Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə127/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   123   124   125   126   127   128   129   130   ...   402

 

270 


reallaşacaqdır,  bu  təlim  Orta  əsrlərdə  dövlətin  və  kilsənin  yanaşı 

mövcudluğunun əsasına çevrildi. 

Amma  kilsənin  dünyəvi  hakimiyyətə  bu  tabe  olma  çağırışı 

ikimənalı idi, çünki kilsə ondan imtina edə bilərdi, əgər o, belə hesab 

etsəydi ki, dünyəvi hökmdarlar etik və dini tələblərə cavab vermirlər. 

Kilsə nisbətən müstəqil institut olaraq bəzən oxşar əməllər üçün siyasi 

hakimiyyətə də malik olurdu. Kilsənin və dövlətin əməkdaşlığı nəzəri 

olaraq  qarşılıqlı  olmalı  idi.  Amma  onlar  eyni  üzvləri  birləşdirən 

nisbətən  müstəqil  institutlar  olduqları  üçün,  həm  papaya,  həm  də 

imperatora  sayğı  göstərmək  lazım  gəldiyi  situasiyalarda  xalqların 

sədaqəti sanki haçalaşırdı. Dünyəvi və kilsə hakimiyyətini qəti olaraq 

bir-birindən  ayırmaq  praktik  olaraq mümkün  deyildir.  Yalnız mənəvi 

hakimiyyətə  malik  olanlar  moizə  etmək  iqtidarında  olmaq  üçün 

kifayət edəcək qədər iqtisadi bazisə malik olmalı idilər, yəni dünyəvi 

hakimiyyətin  müəyyən  payına  malik  olmalı  idilər.  İdarə  edənlər  isə 

müəyyən mənəvi avtoritetə malik olmalı idilər. 

 

Avqustin 

 

Həyatı.  Avqustin  (Augustine)  354-cü  ildə  Şimali  Afrikada 



Taqast  şəhərində  anadan  olmuşdur.  Onun  anası  xristian,  atası  isə 

bütpərəst idi. Avqustin öz gəncliyini Karfagendə qayğısız yaşamışdır. 

Avqustin  öncə  öz  zəmanəsinin  populyar  dini  cərəyanlarından 

biri  olan  maniçiliklə  tanış  olmuşdur.  O,  dünyada  xeyrin  və  şərin 

dualizmi haqqında öyrədir və təsdiq edirdi ki, insani varlıqlar iki ruha 

malikdirlər,  bunlardan  biri  xeyirxah  və  işıqlı,  digəri  isə  zülmkar  və 

qaranlıqdır. Hər bir insanın əməlləri bu iki ruh arasındakı konfliktin 

nəticəsidir.  Avqustin  bu  təlimi  qəbul  etdi  –  o,  bu  dünyada  şərin 

iştirakını  izah  edirdi.  Amma  o,  maniliyin  o  qədər  də  uzun  müddət 

tərəfdarı olaraq qalmadı. O, əxlaqi həyat üçün güc vermirdi, Avqustin 

isə buna çalışırdı. O, həmçinin maniliyin intellektual səviyyəsindən də 

məmnun  deyildi.  Nəticədə,  Avqustin  manilikdən  uzaqlaşaraq 

skeptisizmə üz tutdu. 

Amma, Avqustini skeptisizm də qane etmirdi. O, neoplatonizmə 

(Plotin) müraciət etdi. Avqustin neoplatonizmdə zalımlıq barədə suala 

qəbul  oluna  bilən  cavabı  tapmışdı.  Mənəvinin  bir  real  olaraq 

neoplatonist anlamı da həmçinin Avqustinin rəğbətinə səbəb oldu. O, 

Platonu (və Plotini) oxuyaraq intellektual rahatlıq tapdı. 

Amma,  onun  şəxsi  təcrübəsi  zəkaya  neoplatonist  inamla 

konfliktlə  gətirib  çıxardı,  bu  inama  uyğun  olaraq  düzgün  anlam 

düzgün əməllərə  aparıb çıxarmalı idi.  Belə  ki,  Avqustin  dərk etmişdi 

ki,  düzgün  bildiyi  həyatı  yaşamağa  qabil  deyildir.  Avqustin  eyni 


 

271 


zamanda  başa  düşürdü  ki,  xristianların  nəzəri  olaraq  ondan  zəif 

olmasına  baxmayaraq,  əxlaqi  olaraq  onlar  daha  yüksəkdədirlər.  Elə 

buna  görə  də,  Avqustin  xristianlığı  onun  xilas  barədə  təliminə  görə 

yüksək  qiymətləndirirdi,  baxmayaraq  ki,  nəzəri  olaraq  o,  onu  qane 

etmirdi.  Həyatının  bu  mərhələsində  o,  bir  ritorika  müəllimi  olaraq 

Milana səyahət etdi. Orada Avqustini yepiskop Ambrozenin (Ambrose, 

339-397)  moizələri  cəlb  etdi  və  təqribən  otuz  yaşında  ikən  o, 

xristianlığı qəbul etdi. 

Avqustin Şimali Afrikaya qayıtdı və yepiskop oldu. Onun bütün 

sonrakı  həyatı  isə  Kilsəyə  həsr  edildi.  Avqustin  430-cü  ildə,  yəni 

vandalların qərbi Roma imperiyasına soxulduqları zaman vəfat etdi. 

Əsərləri.  Avqustin  latın  dilində  çoxlu  kitablar  yazmışdır. 

Onların ən məşhurlarından yalnız dördünü xatırlayaq. 

Akademiklərin  əleyhinə  (Contra  Academicos),  burada  o, 

skeptisizmi  təkzib  edərək,  özünün  skeptisizmə  aludə  olduğunu 

keçmişini tənqid edir. 

Azad iradə haqqında (De libero arbitrio), burada şər və iradə 

azadlığı problemləri müzakirə olunur. 

Etiraf  (Confessiones),  burada  Avqustin  özünün  mənəvi 

mübarizəsinin peripetiyalarını açıb göstərir. Bu kitabda Antik dövrün 

ilk  yunan  mərhələsindən  son  xristian  mərhələsinə  keçid  göstərilir. 

Avqustin  burada  rasional  yunan  vətəndaşı  kimi  deyil,  emosiyalar 

dərrakə  üzərində  üstünlük  əldə  etdikləri  zaman  ruhun  və  bədənin 

daxili  mübarizəsinə  cəlb  edilmiş  ayrıca  fərd,  şəxsiyyət,  kimi 

qarşımızda durur. 

İlahi  şəhər  haqqında  (De  civitate  Dei)  adlı  əsərində Avqustin 

tarixə öz baxışını və "İki şəhər" ("İki məmləkət") – Yer şəhəri və İlahi 

şəhər haqqında təlimi işləyib hazırlayır. 

Avqustinin  həyatı  xristianlığın  aparıcı  din  kimi  etiraf 

olunmasından, Roma imperiyasının bölünməsindən bilavasitə sonrakı 

və 


qərbi 

Roma 


imperiyasını  dağıdan  german  tayfalarının 

təcavüzündən  isə  əvvəlki  dövrə  təsadüf  edirdi.  Bu  dünya 

imperiyasının  süqutu  müxtəlif  kilsə  təşkilatlarının  yaranması  ilə 

müşayiət  olunurdu.  Məhz  onlar  son  nəticədə  yunan  və  latın  dilli 

dünyada  mədəni  irsin  saxlanılması  vəzifəsini  yerinə  yetirmişlər. 

Bundan  başqa,  imperator  hakimiyyətinin  zəifləməsi  şəraitində  kilsə 

(Bizansla  və  xalqların  köçü  nəticəsində  yaranan  dövlətlərlə  birgə) 

siyasi məsuliyyətin bir hissəsini öz üzərinə götürdü. Beləliklə xristian 

teoloqları həmçinin də siyasi ideoloqlar oldular. 

Avqustin  Antik  dövrü  və  xristian  zəmanəsini  əlaqələndirən 

böyük  teoloqlardan  birincisi  oldu.  O,  xristianlığı  və  neoplatonizmi 

sintez etdi. 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə