Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə134/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   130   131   132   133   134   135   136   137   ...   402

 

284 


 

3)  Avqustinin  müəyyən  biliyi  tapdığını  və  skeptisizmi  təkzib 

edə bildiyini güman etdiyi üçüncü sahə riyaziyyat idi. Biz etiraf edirik 

ki,  məsələn,  "3  +  3  =  6"  mülahizəsi  müəyyən  bilikdir.  Riyaziyyat  o 

həqiqətləri  özündə  ehtiva  edir  ki,  onlar  şübhə  altına  alına  bilməzlər. 

Burada  biz  o  həqiqətlərlə  qarşılaşırıq  ki,  onlar  bizim  aldadıcı 

hisslərimizin  köməyi  ilə  bildiklərimizin  əksinə  olaraq  zəruri  və 

dəyişməzdir. 

4)  Nəhayət,  Avqustin  təsdiq  edirdi  ki,  bəzi  məntiqi  prinsiplər 

elədir ki, şübhə altına alına bilməzlər. Bu, oradan da görünür ki, hətta 

skeptiklər də onlardan öz skeptik nöqteyi-nəzərlərini ifadə etmək üçün 

istifadə  etmişlər.  Məsələn,  skeptiklər  güman  edirdilər  ki,  bilik  eyni 

zamanda  və  eyni  mənada  həm  müəyyən,  həm  də  qeyri-müəyyən  ola 

bilməz.  Buradan  belə  bir  nəticə  çıxır  ki,  skeptiklər  ziddiyyət  prinsipi 

adlanan qaydanı qəbul etmişlər (baxın. Fəsil 4). 

Biz  burada  o  məsələni  nəzərdən  keçirmirik  ki,  skeptiklər  belə 

prinsipləri bir həqiqət olaraq hansı dərəcədə nəzərdən keçirməli idilər 

və  əgər  onlar  hipotetik  gümanlar  idisə,  təfəkkürü  onların  üzərində 

əsaslandırmaq hansı dərəcədə mümkündür. Ən azı, Avqustin nəzərdən 

keçirilən  arqumenti  həqiqətən  də  onun  müasiri  olan  skeptiklərin 

əleyhinə,  müəyyən  biliyin  hətta  bu  sahədə  də  mövcud  olduğunu 

göstərmək üçün istifadə etmişdir. 

Avqustin  oxşar  arqumentlərə  əsaslanaraq,  müəyyən  biliyin 

özürefleksiyaya və introspeksiyaya, riyaziyyata və məntiqi prinsiplərə 

münasibətdə  mümkün  olduğunu  göstərərək  yalnız  skeptisizmi  təkzib 

etməyə  çalışmamışdır.  Avqustin  bununla  yanaşı  həmçinin  daxili 

həyatın  və  məntiqi  formaların  hisslər  və  xarici  dünya  üzərində 

epistemoloji  üstünlüyünə  də  xüsusi  əhəmiyyət  vermişdir.  Bu, 

Avqustin  fəlsəfəsinin  əsas  cəhətini,  onun  neoplatonist  təfəkkürlə  sıx 

əlaqəsini  müəyyənləşdirmişdir  (Fəsil  5).  Fərdi  ruh  özünün  mənəvi 

həyatı ilə xarici hissi şeylərdən yuxarıdadır və daha nəcabətlidir. Daha 

yuxarıda  isə  bizim  öz  fikirlərimizdə  "seyr  etdiyimiz"  xalis  riyazi  və 

məntiqi formalar durur. Başqa sözlə, haqlarında bizim müəyyən biliyə 

malik olduğumuz daxili həyat və xalis formalar həmçinin kainatda da 

ən  mühüm  və  ən  realdırlar.  Beləliklə,  epistemologiya  və  ontologiya 

(bilik  haqqında  təlim  və  varlıq  haqqında  təlim)  bir-biri  ilə 

harmoniyadadır. 

Bizim  daxili  həyatımız  və  xalis  formalar  haqqında  müəyyən 

biliyin xeyrinə yönələn arqumentlər Avqustin üçün bir xristian olaraq 

eyni  zamanda  Əbədi  Həqiqət  inamının  əsaslandırılmasında  da  rol 

oynayır.  Əbədi  Həqiqət  Ali  Varlıqdır,  yəni  Tanrıdır.  Deməli,  bizim 



 

285 


qarşımızda  duran  -  neoplatonizmin  xristian  versiyasıdır.  Avqustin 

fəlsəfəsinin nüvəsi – elə bundadır. 



 

Avqustin xristian neoplatoniki kimi 

 

Plotin  (Fəsil  5)  üçün  kainat  –  əbədi  yaradılışın  və  ya  öz 



mənşəyini ifadə olunmaya  yatmayan Vahiddən götürən mövcud olma 

emanasiyasının  bir  ifadəsidir.  Vahiddən  olan  məsafədən  asılı  olaraq 

kainat  mövcudluğun  və  nizamın  müxtəlif  dərəcələrinə  görə  təşkil 

olunmuşdur. Bu emanasiya son nəticədə yoxluqda yox olur, həmin bu 

yoxluq isə materiyadır. 

Avqustin  neoplatonizmi  və  xristian  dinini  birləşdirmişdir. 

Vahid  xristian  Tanrısı  olaraq  şərh  olunmuşdu.  Vəhy  (Məsihin  həyatı 

və  Bibliya  vasitəsi  ilə)  Tanrının  mahiyyəti  və  onun  planının  insanlar 

üçün tarixi bəyannaməsi olmuşdu. Xristian vəhyi və inamı vasitəsi ilə 

xristianlar  müəyyən  dərəcədə  ona  üz  tuturlar  ki,  o,  Plotindən  ötəri 

ifadə  olunmaya  yatmayan  Vahid  idi.  İnam  işıq  verir,  bu  işığın 

sayəsində  də  xristianlar  bu  işığın  mənbəyini  görə  bilirlər.  İnam, 

beləliklə,  özünün  ən  yüksək  mənasında  müdriklik  üzərində 

epistemoloji  üstünlüyə  malikdir  və  eyni  zamanda  dünyəvi  müdrikliyi 

işıqlandıra bilir (credo ut intelligam - inanıram, anlamaq üçün). 

Neoplatonizmdə  Vahid  və  dünya,  həmçinin  onlar  arasındakı 

əlaqə statik və şəxssiz olaraq mənalandırılır. Dünyanı idarə edən əbədi 

qanunlar şəksizdir. Vahidin mistik vəhdətin (unio mystica) köməyi ilə 

dərk olunması yalnız müdriklər tərəfindən, özünü Ona yaxınlaşdırmaq 

üçün  kifayət  qədər  gücə  malik  olanlar  tərəfindən  reallaşır.  Bu,  ali 

idrak  tarixi  olaraq  şərtlənməmişdir.  Avqustin  üçün  bir  xristian  olaraq 

vəhy Məsihin doğuluşu və onun təlimi vasitəsi ilə tarixə köklənmişdir. 

Beləliklə, inamda insanın Tanrı ilə vəhdəti tarixi olaraq müəyyən şəkil 

alır.  Bu  isə  kainatın  Tanrı  tərəfindən  yaradılmasına  aiddir. 

Yaradılmanın  başlanğıcı  vardır  və  o,  tamamlanacaqdır.  Kainatın 

mövcud  olması  tarixi  olaraq  dəyişkən  və  təsadüfidir.  Ata,  xristian 

Tanrısı  şəxssiz  prinsip  deyildir,  canlı,  şəxsləndirilmiş  Tanrıdır  ki, 

insani məxluqlar onu sevə bilərlər və ondan qorxa bilərlər, ona yalvara 

bilərlər,  ona  dua  edə  bilərlər  və  onun  qarşısında  onlar  şəxsən  cavab 

verəcəklər.  Kainatın  qanunları  şəxssiz  deyildir,  şəxsləndirilmiş 

İradənin  ifadəçiləridir,  O,  hər  bir  şeyi  yaratmış  və  hər  bir  şeyi  idarə 

edir.  Beləliklə,  kainatın  bazis  xüsusiyyətləri  yalnız  dəyişiklik  və 

tarixilik  deyildir.  Birinci  yerə  insanın  mənəvi  həyatı  çıxır,  özü  də  o 

tərzdə  çıxır  ki,  kainatın  mənbəyi  olaraq  İradə  başa  düşülür,  biz, 

insanlar isə bu İradəni yalnız qismən, Tanrı sözünün vəhy vasitəsi ilə 

(yəni, Məsihin və Bibliyanın köməyi ilə) dərk edə bilərik. 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə