Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə143/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   139   140   141   142   143   144   145   146   ...   402

 

303 


özləri  düzgün  olaraq  fəaliyyət  göstərə  bilərlər  (öz  təbiətlərinə  uyğun 

olaraq)  və  düzgün  məqsədlərə  can  ata  bilərlər.  Əbədi  Qanunun  bu 

mücəssəməsi  zəkalı  varlıqlarda  təbii  qanundur.  Zəkalı  varlıqlar  belə 

bir  yolla  öz  zəkasından,  özünəməxsus  təbii  işıqdan  (lumen  naturale) 

nəyin yaxşı, nəyin isə pis olduğunu anlamaq üçün istifadə edə bilərlər. 

Başqa  sözlə,  biz  rasional  düşüncələrin  köməyi  ilə  təbii  qanunu  dərk 

edirik.  Bu  qabiliyyətə  bütün  zəkalı  varlıqlar  -  həm  bütpərəstlər,  həm 

də  xristianlar  -  malikdirlər.  Foma  güman  edir  ki,  biz  xeyiri  və  şəri 

vəhydən  kənarda  da  dərk  edə  bilərik.  O,  həmçinin  düşünür  ki, 

qanunlar 

ümumi  əhəmiyyətə  malikdirlər, 

obyektiv 

olaraq 

mövcuddurlar  və  kəşf  oluna  bilərlər.  Təbii  qanun  insanların  hamısı 



üçün  eynidir.  Deməli,  Foma  təbii  hüquq  konsepsiyasının  teoloji 

variantını inkişaf etdirir. 

Xristianların bütpərəstlər qarşısında üstünlüyü ondadır ki, onlar 

ilahi  Qanunu  İncil  Vəhyi  vasitəsi  ilə  bilirlər,  ilahi  Qanun  isə  xilasa 

aparır. Lakin xoşbəxt həyat üçün kifayət olan idraka qeyri-xristianlar 

da malik ola bilərlər. Bu biliklər təbii qanunun rasional dərki vasitəsi 

ilə  əldə  edilə  bilərlər.  Biz  yenə  də  müəyyən  harmoniyaya  malikik  - 

həyatın  siyasi-etik  aspekti  nisbətən  müstəqildir  və  eyni  zamanda  hər 

bir şey son nəticədə ilahi nizama tabedir. 

İlahi mahiyyəti iradədə görən teoloqlar fəzilət olaraq onu başa 

düşürdülər,  Tanrı  onu  həmişə  arzu  edir.  Elə  buna  görə  də,  Tanrının 

iradəsini dərk etməyənlər fəzilətin nə olduğunu bilə bilmirlər. Və əgər 

Tanrı  arzulasaydı,  onda  o,  artıq  yaxşı  kimi  müəyyənləşdirdiyi 

şeylərdən  fərqli  olan  digər  şeyləri  də  yaxşı  kimi  müəyyənləşdirə 

bilərdi.  Tanrı  iradəsini  bilərək,  fəzilətin  dərk  olunmasından  söhbət 

getdiyi  zaman  xristianlar  qeyri-xristianlara  münasibətdə  xüsusi  bir 

mövqe tuturlar. Fəzilətin dərk olunması rasional düşüncənin məsələsi 

olmaqdan  daha  çox,  düzgün  inamın,  yəni  vəhy  və  mərhəmət  vasitəsi 

ilə Tanrı  iradəsinin  dərk  olunması məsələsidir.  Foma üçün Tanrı, hər 

şeydən öncə, rasionaldır. Onun iradəsi rasional və fəzilətli olanı arzu 

edir.  Tanrı  şəri  arzu  edə  bilməz.  Tanrı  ona  görə  fəziləti  arzu  edir  ki, 

onun özü Fəzilətdir. Fəzilət ona görə fəzilət deyildir ki, onu Tanrı arzu 

edir. (Bu problematikanın inkişafı Tanrının qüdrətli olması barədə və 

qüdrətli,  xeyirxah  Tanrının  və  şərin  qarşılıqlı  münasibəti  barədə 

suallarla toqquşur). 

Foma  üçün  insani  qanun  cəmiyyətdə  qüvvədə  olan  qanunla 

eynidir.  O,  praktik  və  nəzəri  zəka  arasındakı  fərqə  diqqət  yetirir 

(Aristotelin  və  Kantın  mövqeyinə  nəzər  salın).  Zəkanın  hər  iki  növü 

sübut  oluna  bilməyən  prinsiplərə  əsaslanır  (Aristotelin  ziddiyyət 

prinsipinə  nəzər  salın).  Amma,  nəzəri  zəka  təbiətdəki  şeylər  barədə 

həqiqi  idraka  nail  olmaq  üçün  onlara  uyğunlaşırsa,  praktik  prinsiplər 



 

304 


insani  davranışın  qayda  və  normalarıdır.  Nəzəri  zəka  bizim 

davranışımızın  necə  olmalı  olduğunu  müəyyənləşdirir,  praktik  zəka 

sferasında isə, əksinə,  bizə biliyi məhz maddi şeylər verir. Nə qədər 

ki,  bizim  davranışımızla  bağlı  olan  hər  bir  şey  ümumi  və  zəruri 

deyildir,  fərdi  və  təsadüfidir,  bir  o  qədər  də,  praktik  mühakimə 

qabiliyyəti  praktik  zəkanın  tərkib  hissəsi  olmalıdır.  Ondan,  Fomaya 

görə,  başqa  daha  heç  nə  tələb  olunmur.  Fərdi  və  təsadüfi  praktik 

mühakimələr sferasında standart yalnız o zaman yerinə düşəcək ki, o, 

işlərin  mövcud  vəziyyətinə  əsaslanır.  Başqa  sözlə,  praktik  zəkanın 

metodoloji  vasitələri nəzərdən  keçirilən  situasiyaya  cavab  verməlidir. 

Biz  bunun  nəticəsində  də,  müxtəlif  situasiyalar  üçün  müxtəlif 

metodlara malikik. Özü də heç də bütün metodlar eyni dərəcədə ciddi 

olmamalıdır.  Beləliklə,  etik  və  siyasi  məsələlərdə  adekvat  meyara 

münasibətdə  Foma  nüanslara  kifayət  qədər  riayət  edilmiş  nöqteyi-

nəzəri ifadə edir. 

Foma  üçün  zəka  ümumi  qanunlarla  insani  davranış  arasında 

əlaqələnliricidir (ctoiklərlə müqayisə edin.). Bu, zəkanın sayəsindədir 

ki, biz, könüllü olaraq qanuna tabe oluruq. Elə buna görə də, qanunun 

əsl  subyektləri  yalnız rasional  yaratıqlardırlar,  ciddi deyilsə,  yalnız  o 

rasional  yaratıqlardırlar  ki,  onlar  həqiqətən  də  zəkaya  malikdirlər. 

Beləliklə,  əgər  insan  qanunla  hesablaşmırsa  hökmdarlar  tərəfindən 

cəzanın tətbiq olunmasını doğurur. Cinayətkarlar güc tətbiq olunmaqla 

qanuni  əməllərə  məcbur  edilməlidirlər,  bu,  ona  görə  məcburidir  ki, 

onlar nə özlərinə, nə də başqalarına zərər yetirə bilməsinlər. Qanunun 

fundamental məqsədi zərər yetirmə səbəblərindən yayınmadır. 

Amma, bu məqsəddən başqa, gözəl həyatın pozitiv reallaşması 

vəzifəsi  də  mövcuddur.  Burada  yalnız  qanunları  deyil,  fəzilətləri  də 

əldə  əsas  tutmaq  zəruridir.  Klassik  fəzilətlərlə  (müdriklik,  ədalət, 

mərdlik, mötədillik və i.a.) yanaşı, Foma xristian fəzilətlərinə - inama, 

ümidə  və  məhəbbətə  –  müraciət  edir.  Amma  əxlaqın  və  hüququn 

hazırladığı ən yüksək fəzilət - xilasdır. 

Foma  dövlətin  (regnum)  və  kilsənin  (sacerdotium)  qarşılıqlı 

münasibətinə  baxışlarında  mötədil  papistdir.  O,  güman  edir  ki,  kilsə 

dövlətdən  yüksəkdədir  və  papa  tiran-hökmdarı  Kilsədən  uzaqlaşdıra 

bilər. Foma eyni zamanda Gelasinin iki hakimiyyət barədə təlimini də 

bölüşür  və  belə  hesab  etmir  ki,  kilsənin  əxlaqi  üstünlüyü  hüquqi 

üstünlük  istiqamətində  inkişaf  etməlidir.  O,  bir  aristotelçi  olaraq, 

cəmiyyətə nəsə təbii olan bir şey kimi baxır. Elə buna görə də, dövlət 

işlərində kilsənin rəhbərliyinə zərurət yoxdur. Eyni zamanda cəmiyyət 

(zəka) və xristianlıq (inam) arasında mütləq sərhəd də yoxdur. Mənəvi 

və dünyəvi vəzifələr müəyyən ölçüdə bir-biri ilə çuğlaşır. 

 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə