Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə155/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   151   152   153   154   155   156   157   158   ...   402

 

327 


bizim  istədiyimiz  yerdə  deyil,  özünün  istədiyi  yerdə  dolaşır"

143


.  Biz 

Tanrının  iradəsinə  qayda  və  norma  qoya  bilmərik.  Belə  etdikdə,  biz 

sanki Yaradanın əlavə bir yaradıcısını daxil edirik və bununla da ona 

qarşı  etinasızlıq  nümayiş  etdirmiş  oluruq  (bu  volyuntarizmin  Qrotsi 

tərəfindən tənqidinə nəzər salın, Fəsil 8). 

Lüterin 


fikirlərin 

nümunəsində 

həmçinin 

Okkamın 


nominalizmi ilə  etik-teoloji  volyuntarizm  arasındakı  daxili əlaqəni  də 

görmək olar. Nominalist nöqteyi-nəzərdən, Lüter etiraz edə bilərdi ki, 

Tanrının  da  tabe  olmalı  olduğu  etik  prinsiplər  mövcuddur.  Öz 

növbəsində,  volyuntarizm  xristian  etikasını  Tanrının  desizionist 

iradəsi  (desizionizm  –  nəyinsə  ümumi  normalar  əsasında  deyil,  azad 

qərar, həll əsasında müəyyənləşdirilməsi) ilə bağlayır. Beləliklə, Tanrı 

heç  nə  ilə  bağlı  olmayan  mütləq  Qüdrət  kimi  başa  düşülür.  Biz 

arqumentasiyanın  bu  üsulu  ilə  yeni  siyasi  şəraitdə  də  rastlaşırıq. 

Ondan  Hobbs  mütləq  monarxiyanın  legitimləşdirilməsi  üçün  istifadə 

etmişdir  (bu,  çətin    təsadüf  hesab  edilə  bilsin  ki,  Hobbs  dünyəvi 

hökmdara  "fani  Tanrı"  kimi  baxmışdır,  onun  siyasi  fəlsəfəsində  isə 

mərkəzi  yeri  desizionizm  və  volyuntarizm  tuturdu.  Müəyyən  mənada 

demək  olar  ki,  Lüter  üçün  həm  dünya,  həm  də  əxlaqi  normalar 

təsadüfidir.  Məntiqi nöqteyi-nəzərdən,  onlar indi  olduqlarından  başqa 

cür də ola bilərdilər. 

Lüterin  siyasi  təfəkkürü  mənəvi  və  dünyəvi  hakimiyyətin 

qarşılıqlı  münasibətləri  ətrafında  dolaşır  (Gelasinin  iki  hakimiyyət 

haqqında  təlimi  ilə  müqayisə  edin).  Lüter  formal  olaraq  onu 

əsaslandırır  ki,  bu,  bizim günlərdə  kilsənin  və  dövlətin  funksiyaların 

bölgüsü  kimi  məlumdur.  Praktikada  kilsə  özünün  dövlətə  təsirinin 

müəyyən  bir  hissəsini  itirir.  Lüter  üçün  söhbət  Tanrı  tərəfindən 

müəyyənləşdirilən,  amma  müxtəlif  funksiyalara  malik  olan  iki 

məmləkət və ya iki idarəetmə sistemi barədə gedir. Dünyəvi idarəetmə 

cəmiyyətdə  hüququn  və  nizamın  qorunub  saxlanılması  üçün  olan 

institutdur.  Bu  idarəetmə  qılıncdan  istifadə  edir.  ("Qılınc  dövləti 

qırmızı və qanlı olmalıdır"). Mənəvi idarəetmə sözdən istifadə edir və 

həm təbəələrin, həm də hökmdarların vicdanına müraciət edir. 

Dünyəvi  idarəetmə  haqqında  təlim  Lüterin  pessimistik 

antropologiyası ilə bağlıdır. İnsan əslində vəhşi və amansız heyvandır, 

onu  zəncirin  köməyi  ilə  yüyənləmək  gərəkdir

144

.  Cəmiyyət  dünyəvi 



idarəetmə  olmadan  xaos  və  hamının  hamıya  qarşı  müharibəsi 

                                                



143

 М.  Лютер.  О  рабстве  воли.  Перевод  Ю.  Каган.  -  В  кн.  :  М.  Лцтер. 

Избранные сочинения. - СПб, 1994. - С. 187.  

144

 М.  Лютер.  О  светской  власти.  Перевод  Ю.  Голубкина.  -  В  кн.  :  М. 

Лютер. Избранные сочинения. - СПб, 1994. - С. 136.  


 

328 


vəziyyətində  olardı  (nəzər  salın.  Hobbs,  Fəsil  9).  Belə  ki,  bizim 

hamımız  günahlı  və  zalımıq,  onda  Tanrı  bizi  qanunun  və  qılıncın 

köməyi  ilə  yüyənləyir,  bunun  nəticəsində  isə  şəri  açıq  əməllərə 

çevirmək  bizim  üçün  o  qədər  də  asan  olmur.  Lüterin  nöqteyi-

nəzərindən,  insanlar  Aristotel  və  Foma  Akvinalı  üçün  olduqları  kimi 

"ictimai və siyasi heyvan" deyillər. Yunan antropologiyasının və ordo 

(iyerarxik nizam) ideyasının orta əsr sintezi aşkar bir şəkildə dağıldı. 

İki  idarəetmə  haqqında  Lüter  təlimi  insanın  daxili  və  xarici 

həyatının (daxili və xarici insanın) vacib bir şəkildə fərqləndirilməsinə 

aparır.  Dünyəvi  idarəetmə  xarici  əməllərlə  məhdudlaşır.  O,  həyati, 

mülki  və  dünyəvi  işləri  tənzimləyir.  O,  insanın  daxili  həyatı(insanın 

daxili) üçün heç bir qanun verə bilməz. Burada yalnız bir Tanrı idarə 

edir.  Beləliklə,ınsanın  daxili    dünyəvi  hakimiyyət  sferasına  məxsus 

deyildir.  Belə  ki,  Lüter  təsdiq  edir  ki,  bidətin  kökü  qılıncla 

kəsilməməlidir.  Onunla  Tanrı  Sözü  döyüşməlidir.  "Bidət  -  mənəvi 

əməldir; onu nə heç bir dəmirlə kəsmək, nə heç bir odda yandırmaq, 

nə  heç  bir  suda  batırmaq  olmaz.  Bunun  üçün  yalnız  Tanrı  sözü 

gərəkdir ki,  o  da,  bunu  edəcəkdir"

145

.  Prinsipcə,  burada  söhbət  daxili 



mövqe  və  xarici  əməllər  arasında  vacib  hüquqi  fərqləndirmə  barədə 

gedir (burada həmçinin əxlaq və qanun arasındakı fərqlərin konturları 

da  görünür).  Dünyəvi  idarəetmə  daxili  fikirlərə  görə  deyil,  yalnız 

xarici  əməllərə  görə  cəzalandıra  bilər.  Bu  ideyanın  praktik  nəticələri 

onun  irəli  sürülməsindən  bir  çox  müddət  keçdikdən  sonra  aşkar 

olundu. 


Dünyəvi  idarəetmə  Tanrı  tərəfindən  müəyyənləşdirildiyi  üçün 

dövlətin  əleyhinə  üsyan  qaldırmaq  eyni  zamanda  Tanrının  əleyhinə 

üsyan  qaldırmaqdır.  Üsyançı  Tanrının  düşməni  olur.  Buna  görə  də, 

Lüter  belə  hesab  edir  ki,  dövlət  qılınca  əl  atdığı  zaman  "Tanrıya 

xidmət  etmiş  olur".  Lüter  knyazlarla  mübarizə  aparan  kəndlilərin 

əleyhinə  kəskin  surətdə  çıxış  edir  (Almaniyada  Kəndli  Müharibəsi, 

1524-1525-ci  illər).  "Bu  həyasızlara  yumruqla  elə  cavab  vermək 

lazımdır  ki,  onların  burunlarından  qan  açılsın"

146

.  Lüter  dövlətin 



                                                

145

 Там же. - С. 152.  

146

 M. Luther.  "Ein  Sendbrief  von  dem  harten  Buchlein  wieder  die  Bauern"  - 

In  Werke.  Hrsg.  von  K.  Aland.  Bd.  7.  -  Stuttgart,  1962.  Bu  məktubun  üslubu 

xüsusi öyrənilməyə layiqdir. "Kəndlilər heç bir öyüdü qavramaq istəmədikləri 

kimi, heç bir söz də eşitmək istəmirlər. Elə buna görə də, onların qulaqlarını 

güllələrin köməyi ilə elə təmizləmək gərəkdir ki, onların başları parça-parça 

olsun...  Tanrı  sözünü  eşitməyi istəməyən,  baltasını  yuxarıya  qaldıran  cəlladı 

eşitməlidir"  (S.  204).  "Sözü  eşitməyən  tərs,  ruhsuz  və  kor  kəndli  mərhəmət 

gözləməməlidir. Onlardan hər biri qudurğan it kimi məhv edilməli, kəsilməli, 

öldürülməli və izlənilməlidir" (S. 212).  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə