Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə8/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   4   5   6   7   8   9   10   11   ...   159

25

İbrahimbəyin səyahətnaməsi

Herata doğru yürüş aparmaq və bütün Hindistanı işğal etmək 

əzmində olacaqdır. Haman gün əlahəzrət Zilli-Sultan cənab-

larına teleqrafl a hökm olundu ki, dördüncü ordu iki həftəyə-

dək bütün sursatla Əbişəhr bəndələrinə doğru hərəkət etməyə 

hazır olsun.

Bunlardan başqa, rəbiül-əvvəl

1

 ayının iyirmi dördündə 



paytaxtda qoşunun ümumi sanı təşkil edildi.

Bu san olduqca tamaşalı idi. Məşq meydanında şahın xü-

susi ordusu və paytaxtda olan əlli minə yaxın atlı, piyada və 

topçu qoşunları manevr vaxtı elə bir cəldlik və çeviklik gös-

tərdilər ki, dost-düşməni heyran qoydular. Qibleyi-aləmin özü 

qoşuna şəxsən başçılıq edib fərman verirdi. Sözün qısası, bö-

yük mərəkə var idi. Naibüssəltənə hərbi nazir olduğu halda bir 

sərhəng kimi o tərəf-bu tərəfə qaçırdı. O qədər üz-gözünə toz 

qonmuşdu ki, heç kəs onu tanıya bilmirdi. Nəhəng topların 

tüs tüsündən hava elə tutulmuşdu ki, günəşin  şüası yerə düş-

mür dü.  Bəli, haman gün teleqramın cavabı Londondan gəlib 

çatdı. Məzmunundan xəbərim yoxdur. Ancaq bu qədər bilirəm 

ki, Almaniyanın səlahiyyətli naziri vasitəçi oldu. Almaniya 

imperatorundan da qibleyi-aləmə xüsusi teleqram çatdı. Orada 

yazılmışdı ki, aramızda olan dostluq və  səmimiyyət naminə 

xahiş edirəm o zati-ali sülhü qorumaq və ümumi məsləhət na-

minə şahanə mərhəmətini əsirgəməsin. Ona görə ki, o zati-ali-

yə məlumdür ki, bu gün dünyanın hər hansı tərəfi ndə bir top 

səsi eşidilsə, ümumi hərb bütün aləmi bürüyəcəkdir. Çünki 

dövlətlərin siyasəti bir-birinə bağlıdır. Belə olduqda, böyük 

bir hərc-mərclik yaranacaq, allah bəndələrinin məişətinə səbəb 

olan ticarət işi ölkələr arasında pozulacaq. Mən o müdrik pad-

şahla aramızda olan şəxsi dostluq naminə istəmirəm ki, şəni 

yüksək İran dövləti belə bir müharibənin başlanmasına səbəb 

olsun. Təvəqqe edirəm o ağılsız səfi rin təqsirindən keçəsiniz.

1

  Ərəb ilinin üçüncü ayı.




26

Zeynalabdin Marağayi

Bu minvalla məlum olur ki, müharibə olmayacaqdır. 

Amma qərar olub ki, İngiltərənin səlahiyyətli naziri üzr 

istəməklə bərabər cənab Sədr-əzəmin evinə getsin və açıq şə-

kildə onun könlünü ələ almağa çalışsın, öz dediklərindən peş-

man olduğunu bildirsin. Deyirlər, həmin səlahiyyətli nazir bir 

aydan sonra işdən çıxarılıb Tehrandan geri çağırılacaq.  İran 

dövləti daha heç vaxt onun səfi rliyini qəbul etməyəcək, başqa 

birisi onun yerinə gələcəkdir”.

Yazıq  İbrahim bəy bu xəbərdən elə  fərəhlənib sevincə 

qərq olmuşdu ki, onu vəsf etmək mümkün deyil. İsfahanlı 

Hacı Kərim məktubu əvvəldən axıradək oxuduqdan sonra de-

yir:

“Daha məni bağışlayın, işim var, gərək mürəxxəs buyu-



rasınız.”

İbrahim bəy tam könül açıqlığı ilə deyir:

“Hacı  Kərim ağa, hara gedirsiniz, nahar vaxtıdır, gedək 

çörək yeyək, acmışıq”.

Hacı Kərim deyir:

“Xeyr, iltifatınız artıq olsun, gərək gedəm, işim çoxdur, 

inşallah başqa bir vaxt. Xudahafi z, allah amanında!”

Hacı Kərim gedir. İbrahim bəy çay pulunu verib çayxa-

nadan çıxır. Lakin sevincindən bilmir haraya getsin, nə elə-

sin.  İxtiyarsız fayton çağırır. Fayton gələn kimi oturub, ha-

raya getməli olduğunu bildirmədən faytonçuya deyir: “Sür!” 

O, özündə deyil. Faytonçu o qədər sürür ki, şəhərdən kənara 

çıxır. Yalnız bu vaxt dönüb İbrahim bəyə deyir: “Bəy əfəndim, 

haraya təşrif buyuracaqsınız?” İbrahim bəy cavab verir: “Gəz-

mək, gəzmək istəyirəm”.

İbrahim bəy xeyli gəzdikdən sonra gün batana yaxın, na-

har yeməmiş, ac-susuz, haman nəşə ilə evə qayıdır və birbaşa 

kitabxanaya gedir, “Tarixi-Nadiri”-ni götürüb, Nadirin Hin-

distan səfəri əhvalatını oxuyur. Bu mütaliədən onun sevincinə 

yeni bir nəşə də əlavə olunur.




27

İbrahimbəyin səyahətnaməsi

Bu vaxt İbrahim bəyin anası gəlib deyir:

“Oğlum, bu gün harada nahar elədin? Bizi lap nigaran 

qoydun”.


“Anacan, heç yerdə bir şey yeməmişəm, ancaq könlüm 

elə toxdur ki, on gün də bir şey yeməsəm, acmaram”, – deyə 

İbrahim bəy cavab verir.

Sözün qısası, o gecə  İbrahim bəyin sevincinin dərəcə-

sini ancaq özü bilirdi. Sabahı günü dostlarından bir-ikisinə 

rast gəlmək ümidi ilə evdən bir qədər də tez çıxdı. O istəyirdi 

Hacı Kərimin dünənki məktubu haqqında onlara söhbət elə-

sin. Şənliyin təsviri fərəh gətirər, – demişlər. İbrahim bəy istə-

yirdi dünənki şad xəbəri dostlarına söyləməklə bir daha zövq 

alsın. Fəqət o, dostlarından heç birinə rast gəlmədi. Yenə də 

İsfahanlı Hacı Kərimin sorağını tutmaq üçün o çayxanadan bu 

çayxanaya getdi. Qəzadan onu da tapa bilmədi.

Hacı Kərim isə kələyinin baş tutduğunu və İbrahim bəyin 

onun dalınca gələcəyini bilirdi. Ancaq məqsədə tez çatmaq 

üçün o günü evdən çıxmadı. Yazıq İbrahim bəy öz hədsiz se-

vincini bölüşdürmək məqsədilə o gün bir adam tapa bilmir, 

axşamadək gəzdikdən sonra evə qayıdır. Namazını qılıb, şam 

yedikdən sonra kitab oxumaqla vaxtını keçirir. Sabahı günü 

yenə də həmişəkindən daha tez evdən çıxır. Birbaşa Məhəm-

mədəli Paşa meydanında olan böyük çayxanaya gedir. Fürsət 

dalınca gəzən Hacı Kərim nahara yaxın gəlib çıxır. İbrahim 

bəyin tək oturduğunu gördükdə saymazyana ötüb keçmək 

istəyir. Lakin İbrahim bəy Hacını görcək tələsik halda ucadan 

onu səsləyir. Belə bir fürsəti axtaran Hacı Kərim geri dönüb, 

İbrahim bəyi ilk dəfə görürmüş kimi, ona salam verir. İbrahim 

bəy salamın cavabını verəndən sonra deyir:

“Ay Hacı, qurbanın olum, hara belə tələsirsən?”

“Bu tərəfdə bir az işim var,” – deyə Hacı cavab verir.

“Hacı, sən allah, əyləş bir stəkan çay iç”.

“Çox sağ ol, otura bilmərəm, getməliyəm”.




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə