274
sistemini ki, hökmdarlar və təbəələr arasında dəqiq hüquqi bölgüyə
malikdir. Hətta cəmiyyətdə günahın olmadığı bir şəraitdə də müəyyən
nizam və deməli müəyyən idarəetmə forması hökmran olmalı idi,
amma zorakılıqdan istifadə etmədən. Şərin mövcud olduğu dünyəvi
dövlətdə hökmdarlar nizamın qorunub saxlanılması üçün Tanrı
tərəfindən təyin olunmuşlar və deməli, öz hakimiyyətlərini xalqdan
almırlar. Belə dövlətin hökmdarları Tanrı tərəfindən seçilənlərdir və
xalq onlara tabe olmalıdır, çünki o, Tanrının iradəsinə tabe olmalıdır.
Amma şər üzərində qurulan (dünyəvi) məmləkət insanlardakı
şəri hansı qaydada aradan qaldıra bilər? Burada ona yaxşı məmləkət
(kilsə) kömək edir
115
. Kilsə bir təşkilat olaraq özünün əxlaqi, dini
tərbiyə üzərində və həmçinin dünyəvi məmləkət və onun şərin aradan
qaldırılması ilə bağlı əməlləri üzərində nəzarət etməsi yolu ilə ruhun
xilası üçün zəruridir.
Bütün bu təsəvvürlər sonrakı dövr üçün həlledici oldu. Kilsə
bir təşkilat olaraq xilas üçün zəruridir. Mövcud imperiya - o mənada
xristian dövlətidir ki, onun bütün üzvləri eyni zamanda həm
imperatorun, həm də papanın təbəələridirlər.
Avqustin - inam və zəka
Sofistlər və Sokrat, Platon və Aristotel üçün epistemoloji
məsələlərin vacibliyi öncə qeyd olunmuşdu. Son antik dövrdə
epistemologiya skeptiklər üçün xüsusi əhəmiyyətə malik idi.
Xristianlığın meydana çıxması ilə epistemoloji məsələlər
spektrı genişləndi. Bizim nə bilə biləcəyimiz barədə, bizim nəyə inana
biləcəyimiz barədə, yəni dini inamla və dünyəvi müdrikliyin, xristian
vəhyi ilə yunan təfəkkürün qarşılıqlı əlaqəsi barədə suallar meydana
çıxdı. Bu suallar xristian teologiyası üçün çıxış nöqtəsi rolunu
oynadılar.
Xristian teoloqları arasında elələri var idi ki, onlar üçün xristian
inamı ilə yunan təfəkkürü prinsipial olaraq fərqli idilər və onlar
xristian inamını fəlsəfənin və zəkanın köməyi ilə əsaslandırmanı və ya
anlamanı yolverilməz hesab edirdilər. Tertullian (Tertullian, təqribən,
160-222) fəlsəfəyə məhz belə bir nifrətlə yanaşırdı. Onun bu problemə
münasibətinin ifadəsi belə bir məşhur fraza oldu: credo quia absurdum
(inanıram, ona görə ki, absurddur). Onun üçün inam zəkadan asılı
deyildir. Əgər zəka inamın mənasızlığını təsdiq edirsə, onda inam
buna tamamilə etinasız münasibət göstərir. Bu nöqteyi-nəzərlər dini
115
Burada biz kilsəvi məmləkəti yaxşı (ilahi) çar məmləkətinin identi kimi şərh
edirik.
275
(xristian)
inamın
və
dünyəvi
müdrikliyin
münasibətinin
anlaşılmasında ifrat mövqelərdir.
Sərtliyi bir qədər az olan mövqe inam və zəka sferaları üçün
müəyyən ümumilikləri mümkün hesab edirdi. Bəzi ilkin xristian
teoloqları bu mövqedə idilər. Onlara görə, inam epistemoloji mənada
müəyyən üstünlüyə malikdir. Əgər inam və zəka arasında konflikt
yaranırsa, onda düzgün olanı - inamdır. Bu mövqe xristian
teoloqlarının əksəriyyətinə - Avqustindən tutmuş Foma Akvinalıyadək
- xasdır. Amma onun çərçivələri daxilində bir neçə yanaşma mövcud
idi. Onlardan birinə görə, inam o mənada üstünlüyə malikdir ki,
təfəkkür məhz onun sayəsində mümkün olur: credo ut intelligam
(inanıram, anlamaq üçün). Bu, o deməkdir ki, vəhy və inam olmadan
insanlar həyatın mühüm aspektlərinə münasibətdə kor olardılar.
Avqustin bu yanaşmanı dəstəkləyirdi.
Başqa bir yanaşmanın isə məğzi onda idi ki, inam həqiqətən də
üstünlüyə malikdir, amma yalnız əsas xristian həqiqətlərinə
münasibətdə
116
. Əsasən isə həm inam (əsasında vəhy), həm də zəka
(təcrübə əsasında) müstəqildirlər və eyni statusa malikdirlər. Onlar
qismən özlərinin spesifik problemləri ilə, qismən də hər ikisi üçün
ümumi olan problemlərlə məşğul olurlar. Onlar üçün şərikli olan
sahədə inam və zəka arasında harmoniya mövcuddur. Məsələn, bu
sahəyə Tanrının mövcudluğu barədə məsələ aiddir, onun mahiyyəti
barədə məsələ isə vəhyə əsaslanan inam sahəsinə aiddir. İnamın və
zəkanın belə harmonik sintezi Foma Akvinalının da teologiyasının
(fəlsəfəsinin) əsasını təşkil edir.
Biz əvvəlcə Avqustinin və sonra isə Foma Akvinalının
yanaşmasını
nəzərdən
keçirəcəyik.
Amma
Avqustin
öz
arqumentasiyasının böyük hissəsini özünün müasiri olan skeptisizmin
təkzibinə yönəltdiyindən, öncə onun əsas momentləri üzərində
dayanaq.
Skeptisizm
Antik skeptiklər (məsələn, Pirron, Pyrrho, b.e.ə. təqribən, 360-
270, Karnead, Carneades b.e.ə. təqribən, 213-128, Sekst Empirik,
Sextus Empiricus, b. e. təqribən, 200-cü ilindən sonra) əsasən
epistemoloji suallarla maraqlanırdılar. Onlar bütövlükdə bu suallara
müəyyən cavabların verilə bilmə imkanını şübhə altına alırdılar.
Skeptiklər sofistlərə gedib çıxan epistemoloji ənənəyə məxsus idilər,
116
Məsələn, Məsihin təbiəti, onun ölümü və dirilməsi kimi məsələlərə
münasibətdə.