Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə140/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   136   137   138   139   140   141   142   143   ...   402

 

296 


VII Qriqori öz tələbini Gelasinin mövqeyinin bir ifadəsi olaraq 

nəzərdən  keçirmişdi.  Qriqori  və  onun  tərəfdarları,  papistlər,  təsdiq 

edirdilər ki, onlar yalnız Gelasinin barələrində danışdığı hakimiyyətlər 

arasında balansı bərpa etmişlər. Amma Qriqorinin tələbləri daha geniş 

idi.  Kilsənin  əxlaqi  və  dini  məsələlərində  prioritet  hüququna  malik 

olmalı  olması  haqqında  tezisə  əsaslanaraq,  o,  tələb  edirdi  ki, 

yepiskoplar  yalnız  kilsə  tərəfindən  təyin  olunsunlar,  kilsə  kralı 

kənarlaşdıra  bilsin  və  rəiyyəti  krala  tabe  olmaq  əxlaqi  vəzifəsindən 

azad edə bilsin. Bu, aşağıda göstəriləcək modellərin sol olanını deyil, 

sağ olanını nəzərdə tuturdu. 

 

MODEL YOXDUR . Bax;  oriınalda səh.208  



cədvəli qur

 

 



Görünür  ki,  Qriqori  hüquqi  üstünlük  əldə  etməyə  çalışmış, 

yalnız  düzgün  əxlaqi  presedent  kimi  nəzərdən  keçirə  bilən  bir 

nümunəni  yaratmağa  səy  etmişdir.  Lakin  onun  tələblərinin  nəticələri 

kimi  kilsənin  mənəvi  və  dünyəvi  üstünlüyünün  təsdiqi  istiqamətində 

müddəalar inkişaf etmişdir. 

Papanın  imperator  üzərində  üstünlüyü  ideyası  papistlər  II 

Honori  (Honorius  of  Augsburg,  1130-ci  ildə  vəfat  etmişdir)  və İoann 

Solsberi  (John  of  Salisbury,  1120-1180)  tərəfindən  aşkar  bir  şəkildə 

ifadə  olunmuşdur.  VII  Qriqorinin  siyasi  baxışları  belədir  ki,  papa 

mütləq  hakimiyyətə  malikdir,  zira  hamı  "Tanrının  və  təbii  qanunun 

nəzarəti  altındadır".  O  zəmanə  üçün  papanın  hakimiyyətinin 

mütləqiyyətçi  anlamı  yeni  idi.  Amma  son nəticədə  o,  üstün gəldi  və 

Reformasiya  dövrünə  qədər  saxlanıldı  və  yalnız  Reformasiya 

dövründə şübhə altına alındı. 

Qriqori  kilsənin  yepiskopları  təyin  etmək  hüququ  barədə 

danışarkən,  o,  güman  etmişdir  ki,  bu  hüquqa  məhz  o,  papa,  son 

nəticədə  malik  olmalıdır.  Əksinə,  imperatorun  ideoloji  müdafiəçiləri 

status  quo-nun  müdafiəsi  üçün  mövcud  adətlərə  müraciət  edirdilər. 

Dünyəvi hökmdar  papa qarşısında  deyil, Tanrı  qarşısında məsuliyyət 

daşıyır. Hər  iki "qılıncın" eyni əllərə verilməsini tələb edərək, Qriqori 

ilahi  nizamın  əleyhinə  çıxış  edir.  İmperator  tərəfdarlarının  fikrinə 

görə, o, Tanrı tərəfindən taxta çıxarılmışdır, taxt-tac hüququ vəliəhdlik 

qaydası ilə müəyyənləşir. 

 

 

Pontifikat  III  İnnokentin  (Innocent  III,  1060/  61-1216),  IX 



Qriqorinin  (Gregory  IX,  təqribən,  1170-1241)  və  IV  İnnokentin 

(Innocent  IV,  1198-1254)  zamanında  kilsə  özünün  dünyəvi 

hakimiyyətinin  zirvəsinə  yetişdi.  Papalar  onların  imperatorlarla  -  IV 



 

297 


Ottonla (Otto IV, təqribən, 1175/82-1218) və II Fridrixlə (Frederick II, 

1194-1250) – konfliktlərdən qələbə ilə çıxdılar və məsələn, təyinatlar 

və  müqavilələr  üzərində  nəzarətin  həyata  keçməsi  zamanı,  müharibə 

və  sülh  kimi  məsələlərdə  həlledici  səsə  malik  oldular.  Onlar  dul 

qadınlara  və  həddi  buluğa  çatmayanlara  qayğı  göstərir,  bidətçiləri 

təqib  edir  və  onların  mülkiyyəti  barədə  sərəncamlar  verir,  kilsənin 

əleyhinə  və  ictimai  nizamın  əleyhinə  olan  çıxışlara  müdaxilə  etmək 

hüquqlarina malik idilər. 

Eyni  zamanda,  XIII  əsrdə,  Qərbi  Avropada  intellektual 

aktivliyin  partlayışı  baş  verdi  və  bu,  çox  zaman  kilsə  çərçivəsində 

müşahidə  olundu.  Ərəblər  vasitəsi  ilə  Aristotel  bir  daha  kəşf  edildi. 

Foma  Akvinalı  xristianlığın  və  aristotelizmin  fəlsəfə  sferasında 

sintezini  həyata  keçirdi.  Dominikçilərin  (Böyük  Albert,  Foma 

Akvinalı)  və  fransiskçilərin  (Duns  Skot,  Rocer  Bekon)  alimlik 

fəaliyyəti  Paris  və  Oksford  universitetlərinin  çiçəklənməsinə  gətirib 

çıxardı. 

 

Universaliyalar problemi 

 

Universaliyalar 

problemi 

ifadəsi 


ümumi  anlayışların, 

universaliyaların  obyektiv  məzmuna  malik  olub-olmaması  və  əgər 

malikdirsə, bunun hansı formada olduğu barədə məsələ ətrafında orta 

əsr mübahisələrini işarə etmək üçün istifadə olunur. Bu mübahisələrin 

əsas momentləri platonizm və aristotelizm arasında diskussiyasında da 

mövcud idi və bu gün də əvvəllər olduğu kimi son dərəcə  aktualdır. 

Bu  polemikanın  analizi  zamanı  adətən  universaliya  (latınca, 

cəm  halda  -  universalia,  tək  halda  -  universale)  və  partikulyariya 

(latınca,  cəm  halda  particularia,  tək  halda  particulare)  terminlərindən 

istifadə  olunurlar.  Birinci  termin  ümumi  anlayışları,  yəni  xassələri 

("qəhvəyi",  "dəyirmi"  və i.a.)  və növləri  ("insan",  "at"  və  i.a.), ikinci 

termin isə ayrı-ayrı şeyləri, yəni bu konkret qəhvəyi qapını, bu konkret 

dəyirmi lampanı və i.a. işarə edir

133


Platonun  ideyaları  universaliyalar  ilə  sıx  bağlıdır  (amma 

Platonun  ideyaları  yalnız  ümumi  anlayışlar  olmayıb,  həmçinin  də 

ideallardır). Platon fəlsəfəsinin partikulyariyaları isə – hissi dünyanın 

ötəri şeyləridir. 

                                                



133

 Universaliyalar  probleminə  və  universaliya  termininin  anlamına  dair 

müxtəlif  nöqteyi-nəzərlərin  xülasəsi  barədə  baxın.  В.Кузнецов.  Проблема 

универсалий в физическом познании. - К., 1987- В. К.  


 

298 


Aristotelin  partikulyariyaları,  əksinə  olaraq,  substansiyadan 

asılı  olmadan  mövcud  olan  ayrıca  şeylərə,  universaliyaları  isə  - 

substansiyaların ümumi formalarına uyğun gəlir. 

Universaliyalar 

barədə 

mübahisədə  müxtəlif  mövqelər 



universaliyaların  hansı  mənada  mövcudluğu  barədə  suala  verilən 

cavablarla müəyyənləşir. 

Realistlər  (və  ya  konseptual  realistlər)  təsdiq  edirlər  ki, 

universaliyalar realdır. 

Nominalistlər  güman  edirlər  ki,  universaliyalar  real  olaraq 

mövcud deyildir, onlar yalnız addır (lat. nomina). 

Bu ifrat mövqelərlə yanaşı onların çoxsaylı variantlar və aralıq 

nöqteyi-nəzərlər də mövcuddurlar. 

Platon 

realizmi. 



Platon 

təsdiq 


edirdi 

ki, 


ideyalar 

(universaliyalar)  mövcudluğun  ən  yüksək  və  ən  real  formasına 

malikdirlər  və  ideyalar,  deməli,  insanların  onları  qavrayıb-

qavramasından  asılı  olmayaraq,  ideyaları  inikas  etdirən  hissi 

fenomenlərin  olub-olmamasından  asılı  olmayaraq  mövcuddurlar.  Bu 

nöqteyi-nəzərlər  ifrat  realizm  (Platon  realizmi)  adlanır.  Bu  nöqteyi-

nəzərə  görə,  məsələn,  "ədalət"  universaliyası  ədalətin  nə  olduğunu 

insanların  başa  düşüb-düşməməsindən,  ədalətli  cəmiyyətin  mövcud 

olub-olmamasından  asılı  olmayaraq  mövcuddur.  Başqa  sözlə, 

universaliyalar  tamamilə  müstəqil  mövcudluğa  malikdirlər.  Əgər, 

deyək ki, atom fəlakəti bütün insanları və hər bir şeyi məhv belə etsə 

də, universaliyalar öz mövcudluğunu onsuz da saxlayacaq. 

Orta  əsrlərdə  ifrat  realizm  çox  zaman  bu  sözlərlə 

səciyyələndirilirdi:  universalia  ante  res,  yəni  universaliyalar  şeylərə 

qədər  mövcuddurlar.  "Qədər"  (ante)  sözü  göstərir  ki,  universaliyalar 

şeylərdən  asılı  olmayaraq  mövcuddurlar,  belə  ki,  hər  bir  şey,  o 

cümlədən  insani  varlıqlar  Tanrı  tərəfindən  onun  fikirlərdən 

(universaliyalardan) yaradılmışlar. 

Aristotel  realizmi.  Aristotel  təsdiq  edirdi  ki,  formalar 

(universaliyalar)  ayrıca  şeylərdə  (partikulyariyalarda)  mövcuddurlar. 

Biz 

təfəkkürün 



köməyi  ilə  partikulyariyalar  vasitəsi  ilə 

universaliyaları  dərk  edə  bilərik,  amma  universaliyaların  özləri 

şeylərdən  asılı  olmayaraq  mövcud  deyildir.  Aristotelə  görə,  ədalətli 

insanın  (ədalətli  cəmiyyətin)  olub-olmamasından  asılı  olmayaraq 

mövcud  olan  "ədalət"  universaliyası  yoxdur.  Ədalət  müstəqil 

mövcudluğa  malik  deyildir,  amma  yalnız  ədalətli  insanlarda  və 

ədalətli cəmiyyətlərdə mövcuddur. 

Bu  mövqe  də  "realizmin"  bir  formasıdır,  belə  ki,  onun 

tərəfdarları 

təsdiq 


edirlər 

ki, 


universaliyalar 

mövcuddurlar, 

"realdırlar".  Lakin  onlar  demirlər  ki,  universaliyalar  mövcudluğun 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə