|
Гуннар Скирбекк
292
Bu feodal sistemi həm güclü, həm də zəif imperiyaların
mövcudluğunu təmin edə bilərdi. 1000 illərdən başlayaraq ümumi
tendensiya dövlətin hakimiyyətinin güclənməsi ilə ifadə olunurdu. Bu
tendensiya isə bütövlüklə eynicinsli deyildi. Kralın vassallar üzərində
hakimiyyəti gah güclənir, gah da zəifləyirdi. Amma Orta əsrlərin
sonunda kral, bir qayda olaraq, qələbə qazanırdı. Nəticədə,
mərkəzləşmiş dövlətlər yarandı, XVII əsrdən başlayaraq bütün leqal
hakimiyyət artıq mütləq monarxa çevrilən kralın əlində toplandı.
Kral dövlət hakimiyyətini gücləndirmək üçün xidməti hökumət
orqanlarını, "administrasiyanı" yaratdı. Hökumət məmurları, dövləti
aristokratiya kralın əlində yalnız passiv "alətlər" deyildi. Dövləti
aristokratiya dövlətin idarə olunmasında öz iştirakının təsiri
nəticəsində müəyyən hakimiyyət əldə etmişdi. Nəticədə, kral və dövləti
aristokratiyanın münasibətlərində gərginlik yarandı. Xüsusən vergi
məsələlərində kral öz rəsmi şəxsləri tərəfindən göstərilən dəstəkdən
müəyyən ölçüdə asılı idi. Öz vəziyyətlərinin təsiri ilə onlar son Orta
əsrlərdə konstitusiya assambleyalarının formalaşdırılması üçün baza
yaratdılar. Son nəticədə onların fəaliyyətində iri olmayan zadəganlar
və orta siniflərin nümayəndələri də iştirak edirdilər. Eyni proseslər bir
çox ölkələrdə və həmçinin kilsədə də baş verirdi. Dövlətin hakimiyyəti
güclənirdi, bu da, öz növbəsində, meydana çıxan parlamentlər, silk
assambleyaları və şuralar tərəfindən müəyyən dərəcədə nəzarət
altında saxlanılırdı.
Kralla dövlət aristokratiyası arasında gərginliklə dolu olan bu
əməkdaşlıqda kral adətən təxminən 1096-1291-ci illərin səlib
yürüşləri zamanında meydana çıxan üçüncü silkin dəstəyini axtarırdı.
Sonrakı vaxtda kral və üçüncü silk bir-birini dəstəklədilər və
zadəganlığın əleyhinə vahid cəbhə ilə çıxış etdilər. Hətta demək olar
ki, kral bilavasitə olmasa da, azad kapitalın yığımına dəstək verdi ki,
bu da, kapitalizmin yaranmasının şərti idi.
Artıq qeyd olunmuşdur ki, paralel inkişafa kilsə də məruz
qalmışdı. Burada administrasiyanın rolunun güclənməsi ilə papa və
kilsə yığıncağı arasında gərginliyin artması baş vermişdi. Orta
əsrlərin sonunda papa yığıncaq üzərində qələbəyə nail oldu.
Kralın və dövlət aristokratiyasının bu gərgin qarşılıqlı
münasibətlərində birinci, mütləqiyyətin ifadəçisi kimi, ikinci isə
konstitusionalizmin ifadəçisi kimi çıxış etmişdir. Kral mütləq
monarxiyanı dəstəkləyirdi, Tanrının mərhəməti sayəsində verilən kral
taxtı burada irsi olaraq verilirdi. Amma milli aristokratiya təsdiq
edirdi ki, kral qanuna və ənənələrə əsaslanan hüquqa tabe olmalı və
aristokratiya tərəfindən seçilməlidir. (Üçüncü silk təqribən XVII
yüzilliyin sonuna kimi mütləqiyyəti əsasən dəstəklədi).
293
Orta əsrlərdə aşağıdakı dörd amil mühüm rol oynayırdı:
BAX: Rusca kitabda səh. 206-ya
Kral
Qanun (ənənələrə əsaslanan hüquq)
Vəliəhdlik
Seçkilər
Tanrı mərhəməti
Orta əsrlər ərzində bu amillər müxtəlif cür başa düşülmüş və
müxtəlif çəkiyə malik olmuşlar. Biz burada həqiqi tarixi inkişafı
nəzərdən keçirməyəcəyik, onun yalnız bir neçə nəzəri momenti
üzərində dayanacağıq.
Kral hakimiyyəti Tanrıdan alır (məsələn, Gelasinin dediyi
kimi). Amma Tanrının iradəsi, eyni zamanda, vəliəhdlik nizami
formasını alır. Bundan da daha çox deyilsə, vəliəhdlik nizami ölkənin
adətlərinə və qanunlarına uyğundur. Bəzən kral seçilir, bu da,
həmçinin adətlərə uyğundur və Tanrının iradəsinə cavab verir.
Nəhayət, kral yalnız o zaman kraldır ki, qanuna və hüquqa uyğun
fəaliyyət göstərir və bu da, öz növbəsində, ədalətli Tanrı iradəsinin
ifadəsidir.
Kral hakimiyyətinin bu dörd mənbəyi bir-biri ilə sıx çuğlaşmış
şəkildədir. Amma həmçinin demək olar ki, onlar müxtəlif funksiyaları
yerinə yetirirdi. Seçkilər qeyri-kompetentlik əleyhinə qarantiyadır
128
.
Vəliəhdlik hakimiyyətin varisliyini təmin edir ("Kral vəfat etdi, yaşasın
kral" ifadəsi o deməkdir ki, taxt-taca həmişə aşkar iddiaçı vardır, belə
ki, hakimiyyətsizlik və rəqabət dövrü yaranmır)
129
. Tanrının
mərhəməti xalqın tabe olması tələbini qanuniləşdirir. Belə ki, qanun
və ənənələrə əsaslanan hüquq kraldan yüksəkdədir, onda kral
tərəfindən
özbaşına
əməlləri
məhdudlaşdıran
konstitusiyalı
hakimiyyətin müəyyən növü üçün qarantiya mövcuddur
130
.
128
Bu, bir neçə namizədin iştirak etdiyi real seçkilərə aiddir. Yalnız bir
namizədin iştirak etdiyi formal seçkilər də həmçinin öz siyasi rolunu yerinə
yetirə bilər. Vətəndaş seçkilərdə iştirak edərək sistemi bəyənir (O ölkələrdəki
seçkilərlə müqayisə edin ki, burada seçkilərdə yalnız bir siyasi partiya və ya
bir namizəd iştirak edir). Biz formal seçkilərin başqa bir variantı ilə o zaman
rastlaşırıq ki, müxtəlif partiyalar prinsipcə eyni mövqelərdə dururlar.
129
Bəzən vəliəhdlik hüququna bütün oğullar malik olur. Belə hallarda, o,
varisliyi təmin etmir, əksinə olaraq, rəqabətə aparır. Belə olduğu halda taxt-
taca iddiaçılar arasında seçki zəruri olur. "Kral vəfat etdi, yaşasın kral"
ifadəsi hər halda, Orta əsrlərdə yaranmışdır.
130
Kralın qanuna və ənənəyə tabe olması, hər şeydən öncə, taxt-tacın
vərəsəliyi
probleminə
deyil,
kral
hakimiyyətinin
konstitusion
Dostları ilə paylaş: |
|
|