235
son c-də 1(94) qoy haşiyə kimi bunları yaz:
Demo-kratiya = xalqın idarəetməsi, pluto-kratiya = varlıların
idarəetməsi, oliqarxiya = qüdrətli insanların kiçik qrupunun
idarəetməsi, monarxiya = təkbaşına idarəetmə.
Aristotel
sonra
dövlətin
ən
yaxşı
formalarını
müəyyənləşdirməyə səy edir. O, siyasi stabilliyin də, digər amillərlə
yanaşı, mühüm olduğunu vurğulayır: xalqın rəyini nəzərə almaq
zəruridir, başqa halda dövlət qeyri-stabil vəziyyətə düşə bilər. Dövlət
qanunun əsasında idarə olunmalıdır, əks halda təhlükəli ola bilər,
korrupsiyaya uğrayar və hökmdarların özbaşnalığına və şıltaqlığına
məruz qalmış olar. Beləliklə, dövlət qanunun əsasında idarə olunmalı
və adamlara öz fikrinə deyə bilmə imkanını verməlidir.
Platonun əksinə olaraq Aristotel güman edir ki, xalq
əsaslandırılmış və zəkalı nöqteyi-nəzərləri söyləyə bilər. Platon üçün
əhəmiyyət kəsb edən biliklərə yalnız "ekspertlər" malikdirlər, xalqın
nöqteyi-nəzərləri isə ikinci dərəcəlidir.
Aristotel belə hesab edirdi ki, hətta "yaxşı tiraniya" belə heç bir
zaman qanunla idarə olunan cəmiyyətin həqiqi alternativi deyildir.
Başqa insanın tabeçiliyində olmaq azadlığı itirmək, kölə olmaq
deməkdir. Bu halda başqa insanın iradəsi hansı "həyat tərzini" (ethos)
zəruri olduğuna qərar verir. Amma, fəzilətlə yaşamaq və insani
ləyaqəti saxlamaq üçün insan heyvanlarda olduğu kimi başqaları
tərəfindən sürülməməlidir, bundan ötəri insanın özünün öz həyatını
şəxsən reallaşdırması zəruridir. Biz öz qabiliyyətlərimizi cəmiyyətdə
ümumi qanuna tabe olaraq, onun sərhədləri daxilində azad bir şəkildə
reallaşdıra bilərik. Qanuna əsaslanan idarəetmə, Aristotelə görə, ən
yaxşı insani qabiliyyətlərin və imkanların reallaşması şərtidir.
Buna görə də, Aristotel xalqın fikrinin nəzərə alınmasının və
dövlətin qanunlar əsasında idarə olunmasının zərurətini vurğulayırdı.
Bu iki aspekt onun dövlət haqqında təlimini ideal dövlət haqqında
Platonun Dövlət əsərində ifadə olunmuş təlimdən fərqləndirir.
Bununla belə, Aristotelə görə, qanun heç də hamı üçün
yazılmamışdır. Qanun hər şeydən öncə azad yunanlar üçün qüvvəyə
malik olan hüquqları və qaydaları müəyyənləşdirir. O, kölələrə və
varvarlara şamil edilmir. Beləliklə, qanun universal olaraq tətbiq
olunan bir şey deyildir
95
.
95
Bu mənada Aristotel təbii hüquq konsepsiyasının tərəfdarı deyildir. Amma
bu halda o, düşünmüşdür ki, şəxslərarası ünsiyyətə aid olan bəzi normalar
obyektiv olaraq ən yaxşıdır. Belə ki, Aristotel ədaləti qanunilik və
236
Artıq qeyd olunduğu kimi, Aristotel bərabərlik haqqında
məsələni də müzakirə etmişdir. Kəmiyyətə (hüquq subyektlərinin
miqdarına) münasibətdə bərabərlik demokratiyaya, xalq tərəfindən
idarəolunmaya aparıb çıxarır. Mülkiyyətə münasibətdə bərabərlik isə
plutokratiyaya, varlılar tərəfindən idarəolunmaya aparıb çıxarır.
Burada Aristotel hakimiyyətə müxtəlif iddiaların konfliktini nəzərdən
keçirir. Ədalətli iddia bu halda nədən ibarətdir? Onlar necə
balanslaşdırıla bilərlər? Mülkiyyət, Aristotelə görə, məsuliyyəti tələb
edir ki, bu da dövlət üçün yaxşıdır. Əksər hallarda o, mülkiyyətçidə
müəyyən dəyərli qabiliyyətlərin olduğunu göstərir. İdealda müdriklik
və fəzilət ən yüksək səviyyədə qiymətləndirilməlidir, amma onları
ölçmək çətindir, var-dövlət isə ölçülə bilər. Həmçinin xalqın,
əksəriyyətin fikrini də nəzərə almaq lazımdır. Əksəriyyət zəkalı
ideyalardan çıxış edə bilər, bundan imtina etdikdə isə idarəetmə qeyri-
stabil ola bilər.
Aristotelin fikrincə, hakimiyyət barədə məsələni nəzərdən
keçirərkən yuxarıda xatırlanan bütün amillər nəzərə alınmalıdır.
Mülkiyyət, təhsil, mənşə, əlaqələr - və kəmiyyət - hakimiyyətin
bölüşdürülməsi zamanı bütün bunların hamısına "bir az" diqqət
yetirilməlidir.
Ətraflı müzakirədən sonra Aristotel belə bir nəticəyə gəlir ki,
mümkün idarəetmə formalarının ən yaxşısı mötədil demokratiyadır.
O, kəmiyyətin demokratik prinsipinə və keyfiyyətin aristokratik
prinsipinə əsaslanan "qarışıq idarəetmədir". Burada qanuna uyğun
olaraq elə idarə edirlər ki, hər bir kəs azad ola bilər və çoxları baş
verənlər barədə öz fikrini söyləmək hüququna malikdirlər. Çoxları,
amma heç də hamı yox. Aristotel yenə də ifratdan qaçır. Ən çox
hakimiyyətə "orta sinif" sahib olmalıdır. O, nə varlıdır, nə də kasıb. O,
dövlət xalqın içərisində dəstəyə malik olsun deyə, kifayət qədər
çoxsaylıdır və polis içərisində münasibətlərin fundamental
"şəffaflığını" təmin etmək üçün kifayət qədər azsaylıdır. Mötədil
demokratiya idarəetmənin elə bir formasıdır ki, xalqın mövqeyi ilə
zəkalı idarəetmə arasında ən yaxşı balansı təmin edir. Aristotel üçün
vacib olan həm də odur ki, o, idarəetmənin həyata keçirilməsinin
bərabərhüquqluluq vasitəsi ilə ümumi əhəmiyyət daşıyan bir prinsip olaraq
nəzərdən keçirmişdir, baxmayaraq ki, bu prinsip tam hüquqlu vətəndaş
olmayan uşaqlar və kölələr üçün qüvvəyə malik deyildi. Lakin əgər biz
Aristotelin haqqında bəhs etdiyi ümumi əhəmiyyətə malik olan etik-siyasi
prinsipləri vurğulasaq, onda demək olar ki, təbii hüquq konsepsiyası ona
gedib çıxır (eləcə də, Platona).