Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə49/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   45   46   47   48   49   50   51   52   ...   159

163

Gül dəstəsi

GÜL DƏSTƏSİ

1366-cı ilin baharı

1

 idi. Darıxma mənə  əl verdiyindən 



qəsə bənin  ətrafına gəzməyə  çıxmışdım. Qat-qat ucalan sıra 

dağların qoynunda yerləşən “Müzəffər” qalasının təbiət 

gözəlliyi insanın ruhunu oxşayırdı. Dağların ətəyindən şırıltı 

ilə axıb insan ömrü kimi gedən çayların həmhəməsi hər tərəf-

də qaynayıb qalxan duru bulaqların zümzüməsi, həzin-həzin 

əsən yeldən rəqsə gələn yarpaqların pıçıltısı, azad quşların bu-

daqdan-budağa sıçrayaraq sevinclə dolu şirin nəğmələri məni 

öz qəm, xəyal dünyamdan ayırmış, gül-çiçəklərin ətri tutqun 

şərab tək məni məst etmişdi. Hər tərəfə üz döndərsən, təbiət 

öz gözəlliyi ilə insanın üzünə gü lürdü.

Gəzə-gəzə gəlib İldırım bulağının başına yetişdim. Yo-

rul  muş dum.  Əl-üzümü yudum. Bulağın kənarında oturub 

yerin si nə sindən göz yaşı kimi qaynayıb qalxan duru suya 

tamaşa et məyə başladım. Nədənsə yenidən qəm ləşgəri mənə 

hücum etdi. Ürəyim dolğun bulud kimi doldu. Öz el-obam, 

vətənim yadıma düşdü. İndi orada da təbiət öz donunu dəyi-

şib. Düzlər-yamaclar al-yaşıla bürünüb, hər gülün üzərində 

bir bül-bül cəh-cəh vurur. Çöllərdə qoyun sürüləri, quzular 

mələşir. Çobanın çaldığı yanıq lı tütək səsi dağ-dərələrə yayı-

lır. Bahar hər yerdə bahardır. An caq mənim vurğun könlüm 

vətənimin yazını arzulayır. Axı, mən onun qoynunda böyü-

yüb boya çatmışam. Torpağının hər addı mın da sevgi, sevinc, 

kədərlə dolu xatirələrim vardı. Hər şeydən üstün sevgilim də 

oradadır. O, gözü yolda məni gözləyir. Ayrılıq dərdini kim 

bilmir?..

Ürəyim tufana tutulmuş  dəniz kimi təlatümə  gəlmişdi. 

Da ha  təbiət gözəlliklərini görmürdüm. Ruhum quşu vətən 

1

 Miladi tarixi ilə 1947-ci il




164

Gəncəli Səbahi

diyarında pərvaza gəlmişdi. Onun xəyalı gözümün önündə 

canlanırdı. O da mənim kimi pərişan, solğun, tutqun, dolğun 

görünür, o da hicran odunda yanırdı. Aman allah... Nə qədər 

dözülməzdir!..

İki əlim ilə başımı tutdum. Sanki bununla beynimdə əmələ 

gəlmiş  fırtınanı sakit etmək istəyirdim. Son görüşümüzdən 

altı ay keçirdi. Ayrılıq dəqiqələrində üz verən həyəcan, göz 

yaşları, ümidsiz baxışlar bir-bir gözümün önündə canlandı. 

Bütün varlı ğı mı sarsıtdı.

Belə böhranlı bir halda ikən məhəbbətlə dolu incə bir səs:

– Ağa, salam, – deyə mənim dadıma çatdı. Qorxunc yuxu-

nun vəhşətindən oyanan adam kimi özümə gəldim. Qarşımda 

on-on iki yaşlarında qıvrım saçlı, ayaqyalın bir lor qızı gör-

düm. O, əlində bir dəstə gül qabağımda dayanmışdı. Qara iri 

gözlə rin də mehr-məhəbbətlə dolu vəhşi bir baxış var idi.

– Mən bu gülü sənə dərmişəm, – deyə gül dəstəsini mənə 

uzatdı.


Mən şaşqın bir halda gülü aldım. O sevinərək güllərlə bə-

zən miş otları yararaq dəli ceyran sıçrayışları ilə uzaqlaşdı. 

Mən onu tanıdım. Əlimdəki gül dəstəsinə tamaşa etməyə 

başladım. Nərgiz, bənövşə  və sairə  rəngarəng güllərin ara-

sında yer ləş dirilmiş iki dənə lalə gülü bu dəstənin gözəlliyini 

tamam la mışdı.

Bu gül dəstəsi məsum bir qəlbə çiçəklənən pak bir eşqin 

tə rənnümü, qədirdanlığın ifadəsi idi.

Gül dəstəsinə tamaşa etdikcə onun al, sarı, qırmızı bənöv-

şə çiçəklərinin yarpaqları xatirə  dəftərimin varaqlarına çev-

rildi.

* * *


Bugünkü kimi yadımdadır. Qış idi. Qar əzəmətlə ucalan 

dağları tutsa da, hələ Əlşütür dağlarına ağ örpəyini sərə bilmə-

mişdi. Bəhmən ayının üçü idi. Axşam tərəfi  birdən ağ qalın 



165

Gül dəstəsi

buludlar rəqsə gələrək göy üzünü tutdu. Soyuq sazaq qarşısına 

gələni qamçılayıb qovurdu. Hava qaraldıqca soyuq daha da 

özünü göstərir, qar-borandan xəbər verirdi. Biz də dörd nəfər 

yoldaş qalanmış divar buxarısının dövrəsinə yığılmışdıq. Bi-

zim ixtiyarımıza verilmiş bu otaq hər şeydən artıq kiçik bir 

kəndli töv ləsinə oxşayırdı. Divarları tüstüdən qaralmışdı. Qa-

pısı qırıq, pəncərəsi də yox idi. Çala-çuxur döşəməsində yurd 

salmış birə lər çövlanda idi.

İnsanın üzü bərk olar. Əgər az da olsa, ümid nuru qəl-

binə işıq salmış olsa, hər çətinliyə dözər. Biz iki aydan bəri 

bu otaqda günləri bir-bir yola salırdıq. Hamımız bir dərdli 

idik. Buxarının tüstüsü içərini doldurmuşdu. Axışan yaşarmış 

gözlərimizi hər dən silərək, Novruz kişinin söhbətinə qulaq 

asırdıq. O, hamı mız dan  yaşlı, dünyagörmüş, ölkələr gəzmiş

ruzigarın isti-soyuğunu dadmış  şirin söhbətli bir adam idi. 

Ucaboylu, enlikürək, saç-saq qalı ağarmış bu adamın üzü, alın 

qırışları söylədiyi dastanları kimi hekayələr tərənnüm edirdi. 

O, bu gün bizə öz eloğlusu Sət tarxanın dastanını söyləyirdi. 

O, söhbətini qurtararkən ocaqdakı odunlar yanıb qurtarmışdı. 

Qırmızı közlərin üzünü kül qatları ört müşdü. Eşiyin soyuğu 

qapının çatlarından özünü içəri vuraraq otağın havasını so-

yutmaqda idi. Yataq yerlərimizi düzəltdik. Af tafa götürüb geri 

qayıdanlar büzüşmüş bir halda:

– Qar yağır.

– Borandır, – deyə özlərini içəri salırdılar.

Hər kəs yorğanını başına çəkib öz nəfəsi ilə yerini qızdır-

mağa çalışırdı. Bu da insan ömründən bir gün idi, keçdi...

Səhər işığı qapının çatlarından keçərək daxmanın qaranlı-

ğı nı boğmuşdu. Yerimdən qalxıb paltarımı geyindim. Çay 

qoy maq üçün su yox idi. Dolçanı götürüb eşiyə çıxdım. 

Hər yeri qar örtmüşdü. Günəşin zərli saçaqları qarşı dağ-

ların zirvəsinə yayı laraq  onları teatr səhnəsində üzünə pro-

jektor salınmış gözəl bir hünərmənd üzü kimi cilvələndirir-




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə