301
fəlsəfi və teoloji məzmunlu çoxlu əsərlər yaratmışdı. Bunların
arasında Bibliyaya yazılmış şərhlər, Knyazlara bəraət qazandırılması
(De regime pnncipum) və Mübahisəli məsələlər (Quaestiones
Disputatae de veritate) də vardı ki, bu əsərlərdə şər, həqiqət, ruh və
i.a. barədə problemlər qaldırılırdı.
Aristotelin ideyalarının əksəriyyəti ilə Fomada rastlaşmaq olar,
amma bu ideyalar xristian təlimi çərçivəsinə salınmışdı. Foma
Aristoteli "xristianlaşdırdı". Aristotelin İlk səbəbi xristian Tanrısı ilə
əvəz olundu. Lakin Foma qanunları Aristoteldən fərqli bir tərzdə başa
düşür. Foma şəhər-dövlətdə deyil, feodal cəmiyyətində yaşayır və
qanunlara münasibətdə bu cəmiyyətə xas olan nöqteyi-nəzəri
dəstəkləyirdi.
Aristotelin baxışları bizə artıq məlumdur, indi isə inam və zəka
arasındakı münasibətlərin və həmçinin qanunların Fomaya xas olan
anlamının bəzi xüsusiyyətlərini qeyd edək.
Xristianlığın
və
aristotelizmin
tomist
sintezi
harmonikləşdirilmə ilə - Tanrının və dünyanın, inamın və zəkanın
harmonikləşdirilməsi ilə - səciyyələnir. Foma universaliyalar barədə
mübahisədə mötədil (Aristotelsayağı) konseptual realizm mövqeyində
dayanır. Anlayışlar mövcuddurlar, amma yalnız şeylərdə. Bizim
biliyimiz hissi qavrayışlardan başlanır, amma abstraksiyanın köməyi
ilə biz şeylərdə mövcud olan ümumi prinsipləri (universaliyaları) dərk
edirik. Bu müddəa Foma üçün teoloji nəticəyə malikdir. Biz öz təbii
dərrakəmizin köməyi ilə universumun bir çox prinsiplərini dərk etmək
iqtidarındayıq, o cümlədən belə bir nəticə çıxarmaq üçün bizim belə
bir müəyyən əsasımız da vardır ki, universum Yüksək varlıq
tərəfindən yaradılmışdır (Tanrının mövcudluğunun tomist sübutu).
Başqa sözlə, zəka və vəhy (inam) bir-biri ilə çulğaşır.
Or-da s.214. Cədvəl (Hissi təcrübə/ağıl Kəşf)
Doğrudur ki, bəzi xristian həqiqətlərinə (məsələn, Tanrının
mahiyyəti) zəka ilə çatmaq olmaz, amma zəka bizi Tanrıya doğru
apara bilər. Bəzi həqiqətlər (onlara, məsələn, Tanrının mövcud olması
aiddir) biz həm zəkanın, həm də inamın əsasında çata bilərik.
Universum Aristotel üçün olduğu kimi, Foma üçün də
iyerarxik olaraq nizamla qurulmuşdur (fərq ondadır ki, Aristotelin İlk
səbəbi şəxsləndirilmiş Tanrı ilə əvəzlənmişdir).
Tanrı
Səma sferalarının iyerarxiyası
İnsanlar
Heyvanlar
302
Bitkilər
Daşlar, torpaq
Foma da Aristotelə oxşar olaraq insanı bir sosial varlıq olaraq
nəzərdən keçirir. Cəmiyyət daxilində olan həyat insanlar üçün onların
qabiliyyətlərinin özünüreallaşdırma şərtidir. Deməli, siyasət insani
atributların reallaşma imkanlarına kömək edən təbii bir
məşğuliyyətdir. Bu, o deməkdir ki, siyasət vəhydən əhəmiyyətli
dərəcədə asılı deyildir. Hətta bütpərəstlər belə kifayət qədər yaxşı
həyatı yaşaya bilərlər.
Yunan və xristian təfəkkür üsulların harmonizasiyası burada
bir daha baş verir. Doğrudur ki, insanlar İncilin vəhyi olmadan da
fəzilətli və xoşbəxt həyatı reallaşdıra bilərlər. Siyasətçinin vəzifəsi
belə bir reallaşma üçün şərait yaratmaqdan ibarətdir, burada
siyasətçinin xristian (məsələn, knyaz) olub-olmamasının elə bir
əhəmiyyəti yoxdur. Amma fəzilət və xoşbəxtlik arxasında son məqsəd
– xilas - dayanır. Və burada keşişin vəzifəsi – ümid vermədir.
Beləliklə, siyasətçinin və keşişin vəzifələri bir-biri ilə təbii olaraq
qovuşur, belə ki, mədəni həyat (fəzilət və xoşbəxtlik) xilas üçün
əsasdır. Siyasi-etik mərhələ dini mərhələyə münasibətdə müəyyən
müstəqilliyə malikdir və eyni zamanda ona doğru birinci addımdır.
Aristotel
yunan
şəhər-dövlətini
insanın
özünü
reallaşdırmasında son mərhələ kimi nəzərdən keçirmişdir. Xristian
feodal cəmiyyətində yaşayan Foma üçün son məqsəd axirətə doğru
əbədi xilasdır, sosial həyatın ən yüksək forması isə qanunlarla idarə
olunan xristian cəmiyyətidir. Aristotel üçün fəzilət özünü siyasətdə
aktiv iştirak yolu ilə lokal qapalı cəmiyyətdə reallaşdırmışdır. Foma
üçün fəzilət özünü stabil, hər şeyi əhatə edən, qanunlarla idarə olunan
sosial iyerarxiya daxilində, əxlaqi həyat tərzi vasitəsi ilə reallaşdırır,
burada siyasətdə aktiv olaraq yalnız azsaylı insanlar iştirak edirlər,
burada azlıq idarə edir, əksəriyyət isə tabe olur.
Foma üçün qanun onun yuridiksiyası altında olanların ümumi
rifahı üçün verilmiş sərəncamdır. O, hamıdan ötəri cavabdeh olanlar
tərəfindən bu qanunun ünvanlandığı kəslər üçün verilmişdir. Beləliklə,
qanun normativdir.
Foma qanunların bir-biri ilə müxtəlif şəkildə əlaqələndirilmiş
formaları haqqında bəhs edir. Əbədi qanun zəkanın bütün yaradılışının
ilahi Niyyətini ifadə edən sərəncamıdır. Belə ki, hər bir şey ilahi
Niyyətə tabedir, deməli bütün hər bir şey əbədi qanuna aiddir. Amma
zəkalı varlıqlar ona digər varlıqlardan fərqli bir qaydada aiddirlər.
Zəkalı varlıqların özləri ilahi Niyyətin tərkib hissəsidirlər; onlar özləri
və digərləri barədə qayğılanırlar. Onlar əbədi Zəkaya aiddirlər, çünki