Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə145/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   141   142   143   144   145   146   147   148   ...   402

 

307 


zəkamızın  köməyi  ilə  anlaya  biləcəyimiz  həddir.  (Mövcud  olandan 

yüksəkdə duran barədə heç nə düşünə bilməzsən). 

Amma,  bu  essedən,  bu  varlıqdan  nə  kimi  nəticələr  çıxır?  Bir 

tərəfdən,  mövcud  olan  hər  bir  ayrıca  yaratıq  (bu  kitab,  bu  ağac,  bu 

stol,  bu  şəxsiyyət  və  i.a.  kimi)  ayrıca  varlıqdır  (ens).  Digər  tərəfdən, 

esse, varlıq, bu və ya digər şəkildə ayrıca yaratıq deyildir. Esse bütün 

mövcud yaratıqlar, ayrıca varlıqlar üçün ümumi olan "dır-lıq" (is-ness) 

deməkdir.  Esse  demək  olar  ki,  odur  ki,  mövcud  olan  hər  bir  yaratığı 

ayrıca varlıq edir! O, mövcud yaratıqların varlığıdır. 

Varlığın  özü,  esse,  deməli  ki,  "qeyri-şey"dir,  mövcud  olan 

başqa  yaratıqlarla  yanaşı  mövcud  olan  bir  predmet  deyildir.  O,  odur 

ki,  mövcud  olan  şeylərə  onların  mövcudluq  ölçüsündə  xasdır.  Varlıq 

(esse)  ayrıca  mövcud  olan  istənilən  yaratıqdan  (ens)  daha 

fundamentaldır. 

Fomaya görə, biz mövcud olan hər bir ayrıca fenomeni və hər 

bir ayrıca fenomendə mövcud olan varlığı təfəkkürün köməyi ilə dərk 

etmək  iqtidarındayıq.  Lakin  Tanrını,  yəni  varlığın  mənasını  dərk 

etmək üçün varlığın sərhədləri xaricinə bizim təfəkkürümüzün köməyi 

ilə  nüfuz  etmək  mümkün  deyildir.  Biz  təfəkkürümüzün  köməyi  ilə 

hədsiz  və  məsum,  sonsuz  və  mükəmməl  varlığa  yaxınlaşa  bilərik. 

Amma  biz  bunun  nə  olduğunu  təfəkkürün  köməyi  ilə  anlamaq 

iqtidarında deyilik. Varlıq, beləliklə, insani idrakın sərhədini göstərir, 

baxmayaraq  ki,  bütün  hər  bir  şey,  bizim  düşünə  biləcəyimiz  hər  bir 

şey,  o  cümlədən  təfəkkürün  özü  də  varlıqla  müəyyənləşir.  Beləliklə, 

varlıq böyük bir fəlsəfi sirdir. Nəyinsə mövcud olması varlığın həqiqi 

sirridir. 

Əgər  indi  mövcud  olan  müxtəlif  şeylərə  və  fenomenlərə 

müraciət edilsə, onda qeyd etmək olar ki, Foma iki halı - şey mövcud 

olmadadır  və  o,  var  və  ya  mövcud  olma  (existentia)  və  mahiyyət 

(essentia) - arasında fərqi diqqətə çatdırır. Şeyin mahiyyəti və ya onun 

nə olması odur ki, şeylə müəyyənləşə bilər, məhdudlaşa və konseptual 

olaraq anlaşıla və beləliklə, müəyyənləşə bilər. Şeyin mövcud olması,  

yalnız bilavasitə və intuitiv olaraq anlaşıla bilər, amma izah oluna və 

sonradan müəyyənləşdirilə bilməz. 



           Kateqoriyalar 

Müxtəlif  şeylərin  və  onların  varlıq  üsullarının  (məsələn,  bəzi 

şeylərin  dəyirmi,  digərlərinin  yastı,  üçüncülərinin  hamar  və  i.a. 

olması) çoxlu tərifləri arasında elə təriflər də vardır ki, bütün şeylərə 

və  hadisələrə,  mövcud  olan  hər  bir  şeyə  tətbiq  oluna  bilər.  Belə 

universal  təriflər  kateqoriyalar  adlanırlar.  Biz  məsələn,  keyfiyyət, 




 

308 


kəmiyyət,  münasibət,  əməl,  malik  olma,  məkan,  zaman  və  nizam 

(xarici şeylər üçün) kimi kateqoriyalara malikik

136



            Aktuallıq və potensiallıq 



Bütün  şeylər  (yaratıqlar)  üçün  ümumi  olan  əsas 

xarakteristikalar  sırasında  actus  və  potentia, aktuallıq  və  potensiallıq, 

Aristotelin aktualını və potensialını xatırladan konseptual cüt vardır. 

Fomaya görə, hər bir yaratıq potensiallığa, yəni xüsusi bir yaratıq, 

məsələn,  it,  at,  pişik  deyil,  insan  olmaq  imkanına  malikdir.  Yaratıq  öz 

potensiallığını  (potentia)  təcəssüm  etdirərkən  o,  in  actu,  aktuallaşma 

vəziyyətində  olur.  Əgər  yaratıq  özünün  potensiallığının  aktuallaşması 

nəticəsində  nə  olmalıdırsa,  olursa  (məsələn  buzovun  inəyə  çevrilməsi 

kimi),  onda  bu  xüsusi  potensiallıq  onun  pozitiv  potensiallığı  olur.  Lakin 

buzov  həmçinin  kəsilmə  potensialına  da  malikdir,  bu  isə  onun  neqativ 

potensiallığıdır.  Əgər  pozitiv  potensiallıqlar  aktuallaşmamışsa,  onda 

burada  nəsə  çatmır.  Bəzən  potensiallığın  özü  çatmır.  Məsələn,  görmə 

imkanı ilə bağlı potensiallıq anadangəlmə kor olan insanda yoxdur. Belə 

bir  çatışmazlıq  o  çatışmazlıqdan  fərqlənir  ki,  müəyyən  növdən  olan 

yaratıq başqa bir xüsusi potensiallığa malik deyildir (məsələn, at sanki bir 

quş  olaraq  havada  uçmaq  iqtidarında  deyildir).  Aristoteldə  olduğu  kimi 

Fomada  da  actus  və  potentia  konseptual  cütlüyü  kainatın  xüsusi  dərin 

qatlarına  işarə  vurur

137

.  Yəni,  hər  bir  yaratıqda  real  (aktual  )  olaraq 



təzahür  olunanla  gizli  (aktuallaşmaya  qabil)  olan  arasında  dinamik 

qarşılıqlı  təsir reallaşır.  Həm  Foma  üçün, həm  də  Aristotel  üçün  kainat 

aktuallığın və potensiallığın müxtəlif səviyyələrinə görə iyerarxik olaraq 

idarə  olunur,  Tanrının  xalis  aktuallığından  (onun  bütün  potensiallıqları 

aktuallaşmışdır)  başlayaraq  və  ilkin  materiyada  (materia  prima)  başa 

çataraq.  İlkin  materiya  hər  hansı  bir  aktuallaşma  olmadan  xalis 

potensiallıqdır. 

                                                



136

 Foma burada da, bir çox başqa yerlərdə olduğu kimi Aristotelin arxasınca 

gedir.  Kateqoriyaların  həmçinin  Kant  tərəfindən  müzakirəsi  ilə  müqayisə 

edin. (Fəsil 18).  

137

 Abortun sanki bir Adam öldürmə olaraq Roma-katolik anlamı ilə müqayisə 

edin.  Döl  potensial  olaraq  insandır.  Mövcud  döl  insani  varlıq  olmanın 

potensiallığını  özündə  daşıyır.  Bu  mənada  o,  insani  varlıqdır.  Beləliklə,  o, 

insanla eyni dəyərə və insan hüquqlarına malikdir. (Buna etiraz etmək olardı 

ki,  onda  meyit  də  potensial  olaraq  insandır.  Bu  etirazların  əleyhinə 

aristotelçi-tomist,  mümkündür  ki,  aşağıdakı  arqumenti  irəli  sürsün.  Hər  bir 

yaratıq onun mahiyyətini müəyyənləşdirən məqsədə malikdir. İnsani varlıqlar 

üçün döl də daxil olmaqla məqsəd - insan olmaqdır, meyit olmaq deyildir. Hər 

bir  kəsin  öləcəyi  və  meyitə  çevriləcəyi  insani  mahiyyət  barədə  məsələyə  aid 

deyildir.  Oxşar  arqumentlər,  şübhəsiz  ki,  Bibliya  ruhunda  verilmiş 

arqumentlər olmayıb, Aristotel ruhunda verilmiş arqumentlərdir.  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə