Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə123/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   119   120   121   122   123   124   125   126   ...   402

 

259 


diskussiyaların orta əsr xristian teologiyasında inkişafını və həmçinin 

onun müasir vəziyyətini izləyəcəyik. 

Bundan 

başqa, 


nəzəri-hüquqi 

sferaya 


"həzlərin 

hesablanmasının" özünəməxsus təhlili (epikürçülük) və nəzəri-hüquqi 

məsələləri  hüquqi  qərarların  nəticələrinin  terminləri  ilə  müzakirə 

metodu aiddir. Bundan sonra bu metod utilitarist ənənələrdə (Bentam 

və  Mill)  inkişaf  etdiriləcəkdir,  utilitarist  ənənələr  isə  sosial  idraka 

istinad  edərək,  onu müəyyənləşdirməyə  səy  edir  ki, qanunlar nəzərdə 

tutulduğu kimi fəaliyyət göstərirmi. 

Antik  dövrdə  nəzəri-hüquqi  sfera  həmçinin  dövlətlərin  artımı, 

inkişafı,  yetkinlik,  tənəzzül  və  parçalanma  dövrləri  barədə  bioloji 

təlimlərinin təsiri altında  qurulmuş  düşüncələri  də  çox zaman  özündə 

ehtiva  edirdi.  Məsələn,  Platon  və  Aristotel  dövlətləri  xaosa  və 

parçalanmaya  gətirib  çıxaran  səbəblər  haqqında  təlimlər  işləyib 

hazırlamışdılar.  Onlarda  biz  müxtəlif  cəmiyyətlərdə  hadisələrin 

müşahidəsi  ilə  hadisələrin  gedişini  dəyişdirmək  üçün  yerinə 

yetirilməli  olan  təşəbbüslərin  hüquqi  və  digər  normativ  tərəflərinin 

müəyyən vəhdətini tapırıq. 

Xatırlamaq  gərəkdir  ki,  yunanlar  sosiumun  siyasi  və  hüquqi 

sferaları ilə  sıx  bağlı idilər.  Həmçinin  unutmaq  lazım  deyildir  ki,  bir 

çox  aparıcı  Roma  stoikləri hüquqi  sistemin dərin  biliyinə malik  olan 

aktiv dövlət xadimləri idilər (Mark Avreli imperator, Seneka - senator 

idi, Siseron müxtəlif dövlət vəzifələri tutmuşdu). Bundan sonra Roma 

hüququ Avropa hüquq sistemi üçün oriyentir oldu. 

Roma  hüququnun  inkişafının  yüksək  səviyyəsi  yalnız  nəzəri 

səbəblərlə  deyil,  həm  də  çoxlu  müxtəlif  etnik  və  mədəni  qrupları 

birləşdirən  imperiya  üçün  vahid  hüquqi  sisteminin  yaradılmasının 

praktik  tələbləri  ilə  şərtlənmişdir.  Son  dərəcə  müxtəliflikləri  özündə 

birləşdirən,  mədəni  birliyə  malik  olmayan  cəmiyyət  üçün  hər  şeyi 

əhatə  edən  hüquqi  sistemi  işləyib  hazırlayarkən  abstraksiyanın 

səviyyəsini o qədər yüksəltmək və elə ümumi qanunları təqdim etmək 

zəruri  idi  ki,  hamı  üçün  özünəməxsus  ümumi  məxrəcə  nail  olmaq 

mümkün olsun. 

Biz  deyə  bilərik  ki,  hüquqşünaslıq  professional,  normativ 

hermenevtikaya  (yunanca,  hermeneuein  –  şərh  etmək)  doğru  inkişaf 

etmişdir.  Başqa  cür  deyilsə,  ayrıca  halları  ümumi  qanunlar  və 

normalar işığında şərh etmə sənəti yarandı. Ona hazırlıq yalnız yazılı 

qanunların  (həm  də,  yaxşı  cəmiyyətin  necə  olması  barədə  biliklərin) 

əldə  olunmasını  deyil,  həm  də  həmçinin  onların  köməyi  ilə  hər  bir 

yeni  halı  dərk  etməni  (onu  müəyyən  bir  qanunun  altına  gətirməni) 

mümkün  edən  praktik  mühakimə  qabiliyyətlərinin  işlənib 

hazırlanmasını özündə ehtiva edirdi. Burada söhbət Aristotelin etikada 




 

260 


və  siyasətdə  nəzərdən  keçirdiyi  praktik  müdriklikdən,  yəni  hüquqi 

halları  irsi  olaraq  əxz  edilmiş  və  siyasi  olaraq  bəyənilmiş  hüquqi 

təsəvvürlərin işığında şərh etmək qabiliyyətlərindən gedir. 

 



 

261 


Riyaziyyat 

 

Əqli 



inkişafın 

Pifaqordan 

Platona 

kimi 


dövrünün 

araşdırırılmasının  nəticəsində  biz  görürük  ki,  fəlsəfə  üçün  riyazi 

təfəkkür  tərzi  nə  qədər  də  vacibdir.  Platon  ideyaları  və  onların 

mövcudluğu barədə düşüncələr əsaslandırılmış bir şəkildə əsas riyazi 

problemlər  üzərində  düşüncələr  kimi  nəzərdən  keçirilə  bilər.  Onların 

müzakirəsini  bu  yunan  filosofları  başlamışdı,  bu  müzakirələr  Orta 

əsrlərdə  universaliyalar  barədə  mübahisədə  davam  etmişdi  və  bizim 

zəmanədə  də  bitib  tükənmir.  Obyektiv  biliyin  nə  olması,  ümumi 

əhəmiyyətə malik olan nəticənin nə olması, sübutun nə olması barədə 

düşüncələr əsas riyazi problemlərlə bilavasitə əlaqəlidir. 

Pifaqor  kimi  yunan  riyaziyyatçıları  mülahizələrin  sübutu 

anlayışını işləyib hazırlamaqla, hər şeydən öncə riyaziyyatın prosedur 

və  operasion tərəflərini inkişaf  etdirmişlər.  Yəni, riyazi  sübut  - aşkar 

aksiomlardan  məntiqi  olaraq  ümumi  əhəmiyyətə  malik  olan  həqiqi 

nəticələrin  alınmasından  ibarətdir.  Biz  o  sistemi  aksiomatik-deduktiv 

sistem adlandırırıq  ki,  o, aksiomlardan, nəticə  çıxarma  qaydalarından 

və onların köməyi ilə alınmış mülahizələrdən (teoremlərdən) ibarətdir. 

B.e.ə.  təxminən  300-cü  illərdə  İsgəndəriyyədə  yaşamış  Evklid 

bu  nəzəri  əsasa  istinad  edərək  riyaziyyata  dair    dərslik  yazmışdı,  bu 

dərslik  də  öz  əhəmiyyətini  bizim  günlərə  qədər  saxlamışdır.  Bu 

dərslikdən  Nyuton  özünün  fizikasında  istifadə  etmişdir,  burada  şərh 

olunan təfəkkür tərzini isə Dekart və digər filosoflar qədim təfəkkürün 

istənilən  şəklinin  idealı  olaraq  şərh  etmişlər  (Arximed  haqqında 

növbəti paraqrafa nəzər salın). 

 

Fizika və kimya 

 

Yuxarıda  göstərilmişdi  ki,  ilk  naturfilosofların  inkişaf 



etdirdikləri  anlayışlar  atomların  mexanistik  nəzəriyyəsinə  gətirib 

çıxarmışdır  (Demokrit,  Epikür).  Bundan  sonra  bu  nəzəriyyə 

Renessans dövründə eksperimental və riyaziyyatdan istifadə edən təbii 

elmlərin təşəkkülünə güclü təsir göstərmişdir. 

Amma, 

atomistik 



nəzəriyyə 

antik 


dövrdə  adamların 

əksəriyyətinə  həddindən  artıq  spekulyativ  görünürdü.  O,  hər  şeydən 

öncə,  o  şeylər  barədə  bəhs  edirdi  ki,  onları  biz  hissi  olaraq  qavraya 

bilmirik.  Elə  buna  görə  də,  o,  öz  yerini  məhz  Aristotelin  təbiət 

anlamına  verdi,  Aristotelin  təbiət  anlamının  gücü  isə  onun  təsviri 

imkanlarında  (hislərlə  qavranılan  təbiətin  təsvirində)  və  həmçinin, 

növlərin və ətraf mühitin qarşılıqlı təsirinin ekoloji (təkamülçü olmasa 

da) baxışında idi. 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə