278
hüquqlarımızın yetəcəyindən daha güclü mühakimələrin alınmasına
imkan yaradır. Elə buna görə də, etibarsızdır
120
.
3) Deduksiya yeni bilikləri vermir.
Deduksiya müəyyən qaydaların köməyi ilə bir çox verilmiş
müddəalardan (müqəddimələrdən) hər hansı bir müddəanın
çıxarılmasıdır. Bu müddəa həqiqi olacaqdır, əgər müqəddəm şərtlər
həqiqidirlərsə və nəticə çıxarma qaydaları ümumi əhəmiyyətə
malikdirsə. Əgər bizə məlumdursa bütün insanlar danışmaq
qabiliyyətinə malikdirlər və Sokrat insandır, onda biz belə bir nəticə
ala bilərik ki, Sokrat danışmaq qabiliyyətinə qabildir.
Amma, belə bir nəticə yeni biliyi vermir. Alınmış müddəa artıq
mövcud olan müqəddəm şərtlərlə müqayisədə yeni heç nə vermir.
Deməli, deduksiya tavtolojidir
121
.
Başqa cür də demək olar. Bütün insanların danışmaq
qabiliyyətinə malik olmaları haqqında müddəaya əmin olmaqdan
ötəri, biz müəyyənləşdirməliyik ki, bütün insanlar, Sokrat da daxil
olmaqla, danışmaq qabiliyyətinə həqiqətən də qabildirlər. Elə buna
görə də, bizim bu ümumi müddəanın ("Bütün insanlar danışmaq
qabiliyyətinə malikdirlər") həqiqiliyinə əmin olmağımız ona
əsaslanmışdır ki, Sokrat artıq insanlar çoxluğuna aiddir. Deməli,
çıxarılmış müddəada ("Sokrat insanlar danışmaq qabiliyyətinə
malikdir") yeni heç nə yoxdur. (Buna əlavə olaraq, biz burada sonlu
sayda hallar barədə mülahizədən bu növdən olan bütün hallar barədə
olan mülahizəyə keçidin artıq xatırlanan problemi ilə rastlaşırıq, nəzər
salın. Maddə 2. Biz, əlbəttə ki, hər bir insanın nitqini yoxlaya
bilmərik. Nəinki bizə qədər yaşayanları və bizim ölümümüzdən sonra
yaşayacaq olanları, hətta bizim zəmanədə yaşayan hər bir kəsi də
müşahidə etmək praktik olaraq mümkün deyildir).
4) Deduksiya öz müqəddəm şərtlərini sübut etmir.
Bütün deduktiv nəticələr öz müqəddəm şərtlərinin (və nəticə
əldə etmənin deduktiv qaydalarının) əsaslı olduğunu güman edir.
Onlarda sübut olunan həmişə çıxarılan müddəalardır, müqəddəm
şərtlər deyildir. Əlbəttə ki, bu müqəddəm şərtlər başqa deduksiya
aktlarında deduktiv mülahizə olaraq alına bilər. Amma bu aktlar da
onlarda sübut olunmayan müqəddəm şərtləri özlərində daşıyacaqdır.
Bu o deməkdir ki, biz burada trilemmaya malikik. Ya biz
müqəddəm şərtlərin əsaslandırılması prosesini sonsuzluğa qədər
davam etdiririk ("sonsuzluğa doğru reqress - ad infinitum"), ya biz
120
Baxın. İnduksiyanın Hyum tərəfindən səbəbiyyət anlayışı ilə bağlı tənqidi,
Fəsil 15.
121
Baxın. elmi deduktiv idealın tənqidi, Fəsil 7.
279
məntiqi çevrə ("eyibli çevrə") üzrə hərəkət edirik, ya da biz bu prosesi
məntiqi
olaraq
əsaslandırılmamış
bir
yerdə
dayandırırıq
("desizionizm"
122
). Deduktiv nəticələr üçün başqa alternativ yoxdur.
Deməli, son nəticədə heç bir çıxış prinsipi (müqəddimə, güman)
deduktiv olaraq sübut oluna bilməz
123
.
5) Əks mövqelər eyni dərəcədə tutarlı əsaslara malikdir.
Bundan da daha çox deyilsə, antik skeptiklər, məsələn
Protaqor, düşünürdülər ki, kifayət qədər mürəkkəb predmetlər barədə
(məsələn, siyasi və sosial situasiyalar barədə) insani mövqelər, insani
fikirlər belədir ki, müxtəlif və tamamilə əks nöqteyi-nəzərlər,
prinsipcə, eyni dərəcədə əsaslandırılmış olur. Lehinə və əleyhinə
arqumentlər eyni dərəcədə tutarlıdır. Bir mövqe elə digəri kimi son
dərəcə yaxşı əsaslara malikdir. Mövqelər hər şeydən öncə, həqiqi
bilikdən daha çox, fərqli vərdişləri və adətləri (ənənələri) ifadə edir.
Yekun olaraq deyək ki, skeptiklərin tənqidi hissi təcrübənin,
induksiyanın və deduksiyanın əleyhinə yönəlmişdi. Onun nəticəsi o
oldu ki, insanlar nə xarici şeylər barədə, nə də universal prinsiplər
122
Desizionizm sözü həll etmək mənasını verən latın mənşəli decisio sözündən
törəyir. Desizionizm (alm. "Dezisionismus" və ya "Entscheidungsdenken")
termini hüquq fəlsəfəsi ilə məşğul olan alman filosofu Karl Şmitt (Carl
Schmitt, 1888-1985) tərəfindən son hüquqi əsas olaraq universal normanı
deyil, müəyyən qərarı nəzərdən keçirən təfəkkürün xarakteristikası üçün
istifadə olunmuşdur. Hobbsun "autoritas, pop veritasfacit legem" (qanunu
həqiqət deyil, avtoritet yaradır) maksimi ilə müqayisə edin. Desizionizm
barədə diskussiyalar hüquqi pozitivizm, təbii hüquq konsepsiyası və hüquqi
normaların əsaslarının prosedur konsepsiyası (Habermas) ətrafında
mübahisələrlə əlaqədardır. Desizionizm elmin fəlsəfəsində (epistemologiyada)
də müzakirə predmetidir, məsələn, Popper "qərar" barədə rasionallığın
xeyrinə danışır (onun "tənqidi rasionalizm" doktrinası mənasında anlaşılan
tənqidi metod olaraq). (Baxın. Открытое общество и его враги. - Соч. В
двух томах. - М., 1992. T. 2. - с. 455-456). Popperin mövqeyi K.-O.Apel
(Karl-Otto Apel, 1922) tərəfindən tənqidə məruz qoyulmuşdu. Apel belə hesab
edir ki, rasionallığın lehinə və ya əleyhinə seçim anlayışının özü həmişə
rasionallığı nəzərdə tutur. Bu halda Apel özünün transsendental
praqmatikasından çıxış edir. Popperçi Hans Albert (Hans Albert, 1921) bu
mübahisənin gedişində rasionallığın xeyrinə «qəti həllin» prioritetini müdafiə
edir (Baxın. Tnnszendentale Traumereien. - Hamburg, 1975. S. 149), Ditrix
Boler (Dietrich Bonier) isə bu desizionizmin özlüyündə referensial olaraq
ziddiyyətli olduğunu təsdiq edərək epistemoloji desizionizmin Apel tərəfindən
tənqidini müdafiə edir (Baxın. Rekonstruktive Pmgmatik. - Frankfurt am
Main, 1985. S. 297).
123
Məgər bu gözəl bir mülahizə deyilmi? Refleksiv (özünə tətbiq edilə bilən)
arqumentasiya ilə müqayisə edin, Fəsil 18 və 30).