280
(ümumi mülahizələr və ya müqəddimələr) barədə müəyyən biliyə
malik ola bilmirlər.
Antik skeptiklərin içərisində müəyyən biliyə malik olma
imkanlarının əleyhinə yönələn oxşar etirazların nə qədər uzağa
aparacaqları ilə bağlı müxtəlif mövqelər mövcud idi. Adətən antik
skeptisizmin banisi olaraq nəzərdən keçirilən Pirron bu etirazları o
qədər ciddi hesab edirdi ki, yeganə düzgün nöqteyi-nəzər olaraq
istənilən nöqteyi-nəzərdən imtinanı qəbul etdi. Digər skeptiklər isə,
daha çox Karneadə oxşar olaraq, bu etirazların idrakın müxtəlif
dərəcələrini aydınlaşdırmaq üçün əhəmiyyətini vurğulayırdılar.
Skeptiklərin biliyin mümkün olmadığını təsdiq etdikləri ölçüdə
bu müddəa öz-özünü təkzib edirdi. Onun öz-özünə tətbiq olunması
ziddiyyətlidir. Radikal skeptisizm paradoksaldır və deməli, inandırıcı
deyildir. Elə buna görə də, skeptisizmin şərhi zamanı aydınlaşdırmaq
vacibdir ki, skeptiklər əslində nəyi təsdiq edirdilər. Onların şübhəsi nə
qədər tam və mütləq idi və o, özünün həqiqi olduğunu hansı formada
iddia edirdi?
Görünür ki, biz skeptisizmə münasibətdə qəbul olunmuş
nöqteyi-nəzəri belə bir qaydada ifadə edə bilərik. Skeptiklər praktik
mülahizələrdən çıxış edərək öz hissi qavrayışlarına və onlara müasir
olan təsəvvürlərə uyğun olaraq yaşayırdılar. Amma onlar bunu bu
qavrayışlarda və təsəvvürlərdə nəyin mümkün həqiqət olduğuna
müəyyən münasibət göstərmədən edirdilər. Onlar öz arqumentlərini
demək olar ki, bir tələbə kimi, dərslikdə yazılanın həqiqət olub-
olmaması barədə düşünməyərək nəzərdən keçirirdilər. Bu mənada
skeptisizm təsdiq edir ki, biz müxtəlif mülahizələrin həqiqiliyinin
qiymətləndirilməsindən kənara çəkilərək düzgün hərəkət edirik.
Skeptik özünü buna hazırlamış bir insan olaraq istənilən nöqteyi-
nəzəri həqiqi və ya yalan olaraq nə qəbul edir, nə də inkar edir. Onu
hər hansı bir qiymətləndirmə olmadan müşahidə qane edir.
Digər filosoflar mülahizə predmeti haqqında mühakimə
yürütdükləri halda, skeptiklər bu mülahizəni inkar etmirlər, onu digəri
ilə əvəz edirlər. Skeptiklər bizim müzakirə olunan predmet barədə bu
mülahizədə ifadə etdiyimiz həqiqi və müəyyən biliyin problematik
olduğunun nümayiş etdirilməsi ilə qane olurlar. Onlar bu predmet
haqqında istənilən mülahizənin problematik xarakter daşıdığını
göstərmək üçün səy edirlər.
Bir məsələ qalır ki, skeptiklərin özləri müəyyən nöqteyi-nəzəri
qəbul etmədən çəkinmənin düzgün olması haqqında öz biliklərinin
haradan götürürlər. Əlbəttə ki, əgər bu biliyin özü həqiqi və
müəyyəndirsə?
281
Bu suallara cavabı ən yaxşı bir qaydada məhz skeptiklərin necə
verə biləcəkləri üzərində düşünmədən belə hesab etmək olar ki, onlar
bütövlükdə, yəqin, düşünürdülər ki, skeptisizm həyata düzgün
münasibət üçün mühümdür. Bizim həyat tərzimiz barədə, məsələn,
dini əqidəyə əsaslanan fikirlərimizin narahatlığa və həyəcana aparıb
çıxara biləcəyini nəzərə alaraq, skeptiklər öyrədirdilər ki, biz bu
əqidələr barədə müəyyən heç nə bilə bilmərik və deməli, onlarla bağlı
narahat olmaq üçün heç bir əsasımız yoxdur. Həyata skeptik
münasibət adamları ruhun sakitliyi ilə təmin etməli idi. Stoiklər
xoşbəxtliyə və ruhi sakitliyə aparan yolu xarici tələbatlardan xilas
olmada gördükləri kimi, epikürçülər xoşbəxtliyi ölçülüb-biçilmiş,
sərhesab həzdə gördükləri kimi, skeptiklər bunu inamdan imtinada,
metafizik və dini məsələlərə münasibətdə müəyyən mövqeni tutmada
görürdülər. Nə qədər ki, biz prinsipial olaraq heç nə bilmirik və
deməli, hər bir şey eyni əhəmiyyətə (adiafora) malikdir, onda bizim
ruhumuzun sakitliyinə heç nə mane olmamalıdır.
Pirron daha radikal skeptik mövqe ("şeylərin əslində necə
olduqlarını biz ümumiyyətlə bilə bilmərik") tutduğu halda, Karnead
skeptisizmi müəyyən empirik meyllə, özünəməxsus "ehtimal nöqteyi-
nəzərindən", biliyin dərəcələri barədə bir təlim olaraq inkişaf
etdirmişdir.
Karnead həqiqətən də hesab edirdi ki, mühakimələrin həqiqi
mənalarını müəyyənləşdirmək üçün biz heç bir meyara malik deyilik.
Amma o, həmçinin güman etmişdir ki, biz ona etibar edə bilərik ki,
cümlədə təqdim olunan məzmunda doğruluğu bu və ya digər dərəcədə
ehtimal olunan nəsə vardır. Məsələn, biz bir hadisə ilə rastlaşdığımız
zaman və onun haqqında çoxlu müxtəlif, amma bir-biri ilə uzlaşan, bu
hadisə barədə bizim təsəvvürümüzə uyğun gələn hissi qavrayışlara
malikiksə, onda biz ona etibar etmək üçün onlar bir-birinə zidd
olduqları hala nisbətən daha yaxşı əsasa malikik. Biz bir-birinə
harmonik olaraq uyğun gələn hissi qavrayışlara nə qədər çox
malikiksə, hadisənin ümumi mənzərəsinin düzgünlük ehtimalı bir o
qədər də çoxdur. Bunun ardınca qeyd edək ki, müxtəlif fərdlərin
qavrayışları arasındakı harmoniya bu mənzərəni fərdlər ziddiyyətli
qavrayışlara malik olduqları situasiya ilə müqayisədə daha çox
ehtimallı edir.
İstər bir nəfərdə, istərsə də müxtəlif müşahidəçilərdə bir-biri ilə
harmoniya təşkil edən qavrayışların artımı ilə ümumi obraz daha
ehtimallı olacaqdır, hətta əgər biz ondan hadisənin həqiqi mənzərəsini
verməyi ciddi olaraq tələb elə bilməsək belə. Bu, praktik olaraq
kifayətdir. Analoji olaraq hakim müxtəlif şahid ifadələrinin bir-birinə
necə uyğun gəldiyini qiymətləndirərək hökmün çıxarılması üçün