Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə161/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   157   158   159   160   161   162   163   164   ...   402

 

339 


mədəniyyət müəssisələri idilər. Mədrəsə əsasən dini (islami) elmlərin 

öyrənilməsi  üçün  nəzərdə  tutulmuşdu.  Bütün  təhsil  Quranın 

öyrənilməsinə, Peyğəmbərin və onun ardıcıllarının həyatının, həm də 

müsəlman  hüquqlarının  öyrənilməsinə  istiqamətlənmişdi.  Fəlsəfə  və 

təbii  elmlər  öyrənilmirdi.  Lakin  onlarla  bağlı  əsas  mətnlər 

mədrəsələrdə  köçürülür  və  kitabxanalara  göndərilirdi.  Bir  çox 

filosoflar  və  alimlər  mədrəsə  müəllimləri  idilər,  ancaq  burada  onlar 

«əcnəbi»  elmlərlə  bağlı  mühazirə  oxumurdular.  “Əcnəbi”  elmlərlə 

məşğul  olmaq  getdikcə  daha  çox  şəxsi  işə  çevrilir  və  ya  məscidlə 

(astronomiyada)  və  xəlifə  sarayı  ilə  (tibbdə)  assosiasiya  yaradırdı. 

Müstəqil  ərəb  elmi  ərəb  islam  dini  və  siyasi  elit  təbəqəsi  tərəfindən 

heç vaxt rəsmən institusionallaşdırılmamış və sanksiyalaşdırılmamışdı. 

Orta əsr islamı gildiya və korporasiyaları qəbul etmirdi. Peşəkar tələbə 

və  müəllim  qrupları  hüquqi  cəhətdən  qanuniləşdirilməmişdi,  bu  da 

onların  müstəqil  daxili  inkişafına  mane  olurdu.  Müvafiq  olaraq, 

Avropanın  qədim  orta  əsr  universitetlərində  mövcud  olan,  öz  daxili 

idarəetmə hüququna malik avtonom akademik institutların yaradılması 

demək olar ki, mümkün deyildi. Buna görə də, aydın olur ki, XIV əsr 

ərəb  elminin  durğunluğunun  ən  mühüm  səbəbi  onda  idi  ki,  ərəb 

dünyası nəticə etibarı ilə müstəqil universitetlər yarada bilmədi. Əgər 

belə  bir  universitetlər  olsaydı,  onlara  səbirlə  yanaşılardı,  onlar  həm 

dünyəvi, həm də dini hakimiyyətin dəstəyini qazanardılar. 




 

340 


YEDDİNCİ FƏSİL 

 

YENİ DÖVR VƏ  

TƏBİƏTŞÜNASLIĞIN YARANMASI 

 

Eksperimental riyazi təbiətşünaslıq 

 

Renessans,  yəni  antik  mədəniyyətin  oyanması  eksperimental 



elmin  təşəkkülü  üçün  böyük  əhəmiyyətə  malik  oldu.  Şərqi  Roma 

imperiyasının süqutundan (1453) sonra bir çox mütəfəkkirlər Qərbə üz 

tutdular.  Bir  neçə  əsr  bundan  əvvəl  ərəblər  Aristotel  fəlsəfəsi  barədə 

bilikləri  öz  zəmanələrinə  gətirdikləri  kimi,  bu  mütəfəkkirlər  də  öz 

zəmanələrinə  antik  yunan  fəlsəfəsi  barədə  yeni  bilikləri,  xüsusən  də, 

Platon fəlsəfəni gətirdilər. Yunan nəzəriyyələrinin XV əsrə gətirilməsi 

eksperimental 

elmlərin 

yaranmasını  mümkün  edən  şərtlərin 

birləşdirilməsinə  kömək  etmişdir,  daha  dəqiq  deyilsə,  bir  tərəfdən, 

Yunan  fəlsəfəsindən  götürülmüş  adekvat  anlayışlar  və  nəzəriyyələr, 

Orta  əsrlərin  sxolastik  fəlsəfəsinin  öyrənilməsi  prosesində  yaranan 

nəzəri  elm  mövcud  idi,  digər  tərəfdən isə,  Renessans  üçün tipik hal  - 

biliklərin  dünyəviləşməsi  kontekstində  təbiətə  və  onun  üzərində 

nəzarəti ələ almağa maraq - bir daha oynanmışdı. 

Öncə  qeyd  olunmuşdur  ki,  son  Orta  əsrlərdə  konseptual 

realizmdən  nominalizmə  keçid  baş  vermişdir.  Müəyyən  mənada  o, 

konkret  əşyalara  dönüşün  bir  hissəsi  olmuşdur,  bu  da  həmçinin 

eksperimental 

elmlərin 

yaranmasına  yardım  etmişdi.  Lakin 

spekulyativ  yunan  nəzəriyyələri  də  –  Demokritin  mexanistik 

atomistika  nəzəriyyəsi  və  hər  şeydən  öncə  isə,  riyaziyyatın 

konseptual-realist  neoplatonist  fəlsəfəsi  -  əhəmiyyətli  olmuşdur. 

Sonuncu  nəzəriyyə,  başqa  nəticələri  ilə  yanaşa  Renessans 

nümayəndələrindən  biri  olan  Nikolay  Kuzalıya  (Nicholas  of  Cusa, 

1401-1464) güclü təsir göstərmişdir. 

Lakin bu müxtəlif faktorların rolunun nədən ibarət olmasından 

asılı  olmayaraq,  təbiətin  öyrənilməsində  məhz  nəzəriyyənin  və 

praktiki  mənafenin  birləşdirilməsi  unikal  olmuşdur.  Renessans 

epoxasında ilk dəfə gerçəkləşən bu uzlaşma onda toplanan imkanları 

tam  aktuallaşdırdı.  Təbiətin  dəyişdirilməsinə  yönələn  maraq  əksər 

hallarda 

adekvat 


nəzəriyyələrlə 

(sosial 


mühakimələrlə) 

möhkəmləndirilməmişdir.  Nəticədə  isə  bu  mədəniyyətlər  daxilində 

həkimlik sənəti və magiya yaranırdı, təbiətşünaslıq və texnologiya isə 

inkişaf  etmirdi.  Antik  yunanlar  çox  şeydə  olduğu  kimi  burada  da 

istisna  təşkil  edirdilər.  Daha  kobud  desək,  onlar  nəzəriyyəyə  malik 



 

341 


idilər,  lakin  təbiətdən  istifadəyə  praktik  maraq  göstərmirdilər.  Yunan 

filosofları üçün nəzəriyyələr öz-özlüyündə dəyərə malik idilər. 

Əlbəttə, 

bu 


deyilənlər 

məsələnin 

həddindən 

artıq 


sadələşdirilməsidir. Renessans epoxasında təbiət elmlərinin yaranması 

öncəki  uzunsürən  proseslərin  nəticəsi  idi.  Bu  proseslərin  gedişində 

həm  təbii-elmi  anlayışların  inkişafı,  həm  də  kənd  təsərrüfatı  və 

sənətkarlıq çərçivəsində qərarlaşan texniki idrakın tərəqqisi orta əsrlər 

fəlsəfəsi  kontekstində  baş  vermişdir.  Bu  qeyd-ləri  nəzərə  alaraq 

demək  olar  ki,  təbiətşünaslıq  yalnız  praktiki  maraqlardan,  yaxud  da 

yalnız nəzəriyyədən  yaranmayıb.  Bu  faktorların  eyni  zamanda  yanaşı 

mövcudluğu zəruri idi və bu da, Renessans epoxasında baş verdi. 

XYII  əsrdə  eksperimental  riyazi  elmlərin  əsası  olan  klassik 

mexanika yaradıldı. Bu andan başlayaraq həqiqətə üç intellektual sfera 

– teologiya, fəlsəfə və təbiətşünaslıq – iddia etməyə başladı, xatırladaq 

ki, orta əsrlərdə bunlardan yalnız ikisi (daha dəqiq desək, birinci ikisi) 

həqiqətə iddialı idi. Buna görə də, elmə münasibətdə öz yerini tapmaq 

fəlsəfə  üçün  də  bir  zərurətə  çevrildi.  Yeni  dövrün  bir  çox  filosofları 

(burada  Dekart  və  Leybnits  kimi rasionalistləri,  Lokk  və  Hyum  kimi 

empirikləri,  transsendentalist  Kantı  xatırlamaq  olar)  fəlsəfə  və 

təbiətşünaslıq arasında sərhədlərin demarkasiyası ilə məşğul idilər. 

Lakin  belə  demək  düzgün  olmazdı  ki,  fəlsəfə  teologiyadan 

imtina  edərək,  yalnız  təbiətşünaslığa  müraciət  etdi.  Xristian 

teologiyası hələ uzun müddət ərzində də filosofların əksəriyyəti üçün 

sarsılmaz əsas olmuşdu (nəzər salın. Dekart, Lokk, Berkli). 

Hətta  Renessans  epoxasında  da  orta  əsr  nəzəri  təlimlərinin, 

yunan fəlsəfəsindən olan adekvat nəzəriyyələrin və anlayışların, eləcə 

də təbiətdən istifadəyə yönələn praktik marağın olması şəraitində belə 

təbii  elmlərin  təşəkkülü  ağrısız  ötüşmürdü.  Orta  əsr  adamı  mübahisə 

edirdi, özü də şahanə bir tərzdə. 

Orta əsrlərin  çiçəklənməsi  dövrü intellektual nöqteyi-nəzərdən 

rasionalist  dövr  idi.  Lakin  arqumentasiya  əsasən  digər  arqumentlərin 

əksinə yönəldilirdi və heç nədə təbiətlə bağlı deyildi. İnsan mübahisə 

edir  və  bilirdi  ki,  hansı  arqumentlər  mübahisənin  iştirakçılarına  daha 

effektiv  təsir  göstərə  bilər.  Amma  indi  söhbət  təbiətdən  istifadədən 

gedirdisə,  bu,  təbiəti  diskussiyanın  iştirakçısı  etmək  barədə  idi. 

Təbiətdən necə təvəqqe etmək olar, onu disputa necə çəkmək olar? 

Bizim  üçün  cavab  heç  bir  çətinlik  təşkil  etmir.  O,  orta 

məktəblər üçün olan fizika dərsliklərində tapıla bilər. Amma o zaman 

cavab  heç  də  sadə  deyildi.  Düzgün  suallar,  düzgün  anlayışlar  və 

metodlar  tapılanadək  isə  ən  azı  iki  əsr  keçdi.  İntellektual  nöqteyi-

nəzərdən  bu  dövrü  «metod ətrafında  döyüş»  dövrü  adlandırmaq  olar. 

Bir  çox  münasibətlərdə  bu  qarışıqlıq  və  çaşqınlıq  dövrü  idi,  bulanıq 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə