Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə141/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   137   138   139   140   141   142   143   144   ...   402

 

299 


partikulyariyalardan 

daha 


yüksək  formasına  malikdirlər  və 

universaliyalar partikulyariyalardan asılı olmayaraq mövcuddur. 

Orta  əsrlərdə  bu  mövqe  adətən  bu  sözlərlə  səciyyələndirilirdi: 

universalia  in  rebus,  yəni  universaliyalar  şeylərdə.  "Dairə" 

universaliyası (forması) insana qədər də mövcud idi və ondan sonra da 

mövcud  olacaqdır.  Amma  "dairə"  universaliyasının  mövcud  olması 

dairəvi obyektlərdən asılıdır. 

Elələri  də  vardı  ki,  onlar  təsdiq  edirdilər  ki,  universaliyalar 

(məsələn, ədalət) nə şeylərdə, nə də şeylərdən asılı olmayaraq mövcud 

deyildirlər. Universaliyalar yalnız bizim praktik mülahizələri əldə əsas 

tutaraq  bir-birinə  bənzər  şeyləri  göstərmək  üçün  istifadə  etdiyimiz 

adlardır.  Bütün  atların  xüsusi  adlarını  sadalamaq  əvəzinə  biz  "at" 

barədə danışırıq, yəni ümumi addan, universaliyadan istifadə edirik. 

Orta  əsr  nominalizmini  adətən  bu  ifadə  səciyyələnir: 

universalia  post res, universaliyalar  şeylərdən  sonra.  Başqa sözlə,  biz 

öncə  partikulyariyalar  ilə  tanış  oluruq  və  sonra,  bu  praktiki  olaraq 

zəruri olduqda isə ümumi addan (universaliyadan) istifadə edirik. 

Nominalistlər  deyə  bilərdilər  ki,  anlayışlar  fərdi  şüurdan  asılı 

olmayaraq  deyil,  fövqəlmental  olaraq  deyil,  yalnız  fərdi  şüurda 

mövcuddurlar. 

Bir  neçə  aralıq  nöqteyi-nəzərləri  də  xatırlamaq  gərəkdir. 

Məsələn, Orta əsrlərdə belə bir mövqe yaranmışdı ki, onun tərəfdarları 

təsdiq  edirdilər  ki,  şeyləri  öz  təsəvvürlərinə  uyğun  olaraq  yaradan 

Tanrının  nöqteyi-nəzərindən,  universaliyalar  şeylərə  qədər  (ante  res) 

mövcuddurlar.  Amma  gerçək  olaraq  mövcud  olan  şeylərin  nöqteyi-

nəzərindən  baxıldıqda  isə,  universaliyalar  şeylərdə  (in  rebus) 

mövcuddurlar.  Eyni  zamanda  insani  idrak  nöqteyi-nəzərindən 

baxıldıqda  universaliyalar  şeylərdən  sonra  (post  res)  mövcuddurlar. 

Bu halda insani idrak ayrıca şeylərin hissi qavrayışından başlayan bir 

proses  olaraq  başa  düşülürdü.  Foma  Akvinalı  bu  mövqeni  başqa 

nöqteyi-nəzərlərin müəyyən bir harmonik sintezi olaraq demək olar ki, 

bölüşürdü. 

Universaliyalar  barədə  mübahisənin  əsas  sualına  verilən 

müxtəlif cavablar yuxarıda sadalandı. Bəzi arqumentlərin (Platonun və 

Aristotelin)  cizgiləri  öncə  verilmişdi  və  qeyd  olunmuşdu  ki, müxtəlif 

cavablar  müxtəlif  nəticələrə  malikdir.  Müəyyən  mənada,  realizm 

təsdiq  etməyə  imkan  verir  ki,  obyektiv  və  idraka  yatımlı  əxlaq 

mövcuddur.  Bundan  da  daha  çox  deyilsə,  Orta  əsrlərdə  bir  çoxları 

güman  edirdilər  ki,  realizm  xristian  teologiyası  ilə  ən  yaxşı  bir 

qaydada  uzlaşır.  Nominalistlər  isə  bəzən  bidətçi  olaraq  nəzərdən 

keçirilmişlər.  Sonradan  biz  görəcəyik  ki,  inamın  və  biliyin  qarşılıqlı 

münasibətinə  dair  müxtəlif  nöqteyi-nəzərlər  (məsələn,  katolik  və 




 

300 


protestant nöqteyi-nəzərlər) universaliyalar barədə mübahisədə onların 

mövqeləri ilə bağlıdır. 

Realizm  ilkin  orta  əsr  fəlsəfəsində  hökmranlıq  etmişdir.  Orta 

əsrlərin  çiçəklənməsi  dövründə  (təxminən,  1250)  Foma  Akvinalı 

mötədil  realizmi  təmsil  edir.  Universaliyalar  Tanrının  təfəkküründə 

(ante  res),  ayrıca  şeylərdə  (in  rebus)  və  bir  abstraksiya  olaraq  insani 

təfəkkürdə  (post  res)  mövcuddurlar.  Lakin  son  Orta  əsrlərdə  birinci 

yerə nominalistlər, məsələn Okkam və sonradan, Lüter çıxdılar. 

 

Foma Akvinalı –  

insan ictimai varlıq kimi  

və  

qanunlar 

 

Aristotelin  əsərlərinin  əksəriyyəti  uzun  müddət  qərb  xristian 



dünyasına  məlum  deyildi.  1200-cü  illərdə  Aristotel  təzədən  kəşf 

edildi.  Kilsənin  ilkin  reaksiyası  neqativ  oldu  -  Aristotel  bütpərəstdir. 

1210-cu  ildə  Aristotel  Paris  universitetində  qadağan  olunmuşdu. 

Amma  tezliklə  bu  qadağa  aradan  götürüldü  və  Foma  Akvinalının 

(1225-1274)  təlimi  xristianlığı  və  aristotelizmi  teoloji  olaraq  sintez 

etdi.  Bu  sintez  sonradan  o  dərəcədə  vacib  oldu  ki,  Roma-katolik 

kilsəsi  tomizmi  özünün  rəsmi  fəlsəfəsi  kimi  nəzərdən  keçirməyə 

başladı. 



Həyatı.  Foma  Neapol  yaxınlığında  Akvino  deyilən  bir  yerdə 

anadan  olmuşdur.  O,  Monte  Kassino  Benedikt  monastırında  və 

Neapol  universitetində  tərbiyə  və  təhsil  almışdır.  Ailəsinin 

arzuladığının  əksinə  olaraq  yenicə  yaradılmış  dominikan  ordeninin 

monarxı  olmuşdu.  20  yaşında  ikən  Paris  universitetinə  yollanmış, 

1245-1248  illərdə  burada  təhsil  almış,  xristianlığın  və  aristotelizmin 

birləşdirilməsi  üzərində  işləyən  Böyük  Albertin  yanında  fəlsəfəni 

öyrənmişdir. 

Fomanın  həyatı  təhsil  məqsədi  ilə  edilən  iş  və  səyahətlərlə 

zəngin  idi.  O,  heç  əlli  yaşına  çatmamış  vəfat  etsə  də,  təəccüb 

doğuracaq  qədər  çoxsaylı  əsərlər  yazmışdır.  O,  1323-cü  ildə, 

ölümündən  49  il  sonra  müqəddəsləşdirilmişdi.  1879-cu  ildə  onun 

təlimi Roma-katolik kilsəsinin rəsmi fəlsəfəsi olaraq tanındı. 

Əsərləri. Əsərlərinin ən məşhurları teologiyaya dair dərsliklər 

–  Teologiya  külliyyatı  (Summa  theologiae)  və  Katolik  inamın 

bütpərəslər əleyhinə yönələn həqiqətlər külliyyatı (Summa de veritate 

catholicae fidei contra Gentiles) - idi. Birinci əsər məktəblərdə tədris 

olunmaq üçün, ikinci isə xristian missionerlərinə kömək üçün nəzərdə 

tutulmuşdu. Bu iri həcmli və sürətlə yazılmış əsərlərə əlavə olaraq o, 


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə