246
şəkildə sahib ola bildiyi üçün ehtiyacdan və əzablardan yan keçərək
müxtəlif nemətlərdən yan keçə bilər. Amma antik dövrdə belə bir
nəzəriyyənin nəticələri tam əksəriyyət üçün fatal idi. Əgər əksəriyyət
əzablar və həzzlər arasında münasibəti "ölçüb-biçməyə" səy
göstərsəydi, onda balans birincilərin xeyrinə olardı, yəni mənfi olardı.
Əzabların "cəmi" həzlərin "cəmini" üstələyərdi. Radikal hedonizm
nöqteyi-nəzərindən, belə bir həyat heç nəyə dəyməz. Buna görə də,
Hegesiy (Hegesias, b.e.ə. 3 əsr) adlı bir hedonistin adamlara özlərini
həyatdan məhrum etmək məsləhətini verməsi yalnız ekssentrik
ideyaların ifadəsi deyildi. Ağrılar və əzablar içərisində mövcud
olmağa məcbur olan aşağılar üçün radikal hedonizm tam bir hüquqla
özünüöldürmə ideologiyası ola bilər. Qeyd edək ki, burada nə
Epikürün təlimi və nə də epikürçülük deyil, məhz radikal hedonizm
nəzərdə tutulur. Bu mənada epikürçülüyü yüksək siniflərin fəlsəfəsi
adlandırmaq çətindir.
Stoiklər - şəxsi xoşbəxtliyin təmin olunması
Stoiklər epikürçülərlə müqayisədə xarici nemətin bizim
tərəfimizdən
nəzarət
altında saxlanılması qabiliyyətlərimizə
münasibətdə bütövlükdə son dərəcə pessimistik idilər. Elə buna görə
də, onlar tövsiyə edirdilər ki, hər bir insan özünü xarici şəraitdən
müstəqil etsin. Əgər biz öz şəxsi xoşbəxtliyimizi təmin etmək
istəyiriksə, onda nəzarət edə bilmədiyimiz xarici amillərin daha çox
müstəqil olmağı və bizim nəzarət edə bildiyimiz daxili dünyamız
daxilində yaşamağı öyrənməliyik.
Stoiklər öyrədirdilər ki, xoşbəxtlik əslində hansısa xarici
nemətdən asılı deyildir. Onlar Sokrat və Platon tərəfindən dəstəklənən
mövqeni müdafiə edirdilər. Şəxsi xoşbəxtliyin yeganə şərti fəzilətli
həyatdır, üstəlik fəzilətin özü də biliyə əsaslanır. Bütün stoiklər bu
fikri bölüşürdülər. İnsan üçün yeganə nemət fəzilətli həyatdır, fəzilətli
olmayan həyat isə yeganə şərdir. Xoşbəxt həyat barədə məsələ
meydana çıxdığı zaman bütün başqa hər bir şey son nəticədə
əhəmiyyətsiz və yersiz görünür. Həyat, sağlamlıq, çiçəklənmə və ya
ölüm, xəstəlik, əzablar və yoxsulluq müdrik və fəzilətli insana mane
ola bilmir. İnsanların xoşbəxtliyini və ya bədbəxtliyini müxtəlif xarici
amillər müəyyənləşdirmir. Bizim xoşbəxtliyimiz həyati maneələrdən
və uğurlardan, zənginliyimizdən və ya yoxsulluğumuzdan, sahib və ya
kölə olmağımızdan asılı deyildir. Vacib olan yalnız müdrik və fəzilətli
olanla müdrikliyə və fəzilətə malik olmayan arasındakı fərqdir.
Birincilər xoşbəxtdir, ikincilər isə yox. Bilik, fəzilət və xoşbəxtlik
daxili həyatla bağlıdır və xarici amillərdən asılı deyildirlər.
247
Bilik və fəzilət insanı nəyin sayəsində talenin bütün
dönüklüklərinə qarşı son dərəcə dözümlü edə bilər? Stoiklər cavab
verirlər ki, fəzilət ondan ibarətdir ki, zəkaya, loqosa uyğun olaraq
yaşayasan. Burada loqos Heraklitdə olduğu kimi kosmosun aparıcı
prinsipidir. Onlar onu həmçinin Tanrı, müqəddəs od və ya tale də
adlandırırlar. İnsan özünü loqos qarşısında o zaman ifadə edə bilər ki,
onun ruhu kosmosla harmoniyadadır. Bu halda ruh kosmosu idarə
edən nizamı və harmoniyanı müəyyən qaydada ifadə edir.
Ən vacib nailiyyət, görünür, ondadır ki, hər şeyin zəka əsasında
nizama salındığını və bunun təsiri nəticəsində də baş verənlərə
müdaxilə etmənin mümkünsüzlüyünü dərk edəsən. Hər bir şey loqos
və ya Tanrı tərəfindən idarə olunur. İnsan baş verən hər bir şeyi
sevinclə qəbul etməyi öyrənməlidir. "Səninlə baş verən hər bir şeyi
sənin arzunla baş verən şey kimi yaşamalısan. Elə buna görə də, sən
sanki bilərəkdən arzu etməlisən ki, bütün hər bir şey Tanrının iradəsi
ilə baş versin". Roma stoiklərindən biri olan Seneka belə yazırdı
(Quaestiones naturales III, praefatio).
Stoiklər həmçinin xarici dünyaya asketik-əxlaqi münasibəti və
xarakterin daxili qüvvələrinin tərbiyə olunmasını təbliğ edirdilər.
İnsan stoik sakitlik, yəni taleyin zahiri dönüşlərinə münasibətdə
"qorxmazlıq" (apatiya) nümayiş etdirməlidir
103
.
Əgər Epikürü estetlik edən və sərhesab burjua ilə müqayisə
etmək olarsa, stoik əsl centlmendir! O, dəmir iradəyə malikdir, xarici
şəraitə qarşı biganədir və Hindistanın tropik günəşi altında üç milyon
"yerli"ni idarə edənlərlərə məxsusdur.
İndi, əlbəttə ki, fərdin öz xoşbəxtliyini necə təmin edə bilməsi
barədə suala stoiklərin verdiyi cavaba etiraz etmək olar. "Daxili"
amillər üzərində hökmranlıq etmək ola bilər ki, bir çox xarici amillər
üzərində hökmranlıq etmək qədər çətindir. Şübhəsiz ki, bu samballı
etirazdır. Amma eyni zamanda biz xatırlamalıyıq ki, ellinist-Roma
dövründə təbiəti (xəstəlikləri, məhsulsuzluğu və i.a.) və siyasi şəraiti
idarə etmək imkanı nisbətən az idi. Əgər bizim üçün appendiksi
kənarlaşdırmaq qorxudan və ya qəzəbdən xilas olmadan daha
sadədirsə, antik insan üçün situasiya diametral əks idi. Buna görə də,
stoiklər adamlara nəzarət oluna biləni, yəni onların öz daxili
stimullarını idarə etmək məsləhətini verdikləri zaman, bu, tamamilə
qeyri-real deyildi.
İcma-daxilində-insandan xüsusi fərdiyə keçidə uyğun olaraq
ruh (mind) təbiətdən və cəmiyyətdən ayrı olan nəsə daxili bir şey kimi
başa düşülməyə başladı. Belə bir anlam müəyyən mənada artıq
103
Kiplinqin "Əgər" şeri ilə müqayisə edin.