Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə135/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   131   132   133   134   135   136   137   138   ...   402

 

286 


Bundan  da  daha  çox  deyilsə,  biz  burada  yaradılışın  yəhudi-

xristian  konsepsiyanı  tapırıq,  bu  konsepsiyaya  uyğun  olaraq  Tanrı 

kainatı  heç  nədən  yaratmışdır  (creatio  ex  nihilo).  Bu,  dəyişiklik 

haqqındakı qədim suala verilmiş ən radikal cavabdır. 

Neoplatoniklərdə  kainat  Vahidin  əbədi  emanasiyası  kimi  başa 

düşülür,  belə  ki  kainat  həqiqətən  də  Vahiddir  və  emanasiya  özünü 

materiyada  itirir,  materiya  isə  burada  yoxluq  kimi  anlaşılır.  Bunun 

əksinə  olaraq  Tanrı,  Avqustinin  fikrincə,  kainatı,  mənəvi  və  maddi 

olan  hər  şeyi  heç  nədən  yaradan  müstəqil  mənəvi  qüvvə  kimi  başa 

düşülür.  Bu,  o  deməkdir  ki,  bütün  mövcudat  eynicinsli  deyildir, 

Yaradıcı  və  yaradılan  bir-birindən ayrıdır.  Deməli,  panteizm  (təbiətin 

və Tanrının eyniliyi barədə təlim) istisna olunur. 

Nə  qədər  ki,  Tanrı  və  dünya  bir-birindən  ayrıdır,  Avqustin 

Tanrı  ilə  mistik  vəhdət  (unio  mystica)  ideyası  ilə  razılaşa  bilmir,  bu 

ideyada güman olunur ki, insan ekstaz vəziyyətində olarkən Tanrı ilə 

qovuşur.  Tanrı  özünün  müstəqil  möhtəşəmliyində  heç  bir  zaman 

dünya  ilə  eyni  ola  bilməz.  Dində  insanın  Tanrıya  qoşulması  iki 

şəxsiyyət arasındakı münasibətdir və buradan belə bir nəticə çıxarmaq 

lazım deyildir ki, insan ruhu Dünya ruhunun tərkib hissəsi olur. 

Digər tərəfdən, Avqustin o nöqteyi-nəzəri bölüşür ki, biz məhz 

bizim  daxili  həyatımız  vasitəsi  ilə  Tanrı  ilə  əlaqəyə  giririk.  Biz 

Tanrının  obrazında  və  ona  oxşar  yaradılan  mənəvi  varlıqlar  olaraq, 

inamın  köməyi  ilə  Tanrıya  daxilən  qovuşa  bilərik.  (İnananlar  bizim 

daxili  həyatımızda  Tanrının  iştirakı  barədə  Avqustinin  başa  düşdüyü 

mənada  introspeksiya  vasitəsi  ilə  bilirlər,  hətta  əgər  Tanrı  bizim 

dünyəvi zəkamız üçün əlçatmaz olsa da). 

"Heç  nədən  yaratma"  prinsipindən  belə  bir  nəticə  alınır  ki, 

cisim, maddi olan daha mövcudluq emanasiyasının yox olduğu sərhəd 

kimi  nəzərdən  keçirilmir.  Avqustin  üçün  fiziki  və  hissi  şeylər 

yaradılmış reallıqdır. 

Şər, beləliklə, əgər məsələnin təfərrüatlarına varmasaq, heç də 

insanın  maddiyə  olan  meylində  deyildir.  Avqustin  əxlaqi  şəri əsasən 

varlığın olmaması kimi deyil, iradənin qeyri-düzgün istifadə olunması 

kimi başa düşür. Lakin neoplatonist baxışlara uyğun olaraq, Avqustin 

metafizik şəri mövcudluqdan məhrum olma kimi anlamağa çalışır

125


                                                



125

 Başqa  cür  deyilsə,  heç  nədən  yaranmanı  və  deməli,  maddini  yaradılmış 

varlıq  kimi,  yəni  emanasiyanın  hərəkətinin  neoplatonist  anlamının  əksinə 

olaraq,  yoxluqdan  varlığa  doğru  qəbul  edərkən,  günah  şər  əxlaqi  aspekti 

olaraq  insani  iradə  zonasına  çıxır.  Belə  bir  yanaşma  Avqustində 

neoplatonizmlə  ümumi  olan  mövqeni  istisna  etmir.  Bu,  şərin  ontoloji  olaraq 

kök salmasının, onun metafizik, varlıq başlanğıcının inkarı mövqeyidir - S. B.  


 

287 


Əsasən  neoplatonist  müddəalara  Avqustin  tərəfindən  edilmiş 

dəyişikliklər  həm  anlayışlardan  istifadə  üsulunda,  həm  də  ümumi 

intellektual  atmosferdə  dəyişikliklərə  səbəb  olur.  Yaratma,  şəxsiyyət, 

iradə,  məhəbbət,  günah  və  xilas  kimi  anlayışlar  fundamental  metafizik 

anlayışlara  çevrilir.  Kosmoloji  olaraq  vacib  olan  nə  təbiət,  nə  də  xalis 

ideyalar  olmayıb,  Tanrı  və  insani  varlıqlar  arasında  şəxsləşdirilmiş 

qarşılıqlı  əlaqə  çıxış  etmiş  olur.  Deməli,  xristianlıq  adamları  kainatın 

mərkəzinə "yerləşdirmişdir". İnsanlar kainatda onun yaratdıqlarının yalnız 

bu  və  ya  digər  dərəcədə  alisi  kimi  mövcuddur.  Böyük  mənada,  kainat 

Yaradıcının  niyyətinə  və  qanunlarına  uyğun  olaraq  insan  üçün,  onun 

həyatı  və  fəaliyyəti  üçün  yaradılmışdır.  Prinsipcə,  bu,  bütün  insanlara 

aiddir,  onlar Tanrının  obrazı  ilə  və  ona  oxşar  olaraq  yaradılmışlar.  İradə 

və  inam,  günah  və  məhəbbət,  cəza  və  xilas  adamların  Tanrı  ilə  bu 

dəyişilmiş qarşılıqlı əlaqəsi üçün əsasa çevrilir 

126



Avqustin  üçün  elə  bu  anlayışlar  adamlar  arasında  qarşılıqlı 



əlaqəni  həm  onun  indi  olduğu  nöqteyi-nəzərdən,  həm  də  olmalı 

olduğu  nöqteyi-nəzərdən  səciyyələndirir.  Burada  mərkəzi  yerdə 

hisslər  və  iradə,  günah  və  cəza  durur.  Bu  mənada  qadın  və  kişi 

arasında  qarşılıqlı  münasibətlər  gərginliyin  mənbələrindən  biridir, 

yəni  Avqustin  bir neoplatonik  olaraq  belə hesab  edir  ki,  mənəvi  olan 

cismani olandan yüksəkdədir. Elə buna görə də, qadın və kişi arasında 

mənəvi  məhəbbət  nəcabətlidir,  onlar  arasında  şəhvani  məhəbbət 

haradasa alçaldıcıdır. 

 

Bilik və iradə 

 

İradə Avqustin fəlsəfəsində mühüm yer tutur. O, bizim mənəvi 



həyatın  həlledici  amili  olaraq  nəzərdən  keçirilir.  Əlbəttə  ki,  zəka  və 

bilik  də  həmçinin  müəyyən  rol  oynayır,  məsələn  alternativlərin 

seçilməsi zamanı, amma iradə zəka üzərində prioritetə malikdir. 

Avqustin  iradəyə  və  hisslərə  xüsusi  əhəmiyyət  verir.  Buradan 

belə  bir  nəticə  çıxır  ki,  o,  inamın  intellektual  konsepsiyasını  deyil, 

ekzistensial  adlanan  konsepsiyasını  dəstəkləyir.  İnanmaq  –  nəyisə 

sadəcə olaraq həqiqət olaraq qəbul etmək demək deyildir, bu, nəyinsə 

həqiqət  olduğunu  ehtiras  və  qüvvə  ilə  güman  etmək  deməkdir. 

(Kiyerkeqorun "Subyektivlik həqiqətdir" müddəası ilə müqayisə edin, 

Fəsil 22). 

İradənin Avqustin tərəfindən verilmiş şərhi onun yunan şərhinə 

əksdir.  Sonuncuya  görə,  iradə  başlıca  olaraq  zəkanın  nemət  olaraq 

                                                

126

 Başlıca  xristian  fəzilətləri  -  "inam,  ümid  və  məhəbbətdir",  burada  ümid 

xilas ümididir.  



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə