Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə151/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   147   148   149   150   151   152   153   154   ...   402

 

319 


zamanda  teoloji  mübahisələr  üçün  fəlsəfi  hazırlığın  zəruri  olduğunu 

göstərir, hətta fəlsəfənin dini suallarla məşğul olmaq qabiliyyəti inkar 

edildiyi  hallarda  belə.  Oxşar  inkarın  özü  rasional  olaraq 

əsaslandırılmalıdır). 



           1) Kosmoloji arqument 

Bu  arqument  əsasən  belədir.  Dünyada  dəyişikliklər  baş  verir. 

Toxum  artaraq  bitki  olur,  uşaqlar  yaşlanır  və  i.a.  Amma  mövcud 

hadisədə hər  belə bir dəyişiklik bu dəyişiklikdən kənarda  dəyişikliyin 

mənbəyinin  olduğunu  göstərir.  Hər  bir  dəyişilən  hadisə,  beləliklə, 

dəyişikliyin  başlanğıc  nöqtəsi  rolunda  çıxış  edən  başqa  bir  hadisənin 

olduğunu göstərir. 

Bu  sübut  ideyasının  mənbəyi  ondadır  ki,  dəyişiklik  eyni 

zamanda  öz  səbəbi  ola  bilməz.  Dəyişikliyə  səbəb  olmaq  üçün  başqa 

bir  hadisənin  olması  zəruridir.  Bu  yolla  biz  dəyişiləndən  dəyişikliyin 

səbəbinə  doğru,  sonra  bu  səbəbdən  onun  səbəbinə  doğru  və  i.a. 

hərəkət edə bilərik. Biz bu istiqamətdə irəliyə və irəliyə doğru hərəkət 

edə  bilərik.  Konkret  nümunə  olaraq  uşaqlardan  valideynlərə  doğru 

genealoji  ağac  boyu  hərəkət  göstərilə  bilər.  Amma  biz  təsəvvür  edə 

bilmərik ki, hərəkət edəndən hərəkət etdirənə doğru olan belə reqress 

sonsuz  olaraq  davam  edə  bilər.  İlk  keçid  mövcud  olmalıdır.  Bunun 

əksi ağlasığmazdır. 

Deməli,  özünün  heç  nə  ilə  şərtlənmədiyi,  amma  bütün 

dəyişikliklərin  və  hər  bir  hərəkətin  mənbəyi  olan  ilk  səbəb  mövcud 

olmalıdır. Bu ilk səbəb "İlk təkanvericidir" və Fomaya uyğun olaraq, 

biz onu Tanrı adlandırırıq. 

Qeyd  edək  ki,  Foma  demir  ki,  ilk  səbəb  Tanrıdır,  o,  deyir  ki, 

biz  onu  Tanrı  adlandırırıq.  Arqumentin  məğzi  onda  deyildir  ki, 

Tanrının  mövcudluğu  (bundan  başqa,  onun  İlk  səbəb  olduğu) 

göstərilsin,  məsələnin  məğzi  ondadır  ki,  Tanrının  mövcudluğunun 

təsdiqinin ağlabatan olduğu göstərilsin. 

Tanrının  mövcudluğunun  kosmoloji  sübutu  əleyhinə  bir  neçə 

etiraz  mövcuddur.  Belə  bir  müqəddimə  şübhə  altına  alına  bilər  ki, 

dəyişilən  hər  bir  şey  bu  dəyişiklik  üçün  kənardan  impuls  almalıdır. 

Məgər  şeylərin  özləri  dəyişilə  bilmirlərmi?  Bu  şübhə  bizi  belə  bir 

müzakirəyə aparıb çıxarır ki, şey nədir və dəyişiklik qüvvələri ilə necə 

bağlıdır.  Tomist  anlam  aktuallıqlar  və  potensiallıqlar  (actus  və 

potentia) və dörd "səbəb" barədə təlimlərə əsaslanır. 

Başqa  bir  etiraz  ondadır  ki,  «biz  sonsuz reqressiyanı təsəvvür 

edə  bilmədiyimiz  üçün  ilk  səbəb  mövcud  olmalıdır»  mülahizəsi  ilə 

razılaşmaq  ağlasığmazdır.  Məgər  dünya  o  mənada  sonsuz  ola 

bilməzmi ki, o, çıxış nöqtəsinə malik deyildir? 



 

320 


Daha  bir  etiraz  Foma  tərəfindən  yalnız  və  yalnız  bir  İlk 

təkanvericinin  qəbul  olunması  ilə  bağlıdır.  Amma  bu,  rasional 

nöqteyi-nəzərdən inandırıcıdırmı? 

Nəhayət,  etiraz  etmək  olar  ki,  bu  arqument  xristian  Tanrının 

mövcud olmasını deyil, ən yaxşı halda, ilk səbəbin mövcud olmasını 

sübut  edir  (ilk  səbəbin  isə  şəxsləndirilmiş  xristian  Tanrısı  olması 

məcburi  deyildir).  İlk  səbəbin  xristian  Tanrısı  olmasını  təsdiq  etmək 

üçün  isə  digər əsaslar  zəruridirlər.  Fomanın  ifadə  tərzi  göstərir  ki,  o, 

bu  çətinlikləri  dərk  etmiş  və  buna  görə  də,  öz  arqumentasiyasını 

həddindən artıq genişləndirməyə çalışmamışdır. 



           2) Kauzal arqument 

Bu  arqumentin  mahiyyəti  kosmoloji  arqumentin  mahiyyətinə 

uyğun  gəlir,  amma  o,  başlıca  olaraq,  səbəbin  və  nəticənin  əlaqəsinə 

əsaslanır. İstənilən nəticə öz səbəbini göstərir, bu isə onun səbəbini və 

i.a.  göstərir.  Kosmoloji  arqument  aktuallıq  və  potensiallıq  haqqında 

təlimlə  və  geniş  mənada  dəyişiklik  anlayışı  ilə  bağlıdır.  Kauzal 

arqument  eyni  zamanda  səbəbin  və  nəticənin  spesifik  əlaqəsindən 

çıxış edir.  



           3) Zərurətə əsaslanan arqument 

Zərurətə  əsaslanan  arqument  özünün  başlıca  cizgilərində 

aşağıdakılardan  ibarətdir.  Yer  üzərində  istənilən  bir  şey  prinsipial 

olaraq təsadüfidir, yəni o mənada təsadüfidir ki, onun mövcud olması 

zəruri deyildir. O, olduğundan fərqli də ola bilərdi. İndi mövcud olan 

şeylərin  və  hadisələrin  əvəzinə  digərləri  də  mövcud  ola  bilərdi.  Bu, 

şeylərə  də,  hadisələrə  də  və  insanlara  da  aiddir.  Sizin  və  ya  mənim 

mövcudluğum və ya Nyu-Yorkun və ya Londonun mövcudluğu zəruri 

deyildir.  Lakin  ağlasığmazdır  ki,  bütün  hər  bir  şey  təsadüfidir.  Nəsə 

elə  bir  varlıq  mövcud  olmalıdır  ki,  o,  zəruri  olmuş  olsun,  və  Fomaya 

uyğun olaraq, onu "biz Tanrı adlandırırıq ". 

4) Mükəmməllik və varlıq dərəcələrinə əsaslanan arqument 

Biz  görürük  ki,  mövcud  olan  hər  bir  şey  bu  və  ya  digər 

dərəcədə  mükəmməldir  və  böyük  və  ya  kiçik  varlığa  malikdir. 

Deməli,  biz  varlığın  və  mükəmməlliyin  qradasiyasını  təsəvvür  edə 

bilərik.  Bu  iyerarxik  nizam  dünyəvilik  xaricində  olan  bir 

mükəmməlliyin mövcud olduğunu göstərir. Bu nəsə mütləq Varlıqdır 

ki,  onu  da,  Fomaya  görə,  "biz  Tanrı  adlandırırıq".  Bu  arqumentasiya 

dünyanın öncə təsvir olunan tomist iyerarxik mənzərəsinə istinad edir. 



5) Teleoloji arqument 

Həmçinin  fiziki-teleoloji  adlanan  bu  arqument  təqribən 

aşağıdakından  ibarətdir.  Biz  təbiətdəki  (physis)  nizamı qavrayırıq  və 

nəticədə  hər  şeyin  arxasında  məqsəd  (telos)  görürük.  Kainat  bizim 

qarşımızda yaxşı nizama salınmış və əla təşkil olunmuş kimi görünür. 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə