Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə137/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   133   134   135   136   137   138   139   140   ...   402

 

290 


olacağı  və  kimin  lənətlənəcəyi  qabaqcadan  müəyyənləşibsə,  onda 

Tanrı öz sözünü insanlara Məsihin tarixi missiyası vasitəsi ilə nə üçün 

çatdırırdı?  Məsih  onda  kimi  xilas  etmək  üçün  gəlmişdi?  Onda 

xristianlığın əsas təsəvvürləri  –  Tanrı  Oğlunun  dirilməsi,  onun  bütün 

əməlləri  və  əzabları  tamamilə  artıq  deyilmi?  Və  ya  bütün  bunlar 

dünyəvi  müdrikliyin  xristian  həqiqətlərini  dərk  etmək  iqtidarında 

olmamasını qəti olaraq göstərmirmi? Əksinə olaraq, demək olarmı ki, 

əgər  biz  öz  zəkamızın  köməyi  ilə  Tanrının  əməllərini  anlamaq 

iqtidarındayıqsa, onda vəhy və xristianlıq bizim üçün zəruri olacaqmı? 

İnamın  xristian  həqiqətlərinin  və  dünyəvi  biliyin  qarşılıqlı 

əlaqəsinin Avqustin anlamı ondadır ki, aşkar olunmuş bəzi həqiqətlər 

zəkanın  köməyi  ilə  dərk  oluna  bilərlər,  digərləri  isə  insani  anlamdan 

üstündürlər.  Eyni  zamanda  inamın  heç  bir  həqiqəti,  əgər  onlardan 

düzgün  olaraq  istifadə  olunsa,  son  nəticədə  zəkaya  zidd  ola  bilməz. 

Avqustin  güman  etmişdir  ki,  zəkanın  köməyi  ilə  dərk  oluna  bilən 

aşkar  həqiqətlər  sırasına  Tanrının  mövcudluğu  və  insan  ruhunun 

ölümsüzlüyü barədə müddəalar aiddir. 

 

Gelasi və iki hakimiyyət haqqında təlim 

 

Xristianlığın aparıcı dinə çevrilməsi ilə iki "hökumət" - dövlət 



(regnum)  və  kilsə  (sacerdotium)  -  tərəfindən  idarə  olunan  cəmiyyət 

yarandı. Cəmiyyətin hər bir üzvü bu iki institutun nəzarəti altında oldu 

və  necə  deyərlər,  ikiqat  sədaqət  nümayiş  etdirdi.  Lakin  bu  institutlar 

arasındakı münasibətlər də bir çox konfliktlərlə səciyyəvi idi. 

Biz  gördük  ki,  Avqustin  iki  "dövlət"  ("məmləkət")  arasındakı 

münasibətlərə  dair  öz  izahını  vermişdir.  Papa  (Roma  yepiskopu)  I 

Gelasi (Gelasius, 492-496–cı illər pontifikatı ) Bizans imperatorundan 

asılı vəziyyətdə idi. Bu situasiyada o, hər iki hakimiyyətin (potestates) 

Tanrıdan  qaynaqlanması  və  deməli,  eyni  dərəcədə  legitim  olması 

barəsində təlim irəli sürərək, faktiki olaraq kilsəni müdafiə etdi. 

Bu  təlim  təsdiq  edirdi  ki,  hakimiyyətin  müxtəlif  vəzifələri 

vardır: kilsə - mənəvi, dövlət isə dünyəvi hakimiyyəti həyata keçirir. 

Hər iki hakimiyyət bir-birini dəstəkləməlidir. 

800-900-cu illər ərzində bu doktrina həm kilsə, həm də dövlət 

tərəfindən  qəbul  olunmuşdu.  Lakin  çox  tezliklə məlum  oldu  ki,  onlar 

arasındakı razılıq reallıqdan daha çox, sözdədir. Məsələ ondadır ki, iki 

hakimiyyət  və  ya  "qılınc"  haqqında  doktrina  müxtəlif  şəkildə  şərh 

oluna bilər. 

Gelasini  çətin  ki,  onda  günahlandırmaq  olar  ki,  onun  təlimi 

qeyri-dəqiq  və  ikimənalı  idi.  Anlaşılmazlığın  kökü  işlərin  həqiqi 

vəziyyətində  idi,  bu  vəziyyəti  isə heç  bir  doktrina  dəyişdirə  bilməzdi 



 

291 


(hətta  əgər  onun  məqsədi  iki  hakimiyyətin  yanaşı  mövcudluğunu 

mümkün  və  legitim  etmək  idisə  də).  "Mənəvi"  və  "dünyəvi" 

hakimiyyətlər arasındakı real sərhədlər əslində haradan keçir? 

İncil  sirlərinin  və  moizəsinin  həyata  keçirilməsi  mənəvi 

məsələlər  sırasına  aiddir.  Amma  bu  mənəvi  əməllər  mülkiyyət 

üzərində,  monastırlar  və  kilsə  qurumları  üzərində  nəzarətə  dair 

müəyyən  hüquqların  mövcudluğunu  nəzərdə  tutur.  Başqa  sözlə, 

mənəvi hakimiyyət  dünyəvi hakimiyyətin müəyyən  payına da  mütləq 

malik olmalıdır. 

Digər tərəfdən, dünyəvi siyasətdə iştirak müəyyən fundamental 

dəyərlərə  əsaslanan  əməlləri  nəzərdə  tutur.  Əgər  əxlaq  (dəyərlər) 

mənəvi  hakimiyyətin  nəsibidirsə,  onda  bu  hakimiyyətə  istinad 

etmədən dünyəvi siyasətlə məşğul olmaq mümkün deyildir. 

Roma  imperiyasından  orta  əsr  cəmiyyətinə  keçid  zamanı  baş 

verən bəzi sosial dəyişiklikləri oxucuya xatırlatmaq gərəkdir. 

Roma 

imperiyası  bir  çox  münasibətlər  baxımından 

mərkəzləşdirilmiş  dövlət  idi,  o,  bir  neçə  böyük  şəhərin  (hər  şeydən 

öncə  Romanın)  ətrafında  mərkəzləşdirilmişdi.  Bu  şəhərlər  ictimai, 

iqtisadi  və  inzibati  mərkəzlər  olaraq  fəaliyyət  göstərirdilər.  Eyni 

zamanda  əhalinin  əsas  məşğuliyyəti  isə  kənd  təsərrüfatı idi.  Orta əsr 

cəmiyyəti  daha  çox  mərkəzləşdirilmiş  idi  və  onun  iqtisadiyyatı 

Romada  olduğundan  daha  artıq  bir  dərəcədə  kənd  təsərrüfatına 

əsaslanmışdı.  Qərbi  Avropanın  orta  əsr  cəmiyyəti  mənəvi  mənada 

ümumi  dinə  malik  olan  böyük  cəmiyyət,  xristian  respublikası 

(respublica  Christiana)  idi.  Ehtimal  ki,  belə  demək  daha  düzgün 

olardı  ki,  din  bu  cəmiyyətdə  real  qüvvə  idi.  Hər  şeydən  əlavə,  bu 

cəmiyyət  əsasən  barter  iqtisadiyyatına  istinad  edirdi  və  ünsiyyətin 

nisbətən  az  inkişaf  etmiş  vasitələrinə  malik  idi.  Elə  buna  görə  də,  o, 

kiçik regionlara parçalanmışdı. 

Təqribən  400-cü  ildən  1500-cü  ilə  qədər  davam  edən  Orta 

əsrlər ərzində bircinsli və statik sosial sistem mövcud deyildi. Coğrafi 

fərqlər  də  kifayət  qədər  böyük  idi.  Orta  əsrlərin  səciyyəvi  cəhəti 

demək olar ki, feodal sisteminin müxtəlif formalarının mövcud olması 

idi. Feodal sistemi termini altında o cəmiyyət başa düşülür ki, burada 

kral  (və  ya  imperator)  və  zadəganlar  arasındakı  münasibətlər 

qarşılıqlı  müqavilə ilə tənzimlənir,  bu  müqaviləyə  uyğun  olaraq  kral 

aristokratlara  (vassallara)  mülk  torpağı  (feod)  verir  və  vassallar 

cavab  olaraq  krala  hərbi  dəstək  göstərirlər  və  vergi  verirlər. 

Həmçinin vassallar və kəndlilər arasında da müqavilə mövcud idi, bu 

müqaviləyə  uyğun  olaraq  vassal  onları  müdafiə  etməli,  onlar  isə 

məhsulun bir hissəsini ona verməli idilər. 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə