173
Ovçu
Bunu da deməliyəm ki, həmin günlərdə bizim kənd, elə-
cə də ətraf kəndlərdə bir pələng tapılmışdı. Mal, heyvanları
yırtıb dağıtmaqla xalq arasında sonsuz bir vəhşət doğurmuş-
du, hər yer də söhbət onun xətərindən gedirdi. Heç kəsdə cürət
yox idi ki, bir yırtıcının şərini el-obadan sovuşdursun. Kəndin
ağsaqqalları bu pələngin ölümünə caizə də təyin etmişdilər.
Amma heç kəsdə öz canını bu qumara qoymağa cürət yox idi.
Qaplan ilə mənim yolumda dağ və seyrək meşəlik olmaq-
la, sıldırım qayalıqlar da var idi. Diqqətlə ətrafımıza baxa-
baxa dağın bu kəsiklərinə doğru hərəkətdə idik. Bu anda mə-
nim ürə yimdən keçən ancaq maralın balasını tapıb, ona nicat
vermək idi. O ölərkən həyəcan və həsrətlə balasını axtaran
gözlərindəki halət hələ də gözümün önündə idi.
Mən beləcə dalğın (dəf fekre foru rəfte)
1
fi kirdə ikən
Qap lan qabaqdakı dikdən çıxıb özünü mə nim arxama verdi.
Qorxaq hürüşlərlə gəldiyi tərəfə hürməyə başladı. Qaplanda
qorxu gö rün məmiş bir iş idi. Xətər qarşısında olduğunu yəqin
etdim. Tü fəng əlimdə dikə çıxdım. İri bir qayanın dibində
uzanmış heyvə rə bir pələng gördüm. O, qabarmış bir halda
xuruşa gəlib yerin dən qalxdı. Qorxudan bədənimdə tüklərim
biz-biz oldu. Çox qorxmuşdum. Başını əyri tutub, gözlərini
çəp-çəp mənə zillə miş di. Ağır addımlarla mənə doğru irə-
liləyirdi. Vəhşət bütün bədə nimi bürümüşdü. Ölüm-dirim
ayağında idim. Ata-anam, qoca nənəm, eləcə də bütün qo-
humlar bir anda gözümün önündən keçdi. Heç kəsdən mənə
hay olmadığını xatırladım. Elə bil mənə hay vurdular: “Kişi
ol! Vaxtı fövtə vermə”. Özümü yığışdırıb pələngi nişan al-
dım. Güllə açılanda o hərəkət etdiyi yerdəcə fır lanıb yerə
dəydi. Qıvrılıb birdən ilan kimi açıldı. Dəhşətli bir nə rilti ilə
mənə doğru hücuma keçdi. O yığışıb özünü düzəldənə kimi
mən ikinci atəşi açmağa amadə idim. Ölümlə üz-üzə dur-
1
Xəyala dalmış (farsca)
174
Gəncəli Səbahi
muşdum. O öz qanlı gözü, kəskin dişləri ilə üstümə atılarkən
ikinci gülləm açıldı.
Daha nə olduğunu bilmədim. Mən özümdən getmişdim.
Gözlərimi açanda üç-dörd addımlığımda pələngin nəhəngə
oxşar iri gövdəsini gördüm.
Günortadan üç-dörd saat keçmişdi. Qaplanla kəndə qayıt-
dım. Mən pələngi vurduğumu nəql etdikdə hamı güldü. Heç
kəs inanmaq istəmirdi. Mən leş düşdüyü yeri onlara nişan ver-
dim. Günbatana yaxın onun ölüsünü məscidin qabağında yerə
qoydu lar. Hamı tamaşasına yığışmışdı.
O, söhbətini qurtardı. Mən yenə sükutu pozdum.
– Bəs maralın balası nə oldu? – deyə sual verdikdə o:
– Ovçular onu tapıb gətirmişdilər, – dedi. – Ağsaqqalla-
rın pələng üçün təyin etdikləri caizə bir ov tüfəngi, bir də bir
qoç idi. Tüfəngi maralın balasını tapıb gətirənə verdim. Qoçu
da xə tərdən qurtardığım üçün nənəm qurbanlıq kəsdirib ətini
payladı lar. Mən isə o gündən ovçuluğu yerə qoydum. Məhəb-
bətimi ma ralın balasına saldım. Onu böyütdüm. O dağlar ya-
raşığını dağla ra ötürdüm, özüm isə boş vaxtlarımı dağlarda,
dağların zirvələ rin də, vərzişdə keçirtdim, – deyib sözünü ta-
mamladı.
177
Balaca Qara balıq
BALACA QARA BALIQ
Çillə axşamı idi. Qoca Balıq dəryanın dibində nəvə-nəti-
cələrini ətrafına toplayıb onlara nağıl danışırdı:
– Biri var idi, biri yox idi, bir Balaca Qara Balıq var idi. O
anası ilə birlikdə kiçik bir arxda yaşayırdı. Arxın suyu dərəyə
axırdı. Balaca Qara Balıqla anasının bir qara daşın dalında,
yosunların arasında evləri var idi. Ana və bala səhərdən axşa-
ma qədər bir-birinin dalına düşüb üzür, hərdən başqa balıqlara
qoşulub sürətlə balaca bir yerdə gəzişir və geri qayıdırdılar.
Qara Balıq anasının bircəsi idi.
Bir neçə gün idi ki, o, fi krə dalır, az danışırdı. könülsüz
və tənbəl-tənbəl o tərəf-bu-tərəfə gedir, geri qayıdırdı. Çox
vaxt anasından xeyli geri qalırdı. Anası əvvəlcə elə bilirdi ki,
sadəcə olaraq balasının kefi yoxdur, bu kefsizlik tezliklə keçib
gedə cəkdir. Lakin… Demə, Balaca Balığın dərdi varımış…
Bir gün səhər tezdən, günəş doğmamış, Balaca Balıq ana-
sını yuxudan oyadıb:
– Anacan, – dedi, sənə bir neçə kəlmə sözüm var.
– Eh, sən də vaxt tapdın! Danışmağı sonraya saxla. Yaxşı
olar ki, gəzməyə çıxaq, – deyə Ana Balıq gözlərini ovuşdurdu
və əsnədi.
–Yox, anacan, mən daha belə gəzməyi istəmirəm. Gərək
buradan gedəm, deyə Balaca Balıq etiraz etdi.
Anası heyrətlə ona baxıb soruşdu:
– Doğrudan getmək istəyirsən?
– Bəli, anacan, hökmən getməliyəm!
– Axı, alaqaranlıqda hara getmək istəyirsən?
– İstəyirəm, gedim görüm, arx harada qurtarır. Bilirsənmi,
anacan, uzun müddətdir ki, fi kirləşirəm, görəsən arx harada
qur tarır? Amma indiyə qədər bir nəticəyə gələ bilməmişəm.
Dünən gecədən gözümü yummayıb hər şeyi götür-qoy et-