Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə150/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   146   147   148   149   150   151   152   153   ...   402

 

317 


baxımdan  qüsurlu  çevrəyə  və  ya  deduktiv  zəncirin  əsassız  olaraq 

qırılmasına  aparıb  çıxarır.  (Yuxarıda  skeptiklər  barədə  deyilənlərə 

nəzər  salın).  Bu  sözün  altında  eksperimental  elmlərdə  yer  alan, 

empirik təsdiq mənasında anlaşılan sübut başa düşülmür. (Bundan da 

daha  çox  deyilsə,  elə  empirik  verifikasiya anlayışı  da  problematikdir, 

Popperin nöqteyi-nəzərinə nəzər salın, Fəsil 29). 

Müzakirə  olunan  "sübutlar"  aşağıdakı  xüsusiyyətə  malikdir. 

Onlar  təsdiq  edir  ki, hissi  qavrayış  onun  sərhədləri  xaricində nəyinsə 

olduğunu göstərir və biz bu nəyisə Tanrı adlandıra bilərik. 

Qeyd  etmək  lazımdır  ki,  bu  sübutlarda  söhbət  Tanrının 

mahiyyətinin  dərk  olunması  barədə  deyil,  Tanrının  mövcudluğuna 

inamın  əsaslandırılması  barədə  gedir.  Tanrının  mahiyyəti  və  ya 

əlamətləri barədə məsələ qoyulduğu zaman, Foma belə hesab edir ki, 

biz  onu  dünyəvi  zəkanın  köməyi  ilə  deyil,  yalnız  Vəhyin  və  inamın 

köməyi ilə işıqlandıra bilərik. 

Nəhayət,  onu  da  demək  zəruridir  ki,  Tanrının  mövcudluğuna 

yönələn bu sübutlar mömin xristian üçün heç də həlledici əhəmiyyətə 

malik deyildir. Vəhyin və inamın Tanrı ilə qarşılıqlı əlaqəsi onun üçün 

kifayət  edəcək  qədərdir.  Amma  xristian  olmayanların  xristianlığa  üz 

çevirmələri üçün belə sübutlar faydalıdır. 

O  zaman  ki,  biz  Tanrının  mövcudluğunun  sübut  olunması 

barədə  bir  rasional  arqumentasiya  forması  olaraq  danışırıq,  onda, 

əlbəttə  ki,  aşağıdakıları  nəzərə  almaq  gərəkdir.  O  şey  ki,  yaxşı  və 

inandırıcı  əsas  olaraq  nəzərdən  keçirilir,  müxtəlif  fəlsəfi  ənənələrdə 

müxtəlif  cür  olacaqdır.  Neoplatonçular,  tomistlər  və  skeptiklər 

müxtəlif  fundamental  mövqeləri  tuturlar  və  buna  görə  də,  bu  tipli 

sübutlarda nəyin tutarlı əsas  olduğu  barədə  suala müxtəlif  cür  cavab 

verirlər. Bunu daha konkret olaraq göstərək. Neoplatonçular Tanrının 

mövcudluğunun  sübutlarından  istifadə  etmirlər,  çünki  onlar,  necə 

deyərlər,  İlk  Başlanğıcdan,  Tanrıdan  başlayır  və  oradan  aşağıya, 

dünyaya  doğru  enirlər  (neoplatoniklər  üçün  söhbət, hər  şeydən  öncə, 

dünyanın  mövcudluğunun  sübutu  barədə  getməli  idi!).  Nominalistlər 

də  həmçinin  Tanrının  mövcudluğunun  sübut  olunması  ilə  məşğul 

olmurlar,  ona  görə  məşğul  olmurlar  ki,  onlar  güman  edirlər  ki,  zəka 

hisslərlə qavranılan ayrıca şeylərdən yuxarıya yüksələ bilməz. Belə ki, 

yuxarıda  yalnız  inam  və  Vəhy  mövcuddur,  buna  görə  də,  Tanrının 

mövcudluğu  xeyrinə  yönələn  rasional  arqumentlər  yoxdur.  Yalnız 

Aristotelçilər  Tanrının  mövcudluğunun  sübutları  ilə,  sözün  geniş 

mənasında,  məşğul  olurlar.  Bu,  o  səbəbdən  mümkün  olmuşdur  ki, 

onlar  zəkaya  ayrıca  hissi  şeylərin  sərhədləri  xaricinə  çıxan  fəaliyyət 

meydanı  verirlər  (konseptual  realizm)  və  aşağıdan,  bu  şeylərdən 



 

318 


başlayırlar  və  sonra  yuxarıya  doğru  hərəkət  edirlər  (mötədil 

konseptual realizm). 

Öncə  Tanrının  mövcudluğu  xeyrinə  yönələn,  ontoloji 

adlandırılan  arqumenti  nəzərdən  keçirək.  Bu  arqument  Anselm 

Kenterberiliyə  (1033/34-1109)  məxsusdur.  Sonra  isə  "beş  üsul"  – 

Tanrının  mövcudluğunun  beş  sübutu  üzərində  dayanaq.  Bu  "beş 

üsulu" Fomada tapmaq olar. 

           Ontoloji arqument (Anselm) 

Bu  arqument  ilk  yanaşmada  belə  görünür.  Bizim  Tanrı 

ideyamız  –  Mükəmməllik  barədə  (Ali  Varlıq  barədə)  ideyadır.  Biz 

daha  böyük  mükəmməlliyi  təsəvvür  edə  bilmərik.  Müstəqil  (real) 

mövcudluq  nisbi  (məsələn,  uydurulmuş)  mövcudluqdan  daha 

mükəmməldir.  Beləliklə,  Tanrı  ən  yüksək  Mükəmməllik  olaraq, 

müstəqil Reallıq kimi mövcud olmalı idi. 

Bu  arqumentasiya  üsulu  ona  əsaslanır  ki,  mükəmməllik 

ideyasının  özü  mükəmməldir  və  Mükəmməllik  mövcud  olmalıdır, 

çünki  mövcud  olma  ilə  olan  Mükəmməllik  mövcudluqsuz 

mükəmməllikdən  daha  az  mükəmməldir  (Dekartın  arqumenti  ilə 

müqayisə edin, Fəsil 10). 

Bu  ontoloji  arqument hələ  Anselmin  sağlığında  tənqidə məruz 

qalmışdı. Onu sonradan, digərləri ilə yanaşı Kant da tənqid etmişdir, 

Kant,  öz  fəlsəfəsindən  çıxış  edərək Tanrının mövcudluğunu  sübut  və 

ya təkzib edən istənilən cəhdi tənqidə məruz qoymuşdu (Fəsil 18). Bu 

tənqid  qismən  onda  idi  ki,  Tanrının  mövcudluğu  Tanrı  anlayışından 

çıxarıla bilməz. Belə bir tənqid nominalistik çalar daşıyır. Tənqidçilər 

həmçinin  təsdiq  edirdilər  ki,  qəhvəyi  anlayışının  özünün  qəhvəyi 

olması  məcburi  olmadığı  kimi,  mükəmməllik  anlayışının  mükəmməl 

olması da məcburi deyildir. 

Bu  ontoloji  sübutun  «mükəmməl  yüz  dollarlıq  banknot 

ideyasından bizim cibimizdə belə banknotun mövcud olması çıxmır» 

deyən 


mütəfəkkirlərdən  müdafiəsi  qeyri-maddi  fenomenlərin 

mövcudluğu barədə konseptual realistik gümana əsaslana bilərdi. Əgər 

biz  Pifaqor  teoreminin  mükəmməl  ideyasına  malikiksə,  onda, 

konseptual realistlərə görə, biz bilirik ki, belə bir teorem mövcuddur. 

Belə  ki,  Tanrı  qeyri-maddidir,  onda  onun  mövcudluğu  barədə 

düşüncələr  zamanı  yüz  dollarlıq  banknot  kimi  maddi  hadisələr  üçün 

qüvvəyə  malik  olan  arqumentlərdən  istifadə  etmək  mənaya  malik 

deyildir.  Bu  düşüncələrə  münasibətdə  riyazi  anlayışlar  kimi  qeyri-

maddi  fenomenlərə  tətbiq  olunan  arqumentlər  müəyyən  qüvvəyə 

malikdir. 

Bu nümunədən görünür ki, lehinə və əleyhinə dəlillər müxtəlif 

əsas  fəlsəfi  mövqelər  işığında  qiymətləndirilməlidir.  (Bu  eyni 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə