıqla qəh-

və iç. Ancaq tələbini alan kimi mənim pulumu gətir qaytar.”

Hacı deyir:

“Sizə artıq dərəcədə təşəkkür edirəm. Doğrudan da mənim 

yaxamı bu mürvətsiz ərəbin əlindən qurtardınız. Onda mən də 

sizə bir sənəd yazıb verim. İnşallah iyirmi günün ərzində sizin 

pulunuzu qaytararam. Əgər bir yerdə verə bilməsəm də üç və-

dədə beş lirə-beş lirə borcumu üzərəm.”

“Sənəd-zad lazım deyil. Sizin sözünüz mənim üçün 

sənəddir.”

Bir qədər söhbətdən sonra İbrahim bəy soruşur:

“Hacı, srağagünkü məktub yanınızdadırmı?”

“Bəli, necə bəyəm?”

“Mümkünsə onu ver mənə, istəyirəm özüm oxuyam. Nə 

yaxşı məktubdur! Biqeyrət köpək uşaqları hey yalandı ki, öz-

lərindən toxuyurlar. Həya eləməyib deyirlər ki, İranda xarici 

səfi rlər, konsullar, hətta xarici təbəələr istədiklərini eləyirlər; 

bir adam onlara deyə bilmir ki, gözünün üstündə qaşın var. 

İndi, gəlin Tehrandan bir müsəlmanın başqa bir müsəlmana 

yazdığı bu məktubu öz kor gözlərinizlə görün.

Bu vaxt Hacı məktubu qoltuq cibindən çıxarıb İbrahim bə-

yə verir. İbrahim bəy məktubu açmaq istərkən Hacıdan soruşur:

“Hacı əmi, başqa bir mətləb yoxdur ki?”

“Xeyr, başqa mətləb olarsa da sizdən gizlin ola bilməz,” – 

deyə Hacı Kərim cavab verir.

İbrahim bəy məktubu oxumağa başlayır. Oxuduqca bir 

ucdan “qurbanın olum”, “canım sənə  fəda”, “allah qılıncını 

daha da kəskin eləsin” deyir və hədsiz sevinclə məktubu bir 

neçə dəfə başdan-ayağa oxuyur. Ancaq oxumaqdan doymur, 

üzünü Hacı Kərimə tutub deyir:

“Hacı Kərim ağa, qoy bu məktub bir neçə gün mənim ya-

nımda əmanət qalsın.”




30

Zeynalabdin Marağayi

Hacı kələyinin üstünün açılmasından ehtiyat edib deyir:

“Vallah, əgər məktubda arvad-uşağın adı olmasaydı, heç 

bir müzayiqəm yox idi, məktubun sizin yanınızda qalmasına 

etiraz etməzdim. Amma özünüz yaxşı bilirsiniz ki, belə bir 

məktubun sizin yanınızda qalması münasib deyil.”

Hacı məktubu alıb tələsik cibinə qoyur, İbrahim bəylə vi-

dalaşıb gedir, evin kirəsini ərəbə verib rahatlaşır.

İbrahim bəyin milli təəssübünün dərəcəsini bu hadisə-

dən ölçmək çətin deyildir. Bu qeyrətli cavan özünü tanıyan 

gündən etibarən  İskəndərin  İrana qoşun yeridib, oranın bir 

çox şəhərlərini xaraba qoyması və qədim İranın paytaxtı olan 

İstəxr şəhərinə od vurması, Daranın öldürülməsi üzündən İs-

kəndər adını dilinə  gətirmək istəməzdi.  Əgər  İskəndəriyyə 

şəhərindən ad çəkmək məcburiyyətində qalsaydı da, onu “Mi-

sir torpağının limanı” adlandırardı.

Bütün bunlar İbrahim bəyin tükənməz qeyrət və  təəs-

sübündən və onun şərhi-halından qısaca bir nümunədir. Lakin 

ola bilsin ki, bir para dar düşüncəli adamlar onun bu qeyrətini 

və təəssübünü yersiz cəhalət və fanatizmə yozsunlar. Ancaq 

həqiqətdə belə deyil. Bu əziz həmvətənimiz cavan olsa da, 

öz dövrünün yetişdirməsi olan təcrübəli, ağıllı, fərasətli, ka-

mil adamlardan biridir. Ancaq burası var ki, İran adını eşidən 

kimi ixtiyarı əlindən gedirdi. Vətən eşqi onun bütün varlığına 

hakim kəsilmişdi. Öz məşuqəsi haqqında heç kəsdən pis bir 

söz eşitmək istəmirdi. Bu da o cavanın gözəl xasiyyətlərindən 

biri sayılmalıdır.

Bir dəfə mən İstanbuldan xaricə getmişdim. İki aydan son  ra 

qayıtdıqda oğlum dedi ki: “Ata, Misirdən bizə iki nəfər  qo  naq 

gəlib, üç gün qaldıqdan sonra İrana getdilər”.  Dedim:  “Ad   ları 

nə idi?” Dedi: “Sizə bir məktub yazıb kitabxanada mi zin üstünə 

qoyublar”. Məktubu tez götürüb oxudum. Məzmunu bu dur:

“Qurbanın olum, müqəddəs Məşhədi ziyarət etmək niy-

yəti ilə Yusif əmi ilə birlikdə Misirdən İstanbula gəlib, mənim 




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə