Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə162/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   158   159   160   161   162   163   164   165   ...   402

 

342 


zəmanə idi, kimyagərlik dövrü idi, Faust zəmanəsi idi, təbiət üzərində 

hökmranlığa,  sadə  metallardan  qızılın  alınmasına,  əbədi  gənclik 

eliksirinin hazırlanmasına yönələn ehtiraslı maraq zəmanəsi idi. Lakin 

bütün bunlara nail olmaq üçün bilik yox idi. 

Metaforik  olaraq  ifadə  etsək,  Renessans  Orta  əsr  zülmətinin 

bütövlükdə nura qərq olunma dövrü deyildi. Bir çox hallarda isə belə 

görünürdü ki, sanki işıq bütövlükdə yox olmuşdu. Bu fikri sona qədər 

davam etdirək. Renessans dövrünün mərkəzləşdirilmiş dövlətləri Orta 

əsrlərin  feodal  krallıqlarından  daha  az  demokratik  idi.  Reformasiya 

dövründə  «ifritlər»in  yandırılması,  «iblisə  inam»  və  inkvizasiya  Orta 

əsrlərin qəddarlıqlarından daha pis idi. Buna analoji olaraq, Renessans, 

intellektual planda Orta əsrlərə nisbətən daha tutqun idi.

 

 

***Foma Akvinalının soyuq və rasional üslubunu yadda saxlayaraq [Fəsil 6], 

Renessans naturfilosoflarının birindən, Cordano Brunodan (Giordano Bruno, 

1548-1600)  sitat  gətirək.  Onun  dialoqunda  iştirakçılardan  biri  materiya 

barədə  aşağıdakı  sözlərlə  danışır.  Aristotel  Fizikada  "ilkin  materiyanın  nə 

olduğunu  izah  etmək  arzusunda  olaraq,  ...  müqayisə  üçün  qadın  cinsini 

götürür;  mən  deyirəm  ki,  bu  cins  şıltaqdır,  kövrəkdir,  dəyişkəndir,  nərmə-

nazikdir,  çox  əhəmiyyətsizdir,  şərəfsizdir,  nifrətə  layiqdir,  aşağı  təbiətli 

olandır, alçaqdır, etina göstərməyə layiq olmayandır, ləyaqətsizdir, zalımdır, 

fəlakətlidir,  biabırçıdır,  soyuqdur,  eybəcərdir,  boşdur,  şöhrətpərəstdir, 

lovğadır,  qeyri-təvazökardır,  ağılsızdır,  xaindir,  tənbəldir,  iyrəncdir, 

mənfurdur,  naşükürdür,  bir  hissəsi  kəsilib  tullanılmışdır,  bərbad  hala 

salınmışdır,  qeyri-mükəmməldir,  başa  çatdırılmamışdır,  özlüyündə  kifayət 

dərəcədə  deyildir,  məhduddur,  qısaldılmışdır,  ölçüsü  azaldılmışdır,  bu, 

pasdır,  ləkədir,  alaqdır,  taundur,  xəstəlikdir,  ölümdür"  (C.Bruno.  Səbəb, 

başlanğıc  və  vahid  haqqında.  (Дж.Бруно.  О  причине,  начале  и  едином. 

Перевод  М.Дынника.  -  В  кн.:  Дж.Бруно.  Диалоги.  -  М.,  1949.  -  С.  251)). 

Bu,  müasir  gündəlik  şüurda  Renessansın  yüksəldilməsinin  və,  uyğun  olaraq, 

Orta  əsrlərin  alçaldılmasının  problematik  olduğunun  xatırlanması  kimi  çıxış 

edə  bilər.  İnsanlar  dəniz  əjdahasını  vikinqlər  zamanında  deyil,  Reformasiya 

zamanında (XVI əsr) görürdülər! 

 

 



 

 

 

 

 

 

 

 

 


 

343 


 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Biz  Renessansla  bağlı,  sadəcə  olaraq,  dəyərlərin  yenidən 



nəzərdən  keçirilməsi  və  əxlaqçılıq  toruna  düşməməliyik.  Onun 

intellektual  «tutqunluğu»  yeni  olan  nəyisə  tapmaq  cəhdi  idi.  Bu  isə 

müəyyən vaxt tələb edirdi.  

XYII əsr ərzində eksperimental elmlərin formalaşması başladı. 

Bu kontekstdə Renessansın intellektual «tutqunluğu» keçid fazası oldu. 

Bu  faza  intellektual  həyatın  yeni  başlanğıcı  üçün  zəruri  idi.                      

Demokritin atom nəzəriyyəsi kimi yunan təlimlərinə yönələn marağın 

təzələnməsi isə xüsusən məhsuldar oldu. Təbiət boş məkanda hərəkət 

edən  kiçik  maddi  hissəciklərdən  təşkil  olunmuşdur.  Platonun  və 

pifaqorçuların  riyaziyyat  fəlsəfəsi  müstəsna  dərəcədə  mühüm 

əhəmiyyət  kəsb  etdi.  Riyaziyyat  bütün  təbiət  hadisələrinin  açarıdır. 

İndi  biz  riyazi  dildən  (düsturlar,  nəticələr,  modellər)  və  bizə  klassik 

mexanikadan  məlum  olan  kəmiyyət  anlayışlarından  (kütlə,  qüvvə, 

təcil və sairə) istifadə edən elmə malikik. Bu elm nə xalis deduktiv, nə 

xalis induktiv deyildir, o, hipotetik-deduktivdir. 

Riyaziyyatda 

və 

məntiqdə 

biz 

bəzi 

müqəddimələrin 

(aksiomların) və deduksiyanın müəyyən qaydalarının köməyi ilə uyğun 

müddəalara (teoremlərə) gəlib çıxırıq. Biz bu arqumentasiya üsulunu 

deduksiya  adlandırırıq  (Evklid).  Deduksiyanın  əksliyi  induksiyadır. 

Bu, 

müəyyən 

növdən 

olan 

sonlu 

sayda 

müddəaların 

ümumiləşdirilməsinə  əsaslanan  və  bu  ümumiləşdirməni  həmin  növün 

bütün hallarına aid edən arqumentasiya üsuludur. Məsələn, son on il 

ərzində,  şəhər  zooparkına  baş  çəkərək,  biz  qu  quşlarını  müşahidə 



 

344 


etmişik və onları hər dəfə də ağ rəngdə görmüşük. Bunun nəticəsində 

də biz ümumiləşdirmə aparmışıq və təsdiq etmişik: "Bütün qu quşları 

ağdır". Amma bu bizim ixtiyarımız çatandan daha güclü mühakimədir. 

Axı biz bütün qu quşlarını müşahidə etməmişik. Tamamilə mümkündür 

ki,  zooparkda  bizim  görmədiyimiz  başqa  qu  quşları  da  yaşayır.  Biz 

həmçinin  qu  quşlarını  başqa  yerlərdə  də  görməmişik  və  əlbəttə  ki, 

bizim  anadan  olduğumuz  günə  qədər  mövcud  olan  qu  quşlarını  da 

müşahidə etməmişik və bizim ölümümüzdən sonra dünyaya gələcək qu 

quşlarını  da  biz  heç  bir  zaman  görməyəcəyik.  Bizim  müşahidə 

etdiyimizlə  bizim  təsdiq  etdiyimiz  arasındakı  münasibət  sonlu  ədədlə 

sonsuzluq  arasındakı  münasibətə  bənzəyir.  Ümumiləndirilmiş  və 

induktiv  mühakiməni  –  «Bütün  qu  quşları  ağdır»  -  biz,  əlbəttə  ki, 

yoxlaya  bilərik.  Bunun  üçün  həmişə  müşahidə  aparmalıyıq  və  qu 

quşlarını  başqa  yerlərdə və  başqa  zamanlarda  görənlərdən  məlumat 

toplamalıyıq.  Əgər  belə  alınsa  ki,  kimsə  ağ  olmayan  qu  quşunu 

həqiqətən  də  görmüşdür,  onda  bizim  müddəa  təkzib  olunmuş  olur. 

Lakin  nə  qədər  çoxlu  qu  quşunun  bizim  tərəfimizdən  müşahidə 

olunmasından  asılı  olmayaraq,  belə  müşahidələrin  sayı  ilə  mümkün 

müşahidələrin  sayı  arasındakı  münasibət  sonlu  və  sonsuz  çoxluqlar 

arasındakı  münasibətə  bənzəyəcəkdir.  Bu,  o  deməkdir  ki,  induktiv 

mülahizələr təkzib oluna bilər, amma heç bir zaman tamamilə təsdiq 

oluna bilməz

149

Metod  ətrafında  Renessans  döyüşü  zamanı  orta  əsr  sxolastik 

fəlsəfəsində (çətin ki, antik fəlsəfədə) bir çox münasibətlərdə hökmran 

olan  deduktiv  elmi  idealdan  xilas  olmaq  strateji  olaraq  zəruri  oldu. 

Məsələ  ondadır  ki,  xalis  deduksiya  yeni  biliyə  aparıb  çıxarmır.  Onun 

köməyi ilə əldə olunan müddəalar onun müqəddimələri qeyri-aşkar bir 

şəkildə  olsa  da,  özünə  ehtiva  edir.  Deduktiv  nəticələr  düzgündür, 

amma yeni biliyə münasibətdə sterildir. Lakin İntibah dövründə məhz 

yeni  biliyə  can  atırdılar.  Elə  buna  görə  də,  deduktiv  metodun  tənqidi 

heç  də  onun  düzgün  olmadığına  yönəlməmişdi,  onun  məhsuldar 

olmadığına yönəlmişdi. 

Bu  epistemoloji  konfliktin  görkəmli  iştirakçılarından  biri  olan 

Frensis  Bekon

150


 (Francis  Bacon,  1561-1626)  elmi  ideal  kimi 

deduksiyanın  əleyhinə  çıxış  etmişdi.  Buna  baxmayaraq  aşkardır  ki, 

                                                

149

 Bax: Popper, Fəsil 29.  

150

 Bir  tərəfdən,  Frensis  Bekon  insani  xurafata  (idolae  mentis)  tənqidi 

yanaşırdı,  digər  tərəfdən  isə,  yeni  elm  (novum  organon)  haqqında  pozitiv 

təlim inkişaf  etdirirdi. Bu  halda o,  yalnız  müşahidələrinin   kifayət olmadığını 

dərk edirdi. Amma, o, təbiətin riyazi olaraq formulə edilmiş qanunlarını deyil, 

Aristotelin arxasınca gedərək, şeylərin "formasını" (mahiyyətini) axtarırdı.  



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə