Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə132/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   128   129   130   131   132   133   134   135   ...   402

 

280 


(ümumi  mülahizələr  və  ya  müqəddimələr)  barədə  müəyyən  biliyə 

malik ola bilmirlər. 

Antik  skeptiklərin  içərisində  müəyyən  biliyə  malik  olma 

imkanlarının  əleyhinə  yönələn  oxşar  etirazların  nə  qədər  uzağa 

aparacaqları  ilə  bağlı  müxtəlif  mövqelər  mövcud  idi.  Adətən  antik 

skeptisizmin  banisi  olaraq  nəzərdən  keçirilən  Pirron  bu  etirazları  o 

qədər  ciddi  hesab  edirdi  ki,  yeganə  düzgün  nöqteyi-nəzər  olaraq 

istənilən  nöqteyi-nəzərdən  imtinanı  qəbul  etdi.  Digər  skeptiklər  isə, 

daha  çox  Karneadə  oxşar  olaraq,  bu  etirazların  idrakın  müxtəlif 

dərəcələrini aydınlaşdırmaq üçün əhəmiyyətini vurğulayırdılar. 

Skeptiklərin biliyin mümkün olmadığını təsdiq etdikləri ölçüdə 

bu  müddəa  öz-özünü  təkzib  edirdi.  Onun  öz-özünə  tətbiq  olunması 

ziddiyyətlidir.  Radikal  skeptisizm  paradoksaldır  və deməli, inandırıcı 

deyildir. Elə  buna  görə  də,  skeptisizmin  şərhi zamanı  aydınlaşdırmaq 

vacibdir ki, skeptiklər əslində nəyi təsdiq edirdilər. Onların şübhəsi nə 

qədər tam və mütləq idi və o, özünün həqiqi olduğunu hansı formada 

iddia edirdi? 

Görünür  ki,  biz  skeptisizmə  münasibətdə  qəbul  olunmuş 

nöqteyi-nəzəri  belə  bir  qaydada  ifadə  edə  bilərik.  Skeptiklər  praktik 

mülahizələrdən  çıxış  edərək  öz hissi  qavrayışlarına  və  onlara  müasir 

olan  təsəvvürlərə  uyğun  olaraq  yaşayırdılar.  Amma  onlar  bunu  bu 

qavrayışlarda  və  təsəvvürlərdə  nəyin  mümkün  həqiqət  olduğuna 

müəyyən  münasibət  göstərmədən  edirdilər.  Onlar  öz  arqumentlərini 

demək  olar  ki,  bir  tələbə  kimi,  dərslikdə  yazılanın  həqiqət  olub-

olmaması  barədə  düşünməyərək  nəzərdən  keçirirdilər.  Bu  mənada 

skeptisizm  təsdiq  edir  ki,  biz  müxtəlif  mülahizələrin  həqiqiliyinin 

qiymətləndirilməsindən  kənara  çəkilərək  düzgün  hərəkət  edirik. 

Skeptik  özünü  buna  hazırlamış  bir  insan  olaraq  istənilən  nöqteyi-

nəzəri həqiqi  və  ya  yalan  olaraq nə  qəbul  edir, nə də  inkar edir.  Onu 

hər hansı bir qiymətləndirmə olmadan müşahidə  qane edir. 

Digər  filosoflar  mülahizə  predmeti  haqqında  mühakimə 

yürütdükləri halda, skeptiklər bu mülahizəni inkar etmirlər, onu digəri 

ilə əvəz edirlər. Skeptiklər bizim müzakirə olunan predmet barədə bu 

mülahizədə  ifadə  etdiyimiz  həqiqi  və  müəyyən  biliyin  problematik 

olduğunun  nümayiş  etdirilməsi  ilə  qane  olurlar.  Onlar  bu  predmet 

haqqında  istənilən  mülahizənin  problematik  xarakter  daşıdığını 

göstərmək üçün səy edirlər. 

Bir məsələ qalır ki, skeptiklərin özləri müəyyən nöqteyi-nəzəri 

qəbul  etmədən  çəkinmənin  düzgün  olması  haqqında  öz  biliklərinin 

haradan  götürürlər.  Əlbəttə  ki,  əgər  bu  biliyin  özü  həqiqi  və 

müəyyəndirsə? 



 

281 


Bu suallara cavabı ən yaxşı bir qaydada məhz skeptiklərin necə 

verə biləcəkləri üzərində düşünmədən belə hesab etmək olar ki, onlar 

bütövlükdə,  yəqin,  düşünürdülər  ki,  skeptisizm  həyata  düzgün 

münasibət  üçün  mühümdür.  Bizim  həyat  tərzimiz  barədə,  məsələn, 

dini  əqidəyə  əsaslanan  fikirlərimizin  narahatlığa  və  həyəcana  aparıb 

çıxara  biləcəyini  nəzərə  alaraq,  skeptiklər  öyrədirdilər  ki,  biz  bu 

əqidələr barədə müəyyən heç nə bilə bilmərik və deməli, onlarla bağlı  

narahat  olmaq  üçün  heç  bir  əsasımız  yoxdur.  Həyata  skeptik 

münasibət  adamları  ruhun  sakitliyi  ilə  təmin  etməli  idi.  Stoiklər 

xoşbəxtliyə  və  ruhi  sakitliyə  aparan  yolu  xarici  tələbatlardan  xilas 

olmada  gördükləri  kimi,  epikürçülər  xoşbəxtliyi  ölçülüb-biçilmiş, 

sərhesab  həzdə  gördükləri  kimi,  skeptiklər  bunu  inamdan  imtinada, 

metafizik  və dini  məsələlərə münasibətdə  müəyyən mövqeni tutmada 

görürdülər.  Nə  qədər  ki,  biz  prinsipial  olaraq  heç  nə  bilmirik  və 

deməli,  hər  bir  şey  eyni  əhəmiyyətə  (adiafora)  malikdir,  onda  bizim 

ruhumuzun sakitliyinə heç nə mane olmamalıdır. 

Pirron  daha  radikal  skeptik  mövqe  ("şeylərin  əslində  necə 

olduqlarını  biz  ümumiyyətlə  bilə  bilmərik")  tutduğu  halda,  Karnead 

skeptisizmi müəyyən empirik meyllə, özünəməxsus "ehtimal nöqteyi-

nəzərindən",  biliyin  dərəcələri  barədə  bir  təlim  olaraq  inkişaf 

etdirmişdir. 

Karnead  həqiqətən  də  hesab  edirdi  ki,  mühakimələrin  həqiqi 

mənalarını müəyyənləşdirmək üçün biz heç bir meyara malik deyilik. 

Amma  o,  həmçinin  güman  etmişdir  ki,  biz  ona  etibar  edə  bilərik  ki, 

cümlədə təqdim olunan məzmunda doğruluğu bu və ya digər dərəcədə 

ehtimal  olunan nəsə  vardır.  Məsələn,  biz  bir hadisə  ilə rastlaşdığımız 

zaman və onun haqqında çoxlu müxtəlif, amma bir-biri ilə uzlaşan, bu 

hadisə  barədə  bizim  təsəvvürümüzə  uyğun  gələn  hissi  qavrayışlara 

malikiksə,  onda  biz  ona  etibar  etmək  üçün  onlar  bir-birinə  zidd 

olduqları  hala  nisbətən  daha  yaxşı  əsasa  malikik.  Biz  bir-birinə 

harmonik  olaraq  uyğun  gələn  hissi  qavrayışlara  nə  qədər  çox 

malikiksə,  hadisənin  ümumi  mənzərəsinin  düzgünlük  ehtimalı  bir  o 

qədər  də  çoxdur.  Bunun  ardınca  qeyd  edək  ki,  müxtəlif  fərdlərin 

qavrayışları  arasındakı  harmoniya  bu  mənzərəni  fərdlər  ziddiyyətli 

qavrayışlara  malik  olduqları  situasiya  ilə  müqayisədə  daha  çox 

ehtimallı edir. 

İstər bir nəfərdə, istərsə də müxtəlif müşahidəçilərdə bir-biri ilə 

harmoniya  təşkil  edən  qavrayışların  artımı  ilə  ümumi  obraz  daha 

ehtimallı olacaqdır, hətta əgər biz ondan hadisənin həqiqi mənzərəsini 

verməyi  ciddi  olaraq  tələb  elə  bilməsək  belə.  Bu,  praktik  olaraq 

kifayətdir. Analoji olaraq hakim müxtəlif şahid ifadələrinin bir-birinə 

necə  uyğun  gəldiyini  qiymətləndirərək  hökmün  çıxarılması  üçün 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə