337
Quranla qarşı-qarşıya gələrsə, o geri çəkilməlidir. Məlumdur ki,
həmin dövrdə oxşar mübahisələr xristian aləmində də baş verirdi.
İbn Rüşd və ya Averroes Əl Qəzəlinin çağırışını qəbul etdi.
Averroes Qərbdə əksər hallarda ərəb mütəfəkkirlərinin ən görkəmlisi
kimi nəzərdən keçirilir. İbn Rüşd Kordovada anadan olmuş və o dövrə
görə əsaslı elmi təhsil almışdı. Bir vaxt o, Sevilya və Kordovada
hakim olmuş və öz dünyəvi karyerasını Mərakeş xəlifəsinin şəxsi
həkimi kimi başa vurmuşdur. İbn Rüşd Avropada əsasən Platon və
Aristotelin əsərlərinə yazdığı şərhləri ilə məşhurdur. O, Foma
Akvinalıya əhəmiyyətli təsir göstərmişdir, XVII əsrə qədər isə
averroizm termini ümumilikdə qərb sxolastikasını ifadə edir. Əl
Qəzəlinin əksinə olaraq, İbn Rüşd iddia edirdi ki, fəlsəfi nəticələr və
Quranın sözü arasında heç bir ziddiyyət ola bilməz. ”Belə ki, bu din
həqiqidir və biliyə aparan tədqiqatı həvəsləndirir, biz müsəlmanlar
bilirik ki, ağılın köməyi ilə olan tədqiqat Quranın öyrətdiyinə zidd
olan nəticəyə aparmır. Çünki, həqiqət həqiqətə zidd deyil, ancaq
onunla harmonik vəhdətdədir və onun barəsində şahidlik edir”
148
.
Onda aşkar ziddiyyətləri necə izah etmək olar? Burada İbn
Rüşd Qərb fəlsəfəsində də əsas rol oynayan şərh (təfsir) prinsipini
daxil edir. O, cavab verir ki, Quranda heç də hər şey hərfi mənada
başa düşülməməlidir. Əgər Quran surələrinin izahı zəka həqiqətlərinə
zidd görünərsə, onda surələr məcazi və ya alleqorik şərh
edilməlidirlər. İbn Sina, Əl Qəzəli və İbn Rüşdün arasındakı
mübahisələrin yığcam təsvirindən görünür ki, ”fundamentalizm
problemi” yalnız bizim dövrün problemi deyildir. Bu qədim problem
İslamda olduğu kimi, xristian fəlsəfəsində də kifayət qədər məşhurdur.
Ərəb alimləri təhsilin bir çox sahələrinə əhəmiyyətdi töhfə
vermişlər. Bu münasibətdə unikal yeri İbn Əl Haysən və ya İbn Əl
Həzən tutur (İbn Al Haitham və ya Al Hazen, 965-1039). Onun
optikaya dair əsas əsəri “Optikanın Xəzinəsi” (Kitah Al Manazir və ya
Optice the saurus Al Hazeni) bir çox məsələlərdə elmdə sıçrayış idi.
İbn Əl Həzən linza, kürəşəkilli və parabolik güzgülərin
öyrənilməsində böyük nailiyyət qazanmışdır. Bundan başqa, o, optik
hadisələrə eksperimental yanaşmanın görkəmli nümayəndəsi idi və öz
dövrünə görə gözün quruluşu və fəaliyyətinin dəqiq təhlilini verə
bilmişdi. Aristotelə zidd olaraq, o israr edirdi ki, işıq şüası gözdən
deyil, müşahidə olunan obyektdən gəlir. Bu gün İbn Əl Həzən ərəb
dünyasının görkəmli fiziki kimi tanınır. O, Qərb elminə, həmçinin də
Rocer Bekona, Keplerə və Nyutona böyük təsir göstərmişdir.
148
Bax. N. Siraisi. Avicenna in Renaissance Italy: The Canon and Medical
Teaching in Italian Universities after 1500. –Princeton, 1987.
338
Ərəblər astronomiyada da əhəmiyyətli dərəcədə irəlilədilər. O
cümlədən, nəzəriyyələr və müşahidələr arasında olan təzadı həll etmək
üçün onlar müxtəlif riyazi modellər hazırladılar. İranda, Marağa
rəsədxanasında İbn Əl Şatir (Meragha İbn Al Shatir, vf. 1375)
Ptolemey sisteminə düzəlişlər etdi və onu elə inkişaf etdirdi ki, o, daha
sonralar Kopernik sisteminə əsasən riyazi ekvivalent oldu. Bir sıra elm
tarixçiləri qeyd edirlər ki, Kopernikə qədər mövcud olan astronomik
modellər içərisində ərəb modelləri o dövrdə Qərbdə mövcud olan
modellərdən daha mükəmməl idilər. Lakin İbn Əl Şatirin Kopernik və
başqa
Qərb
astronomlarına
təsir
göstərməsi
hələ
tam
aydınlaşdırılmamışdır.
Demək olar ki, elmi tədqiqatların bütün sahələrində -
astronomiyada, riyaziyyatda, tibbdə və optikada ərəb alimləri aparıcı
mövqedə dururdular. Altı əsrdən daha çox müddətdə ərəblər texniki və
elmi yöndən Qərbi ötüb keçirdilər. Sual yaranır, nəyə görə ərəb elmi
müasir elmin qaynağı olmadı? Nəyə görə XVI-XVII əsrlər elmi
inqilabı ərəb islam dünyasında deyil, Avropada baş vermişdir? XIV
əsrdən sonra ərəb elminin tənəzzülünü nə ilə izah etmək olar? Nəyə
görə ərəb fəlsəfəsi və elminin inkişafı dayandı? Burada bu suallara
qəti cavab vermək imkansız görünür, elə buna görə də, onların yalnız
bəzi cəhətlərini göstərək.
İlk baxışdan belə görünə bilər ki, XIV əsrdə baş verən
durğunluğun və tənəzzülün əsas səbəblərindən biri ərəblərin yunan
elmini “islamlaşdırmaq” cəhdi idi. İstisnasiz olaraq demək olar ki,
yuxarıda qeyd edilən bütün ərəb filosofları özlərinin həyat vasitələrini
həkim, hüquqşünas və dövlət xadimləri olmaqla əldə edirdilər.
Baxmayaraq ki, onlar hamısı müsəlman idilər, ancaq onlar öz
fəaliyyətlərinin bünövrəsini yunan fəlsəfəsi və elmi üzərində
qururdular və onun problem və nəticələrini “islamlaşdırma”ğa cəhd
göstərmirdilər. Bununla barışırdılar, ancaq elə həmin vaxtda da bu
alimlər dini dairələrin tənqid obyektinə çevrilirdilər. XII-XIII əsrlərdə
islam elmi tərəfindən təzyiq xüsusən artırdı. ”Əcnəbi” adlandırılan
elmlər yalnız o vaxt dəstəyə güvənə bilərdilər ki, onlar dini olaraq
əsaslandırılıblar və ya belə deyək ki, müəyyən bir dini funksiyanı
yerinə yetirirlər (astronomiya, həndəsə, hesab bu elmlər arasında idi,
çünki, namaz qılmaq üçün müsəlmanlar dəqiq vaxtı və Məkkəyə
istiqaməti bilməli idilər). Ancaq bir çox başqa elm sahələri dini
nöqteyi-nəzərdən “lazımsız” və ya dünyanın Quranda göstərilən
mənzərəsini pozduqlarına görə tənqidə məruz qalırdılar.
Ola bilsin ki, başqa bir böyük problem də ərəb mədəniyyətində
elmin institusional əsaslarının olmamasıdır. Əsas ərəb təhsil mərkəzi
mədrəsə idi. XI əsrdə çiçəklənməyə başlayan mədrəsələr islamın əsas