Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə131/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   127   128   129   130   131   132   133   134   ...   402

 

278 


hüquqlarımızın  yetəcəyindən  daha  güclü  mühakimələrin  alınmasına 

imkan yaradır. Elə buna görə də, etibarsızdır

120



3) Deduksiya yeni bilikləri vermir. 



Deduksiya  müəyyən  qaydaların  köməyi  ilə  bir  çox  verilmiş 

müddəalardan  (müqəddimələrdən)  hər  hansı  bir  müddəanın 

çıxarılmasıdır.  Bu  müddəa  həqiqi  olacaqdır,  əgər  müqəddəm  şərtlər 

həqiqidirlərsə  və  nəticə  çıxarma  qaydaları  ümumi  əhəmiyyətə 

malikdirsə.  Əgər  bizə  məlumdursa  bütün  insanlar  danışmaq 

qabiliyyətinə  malikdirlər  və  Sokrat  insandır,  onda  biz  belə  bir  nəticə 

ala bilərik ki, Sokrat danışmaq qabiliyyətinə qabildir. 

Amma, belə bir nəticə yeni biliyi vermir. Alınmış müddəa artıq 

mövcud  olan  müqəddəm  şərtlərlə  müqayisədə  yeni  heç  nə  vermir. 

Deməli, deduksiya tavtolojidir

121



Başqa  cür  də  demək  olar.  Bütün  insanların  danışmaq 



qabiliyyətinə  malik  olmaları  haqqında  müddəaya  əmin  olmaqdan 

ötəri,  biz  müəyyənləşdirməliyik  ki,  bütün  insanlar,  Sokrat  da  daxil 

olmaqla,  danışmaq  qabiliyyətinə  həqiqətən  də  qabildirlər.  Elə  buna 

görə  də,  bizim  bu  ümumi  müddəanın  ("Bütün  insanlar  danışmaq 

qabiliyyətinə  malikdirlər")  həqiqiliyinə  əmin  olmağımız  ona 

əsaslanmışdır  ki,  Sokrat  artıq  insanlar  çoxluğuna  aiddir.  Deməli, 

çıxarılmış  müddəada  ("Sokrat  insanlar  danışmaq  qabiliyyətinə 

malikdir")  yeni  heç  nə  yoxdur.  (Buna  əlavə  olaraq,  biz  burada  sonlu 

sayda hallar  barədə  mülahizədən  bu növdən  olan  bütün hallar  barədə 

olan mülahizəyə keçidin artıq xatırlanan problemi ilə rastlaşırıq, nəzər 

salın.  Maddə  2.  Biz,  əlbəttə  ki,  hər  bir  insanın  nitqini  yoxlaya 

bilmərik. Nəinki bizə qədər yaşayanları və bizim ölümümüzdən sonra 

yaşayacaq  olanları,  hətta  bizim  zəmanədə  yaşayan  hər  bir  kəsi  də 

müşahidə etmək praktik olaraq mümkün deyildir). 



4) Deduksiya öz müqəddəm şərtlərini sübut etmir. 

Bütün  deduktiv  nəticələr  öz  müqəddəm  şərtlərinin  (və  nəticə 

əldə  etmənin  deduktiv  qaydalarının)  əsaslı  olduğunu  güman  edir. 

Onlarda  sübut  olunan  həmişə  çıxarılan  müddəalardır,  müqəddəm 

şərtlər  deyildir.  Əlbəttə  ki,  bu  müqəddəm  şərtlər  başqa  deduksiya 

aktlarında  deduktiv  mülahizə  olaraq  alına  bilər.  Amma  bu  aktlar  da 

onlarda sübut olunmayan müqəddəm şərtləri özlərində daşıyacaqdır. 

Bu  o  deməkdir  ki,  biz  burada  trilemmaya  malikik.  Ya  biz 

müqəddəm  şərtlərin  əsaslandırılması  prosesini  sonsuzluğa  qədər 

davam  etdiririk  ("sonsuzluğa  doğru  reqress  -  ad  infinitum"),  ya  biz 

                                                

120

 Baxın. İnduksiyanın  Hyum tərəfindən  səbəbiyyət  anlayışı ilə  bağlı  tənqidi, 

Fəsil 15.  

121

 Baxın. elmi deduktiv idealın tənqidi, Fəsil 7.  



 

279 


məntiqi çevrə ("eyibli çevrə") üzrə hərəkət edirik, ya da biz bu prosesi 

məntiqi 


olaraq 

əsaslandırılmamış 

bir 

yerdə 


dayandırırıq 

("desizionizm"

122

).  Deduktiv  nəticələr  üçün  başqa  alternativ  yoxdur. 



Deməli,  son  nəticədə  heç  bir  çıxış  prinsipi  (müqəddimə,  güman) 

deduktiv olaraq sübut oluna bilməz

123



5) Əks mövqelər eyni dərəcədə tutarlı əsaslara malikdir. 



Bundan  da  daha  çox  deyilsə,  antik  skeptiklər,  məsələn 

Protaqor,  düşünürdülər  ki, kifayət  qədər mürəkkəb  predmetlər  barədə 

(məsələn, siyasi və sosial situasiyalar barədə) insani mövqelər, insani 

fikirlər  belədir  ki,  müxtəlif  və  tamamilə  əks  nöqteyi-nəzərlər, 

prinsipcə,  eyni  dərəcədə  əsaslandırılmış  olur.  Lehinə  və  əleyhinə 

arqumentlər  eyni  dərəcədə  tutarlıdır.  Bir  mövqe  elə  digəri  kimi  son 

dərəcə  yaxşı  əsaslara  malikdir.  Mövqelər  hər  şeydən  öncə,  həqiqi 

bilikdən daha çox, fərqli vərdişləri və adətləri (ənənələri) ifadə edir. 

Yekun  olaraq  deyək  ki,  skeptiklərin  tənqidi  hissi  təcrübənin, 

induksiyanın  və  deduksiyanın  əleyhinə  yönəlmişdi.  Onun  nəticəsi  o 

oldu  ki,  insanlar  nə  xarici  şeylər  barədə,  nə  də  universal  prinsiplər 

                                                



122

 Desizionizm sözü həll etmək mənasını verən latın mənşəli decisio sözündən 

törəyir.  Desizionizm  (alm.  "Dezisionismus"  və  ya  "Entscheidungsdenken") 

termini  hüquq  fəlsəfəsi  ilə  məşğul  olan  alman  filosofu  Karl  Şmitt  (Carl 

Schmitt,  1888-1985)  tərəfindən  son  hüquqi  əsas  olaraq  universal  normanı 

deyil,  müəyyən  qərarı  nəzərdən  keçirən  təfəkkürün  xarakteristikası  üçün 

istifadə  olunmuşdur.  Hobbsun  "autoritas,  pop  veritasfacit  legem"  (qanunu 

həqiqət  deyil,  avtoritet  yaradır)  maksimi  ilə  müqayisə  edin.  Desizionizm 

barədə  diskussiyalar  hüquqi  pozitivizm,  təbii  hüquq  konsepsiyası  və  hüquqi 

normaların  əsaslarının  prosedur  konsepsiyası  (Habermas)  ətrafında 

mübahisələrlə əlaqədardır. Desizionizm elmin fəlsəfəsində (epistemologiyada) 

də  müzakirə  predmetidir,  məsələn,  Popper  "qərar"  barədə  rasionallığın 

xeyrinə  danışır  (onun  "tənqidi  rasionalizm"  doktrinası  mənasında  anlaşılan 

tənqidi  metod  olaraq).  (Baxın.  Открытое  общество  и  его  враги.  -  Соч.  В 

двух  томах.  -  М.,  1992.  T.  2.  -  с.  455-456).  Popperin  mövqeyi  K.-O.Apel 

(Karl-Otto Apel, 1922) tərəfindən tənqidə məruz qoyulmuşdu. Apel belə hesab 

edir  ki,  rasionallığın  lehinə  və  ya  əleyhinə  seçim  anlayışının  özü  həmişə 

rasionallığı  nəzərdə  tutur.  Bu  halda  Apel  özünün  transsendental 

praqmatikasından  çıxış  edir.  Popperçi  Hans  Albert  (Hans  Albert,  1921)  bu 

mübahisənin gedişində rasionallığın xeyrinə «qəti həllin» prioritetini müdafiə 

edir  (Baxın.  Tnnszendentale  Traumereien.  -  Hamburg,  1975.  S.  149),  Ditrix 

Boler  (Dietrich  Bonier)  isə  bu  desizionizmin  özlüyündə  referensial  olaraq 

ziddiyyətli olduğunu təsdiq  edərək  epistemoloji  desizionizmin  Apel  tərəfindən 

tənqidini  müdafiə  edir  (Baxın.  Rekonstruktive  Pmgmatik.  -  Frankfurt  am 

Main, 1985. S. 297).  

123

 Məgər  bu  gözəl  bir  mülahizə  deyilmi?  Refleksiv  (özünə  tətbiq  edilə  bilən) 

arqumentasiya ilə müqayisə edin, Fəsil 18 və 30).  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə