Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə158/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   154   155   156   157   158   159   160   161   ...   402

 

333 


bu  zəmanənin  bəzi  universitetləri  "elmlərlə"  məşğul  olan,  lakin  dərs 

demək vəzifəsi olmayan və magistri pop regens adlanan tədqiqatçılara 

malik idilər. Belə ki, Oksfordda və Parisdə Robert Qrossetest (Robert 

Grosseteste,  1175-1253)  və  Rocer  Bekon  (Roger  Bacon,  1214-1292) 

optikada  böyük  uğurlara  nail  oldular.  XIV  əsrdə  isə  riyaziyyat 

Oksfordda  Merton  kollecində  aparıcı  mövqe  tutdu.  XIV  əsrin 

ortalarından  başlayaraq  riyaziyyatın  oxşar  dirçəlişi  Parisdə  Nikolay 

Oremin  (Nicholas  Oreme,  təqribən,  1320-1382)  rəhbərliyi  sayəsində 

müşahidə olundu. 

Orta  əsr  universitet  mühitinin  mühüm  əlaməti  xüsusi 

diskussiyalar  idi.  Burada  məntiqi  fəndləri  təkmilləşdirir  və 

arqumentasiya  sənətini  öyrənirdilər.  Çoxsaylı  diskussiyalar  və 

debatlar Peter Abelyar (Peter Abelard, 1079-1142) və onun Hə və yox 

(Sic  et  Non)  əsəri  ilə  bağlı  idi.  Orta  əsr  təhsil  sisteminin  və 

pedaqogikasının  vacib  mühazirələrdən  (lectio)  başqa  elementləri 

disputlar  və  ya  müzakirələr  (disputatio)  idi.  (Hətta  bizim  günlərdə  də 

alimlik  dərəcəsinə  iddiaçı  onun  ideyalarının  uzun  və  ciddi 

müzakirəsindən  keçməlidir).  Növbəti  nümunə  göstərir  ki,  müzakirə 

üçün  çalışmalar  necə  də  müəmmalı  ola  bilərdi:  "İkibaşlı  əjdaha  xaç 

suyuna necə çəkilməlidir - bir baş olaraq və ya iki baş olaraq?" 

Orta əsr universitetində təlim, hər şeydən öncə, kitab alimliyinə 

nail olmadan ibarət idi. Məsələn, təbabət təlimi, başlıca olaraq, yunan, 

latın  və  ərəb  avtoritetlərinin  mətnlərinin  öyrənilməsini  özünə  ehtiva 

edirdi.  Bolonya  universitetində  dördillik  təbabət  kursunun  təsviri 

mövcuddur. Hər gün dörd mühazirə oxunardı. Birinci il ərəb filosofu 

Avisennaya və onun təbabətə dair Kanon dərsliyinə həsr olunmuşdur. 

İkinci  və  üçüncü  illərdə  Qalen,  Hippokrat  və  Averroes  öyrənilirdi. 

Dördüncü  il  əsasən  təkrara  həsr  olunurdu.  Təqribən  1300-cü  ildən 

başlayaraq  Bolonyada  insan  meyitlərinin  yarılması  praktikadan 

keçirilirdi. 1396-cı ildə fransız kralı Monpelyedə yerləşən universitetə 

meyitlərinin  yarılması  icazəsini  verdi.  Monpelyedə  təbib-tələbələr 

əməliyyatları müşahidə etmək və cərrahi vərdişlərə sahib olmaq üçün 

həmçinin  xəstəxanalara  da  getməli  idilər.  Belə  hesab  edilirdi  ki, 

cərrahiyə hər şeydən öncə mərdliyi tələb etdiyi üçün bütün bunları öz 

gözlərinlə  görmək  zəruridir.  Bir  dəfə  kəllənin  trepanasiyası  zamanı 

tələbələrdən biri beynin döyüntüsünü görərək özündən gedir. Bununla 

bağlı  magistrın  şərhi  müasir  təbib-tələbələrin  üçün  də  maraqlı  ola 

bilər.  "Mənim  məsləhətim  ondadır  ki,  heç  bir  kəs  əməliyyatın  necə 

keçirildiyini görməyincə özü belə bir əməliyyat keçirməməlidir". 

Orta  əsr  universitetində  tələbələr  müəyyən  demokratik 

hüquqlara malik idilər. Bir çox yerlərdə tələbələr indi bizim günlərdə 

olduğundan  daha  çox  çəkiyə  və  daha  böyük  nüfuza  malik  idilər. 




 

334 


Məsələn, Bolonyada tələbə gildiyaları rektorları və professorları seçir 

və  vəzifədən  kənarlaşdırırdılar.  Əgər  mühazirəçi  mühazirəni 

həddindən artıq  gec  başlasaydı  və  ya  onlara  elan  edilmiş  kursa riayət 

etməsəydi  və  ya  şərh  olunan  mətndə  çətin  yerləri  izah  etməsəydi, 

tələbələr  mühazirəçini  cərimə  edə  bilərdilər.  Tələbələr  tərəfindən 

boykot  edildiyi halda mühazirəçi işsiz  qalırdı.  Tələbələrin  son  dərəcə 

böyük  təsiri  onunla  izah  olunur  ki,  onlar  çox  zaman  varlı  ailələrdən 

çıxmışlardan  ibarət  olurdu  və  mühazirəçinin  haqqını  şəxsən 

ödəyirdilər.  Yalnız  təxminən  1350-ci  ildə  mühazirəçilər  ilk  dəfə 

olaraq əmək haqqını Bolonya şəhərindən aldılar. 

Orta 

əsr 


universitet 

ənənəsi 


kişilər 

tərəfindən 

formalaşdırılmışdır.  Orta  əsr  cəmiyyətinin  intellektual  həyatına 

qadınların tövhəsi barədə bizə az şey məlumdur, baxmayaraq ki, onlar 

monastırlarda  və  xəstəxanalarda  mərkəzi  yer  tuturdular.  Lakin  son 

illərin  tədqiqatları  göstərdi  ki,  Orta  əsrlərdə  də  bir  neçə  görkəmli 

qadın  -  filosoflar  və  teoloqlar  var  idi  ki,  bunun  əsasında  da 

özünəməxsus "gizli qadın ənənəsi" barədə danışmaq olar. Görünür ki, 

onlardan ən məşhuru Hildeqard Bingenli (Hildegard of Bingen, 1098-

1179)  idi,  o,  Almaniyada  Bingen  yaxınlığındakı  monastırın  əsasını 

qoymuşdu. Hildeqard bir neçə kitab, o cümlədən Tanrının yolunu dərk 

et  (Scivias)  kitabını  yazmışdır.  O,  qadının  "qeyri-mükəmməl"  kişi 

anlamını  təkzib  etmiş  və  Tanrı  anlayışının  müəyyən  feminizasiyasını 

hazırlamışdır.  Oxşar  ideyaları  Yulian  Norviçli  (Julian  of  Norwich, 

təxminən  1342-1416)  söyləmişdir,  o,  Tanrı  barədə  "bizim  Anamız" 

kimi danışmışdır. 

Orta əsr universitetlərində intellektual mübahisələrin böyük bir 

hissəsi nominalizmin və realizmin konflikti ətrafında cəmləşirdi. XIV 

əsr  ərzində  nominalizm  universitetlərdə  aparıcı  mövqe  tutdu.  Bunun 

qarşısını  almaq  üçün  göstərilən  müxtəlif  səylər  uğursuz  oldu. 

Nominalizm  birmənalı  olaraq  fəlsəfədə  müasir  yol  (via  moderna), 

ənənəvi realizm isə köhnə yol (via antiqua) olaraq şərh olundu. Yeni 

yol  müəyyən  mənada  teoloji  olaraq  Lüterə,  fəlsəfi  olaraq  isə  britan 

empirizminə gətirib çıxardı. 

 

Ərəb fəlsəfəsi və elmi 

 

Qərbdə  yunan  fəlsəfi  və  elmi  irsinin  böyük  hissəsi  Roma 



imperiyasının  tənəzzülü  ilə  XIII-XIV  əsr  Renessans  mədəniyyəti 

arasındakı dövrdə itirilmişdi. Ancaq "qaranlıq əslər"də yunan fəlsəfəsi 

və  elmi  başqa  mədəniyyətə  ötürülmüşdü.  Tez-tez  deyirlər  ki,  qərb 

fəlsəfəsi və elmi ərəb-islam mədəniyyətində qorunub saxlanmışdır. Bu 

düzdür,  ancaq  bəzi  dəqiqləşdirmələri  tələb  edir.  Ərəblər  yunan 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə