Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə124/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   120   121   122   123   124   125   126   127   ...   402

 

262 


Qədim 

yunanlar 

bütövlükdə  müasir  empirik  elmin 

formalaşması üçün həlledici olan bir çox anlayışların əsasını qoydular. 

İndi,  retrospektiv  nöqteyi-nəzərdən  yanaşıldıqda,  demək  olardı  ki, 

onlarda  hər  şeydən  öncə  eksperimental  metod  çatışmazlığı  vardı. 

Amma  bu,  bütövlükdə  düzgün  deyildir.  Məsələn,  Arximed 

(Archimedes,  287-212  b.e.ə.)  elmi  eksperimentlər  aparmışdır,  o, 

hidrostatikanın əsas qanununu kəşf etməsi ilə məşhurdur. Bu qanunun 

müasir  formulirovkasına  görə,  mayeyə  batırılmış  hər  bir  cisim 

sıxışdırılıb  çıxarılmış  mayenin  çəkisinə  bərabər  qüvvə  ilə  yuxarı 

itələnir.  Arximed  həm  də  texniki  ixtiraçıdır,  özünəməxsus 

mühəndisdir. Köləliyə əsaslanan və fiziki əməyə rəğbətsiz münasibəti 

ilə seçilən antik dünyada intellektual və praktik fəaliyyət arasında belə 

bir sıx əlaqə kifayət qədər qeyri-adi idi. 

Arximed  həmçinin  görkəmli  riyaziyyatçı  idi.  Mümkündür  ki, 

riyaziyyatda  hətta  fizikadan  daha  böyük  nəticələrə  nail  olmuşdur.  O, 

əsərlərində iqtibas etdiyi Evkliddən heç də kiçik riyaziyyatçı deyildi. 

(Tarix  xəbər  verir  ki,  b.e.ə.  212-ci  ildə  Sirakuzanı  tutduqları  zaman, 

Arximed  onun  tərəfindən  qabın  üzərində  cızılmış  həndəsi  fiqurlarla 

bağlı  dərin  düşüncələrə  dalmışdı.  O,  legionerlərə  qəzəb  içərisində 

deyişdi:  "Mənim  fiqurlarıma  toxunmayın!". Cavabında isə onlar  onu 

öldürmüşdülər). 

 

Astronomiya 

 

Astronomiya  yunan  naturfəlsəfəsi  ilə  eyni  zamanda  inkişaf 



etmişdir.  Belə  ki,  Fales  Günəşin  tutulmasını  qabaqcadan  söyləmiş, 

Pifaqor  göy  cisimlərinin  harmoniyasına  xüsusi  diqqət  yetirmişdir. 

Aristotel  dünyanın  yaxşı  düşünülmüş  mənzərəsini  yaratmışdır,  bu 

mənzərə  özünün  xüsusi  qanunları  ilə  göy  sferalarını  əhatə  edirdi. 

"Səmavi  olan"  "yerdə  olandan"  yuxarıda  təsəvvür  olunurdu,  özü  də 

yalnız məkan baxımından yox, həm də keyfiyyət baxımından. 

Dünyanın  bu  mənzərəsində  müşahidələr  və  spekulyasiya  bir-

birinə  çuğlaşmışdı.  Lakin astronomiya həm  öz  oriyentirlərini  ulduzlara 

və  planetlərə  görə  müəyyənləşdirən  dəniz  səyyahlarının  praktik 

fəaliyyəti üçün, həm xronoloqlar və təqvim qurucuları üçün və həm də 

ulduzlardan gələcəyi görməkdən ötəri istifadə edənlər üçün mühüm idi. 

Aristotelin 

torpaq, 

ulduzlar 

və 

planetlər 



haqqında 

təsəvvürlərinə əsaslanaraq İsgəndəriyyəli Ptolemey bir çox astronomik 

məlumatları  sistemləşdirmiş  və  tamamlamışdır.  O,  dünyanın 

geosentrik  sistemini  inkişaf  etdirmişdir.  Yeri  mərkəzdə  yerləşdirən, 

səmavi olan və yerdə olanla arasında keyfiyyət fərqini vurğulayan bu 



 

263 


kainat modeli orta əsrlərin sonuna qədər, Kopernikə və Keplerə qədər 

hökmran olmuşdur. 

Bununla  əlaqədar  olaraq  qeyd  etmək  lazımdır  ki,  "müasir" 

dünyanın  geliosentrik  sistemi  də  həmçinin  antik  dövrdə  irəli 

sürülmüşdür.  B.e.ə.  təxminən  27-ci  ildə  yaşamış  Aristarx 

(Aristarchus), güman etmişdir ki, Yer Günəşin ətrafında dövr edən bir 

kürədir.  Lakin  bu  model  də  Demokritin  atomlar  haqqında  təliminin 

düçar  olduğu  taleyə  düçar  qalmışdır.  O,  irəli  sürüldüyü  zaman 

spekulyativ  idi  və  üstəlik,  ulduzların  və  planetlərin  bilavasitə 

qavrayışına  zidd  görünürdü.  Biz  onları  öz  ətrafımızda  hərəkət  edən 

kimi  görürük,  özümüzü  isə  hərəkətsiz  torpaqda  sükunət  vəziyyətində 

qavrayırıq. 

Geliosentrik  modelin  qəbul  edilməməsi  üçün  həmçinin  nəzəri 

səbəblər də vardı. O zaman aparıcı mövqe tutan aristotelizm öyrədirdi 

ki,  Yerin  hərəkət  etdiyini  hesab  etmək  mənasızdır,  belə  ki,  istənilən 

təbii  hərəkət  yerə  münasibətdədir.  Buna  görə  də,  Kopernikin 

əsərlərinin  çap  olunmasından  və  onların  dərk  olunmasından  sonra 

dünyanın  geosentrik  sistemi  ilə  yanaşı  aristotelizm  də  şübhə  altına 

alındı. 

Son  nəticədə  orta  əsr  xristian  teoloqları  da  polemikaya 

qoşuldular,  belə  ki,  geosentrik  sistem  Bibliyanın  təsəvvürlərinə  də 

uyğun  gəlir.  Renessans  dövründə  astronomiya  ətrafında  polemika 

xüsusən kəskin oldu, ona görə ki, o, ənənəvi dini əqidələrə toxunurdu. 

 

Filologiya 

 

Əvvəlki  yazılı  mənbələrin  intensiv  müzakirə  praktikasına 



əsaslanaraq,  yunanlar  mətnlərin  şərhi  və  ya  hermenevtika  sahəsində 

böyük uğurlara nail oldular. Məlumdur ki, Aristotel öz əsərlərində çox 

zaman  başqa  filosofların  mətnlərinə  iqtibasdan  istifadə  etmişdir. 

Tədricən,  zaman  distansiyası  artdıqca  bu  mətnlərin  toplanmasına  və 

saxlanılmasına,  onların  təsnifatına  və  sistematik  şərhinə  zərurət 

yaranmışdır.  Bu,  İsgəndəriyyədə  baş  vermişdir,  burada  geniş  bir 

kitabxana  yaradılmışdı.  İsgəndəriyyədə  müxtəlif  mətnlər,  məsələn 

Aristotelin  əsərləri  sistemləşdirilmiş  və  mətnlərin  filoloji  şərh  sənəti 

inkişaf  etmişdir.  İsgəndəriyyə  alimliyin  və  təhsilin  mərkəzinə 

çevrilmişdi. 

İsgəndəriyyədə yaşayan yəhudi filosof Filon (Philo, b.e.ə. 25 - 

b.  e.  45  illərindən  sonra)  müxtəlif  dövrləri,  ənənələri  və  dilləri 

anlamağa  səy  edən  və  xüsusən  yunan  fəlsəfəsi  və  yəhudi  Əhdi-ətiqi 

arasında münasibəti aydınlaşdırmağa çalışan şərhçilər sırasına məxsus 

idi. 



 

264 


Altıncı  fəsildə  biz  göstərəcəyik  ki,  xristian  teologiyası  da 

analoji  olaraq  yunan  fəlsəfəsi  ilə  Əhdi-ətiq  və  Əhdi-cədidin  xristian 

şərhi  arasında  qarşılıqlı  əlaqəni  aydınlaşdırmaq  tələbatından 

yaranmışdır.  Bundan  sonra  mətnin  şərh  sənəti  Bibliyanın  yəhudi  və 

xristian  şərhləri  və  həmçinin  də  Quranın  islamçı  şərhləri  ilə  əlaqədə 

inkişaf etmişdir. 

Vurğulamaq lazımdır ki, sonradan yalnız yunan dili deyil, həm 

də  latın,  yəhudi  və  nəhayət,  ərəb  dillərindən  də  istifadə  olundu.  Bu 

dillər  antik  dövrün  sonundan  başlayaraq  bütün  orta  əsrlər  boyunca 

elmi  dil  oldular.  Orta  əsr  universitetlərinin  yaranması  ilə  latın  (o 

zamankı  dünyanın  qərbində),  ərəb  (İspaniya  da  daxil  olmaqla, 

cənubda) və yunan (Şərqdə) dilləri xüsusi əhəmiyyət kəsb etdi. 

Antik linqvistik tədqiqatlara həm də qrammatikaya dair əsərlər 

və həmçinin, məsələn Aristotelin ritorikaya dair əsəri məxsusdur. 

 

Antik dövrün qadın alimləri 

 

Antik  dövrdə  bir  neçə  hal  istisna  olmaqla  (məsələn,  Epikür 



məktəbi) qadınların fəlsəfi və elmi tədqiqatlara yolu yox idi. 

Amma  İsgəndəriyyədə,  son  antik  dövr  elminin  mərkəzində 

görkəmli  qadın-alim  Hipatiya  (Hypatia)  fəaliyyət  göstərmişdir.  O, 

filosof-platonik  idi,  dərin  riyazi  və  fiziki  biliklərə  malik  idi,  özünün 

alimliyi  və intellektual  qabiliyyətləri  sayəsində  şöhrət  qazanmışdı.  O, 

təqribən  370-ci ildə anadan  olmuş  və 415-ci  ildə  kitabxanaya  getdiyi 

yerdə öldürülmüşdü. 

Məhz  bu  illər  İsgəndəriyyənin  antik  dövrün  elm  və,  deməli, 

bütün  intellektual  həyatında  bir  mərkəz  olaraq  tarixində  dönüş  illəri 

oldu.  Köhnə  qaydalar  dağılma  prosesində  idi.  Xalqların  köçü 

başlamışdı.  Antik  dövr  öz  yerini  sonradan  orta  əsrlər  adlandırılacaq 

zəmanəyə, yəni qədim və yeni dövrlər arasındakı mərhələyə verirdi. 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə