Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə129/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   125   126   127   128   129   130   131   132   ...   402

 

274 


sistemini  ki,  hökmdarlar  və  təbəələr  arasında  dəqiq  hüquqi  bölgüyə 

malikdir. Hətta cəmiyyətdə günahın olmadığı bir şəraitdə də müəyyən 

nizam  və  deməli  müəyyən  idarəetmə  forması  hökmran  olmalı  idi, 

amma  zorakılıqdan  istifadə  etmədən.  Şərin  mövcud  olduğu  dünyəvi 

dövlətdə  hökmdarlar  nizamın  qorunub  saxlanılması  üçün  Tanrı 

tərəfindən  təyin  olunmuşlar  və  deməli,  öz  hakimiyyətlərini  xalqdan 

almırlar.  Belə  dövlətin  hökmdarları  Tanrı  tərəfindən  seçilənlərdir  və 

xalq onlara tabe olmalıdır, çünki o, Tanrının iradəsinə tabe olmalıdır. 

Amma  şər  üzərində  qurulan  (dünyəvi)  məmləkət  insanlardakı 

şəri hansı  qaydada  aradan  qaldıra  bilər?  Burada  ona  yaxşı  məmləkət 

(kilsə)  kömək  edir

115


.  Kilsə  bir  təşkilat  olaraq  özünün  əxlaqi,  dini 

tərbiyə üzərində və həmçinin dünyəvi məmləkət və onun şərin aradan 

qaldırılması  ilə  bağlı əməlləri  üzərində nəzarət  etməsi  yolu  ilə ruhun 

xilası üçün zəruridir. 

Bütün  bu  təsəvvürlər  sonrakı  dövr  üçün  həlledici  oldu.  Kilsə 

bir təşkilat  olaraq  xilas üçün  zəruridir.  Mövcud  imperiya  - o  mənada 

xristian  dövlətidir  ki,  onun  bütün  üzvləri  eyni  zamanda  həm 

imperatorun, həm də papanın təbəələridirlər. 

 

Avqustin - inam və zəka 

 

Sofistlər  və  Sokrat,  Platon  və  Aristotel  üçün  epistemoloji 



məsələlərin  vacibliyi  öncə  qeyd  olunmuşdu.  Son  antik  dövrdə 

epistemologiya skeptiklər üçün xüsusi əhəmiyyətə malik idi. 

Xristianlığın  meydana  çıxması  ilə  epistemoloji  məsələlər 

spektrı genişləndi. Bizim nə bilə biləcəyimiz barədə, bizim nəyə inana 

biləcəyimiz barədə, yəni dini inamla və dünyəvi müdrikliyin, xristian 

vəhyi  ilə  yunan  təfəkkürün  qarşılıqlı  əlaqəsi  barədə  suallar  meydana 

çıxdı.  Bu  suallar  xristian  teologiyası  üçün  çıxış  nöqtəsi  rolunu 

oynadılar. 

Xristian teoloqları arasında elələri var idi ki, onlar üçün xristian 

inamı  ilə  yunan  təfəkkürü  prinsipial  olaraq  fərqli  idilər  və  onlar 

xristian inamını fəlsəfənin və zəkanın köməyi ilə əsaslandırmanı və ya 

anlamanı yolverilməz hesab edirdilər. Tertullian (Tertullian, təqribən, 

160-222) fəlsəfəyə məhz belə bir nifrətlə yanaşırdı. Onun bu problemə 

münasibətinin ifadəsi belə bir məşhur fraza oldu: credo quia absurdum 

(inanıram,  ona  görə  ki,  absurddur).  Onun  üçün  inam  zəkadan  asılı 

deyildir.  Əgər  zəka  inamın  mənasızlığını  təsdiq  edirsə,  onda  inam 

buna  tamamilə  etinasız  münasibət  göstərir.  Bu  nöqteyi-nəzərlər  dini 

                                                



115

 Burada biz kilsəvi məmləkəti yaxşı (ilahi) çar məmləkətinin identi kimi şərh 

edirik.  


 

275 


(xristian) 

inamın 


və 

dünyəvi 


müdrikliyin 

münasibətinin 

anlaşılmasında ifrat mövqelərdir. 

Sərtliyi  bir  qədər  az  olan  mövqe  inam  və  zəka  sferaları  üçün 

müəyyən  ümumilikləri  mümkün  hesab  edirdi.  Bəzi  ilkin  xristian 

teoloqları bu mövqedə idilər. Onlara görə, inam epistemoloji mənada 

müəyyən  üstünlüyə  malikdir.  Əgər  inam  və  zəka  arasında  konflikt 

yaranırsa,  onda  düzgün  olanı  -  inamdır.  Bu  mövqe  xristian 

teoloqlarının əksəriyyətinə - Avqustindən tutmuş Foma Akvinalıyadək 

- xasdır. Amma onun çərçivələri daxilində bir neçə yanaşma mövcud 

idi.  Onlardan  birinə  görə,  inam  o  mənada  üstünlüyə  malikdir  ki, 

təfəkkür  məhz  onun  sayəsində  mümkün  olur:  credo  ut  intelligam 

(inanıram, anlamaq üçün). Bu, o deməkdir ki, vəhy  və inam olmadan 

insanlar  həyatın  mühüm  aspektlərinə  münasibətdə  kor  olardılar. 

Avqustin bu yanaşmanı dəstəkləyirdi. 

Başqa bir yanaşmanın isə məğzi onda idi ki, inam həqiqətən də 

üstünlüyə  malikdir,  amma  yalnız  əsas  xristian  həqiqətlərinə 

münasibətdə

116

.  Əsasən  isə  həm  inam  (əsasında  vəhy),  həm  də  zəka 



(təcrübə  əsasında)  müstəqildirlər  və  eyni  statusa  malikdirlər.  Onlar 

qismən  özlərinin  spesifik  problemləri  ilə,  qismən  də  hər  ikisi  üçün 

ümumi  olan  problemlərlə  məşğul  olurlar.  Onlar  üçün  şərikli  olan 

sahədə  inam  və  zəka  arasında  harmoniya  mövcuddur.  Məsələn,  bu 

sahəyə  Tanrının  mövcudluğu  barədə  məsələ  aiddir,  onun  mahiyyəti 

barədə  məsələ  isə  vəhyə  əsaslanan  inam  sahəsinə  aiddir.  İnamın  və 

zəkanın  belə  harmonik  sintezi  Foma  Akvinalının  da  teologiyasının 

(fəlsəfəsinin) əsasını təşkil edir. 

Biz  əvvəlcə  Avqustinin  və  sonra  isə  Foma  Akvinalının 

yanaşmasını 

nəzərdən 

keçirəcəyik. 

Amma 

Avqustin 



öz 

arqumentasiyasının böyük hissəsini özünün müasiri olan skeptisizmin 

təkzibinə  yönəltdiyindən,  öncə  onun  əsas  momentləri  üzərində 

dayanaq. 

 

Skeptisizm 

 

Antik skeptiklər (məsələn, Pirron, Pyrrho, b.e.ə. təqribən, 360- 



270,  Karnead,  Carneades  b.e.ə.  təqribən,  213-128,  Sekst  Empirik, 

Sextus  Empiricus,  b.  e.  təqribən,  200-cü  ilindən  sonra)  əsasən 

epistemoloji  suallarla  maraqlanırdılar.  Onlar  bütövlükdə  bu  suallara 

müəyyən  cavabların  verilə  bilmə  imkanını  şübhə  altına  alırdılar. 

Skeptiklər  sofistlərə  gedib  çıxan  epistemoloji  ənənəyə  məxsus  idilər, 

                                                



116

 Məsələn,  Məsihin  təbiəti,  onun  ölümü  və  dirilməsi  kimi  məsələlərə 

münasibətdə.  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə