Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə126/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   122   123   124   125   126   127   128   129   ...   402

 

267 


formulə  edilmişlər.  Belə  müddəaların  sırasına,  məsələn,  Üç  üqnum 

haqqında  doqmat,  ruhun  bədən  üzərində  üstünlüyü  haqqında  təlim 

aiddir.  Teologiya  uyğun  fəlsəfi  terminologiyanın  hakimiyyəti  altına 

düşdü, hətta insanlar neoplatonist anlayışlarla fikirləşmədən qaldıqdan 

sonra  belə.  Bu  mənada  fəlsəfənin  və  teologiyanın  birgə  mövcudluğu 

nəticəsində əziyyət çəkən tərəf məhz teologiya oldu. 

Burada  kim  kimə  "xidmət  etdi"  məsələsini  həll  etməyin  yeri 

deyil.  Lakin  hər  halda  talenin  tarixi  dönüşləri  barədə  belə  bir  moizə 

oxumanın əleyhinə ona görə duruş gətirmək lazımdır ki, bu halda biz 

hadisələrin tarixi "zərurətini" asanlıqla nəzərdən qaçıra bilərik. 

Bunun  əvəzinə  aşağıdakı  məsələni  formula  edək.  Xristianlıq 

fəlsəfi  və  intellektual  mühitə  hansı  yeni  müddəaları  gətirdi?  Cavabı 

sadələşdirərək  deyək  ki,  bu,  1)  "insanın  hər  şeyin  mərkəzi"  olması 

ideyasıdır; 2) tarixin xəttiliyi ideyasıdır və 3) Tanrı haqqında şəxsiyyət 

və Yaradıcı kimi təsəvvürdür. 

İnsan  yunan  filosofları  üçün  ümumiyyətlə  və  bütövlükdə 

kosmosda  digər  məxluqatlarla  yanaşı  mövcud  olan  bir  məxluqat  idi. 

İnsan kifayət qədər yuxarıda dayanan, amma xüsusi, imtiyazlı mövqe 

tutmayan  məxluqat  hesab  olunmuşdur.  Elə  həmin  sonlu  kainatda 

daşlar da, torpaq da, bitkilər və heyvanlar da, insanlar və Tanrılar da 

mövcuddurlar. Xristian təliminə görə, bütün hər şey fərqlidir. Tanrı bu 

dünya  üzərində  mövcud  olan  Şəxsiyyətdir.  Bütün  Yer  üzü  özünün 

daşları, bitkiləri, heyvanları və insanları ilə Tanrı tərəfindən insanların 

qurtula  bilmələri  üçün  bir  sığınacaq  olaraq  yaradılmışdır.  Kainat 

insanlara və Tanrıya münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. 

Aləmdə  hər  bir  şey  bəşəriyyəti  xilas  yoluna  aparmaq  üçün 

yaradılmışdır. 

O  zaman  xristianlığın  xilas  və  günah  ideyaları  yunan  əxlaqi 

təsəvvürlərin (məsələn, yaxşı həyat və fəzilət haqqında təsəvvürlərin) 

yerini tuturdu. Və söhbət hər bir insanın xilası barədə gedirdi. İnsanlar 

hər  hansı  istənilən  Yer  məxluqundan  daha  dəyərlidirlər  və  bütün 

insanlar prinsipcə  eyni  bir  yüksək  dəyərə  malikdirlər.  Oxşar  anlam  o 

demək idi ki, təbii hüquq, ümumbəşəri qardaşlıq və bərabərlik barədə 

stoik  ideyalar  xristian  anlayışları  ilə  uzlaşırlar.  Ümumi  əhəmiyyətə 

malik  olan  qanun,  yəni  Tanrı  sözü  mövcuddur.  Bütün  insanlar 

bərabərdir,  çünki  onlar  Tanrı  tərəfindən  onun  obrazına  oxşar  şəkildə 

yarılmışlar. 

"İnsan  mərkəzdir",  həm  kosmoloji  olaraq,  həm  də  aksioloji 

olaraq. Bu halda mühüm olan tarixdir, təbiət deyildir. Tarix stoiklərdə 

olduğu  kimi  çevrə  üzrə  deyildir,  xəttidir.  Tarix  Din  gününə  doğru 

hərəkət  edir:  yaradış,  insanın  günaha  batması,  doğuluş,  həyat  və  İsa 

Məsihin dirilməsi, günah və xilas arasında mübarizə. 




 

268 


Papa və kral - bir dövlətdə iki hökmdar 

 

Yeni  xristian  ideyaları  fəlsəfədə,  o  cümlədən  də  siyasi 



fəlsəfədə  rol  oynamağa  başladılar.  Buraya  onu  da  əlavə  edək  ki, 

xristianlığın aparıcı dinə çevrilməsi ilə konkret siyasi dəyişikliklər baş 

verdi  ki,  onlar  da  Orta  əsrlərin  siyasi  həyatına  və  siyasi  təfəkkürünə 

güclü  təsir  göstərdi.  "Bir-birinə  çuğlaşan"  iki  -  dünyəvi  və  dini  – 

təsisat  meydana  çıxdı.  Bu  təsisatlar  inkişaf  etdi  və  dördüncü  əsrdən 

başlayaraq  Orta  əsrlərin  sonuna  kimi  onlar  arasındakı  münasibətlər 

dəyişilmişdir.  Bu  inkişafın  tarixi  fazaları  üzərində  dayanmayaraq,  bu 

rəqib təsisatların müqayisəsi ilə bağlı bəzi nəzəri məqamları nəzərdən 

keçirək. 

CƏDVƏL    k.b.s.181 

 

 

 



 

 

 



 

Biz artıq qeyd etmişik ki, antik dövrdən ellinist-Roma dövrünə 

keçid zamanı fərd, ayrıca və dövlət (qanun), ümumi arasında ayrılma 

baş  verdi.  Sonradan  ümuminin  daxilində  təbii  hüququn  və  Roma 

imperiyasında mövcud olan qanunların bölgüsü baş verdi. 

Sonuncu  bölgü  mövcud  olan  (fəaliyyətdə  olan)  qanunların 

əsaslandırılması  səyi  kimi  də  anlaşıla  bilər.  Sofistlərin  baxışlarının 

nəzərdən keçirilməsi zamanı qeyd olunmuşdur ki, belə əsaslandırılma 

(sübut) daha fundamental müqəddimələrin daxil edilməsini tələb edir. 

 

N1 Təbii hüquq 



N2 Roma hüququ 

 

Ümumi  əhəmiyyətə  malik  olmaya  iddia  edən  mövcud 



qanunların  N2  əsaslandırılması  üçün,  biz  bu  qanunlarla  müqayisədə 

daha fundamental olan mütləq (təbii) hüquqa N1 müraciət edə bilərik. 

Bu  halda  sonuncular  mütləq  hüquqla  bəraət  qazandırılmış  olurlar  və 

onun ifadəsinə çevrilirlər. 

Təbii  hüquq  oxşar  qaydada  mövcud  Roma  qanunlarını 

əsaslandıra  bilər.  Amma  bu  əsaslandırılma  ikitərəflidir,  ona  görə  ki, 

təbii hüquq,  əlbəttə  ki, həmçinin mövcud  qanunların tənqid  olunması 

üçün də istifadə oluna bilər. Həmişə elə iddialı insanlar meydana çıxa 

bilir  ki,  təbii  hüququn  məhz  onlar  tərəfindən  verilən  şərhini  düzgün 



 

269 


hesab  edirlər  və  onlar  mövcud  qanunların  təbii  hüquqa  zidd  olması 

barədə  məlumat  verə  bilirlər.  Başqa  sözlə,  belə  bir  məsələni 

aydınlaşdırmaq  vacibdir  ki,  kim  Təbii  hüququn  rəsmi  səlahiyyətli 

şərhçisi ola bilir

113



O  vaxta  qədər  ki,  Roma  imperiyasının  hökmdarları  tam 



hakimiyyətə,  o  cümlədən  təbii  hüququn  şərhi  ilə  bağlı  hakimiyyətə 

malik  idilər,  hamı  onların  nəzarəti  altında  idi.  Lakin  o  zaman  ki, 

hökmdarlar  xristian  kilsəsinə  hüququn  şərhçisi  rolunda  çıxış  etmək 

ixtiyarını verdilər, situasiya kəskin bir şəkildə dəyişdi. Özünü bir ilahi 

olaraq  təsdiq  etmək  və  deməli,  qanunu  şərh  etmək  hüququna  malik 

olmaq əvəzinə, imperator bu hüququ başqasına - papaya və kilsəyə də 

verə  bilərdi.  O  vaxta  qədər ki,  kilsə hökm  edən hakimiyyətlə həmrəy 

idi,  situasiya  dövləti  nöqteyi-nəzərdən  qənaətbəxş  olaraq  qalırdı. 

Amma  kilsə  nisbətən  müstəqil  bir  institut  olaraq  əsas  etik  və  dini 

məsələlər  barədə  dövlət  tərəfindən  təyin  olunan  səlahiyyətli  şərhçi 

olduqdan  sonra,  situasiya  kilsəvi  və  dünyəvi  institutlar  arasında 

potensial konflikt üçün əsas yaratdı. 

Kilsəni  dövlətdən  asılı,  dövlət  tərəfindən  dəstəklənən  bir 

institut  kimi  anlayan  nöqteyi-nəzərlər  yalnız  bəzi  dəqiqləşdirmələri 

nəzərə  almaqla  düzgün  hesab  edilə  bilər.  Kilsənin  etik  və  dini 

məsələlərin  rəsmi  dövlət  şərhçisi  kimi  mövqeyinin  təsiri  ilə,  insanlar 

dünyəvi  hökmdarları  tənqid  etmək  üçün  müəyyən  əsas  əldə  etdilər. 

Bu,  Avropada  azadlıq  ideyasının  inkişafı  üçün  müstəsna  dərəcədə 

vacib oldu. 

Doğrudur  ki,  kilsə  çox  zaman  dünyəvi  hökmdarlara  tabe 

olmağa  çağırırdı.  Məsələ  burada  yazıldığı  kimi  idi:  "Hər  bir  ruh  ali 

hakimiyyətə  tabe  olacaqdır,  çünki  Tanrıdan  olmayan  hakimiyyət 

yoxdur;  mövcud  hakimiyyət  Tanrıdandır.  Hakimiyyətə  müqavimət 

göstərmə  Tanrıya  müqavimət  göstərmədir.  Müqavimət  göstərənlər 

özlərini  məhkum  edirlər"  (Roma.  13:  1-2).  Bu  mövcud  hakimiyyətə 

tabe olma çağırışı ilk xristianların strateji (teoloji) dilemmasına cavab 

kimi nəzərdən keçirilə bilər. Onlar cəmiyyətin problemlərindən kənara 

çəkilə  və  bütün  ümidi  axirətə  bağlaya  bilərlərmi?  Əgər  bilə 

bilərdilərsə,  onda  xristianlıq  anarxik  cizgiləri  kəsb  etmiş  olardı  və 

xristianlar  dünyəvi  hakimiyyətlə  konfliktə  girmiş  olardılar.  Ya  da 

onlar  kilsənin  mənəviyyat  məsələlərində  avtonom  olduğu  nizamı 

dəstəkləməli  və həyatın  dünyəvi  məsələlərində  müti  olmalıdırlar?  Bu 

suala  müsbət  cavabdan  alınan  strategiya  sonradan  Gelasinin 

(Gelasius)  iki  "hakimiyyət"  (iki  avtoritet)  barədə  təlimində 

                                                

113

 "Təbii  hüquq"  söz  birləşməsi  böyük  hərflə  yazılır  ki,  burada  o,  elmi 

anlayışı deyil, normativ anlayışı ifadə edir.  



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə