Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə4/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   2   3   4   5   6   7   8   9   ...   159

12

nəkləri də ana dili olan türkcə ilə  ya  naşı, eyni zamanda fars di-

lində yaranmışdır. Bunu nəzərə ala raq antologiyada hər iki dil də 

yaranan bədii örnəklərdən bəh rələnilmişdir. Lakin seçim pro-

sesində müm kün qədər ana dilli örnəklərə üstünlük verilmişdir.

Onu da xatırladaq ki, Azərbaycanın Güneyində ana di-

lində  təhsil yasaqlığı milli dilin inkişaf və  işləklik arealını 

məhdudlaş dırmışdır. Burada ədəbi dil tam şəkildə formalaş-

madığı üçün ana dilində yaranan bədii ör nəklərdə, o cümlədən 

nəsr nümunələ rin də fərqli ləhcə, yazı tərzi, üslub ça larları özü-

nü büruzə ver mək dədir. Belə ki, yazıçıların bir qismi Türkiyə 

türkcəsinə, digər qismi Quzey Azərbaycanda mövcud olan ədə-

bi dilə, üçün cü bir qismi ortaq türkcəyə önəm verməkdədirlər. 

Bununla yanaşı, Gü ney Azərbaycanda yaranan möv cud bədii 

nümunələrdə danışıq dilinin örnək tutulduğu, hətta ləhcə və şi-

və xüsusiy yətlə rinin  qorundu ğu əsərlərə də təsadüf olunur.

Bir məsələyə  də diqqət yetirilməlidir ki, Azərbaycanın 

Gü ne yində ənənəyə söykənildiyindən aparıcı ədəbi növ poe-

ziya ol muş dur. Poeziya ilə müqa yisədə bədii nəsrin tarixi xey-

li cavan dır. Hətta bə dii  nəsr təşəkkül etdikdən sonra da poezi-

ya ön cül lüyünü qoruyub saxlamaqdadır.

1991-ci ildə Sovetlər Birliyinin dağılmasından sonra 

Azər baycanın Quzeyinin yenidən istiqlaliyyətinə qovuşması 

Güneydə  cəmiyyətin ictimai-siyasi həyatında olduğu kimi, 

ədəbi-mədəni sfe rada da müəyyən canlanma yaratdı. Parça-

lanmış xalqın  Qu ze yi  ilə Güneyi arasında əlaqələrin güclən-

məsi sayəsində anadilli ədə biyyatın, o cümlədən bədii nəsrin 

inkişafında yeni sə hi fə açıl mış oldu. Son dövrlərdə Nasir 

Mənzuri, Ruqiyyə Kəbiri, Həbib Fərşbaf, Əli Daşqın, Ruqiy-

yə  Səfəri, Eyvaz Taha, Səməd Niknam, Təbrizli Məmməd-

rza, Saleh Ətayi, Valeh Şiri, Güntay Gəncalp, Fəranək Fərid, 

Həmid Arğış, Məhəmməd  Ərğəvan, Toğrul Atabay, Mə lihə 

Əzizpur,  İlqar Mü əz zinzadə  və başqa yazıçıların  ya ra dıcılıq 

axtarışları bu mənada səciyyəvidir. Adı  çə kilən yazıçıla rın 




13

yara dıcılığı  həm ideya-məzmun, həm də for ma-sənətkarlıq 

ba xı mından yeni bədii çalarlarla diqqəti çəkir.

Azərbaycanın Güneyində yaranan çağdaş bədii nəsrin özü-

nəməxsus cəhətlərindən biri mifoloji düşüncəyə, folklor qaynaq-

la rına söykənməsi, xalq təfəkküründən süzülüb gəlməsidir.

Həmçinin çağdaş Güney nəsrində diqqəti çəkən məqam lar-

dan biri dünya ədəbi prosesi ilə əlaqə və bağlılığın yaradılmasına 

cəhd edilməsidir. Burada dünya ədəbiyyatında özünü gös tərən 

əksər ədəbi meyillərin bu və ya digər şəkildə təzahürünü müşahi-

də etmək mümkündür. Belə ki, ənənəvi realist nəsrlə yanaşı, mo-

der nist,  postmo der nist  yazı tərzi ədəbiyyatın, o cümlədən bədii 

nəsrin üs lub axtarışlarında çevik şəkildə yer tutmaqdadır.

Çağdaş Güney Azərbaycan bədii nəsrində intensiv janr 

ax  ta rışları müşahidə olunmaqdadır. Burada roman, povest, 

he kayə, miniatür, memuar ədəbiyyatı, sənədli nəsr və başqa 

janr larda  ya zıl  mış bədii örnəklər mövcuddur.

Şübhəsiz ki, bir antologiyada bütövlükdə Güney Azərbay-

can nəsrinin əhatəli şəkildə təqdim olunması mümkün deyil-

dir. Ona görə də burada ciddi seçim aparılmış, mümkün qədər 

ən önəmli  şəxsiyyətlərə  və  bədii örnəklərə yer verilmişdir. 

Həm çinin imkan daxilində seçilən  ədəbi örnəklərin dünya 

oxucu larının zövq və marağına uyğunluğuna çalışılmışdır.

Antologiya nəşrə hazırlanarkən materialların əldə olunma-

sında bi zə kö məyini əsirgəməmiş prof. Paşa Əlioğlu, dr. Ənvər 

Uzun, Ruqiyyə  Kəbiri, Yadulla Kə nani, Bö yük Mollayi, Hadi 

Qaraçay və Ruqiyyə Səfəriyə öz dərin tə şək kürümüzü  bildiririk.

Oxucuların mühakiməsinə verilən bu antologiya Güney 

Azər baycan  nəsrinin yarandığı dövrdən bu günədək keçib gəl-

diyi inkişaf yolunu əhatə edir. Kitabın geniş oxucu auditoriya-

sının diqqət və marağını cəlb edəcəyi şübhə doğurmur.

Prof.dr.Vaqif Sultanlı,

Dr.İrəc İsmayıl



14

ZEYNALABDİN MARAĞAYİ

Zeynalabdin Marağayi (1838-1910) Güney Azərbay-

canın Marağa  şəhərində anadan olmuşdur.  İlk təhsilini 

mollaxanada almış, daha sonra mədrəsədə oxumuşdur. 

İyirmi yaşınadək Marağa və Ərdəbil şəhərlərində yaşa-

mış, daha sonra öz vətənini tərk edərək Gürcüstanın pay-

taxtı Tifl isdə məskunlaşmışdır. 

Gürcüstanda yaşadığı dövrdə bir müddət İran səfi rli-

yində yardımçı konsul vəzifəsində çalışmışdır.

Daha sonra Yaltaya gedərək ticarətlə məşğul olmuş-

dur. Burada yaşadığı dövrdə Rusiya təbəəliyinə sığınmış, 

ancaq 1904-cü ildə bu təbəəlikdən imtina edərək təkrar 

İran vətəndaşlığını qəbul etmişdir. Daha sonra ailəsi ilə 

İstanbula gələrək burada məskunlaşmışdır.

İstanbulda yaşadığı dövrdə “Şəms” qəzeti və Kəlküt-

tədə nəşr olunan “Həblül-mətin” dərgisi ilə əməkdaşlıq 

etmişdir.


15

Hələ gənclik illərindən ana dili ilə yanaşı ərəb, fars 

və rus dillərinə yiyələnən yazıçı Şərq və Qərb mədəniy-

yətinə dərindən bələd olmuşdur.

Zeynalabdin Marağayinin yaradıcılığının əsasını üç 

cilddə çap olunmuş “Səyahətnameyi İbrahimbəy” (İbra-

himbəyin səyahətnaməsi) romanı təşkil edir. Fars dilin də 

yazılmış bu əsər güzgü kimi İranın ictimai-siyasi vəziyyə-

tini aydın surətdə əks etdirir. Əsərin ilk cildi 1903-cü ildə 

Qahirədə  nəşr olunmuşdur. Həmin dövrdən başlayaraq 

roman geniş oxucu kütləsinin marağına səbəb olmuş, bir 

çox dillərə çevrilmiş, onun təsirilə xeyli sayda əsər ya-

ranmışdır.

Zeynalabdin Marağayi İstanbulda vəfat etmişdir.


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə