Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə57/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   53   54   55   56   57   58   59   60   ...   159

193

Adət

Balaca Qara Balıq bu sözləri deyib Balıqudanın qarnında 

o tərəf-bu tərəfə var-gəl etməyə başladı. Rizə balıq isə onun 

ağ zından bayıra atıldı və suya düşdü. Çox gözlədi, xilaskarın-

dan xəbər çıxmadı. Birdən gördü ki, Balıqudan havada ma-

yallaq vu rub fəryad qoparır…Nəhayət, o müvazinətini itirib 

şappıltı ilə su ya düşdü, yenə bir qədər çabalayandan sonra 

taqətdən düşdü. Lakin Balaca Qara Balıqdan yenə də xəbər 

çıxmadı və indiyə qədər də bir səs-soraq yoxdur. 

Burada Qoca Balıq nağılını bitirdi. Üzünü on bir min 

doqquz yüz doxsan doqquz nəvə və nəticəsinə tutub dedi: 

– Daha yatmaq vaxtıdır, balalarım, gedin yatın! 

Nəvə-nəticələri ondan soruşdular: 

– Nənəcan, axı sən Balaca Qara Balığın başına sonra nələr 

gəldiyinı demədin? 

Qoca Balıq dedi: 

– O da sabahkı gecəyə qalsın, balalarım. Artıq yatmaq 

vaxtıdır. Gecəniz xeyrə qalsın! 

On bir min doqquz yüz doxsan doqquz bala balıq bir 

ağızdan:


 – Gecəniz xeyrə qalsın! – dedi və yatmağa getdi. Nənəni 

də yuxu apardı. Balaca Qızıl Balıq isə nə qədər çalışdısa, yata 

bil mədi. Sübhədək dəniz barədə fi kirləşdi…

ADƏT

Bizim bu müəllim acından ölməmək üçün bir qarın çörək 

istəyənlərdən deyildi. İstəyirdi ki, yaxşı yaşasın, başqalarının 

gözlədiyindən də yaxşı.

Texnikumda qəbul imtahanlarını  uğurla başa vuranda o 

qə dər də sevinməmişdi. Heç yadına gəlmirdi ki. Hansı qüvvə 

onu bu mühitə ayaq basmağa məcbur etmişdi, gələcəyi haqda 

nə dü şünürdü, arzusu, amalı nə idi. Texnikumda oxuduğu iki 




194

Səməd Behrəngi

il qəl bi nin  ən gizli guşəsində saysız-hesabsız  şirin xatirələr 

qoymuşdu. Sonralar tənhalıq, bekarçılıq vaxtlarında bu xa-

tirələri yada sal maq onun üçün bir növ ürəkaçan, baş qarışdı-

ran işə çevrildi. Oyuncaqlarının hər biri ilə bir müddət məşğul 

olan, onların hər birindən xüsusi daxili ləzzət alan uşaq kimi o 

da hər xatirədən mütəəsir olur, ürəyində razılıq hissi baş qal-

dırırdı.


Məktəbliləri bir yerə toplayıb hay-küy salan, eşşəkbeli oy-

na yan  görəndə xatirələri daha canlı, daha şirin olurdu. Bir an 

do daqlarında xoş bir təbəssüm oynayır, sonra isə günəş şüala-

rının təsirindən buxarlanan şeh kimi yox olurdu. Belə vaxtlar-

da müəl lim  ağa ləzzət və həsrət dolu səslə dodaqaltı zümzümə 

edərdi: “Ötən günə gün çatmaz, calasan günü günə”.

İki dostu ilə birlikdə texnikumda divar qəzeti buraxardı-

lar. Hər ayın  əvvəlində divara vurardılar. Tələbələr qəzetin 

qarşısına yığışar, onu birinci oxumağa can atardılar. Onlar 

da kənardan bu ürəkaçan səhnəyə tamaşa edər və öz-özlərinə 

fi kirləşərdilər ki, həyatlarının ən xoşbəxt anlarını yaşayırlar. 

Texnikumun vəziyyə ti  ilə bağlı yazdığı  kəskin məqalədən 

sonra onu qovmaq istədik lərini tez-tez yadına salırdı. O vaxt 

tarix və coğrafi ya  müəllimi onu müdafi ə edərək demişdi: 

“Belə yazıları yazmaq pisdirsə, on da bir deyin görək, yaxşı 

nədir? Daha onların qələmini məhdud laşdırmaq olmaz”. Bu 

hadisəni yada salanda gözlərindən ləzzət qarışıq bir qürur hissi 

oxunardı.

Texnikumda təhsilini başa vurduqdan sonra ətraf kənd-

lərin birinə göndərildi. Kənd  şose yolundan bir neçə kilo-

metr aralı idi. Əyri-üyrü gil divarlar, eniş yoxuşlu dolaşıq 

küçələr adamın ya dına dağ ətəyində bir neçə yerə bölünərək 

axan çayı salırdı.  Ətrafındakı yamyaşıl geniş bağlar üzük 

qaşı kimi cilvələnirdi. Təpənin başından baxanda kənd tüs-

tülənən odun qalağına bənzə yirdi. Ona bu görkəmi verən 

təndirlərin tüstüsü idi. Təxminən yeddi min nəfərlik əhalisi 




195

Adət

küçələrdə qaynaşırdı. Onlardan bəzilə ri  kəndlərinin bərbad-

lığından dodaqaltı deyinir, lakin yenə də birtəhər yaşayırdı-

lar. Hərə öz işi ilə məşğul idi.

Ən qabarıq xüsusiyyətləri isə xəsislik və qəlbiqaralıq idi. 

Otuz-qırx il əvvəl tikdikləri məktəb elə necə vardısa yerində 

dur muşdu. Ətraf kəndlərin hərəsində iki-üç məktəb vardı, an-

caq bunlar elə biri ilə kifayətlənirdilər.

Onu da deyək ki, hamamlarına təmiz getsən, çirkli çıxar-

dın. Bir xəzinəsi vardı ki, illərlə yuyulmurdu.

Belə dözülməz vəziyyətə baxmayaraq, ağalar istəyirdilər 

ki, kəndlərini şəhərə çevirələr. Bir avara tiryəkini bələdiyyə 

rəisi də göndərmişdilər şəhərdən. O yazıq da heç bayramlarda 

belə tiryək pulunu çıxara bilmirdi.

Müəllim ağa belə bir kənddə  dəridən-qabıqdan çıxma-

lı, cə miyyət üçün igid, vətənsevər gənclər yetişdirməli, bö-

yüklərin puç fi kirlərinin təsiri altda mənəviyyatı puçlaşmış 

uşaqların be yinlərini təmizləməli idi. Zərrə  qədər də etina-

sızlıq göstərmədən müəllim ağa öz işinə başladı. Bir qayda 

olaraq əməkhaqqını dörd-beş ay gecikdirərdilər. Məcbur olub 

birtəhər keçinirdi.

Şəhərə getmək üçün bir neçə kilometr təpik döyər, şoseyə 

çıxandan sonra da bir-iki saat avtobusdan, yük maşınından 

göz lə yər, birtəhər özünü şəhərə çatdırardı. Qışda  şəhərə ge-

dəndə kü lək, qar, şaxta, ac canavarların hücumuna məruz qal-

maq qorxusu lap atasını yandırardı.

Günlərin birində birinci sinifdə dərsi ilə məşğul idi. Ba-

laca uşaqlara “a – b” öyrədirdi. Birdən sinif otağının qapısı 

cırıldadı, qapının arasından maarif müfəttişinin başı Yezidin 

bayrağı kimi peyda oldu. Müfəttiş ağır addımlarla otağa ayaq 

basdı. Yanında heç kəs yox idi, məktəb müdiri də. Onun da bu 

müfəttişlə arası sərin idi.

Müfəttiş ahıl bir kişi idi, keçmiş altı sinif bitirənlərdən 

idi, maarif idarəsi yaradılandan elə cildini dəyişə-dəyişə bütün 




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə