242
olduqlarını təsdiq edə bilirdilər. Böyük dövlətlərdə hakimiyyət
müəyyən mərkəzi orqanların əlində cəmləşmişdi, bu mərkəzi
hakimiyyət bir hökmdardan da ibarət ola bilərdi və ya respublika
hökumətindən də ibarət ola bilərdi. Müxtəlif və bir-birinə dost
olmayan etnik qruplardan ibarət dövləti mozaikanın "vahidliyinin
dəstəklənməsi"
məqsədi
ilə
hökmdar mərkəzi hakimiyyətin
gücləndirilməsi üçün bəzən tanrıyabənzər bir şəkildə təsvir olunurdu.
Nisbətən müstəqil siyasi mənada kiçik cəmiyyətlərin aradan
çıxması və hakimiyyətin təmərküzləşmə meyli xalqın siyasi
hüquqsuzluğunun artımına gətirib çıxardı. Belə dövlətlərdə hər hansı
bir hakimiyyətdən məhrum olan azad kişilərə və qadınlara əlavə
olaraq fiziki məhv hədlərində olan tamamilə hüquqsuz qullar mövcud
idilər.
Ellinist-Roma dövründə yazılanların böyük bir hissəsi
itirilmişdir. Elə buna görə də, ayrı-ayrı müəlliflərin və məktəblərin
əslində necə düşündükləri barədə bizə nisbətən az şey məlumdur.
Bunun təsiri ilə də, bu fəsildə verilən materialın təsviri hipotetik
rekonstruksiya xarakterini daşıyır.
Bu qeyd-şərti nəzərə almaqla, görünür, aşağıdakıları təsdiq
etmək olar. İlkin ellinizm dövründə adamların siyasi hüquqsuzluğu öz
intellektual ifadəsini cəmiyyətin fəlsəfi mənalandırılmasından imtina
meylində tapmışdı. "Onu dəyişdirmək üçün bizim heç bir imkanımız
yoxdur! buna görə də, diqqəti ona yönəltmək lazımdır ki, insan necə
şəxsi xoşbəxtliyə nail ola bilər". Belə ki, epikürçülüyün və stoisizmin
bütövlükdə və həmçinin onların çoxsaylı cərəyanlarının bütün
fərqlərinə baxmayaraq, əlbəttə ki, müəyyən sadələşmə payı olmaqla,
demək olar ki, ellinist-Roma dövründə üstünlük qazanan bu fəlsəfi
istiqamətlər bir sualın ətrafında dolanırdılar: Şəxsi xoşbəxtliyi necə
təmin etməli? Cavablar müxtəlif idi, amma sual(məsələ) mahiyyət
etibarı ilə eyni olaraq qalırdı.
Əsas hipotez olaraq biz fəlsəfi axtarışların predmetinin
ümumən dəyişməsi barədə fərziyəni qəbul edəcəyik. Onların
mərkəzində icma-daxilində-insan deyil, təcrid olunmuş, xüsusi fərd
dayanmış oldu.
Yunanlar insanı cəmiyyətin orqanik(üzvi) və ayrılmaz hissəsi
kimi nəzərdən keçirirdilər. Qədim yunanlar üçün özlüyündə kafi ola
bilən(bir varlıq) - təcrid olunmuş insan və ya təcrid olunmuş dövlət
deyildi, demək olar ki, şəhər-icma idi. Ellinist-Roma dövründə isə,
əksinə olaraq, özlüyündə kafi ola bilən(bir varlıq) qismində fərd
nəzərdən keçirilirdi. Başqa cür deyilsə, qədim yunanlar düşünürdülər
ki, insan təbiəti müstəqil faktor olan şəhər-dövlətdə reallaşır. Amma
fərdin özlüyündə kafi ola bilən bir varlıq olaraq ellinistik-Roma
243
anlamı insanı onun sosial ətrafından asılı olmayan daxili təbiətinə
şamil edilməsinə gətirib çıxardı.
Yuxarıda söylənilənlər, əlbəttə ki, müəyyən dərəcədə
sadələşdirmədir. Bəzi sofistlərdə artıq fərdi özlüyündə kafi ola bilən
bir varlıq kimi başa düşmək meyli aşkarlanır. Onlarda həmçinin hər
bir fərdə tətbiq oluna bilən prinsiplərin mövcudluğu anlamının
mənbələri aşkarlanır. Elə buna görə də, aşağıdakı hipotezi də nəzərdən
keçirmək maraqlı görünür.
Ayrıca fərdin xüsusi reallıq olaraq formalaşması və onun
haqqında anlayışın meydana gəlməsi təqribən o zaman baş vermişdir
ki, o zaman həm də ümumi dövlətin və onun haqqında anlayışın
formalaşması baş vermişdir. Bu halda "insan icma daxilində"
barəsində yunan təsəvvürü öz mənasını artıq itirir. Bir tərəfdən, biz
təcrid olunmuş "xüsusi" fərdə, digər tərəfdən isə ondan uzaq düşən
ümumi dövlətə malikik. Elə həmin dövrdə, Roma stoisizmində "bütün
fərdlərə vaxtından və yerindən asılı olmayaraq tətbiq oluna bilən
qanun"
haqqında ümumi qanun kimi təsəvvür yaranır. Bu, sözün yaxşı
hegelçi mənasında müəyyən dialektik inkişafdan danışmağa imkan
verir.
b.k.s.154
Klassik dövr yunanlarının əksəriyyətin üçün qanun yalnız lokal
cəmiyyətdə yaşayan yunanlar üçün qüvvəyə malik idi. Lakin son antik
dövr ərzində isə insanın bir fərd olaraq dialektik əksliyi anlamında
bütün fərdlər üçün onların milli və sinfi mənsubiyyətindən asılı
olmayaraq universal olan qanun anlayışı meydana çıxır.
Bu anlayış təbii hüquq konsepsiyasının müqəddimələrindən
biridir, yəni: elə bir universal normativ qanun mövcuddur ki, təsbit
edilmiş bütün konkret qanunlardan yüksəkdir və bütün fərdlərə tətbiq
oluna biləndir. Buradan belə bir nəticə çıxır ki, bütün fərdlər prinsipcə
eyni qanuna tabedirlər. Bu universal təbii qanun həmçinin cəmiyyətdə
qüvvədə olan qanunların tənqidi üçün də əsas verir.
Biz XVIII yüzilliyin liberalizm konsepsiyasını müzakirə
etdiyimiz zaman fərd anlayışına bir daha qayıdarıq. İndi isə onu qeyd
etmək kifayətdir ki, icmada-insanda fərd və ümumi qanuna keçid bir
sıra hadisələrə uyğun gəlir. Onların sırasına aşağıdakılar aiddir: siyasi
fəaliyyətə marağın itməsi; təkraredilməz şəxsiyyət və şəxsi xoşbəxtlik
idealının
formalaşması;
"insanın
daxili
həyatına"