Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə41/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   37   38   39   40   41   42   43   44   ...   159

134

Pənahi Makulu

– Paho, nə qədər oturmuşuq, saat on tamamdır. Şam hazır-

dırsa, versinlər, – dedi.

Şam, onun hər şeydən artıq sevdiyi aşırmaplov idi. İki to-

yuğu ayaq-ayağa çatıb iri nimçədəki plov təpəsinin üstündə 

o tərəf-bu tərəfə  aşırmışdılar. Toyuqların qarınlarına doldu-

rulan ziriş  və kişmiş  ağ plovun hər tərəfi nə dağılmışdı. Hə-

min toyuq ların ürək-böyrəklərindən  dəxi məzə üçün ayrıca 

qızartmışdılar. Yarım şüşə sofi  arağı, bir qədər pendir və qa-

tıq başqa bir kiçik məcməyidə məclisə gətirildi. Meyvəcat ilə 

dolu başqa bir məc məyi də Səməd bəyin bir tərəfi ndə yerə qo-

yuldu. Şam hazırlığı doğrudan da eyibsiz, həm də Səməd bə-

yin təbiətinə müvafi q idi. Səməd bəy tökür, içir, həm də kiçik 

məcməyidə olan xörək lər dən yeyib şirin-şirin söhbət edirdi.  

O, bəzən stəkanın dibində Bağır bəyə də araq təklif edir, Ba-

ğır bəy də ədəb-ərkan ilə stə kanı ondan alıb bu çağırılmamış 

qonağın  sağlığına içirdi. Onlar hər barədə cürbəcür söhbətlər 

edirdilər. Səməd bəy hər nə deyir disə, Bağır bəy qeyri-iradi 

olaraq “bəli-bəli” deyib onu təsdiq eləyirdi.

Şam yeyilib qurtardıqdan sonra məcməyilər qaldırıldı. 

Yat maq  vaxtı gəlib çatmışdı. Bağır bəy Səməd bəyə dönərək 

dedi:


– Sərkar, bura da rəxtxab

1

 gətirmişik, damda da yer sal mı -



şıq, otaqda da, hər hansında meyliniz çəkirsə, yata bilərsiniz.

Bir mərəkə çıxarmaq üçün bəhanə axtaran jandarm vəkili-

nin bu söz xoşuna gəlməsə də, özünü o yerə qoymayıb, əvvəl 

ata baş  çəkmək istədiyini və sonra damda yatacağını Bağır 

bəyə söy ləyib ayağa qalxdı. Səməd bəy öz dərdinə tövlədə 

əlac tapaca ğına əmin idi. O inanırdı ki, tövlədə hər necə olsa, 

bir bəhanə tapıb mətləbinə yetişə biləcəkdir. Bağır bəy xur-

cunu götürdü, Vəli kişi fənəri əlinə alıb qabağa düşdü. Onlar 

tövləyə daxil ol dular. Tövlə tərtəmiz idi. Axurun birinə saman 

1

 Rəxtxab – yorğan-döşək (farsca)




135

İntiqam dəstəsi

ilə qarışıq arpa, digərinə xalis doğranmış yonca tökülmüş, 

daha birinə isə bir sə til  su  qoyulmuşdu. Tövlənin bu qədər sə-

liqəli olması jandarm vəkilbaşısını daha da artıq əsəbiləşdirdi. 

Lakin heç irad tapa bil mədiyi üçün heç bir söz demədi.

Tövlədən çıxdıqda kəndxuda da, gizir də sevinir, gözal-

tı bir-birlərinə baxıb gülümsəyirdilər. Çünki məqsədlərinə 

müvəf fəq olub Səməd bəy kimi nəhəng adama bəhanə tapma-

ğa imkan verməmişdilər. Bu da Təzəkənd tarixində hələ in-

diyə qədər gö rün məmiş birinci hadisə idi.

Səməd bəy damda salınan yataqda, yatağının yanında qo-

yulmuş sərin bardaq və büllur parçda heç bir eyib və irad tapa 

bil mədiyi üçün səssiz soyunaraq yerinə girdi. Bağır bəy ilə 

gizir Vəli də ayaq üstə dayanıb onun icazəsinə müntəzir idilər 

ki, gedib yatsınlar.

Qəlbi bir bəhanə tapıb pul almaq üçün çırpınan bu qoca 

jandarmın arxası yerdə olsa da, gözləri  ətrafı  gəzir, bəhanə 

tap maq üçün sanki hər şeydən kömək istəyirdi.

Bir neçə dəqiqə sükut içində keçdikdən sonra o, Bağır bə-

yə tərəf dönüb dedi:

– Hələ tezdir. Bir az da əyləşin, sonra gedərsiniz!

Bu sözdən sonra Bağır bəy də onun ayağının yanında bar-

daş qurub oturdu, gizir isə olduğu vəziyyətdə ayaq üstə dona-

raq qaldı.

Vəkilbaşı bir az da ətrafı gözdən keçirdi və nəhayət onun 

nəzərləri yorğanın gülləri üstdə dayandı.

– Bu yorğan üzünü haradan almısan belə, çox yaxşı par-

çaya oxşayır.

Bağır bəy qonağın yanında öz səliqəsi ilə öyünmək is tə-

yir miş kimi bir az da lovğalanaraq:

– Bəli, sərkar, yaxşı parçadır, uruset malıdır, davamlı olur.

Səməd bəy birdən ilan vurmuş bir adam kimi yerindən 

sıç rayıb qalxdı və əlini yorğanın bir gülü üstə qoyaraq qəzəb-

lə:



136

Pənahi Makulu

– Kişi, – deyə bağırdı, – mən onu imtahan üçün deyirəm 

yaxşı parçadır. O da təsdiq eləyir. Kor gözlərini aç gör bir bur-

da nə görürsən. Məgər bu şurəvilərin qırmızı ulduzu deyil. 

Sən məni gör necə bir rəxtxabda yatırdırsan. Sən özün də elə 

o de mokratları gizləyən köpək oğullardansan. Bu yorğanı da 

sənə yəqin elə demokratlar yadigarlıq veriblər.

Pərt olmuş Bağır bəy dili kəkələyə-kəkələyə bu yorğanın 

lap beş il bundan əvvəl, demokratlardan çox əvvəl salındığını 

və orada heç bir ulduz görmədiyini dedisə  də  Səməd bəyin 

qulağına girmədi.

O, qışqıra-qışqıra dedi:

– Sabah tutub Təbrizə səhra məhkəməsinin qabağına gön-

də rərəm, ağlın başına gələr.

Qulağının dibinə qədər qızaran kəndxuda, tamam zəhmət-

lə rinin puça çıxdığını görüncə, özü və ya Vəli kişi kimi adam-

ların, bu köhnə qumarbazlara hərif olmadığını anladı, gün-

düzdən hazırlayıb ehtiyat üçün cibində saxladığı iki dənə on 

tümənliyi vəkilbaşının ovcuna basa-basa dedi:

– Ay rəhmətlik oğlu, bəhanə tap, bəhanəyə oxşasın, biz 

elə ata-babadan indiyə qədər uruset çiti işlətmişik. Üstündə nə 

şəkli olursa-olsun dünyadakı çitlərin hamısından möhkəmdir.

Qırmızı onluqları alandan sonra vəkilbaşının səsi kəsildi, 

Ba ğır bəy ilə Vəli kişi də məlul-məlul damdan düşdülər.



Sirli bir qətl

Yaz və payız yağınlarından əmələ gələn sellərin nəticəsin-

də kəndin yuxarı başından başlayaraq aşağısına qədər yaranan 

ki çik  dərə kəndi iki hissəyə bölmüşdü. Bu dərənin hər iki tə-

rə fi ndən kənd evləri sıra ilə düzülmüşdü. Həmin dərənin sağ 

kə narında Sükkar dağının  ətəyindən axıb gələn Sükkar arxı 

günə şin işığında par-par parıldayırdı. Bu arxın sahilində bitən 



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə