Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə153/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   149   150   151   152   153   154   155   156   ...   402

 

323 


davam  edən  siyasi  təlimləri  nəzərdən  keçirəcəyik.  Bunu  etməzdən 

öncə isə XIV-XV yüzilliklərin ideologiyalarının əsas cizgilərini təsvir 

edək. 

XIV  əsrdə  ideoloji  konfliktin  mərkəzinə  kralın  və  təbəələrin,  



həmçinin  də  papanın  və  katoliklərin  qarşılıqlı  münasibətləri  barədə 

məsələ  çıxdı.  Kral  (papa)  mütləq  hakimiyyətə  malik  olmalıdırmı 

yoxsa hakimiyyət ənənəvi nümayəndəli assambleyaların əlində olmalı 

və qədim, köhnə qanunlara uyğun olaraq fəaliyyət göstərməlidir. 

Marsili  Padualı  (Marsilius  of  Padua,  1275/1280-1343) 

Aristotelin mövqeyində  dayanan  antipapist idi.  Onun  bir  çox  fikirləri 

(Sülhün müdafiəçisi - Defensor pacis, 1324 - əsəri) Reformasiyanın və 

protestantizmin ideyaları ilə səsləşirdi. 

İoann  (Jan)  Parisli  (John  of  Paris  və  ya  Jean  Quidort,  1255-

1306) və Marsili Foma Akvinalı kimi belə hesab edirdilər ki, cəmiyyət 

o  mənada  özlüyündə kafi  ola  biləndir ki,  onu teoloji  və  ya  metafizik 

əsaslandırılma olmadan da idarə etmək olar. Əgər Foma üçün inamın 

və zəkanın, müqəddəs olanın və dünyəvi  olanın harmoniyası mövcud 

idisə, özlüyündə kafi ola bilən cəmiyyət isə ilahi mənşəyə malik idisə, 

onda Marsili İoann Parislidən daha əminliklə sübut edirdi ki, cəmiyyət 

kilsədən asılı deyildir. 

Marsilidə  siyasətin  və  dinin,  dövlətin  və  kilsənin  radikal 

bölgüsü  inamın  və  zəkanın  nominalistik  anlamı  ilə  bağlıdır.  Marsili 

xristian  və  rasionalistik  başlanğıcların  tomist  harmoniyasını  təkzib 

edir,  inamın  və  zəkanın  həqiqətlərinin  radikal  uyğunsuzluğunu  isə 

təsdiq  edirdi.  Zəka  (həm  də  cəmiyyət)  öz  sahələrində  özlüyündə kafi 

ola biləndir. İnam Vəhyə (məsələn, İncildə ifadə olunan) əsaslanır və 

siyasətə deyil, axirət dünyasına aiddir. 

Marsili dini (xristianlığı) təkzib etmir. Ateizm əsasən XVIII əsr 

fransız ixtirasıdır! Amma, Marsili dini o dərəcədə "interiorlaşdırır" ki, 

o, siyasi deyil, fövqəlrasional və əsasən o dünyaya aid olan, şəxsi olan 

bir şeyə çevrilir. Din hər bir kəsin "şəxsi" məsələsinə çevrilir, kilsə isə 

onun təlimində könüllü, qeyri-siyasi təşkilat xarakterini alır

141



Marsiliyə  görə,  ictimai  fəaliyyətin  bütün  növləri  dövlətin 



nəzarəti  altında  olmalıdır, ruhanilər  isə,  bir  sosial  qrup  olaraq,  dövlət 

tərəfindən icazə veriləndən daha çox heç bir hüquqlara və imtiyazlara 

                                                

141

 Marsilinin mövqeyi belədir. Amma, kilsə onun zəmanəsində, məlum olduğu 

kimi  könüllü  siyasətdən  kənar  təşkilat  deyildi.  Reformasiyanın  baş  verdiyi 

ölkələrdə  Roma-katolik  kilsəsinin  geri  çəkilməsindən  sonra  yaranan  siyasi 

vakuumu  əsasən  knyazlar  doldurdular.  Qayda  belə  oldu  ki,  təbəələr  knyazın 

dəstəklədiyi inama qoşulmalıdırlar (cuius regio, euis religio). Din seçimi daha 

"şəxsi" olmadı.  



 

324 


malik 

olmamalıdırlar.  Xüsusi  kilsə  hüququ(kanonik  hüquq) 

olmamalıdır,  ruhanilər,  məsələn  elə  papa  da  cəmiyyət  tərəfindən 

"təyin olunmalı və azad edilməlidir". Dini sferada heç bir dini həqiqət 

yoxdur  ki,  onu  anlamaq  çətin  olmuş  olsun  və  onu  şərh  etmək  üçün 

yalnız  xüsusi  olaraq  hazırlanmış  yüksək  ixtisaslı  insanlar  və  zəka 

lazım  gəlsin.  İnam  və  zəka  ayrıdır.  Bibliya  yalnız  dini  biliyin 

mənbəyidir.  Elə  buna  görə  də,  papanın  sözlərinə  başqa  xristianların 

sözlərindən  daha  çox  əhəmiyyət  vermək  üçün  heç  bir  əsas  yoxdur. 

Bunun  təsiri  ilə  məhz  kilsə  yığıncağı,  Marsiliyə  uyğun  olaraq,  dini 

məsələlər üzrə qərar qəbul etməlidir. 

Marsilinin təfəkküründə həm sekulyarizasiyaya doğru, həm də 

sonrakı protestantizmə  doğru meyl  müşahidə  olunur.  Sekulyarizasiya 

meyli onda ifadə olunur ki, birinci yerə dini və etik məqsədlər əvəzinə 

insanın "təbii",  bioloji  başlanğıcı  və  onun ictimai  olaraq  faydalı  olan 

funksiyaları  qoyulur.  Protestantizm  meyli  ondadır  ki,  Marsili,  inamı 

və  zəkanı  bir-birindən  kəskin  bir  şəkildə  ayıraraq,  dini  nəsə  xüsusi 

olan bir şey kimi müəyyənləşdirir. Bu sərhədi qərarlaşdıraraq, o, eyni 

zamanda  (bir  "volyuntarist"  kimi)  iradəyə  rasionallıqdan  daha  çox 

əhəmiyyət  verir.  Marsili  də  ilk  reformatorlar  kimi  ümumi  xristian 

inamının vahidliyindən çıxış edir. 

Uilyam  Okkam  (1285-1349)  fransiskans  monarxı  idi.  O,  bir 

siyasətçi  olaraq  orta əsr  konstitusionalizmin  papa  "mütləqiyyətindən" 

konservativ  müdafiəçisi  idi.  Bir  filosof  olaraq  isə,  o,  nominalist  və 

volyuntarist  idi.  O  ki  qaldı  ideyaların  inkişaf tarixinə,  Okkam  Martin 

Lüterin və protestantizmin sələfi oldu. 

Foma konseptual realist idi. Anlayışlar və prinsiplər onun üçün 

təbiətdə  mövcuddurlar.  Bu  anlayışlar  və  prinsiplər  üzərində 

düşünərək, biz məsələn dünyanın mənşəyi barədə (Tanrı haqqında bir 

Yaradan  olaraq)  real  biliyi  əldə  edə  bilərik.  Okkam  isə  konseptual 

nominalist  idi.  Şüur  xaricində  (ekstramental  olaraq)  mövcud  olan 

yalnız  hislərlə  qavranılan  şeydir  (fiziki  partikulyariyadır).  Anlayışlar 

yalnız  bizim  şüurumuzda  mental  olaraq,  ayrıca  fenomenlər  (mental 

partikulyariyalar)  olaraq  mövcuddurlar.  Biz  ayrıca  –  qavranıla  bilən 

və  mental  -  şeylər  (partikulyariyalar)  barədə  düşünmək  üçün  öz 

dərrakəmizdən  istifadə  edə  bilərik.  Elə  buna  görə  də,  universaliyalar 

barədə  düşüncələrə  istinad  edən  teoloji  spekulyasiyalar  üçün  heç  bir 

əsas  mövcud  deyildir.  Teologiya  və  insanın  Tanrıya  münasibəti,  ilk 

növbədə, Bibliyanın öyrənilməsinə və Müqəddəs yazıya inama istinad 

edir.  Beləliklə,  nominalizm  zəkanın  və  inamın  müəyyən  dərəcədə 

fərqləndirilməsinə  və  həmçinin  metafizikadan  və  spekulyativ 

teologiyadan  müəyyən  imtinaya  aparıb  çıxarır.  Bu,  o  deməkdir  ki, 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə