Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə125/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   121   122   123   124   125   126   127   128   ...   402

 

265 


ALTINCI FƏSİL 

 

ORTA ƏSRLƏR 

 

Xristianlıq və fəlsəfə 

 

Bizim  eranın  dördüncü  əsrinin  sonunda  Roma  imperiyası  iki 



hissəyə bölündü və bundan bir qədər öncə isə xristianlıq aparıcı dövlət 

dini  oldu.  Bu  zaman  (375-568)  german tayfalarının  yerdəyişməsi  baş 

vermişdi  ki,  bu  da  qərbi  Roma  imperiyasının  tənəzzülünə  gətirib 

çıxardı. Antik dövr başa çatdı, Orta əsrlər başladı

112



Öncə  xristianlığın  Roma  imperiyasının  aparıcı  dininə 



çevrilməsindən sonra baş verən bəzi dəyişiklikləri nəzərdən keçirək və 

sonra  Roma  imperiyasının  orta  əsr  cəmiyyətinə  keçidi  ilə  bağlı 

dəyişikliklər üzərində dayanaq. 

Artıq o barədə danışılmışdır ki, ellinist-Roma dövrünün sosial 

şəraiti, görünür ki, siyasətdən müəyyən dərəcədə ayrılmanı və nəzəri 

fəlsəfəyə  marağın  itirilməsini  şərtləndirmişdir.  Mənafelər  əsasən  etik 

məsələlərlə  məhdudlaşırdı,  onların  da  mərkəzində  fərd  dururdu. 

Amma  Son  antik  dövr  ərzində  bu  "həyati  fəlsəfə"  də  getdikcə  daha 

çox  məyusluq  doğururdu. İnsanlar  öz  daxili  dünyalarında  fövqəltəbii 

başlanğıcın  axtarışına  üz  tuturdular.  Onlar  müstəsna  dərəcədə  ağır 

həyati  problemlərinin  həllini  dini  sferada  axtarırdılar.  Neoplatonizm 

(və müəyyən dərəcədə son stoisizm) oyanmış bu dini yönümün ifadəsi 

oldu, xristianlıq burada xalq içərisində yayılmaq üçün əlverişli zəmin 

tapdı. 


Xristianlıq hər  bir  kəsə müraciət  edirdi.  O, hər  bir  kəsə  ümid 

verirdi.  Siyasi  hüquqsuzluğun,  maddi  rifah  halının  olmamasının  və 

fiziki əzabların əksinə olaraq, zülmün, qüvvənin zəifliyinin, xarakterin 

zəifliyinin  əksinə  olaraq,  ümid  hər  bir  kəs  üçün  mövcuddur. 

Xristianlıq bəyan edir ki, yerdəki həyat dramatik tarixi prosesin tərkib 

hissəsidir,  onun  sonunda  isə  hər  bir  kəsi  əzabların  və  bu  həyatın 

ədalətsizliklərinin müqabilində ədalətli  mükafat  gözləyir.  Hər  şeydən 

yüksəkdə  Tanrı-Ata  durur,  o,  dünyanın  yaradıcısıdır,  mərhəmətli, 

həmişə ədalətli və həmişə haqlı olan ruhdur. 

Bəs,  ilk  xristianların  ellinistik  intellektual  həyatla  münasibəti 

necə  idi?  İntellektuallar  yunan  və  ellinistik  fəlsəfə  ruhunda  tərbiyə 

                                                



112

 "Orta  əsrlər",  medium  aevum,  adı  retrospektiv  olaraq  o  kəslər  tərəfindən 

verilmişdir  ki,  onlar  Antik  dövr  ("qədim  dövr")  və  Renessans  (antik 

mədəniyyətin  "dirçəlişi")  arasındakı  zaman  intervalını  Qaranlıq  zəmanə 

olaraq nəzərdən keçirmişlər.  


 

266 


olunmuşdular  və  Bibliyada  təsvir  olunandan  tamamilə  fərqli  bir 

dünyada yaşayırdılar. Xristian teoloqları bu intellektuallara necə cavab 

verməli  idilər?  Onlar  onları  xristianlığa  gətirmək  üçün  Bibliyanı 

onların dilinə "tərcümə etməyə" çalışmalıdırlarmı? və ya onlar bütün 

yunan  fəlsəfəsini  bir  bütpərəst  yanılma  kimi  mühakimə  etməli  və 

intellektuallarla Bibliyanın dilində danışmalı idilərmi? 

İki strategiya göz qarşısında idi. Birincini müəyyən anaxronizm 

qarışığı  ilə  "katolik"  adlandırmaq  olar  -  bütpərəst  fəlsəfi  ənənə  də 

həmçinin  Tanrı  tərəfindən  yaradılmışdır.  Elə  buna  görə  də,  ona 

müsbət  yanaşmaq  və  xristian  təlimini  fəlsəfənin  köməyi  ilə  şərh 

etməkdən çəkinməmək gərəkdir. İkinci strategiyanı "protestant" (və ya 

"fundamentalist")  adlandırmaq  olar  -  xristian  həqiqəti  yalnız 

Bibliyada,  xüsusən  Yeni  Vəsiyətdədir.  Bu  həqiqət  yunan  fəlsəfəsi 

kimi bütpərəst ənənə ilə təhrif olunmamalıdır. 

Birinci strategiya daha effektiv oldu və İncilin mənasını yunan 

və  ellinistik  fəlsəfənin  köməyi  ilə  daha  anlaşıqlı  etmək  səyləri 

nəticəsində  xristian  teologiyasının  yaranmasına  gətirib  çıxardı. 

Xristian  teologiyası  apologetika,  yəni  xristianlığı  o  günlərin  əsasən 

qeyri-xristian  intellektualları  tərəfindən  irəli  sürülən  etirazlardan 

müdafiə kimi başladı. Öncə xristianlığın və neoplatonizmin sintezi baş 

verdi, baxmayaraq ki, son stoisizm də müəyyən əhəmiyyətə malik idi. 

Bu teoloji sintez təqribən III əsrdən XII əsrə kimi, yəni demək olar ki, 

bütün  Orta  əsrlər  boyunca  üstünlük  təşkil  etmişdir.  XIII  əsrdə  qərb 

xristian  dünyasında  Aristotel  məşhurluq  qazanır  və  xristian  təlimi 

aristotelizm ilə sintez olunur. O zamandan da bu sintez Roma katolik 

kilsəsinin fəlsəfəsi olur. 

Orta  əsrlərdə  məhz  fəlsəfə  və  teologiya  həqiqi  idraka  iddialı 

olan fəaliyyətin intellektual formaları idilər. (Təbiətşünaslıq bu sözün 

müasir mənasında son Orta əsrlərə qədər Avropanın mədəni həyatında 

çətin ki, mövcud ola bilərdi). Elə buna görə də, mərkəzi mövzulardan 

biri, təbii ki, inamın və zəkanın qarşılıqlı münasibətləri mövzusu oldu. 

Mənəvi  və intellektual  fəaliyyətin  bu iki növü  bir-birinə  münasibətdə 

müəyyənləşməli  idilər.  Hansı  məsələlər  fəlsəfəyə  və  hansı  məsələlər 

teologiyaya aiddir? Qeyd edək ki, Renessansdan sonra təbiətşünaslığın 

və  fəlsəfənin  (və  teologiyanın)  fəaliyyət  sferalarının  ayrılmasının 

analoji problemi yarandı. 

Orta əsr fəlsəfəsinin və teologiyanın sıx əlaqəsi çox zaman belə 

təsəvvür  edilir  ki,  sanki  teologiya  fəlsəfəni,  obrazlı  deyilsə,  öz  buzlu 

qucağına sığır. Fəlsəfə sanki "əziyyət çəkən" tərəf kimi təqdim olunur. 

Lakin  eyni  ilə  təsdiq  etmək  olar  ki,  məhz  yunan  və  ellinistik  fəlsəfə 

xristian  teologiyasına  "zərər  vurmuşdur".  Axı  teoloji  müddəalar 

(doqmatika) ellinistik (neoplatonçu) filosofların istifadə etdikləri dillə 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə