Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə121/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   117   118   119   120   121   122   123   124   ...   402

 

254 


bütün  hər  şey  özünü  təkrar  edirsə,  onda  dünyanı  yaxşılaşdırmaq 

mümkün  deyildir.  Bizim  edə  biləcəyimiz  ən  yaxşı  şey  –  səbir  ilə 

dözməkdir.  Biri  imperatordur,  başqası  isə  kölədir  və  bununla heç nə 

etmək  olmaz.  Biz  yalnız  bizim  üçün  ayrılmış  rolu  ləyaqətlə  oynaya 

bilərik.  Tarixin  oxşar  tsiklik  fəlsəfəsi  fatalistik  və  antiinqilabi  ola 

bilər.  Lakin  bu,  heç  də  məcburi  deyildir.  Bəs,  əgər  bu  özünü 

təkrarlayan  dövran  onu  nəzərdə  tutursa  ki,  onun  müəyyən 

mərhələsində  biz  üsyan  edirik  və  ya  ictimai  reformaları  həyata 

keçiririk? 

Roma  stoiklərinin  bəzilərində  biz,  ən  azı,  sosial  reformaları 

həyata  keçirmək  arzusunu  görürük.  İnsanların  sadəcə  olaraq  bərabər 

olduqlarını  və  bununla heç  nə  etməyin mümkün  olmadığını  düşünən 

kiniklərin  əksinə  olaraq,  Roma  stoikləri  güman  edirdilər  ki,  hamı, 

prinsipcə əslində deyil, qanun qarşısında bərabərdir. Bərabərlik yalnız 

məqsəd  olaraq mövcuddur.  İnsani  qanunvericilik  və  insani siyasət  bu 

idealın mümkün ölçüdə reallaşma vasitəsidir. 

Ədalətli  təbii  qanunla  Roma  imperiyasının  qanunlarının  aşkar 

bir  surətdə  qeyri-identikliyi  sosial  tənqidin  rüşeymini  özündə 

daşıyırdı.  Sonradan  biz  görəcəyik  ki,  real  olaraq  mövcud  olan 

ümuminin (imperiya qanunlarının) və ideal ümuminin (təbii qanunun) 

qarşı-qarşıya qoyulması imperator və papa hakimiyyətlərinin bölgüsü 

üçün nəzəri əsas olacaqdır. 

Roma  hüquqşünasları  stoiklərə,  ümumiyyətlə  yaxın  idilər  və 

qanunların  və  hüququn  tədqiqatı  kimi  hüquq  elminin  əsaslarını 

qoydular. 

Bizim  tərəfimizdən  xatırlanan  fəlsəfi  təlimləri  bəzən  sokratik 

məktəblər  adlandırırlar,  belə  ki,  onlardan  hər  biri  öz  üsuluna  malik 

olsa da, Sokrat irsindən çıxış edir. Onlar üçün ümumi olan - Sokratın 

fəziləti xoşbəxtlik kimi şərh edən baxışı və «fəziləti müəyyən mənada 

öyrənmək olar» inamı idi. 

Yuxarıdakı  şərhin  xarakteristikasına  söykənsək  bu  cərəyanlar 

belə  bir  suala  cavab  verməyə  çalışmışlar  ki,  fərdin  şəxsi  xoşbəxtliyi 

necə  təmin  oluna  bilər?  Əgər  belə  isə,  onda  biz,  görünür,  belə  bir 

nəticəyə  gələrik  ki,  təklif  olunan "həyati-fəlsəfi"  cavablardan heç  biri 

qənaətbəxş  deyildir.  Cavabların  bəzilərində  güman  olunur  ki,  maddi 

anlamda  xoşbəxt  fərd  rifah  halına  malikdir,  amma  belələri  antik 

dövrdə nisbətən az idi. Bütün cavabları birləşdirən o idi ki, onlar heç 

də  həmişə  bədbəxtliyin  qarşısını  almağa  qabil  deyildilər.  Hətta  ən 

əqidəli stoik belə heç də həmişə özünü məcbur edə bilməzdi ki, ağır 

və ölümcül təhlükəli xəstəlik halında özünü xoşbəxt hiss etsin. Həyat 

fəlsəfəsinin bu təlimlərindən heç biri hər bir kəsin  şəxsi xoşbəxtliyini 

təmin etmək iqtidarında deyildi. Antik dövrün sonlarına doğru belə bir 




 

255 


nəticəyə  gəldilər  ki,  insanlar  üçün  insanlar  tərəfindən  yaradılan  bu 

təlimlər vəd etdiklərini yerinə yetirə bilmir. 

Belə  olduğu  halda  xoşbəxt  həyatı  necə  təmin  etmək  olar? 

Cavab  lap  bizim  yanımızdadır:  fövqəltəbii  vasitələrin  köməyi  ilə, 

dinin  köməyi  ilə.  Antik  dövrün  sonunda  ehtiraslı  dindarlıq  bütün 

dünyanı sardı. 



Neoplatonizm 

 

Neoplatonizm  (Plotin,  Plotinus  205-270)  dindarlığı  ifadə 



etdiyinə  iddia  edir.  Bu  təlimdə  fərd  nəhəng  kosmoloji  nizama 

yerləşdirilir,  şər  varlığın  nöqsanı  olaraq,  onun  iştiraksızlığı,  yoxluğu 

olaraq  başa  düşülür,  cisim  (materiya)  qeyri-varlıq  olaraq,  ruh  isə 

varlıq olaraq anlaşılır. Burada məqsəd ruhun dünya ruhu ilə vəhdətinə 

(unio  mystica)  nail  olmaq  üçün  özünün  ölümə  məhkum  olan 

qabığından (bədəndən) xilas olmasıdır. 

Neoplatonizm həyat üslubu barədə nəsihət deyildir, fövqəltəbii 

qüvvələr haqqında təlimdir,  baxmayaraq  ki,  bəziləri,  onu  görünür  ki, 

həyat haqqında konkret dini təlim kimi nəzərdən keçirirdilər. 

Bu  dini  ehtiras  özünün  qaneedici  ifadəsini  ilk  dəfə  olaraq 

xristianlıqda,  onun  canlı  şəxsləndirilmiş  tanrı  və  səmavi  cənnət 

ideyalarında  tapdı.  Dördüncü  əsrdən  başlayaraq  xristianlıq  Roma 

imperiyasının rəsmi dini oldu. Antik dövr keçmişə döndü, astanada isə 

xristian Orta əsrləri idi. 

 

Antik elmlər 

 

Biz  artıq  qeyd  etmişik  ki,  antik  dövrdə  fəlsəfə  və  elm 



arasındakı  fərqləndirici, ayırıcı  xətt  kifayət  qədər  dəyişkən idi.  Buna 

baxmayaraq biz bu vaxta qədər əsas diqqəti fəlsəfi ideyalara vermişik. 

İndi  isə  biz,  praktik  mülahizələr  ucbatından  yalnız  qısa  xülasə  ilə 

məhdudlaşmalı  olsaq  da,  antik  elmin  bir  sıra  əsas  sahələrinin 

yaranması və inkişafı üzərində dayanaq. 

 

Tarixşünaslıq 

 

Ölçüyəgəlməzi  axtarmağa  meylli  olan  spekulyativ  kosmoloji 



ənənələrin əksinə olaraq tarixçilər Herodot (Herodotus, təqribən, 484-

425  b.e.ə.)  və  Fukidid  (Thucydides,  460-  400  b.e.ə.)  kosmoloji 

spekulyasiyadan  daha  çox  təcrübəyə  istinad  edirdilər  və  dəyişiləni 

özlərinin tədqiqat obyekti etdilər. 

Onlar  zaman  və  coğrafi  bağlardan  məhrum  mifoloji 

hadisələrdən  fərqli  ("...  Lap  çoxdan...  ")  olan,  müəyyən  zamanda  və 




 

256 


müəyyən  yerdə  baş  verən  hadisələr  barədə  danışırdılar.  Herodot  və 

Fukidid  keçmişdə  baş  verən  hadisələrin  izahını  psixoloji  amillər  və 

dövlətlər  arasında  güc  münasibətləri  kimi  nisbətən  aşkar  səbəblərin 

köməyi  ilə  axtarırdılar.  Əlbəttə  ki,  Herodotun  dünyaanlamında  ilahi 

qüvvə də müəyyən bir yer tuturdu, amma həmin o ilahi qüvvə, tarixi 

hadisələrin nəzərdən  keçirilməsi zamanı nəzərə alınması  zəruri  olan  , 

qabaqcadan  söylənməsi  mümkün  ola    bilməyən  tale  olaraq  çıxış 

edirdi. 


Bu  tarixçilərin  əsərlərində  elmi  təfəkkür  üsuluna  keçid 

müşahidə olunur. Yunan naturfilosofların əksəriyyətinin əksinə olaraq 

Herodot və Fukidid keçici və dəyişkən olanı tədqiqatın vacib obyekti 

kimi nəzərdən  keçirirdilər.  Bununla  da,  onlar  elmi tədqiqatın  empirik 

idealına  faktiki  olaraq  yaxın  idilər,  bu  ideal  isə  mövcud  dəyişkən 

reallığın  müşahidə  və  təsvir  olunmasından  ibarətdir.  Bu  tarixçilər 

dəyişilən  şeylərin  arxasında  gizlənən  daimi  elementlə  bağlı  olan 

rasional  və  çox  zaman  yoxlanılmayan  spekulyasiyalarla  isə  məşğul 

olmamışdılar. 

 

Təbabət 

 

Sokrataqədərki  filosofların  nəzəri  spekulyasiyalarının  əksinə 



olaraq Hippokrat (Hippocrates, təqribən, 460-375 b.e.ə.) Herodotun və 

Fukididin  tarixin  təsviri  sahəsinə  tətbiq  etdikləri  empirik-elmi  idealı 

təbabətə  tətbiq  etdi.  İnsan  spekulyasiyalara  deyil,  müşahidələrə  və 

praktik  təcrübəyə  əsaslanmalıdır.  Hippokrat  o  antik  ənənəyə  məxsus 

idi ki, o, təcrübəyə, faktlara oriyentirli idi. 

İndi  Hippokrat,  ehtimal  ki,  daha  çox  etik  təbabət  kodeksinin 

Hippokrat Andı adlanan formulirovkası ilə məşhurdur. 

"Apollona,  Asklepiyə,  Gigiyenaya  və  Panakeyaya  və  bütün 

tanrılara  və  ilahələrə  AND  İÇİRƏM,  onları  şahid  gətirirəm  ki,  öz 

gücümə  və  düşüncələrimə  uyğun  olaraq  aşağıdakı  vədimi  və  yazılı 

öhdəliklərimi  vicdanla  yerinə  yetirəcəyəm:  mənə  həkimlik  sənətini 

öyrədəni  valideynlərimlə  bir  hesab  edəcəyəm,  əlimdə  olan  nemətləri 

onunla  bölüşəcəyəm  və  zərurət  olduğu  halda  ona  onun  ehtiyaclarıni 

ödəyəcəyəm;  onun  nəslini  öz  qardaşlarım  hesab  edəcəyəm  və  əgər 

onlar istəsələr, bu sənəti onlara heç bir qarşılıq gözləmədən və heç bir 

müqavilə olmadan öyrədəcəyəm; nəsihətləri, şifahi dərsləri və təlimdə 

olan  hər  bir  şeyi  öz  oğullarıma,  öz  müəllimimin  oğullarına  və  tibbi 

qanunla və andla öhdəlik götürdüyüm şagirdlərə öyrədəcəyəm, amma 

qalan  heç  bir  kəsə.  Mən  öz  gücüm  və  ağlım  yetdiyi  qədər  xəstələrə 

faydalı  olacağam, heç  bir zərərə  və  ədalətsizliyə  yol  verməyəcəyəm. 

Mən  məndən  öldürücü  vasitələr  istəyənlərə  bunu  verməyəcəyəm  və 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə