244
hörmətin(Innenleben) meydana çıxması və həmçinin bütün insanlar
üçün ümumi olan qanun idealının təşəkkül tapması.
Elə bu dövrdə də etikanın və siyasətin antik yunanlara xas olan
vəhdəti də yox oldu. Öncül yerə xüsusi fərdin etikası çıxdı, siyasət isə
arxa planda qaldı. Yalnız Roma stoikləri siyasətə müsbət qiymət
verdilər, amma, bu qiymət Platonda və Aristoteldə olduğundan
tamamilə başqa bir mənaya malik idi. Siyasət lokal cəmiyyətin
sərhədləri daxilində rasional ümumyaşayış qaydaları kimi deyil, hər
şeydən öncə imperiyanın idarə olunmasının ümumi hüquqi prinsipləri
olaraq anlaşılmağa başladı.
Epikürçülük - şəxsi rifah halının təmin olunması
Epikürçülük b.e.ə. 341-270 illərdə yaşamış Epikürün
(Epicurus) adı ilə bağlıdır. Epikür məktəbi, "bağı" özünün dostsayağı
və mülayim atmosferi ilə tanınırdı. Buraya həm qadınlar, həm də
kölələr gəlirdilər ki, bu da antik dövr üçün kifayət qədər qeyri-adi idi.
Hər bir insanın xoşbəxtliyini necə təmin etmək barədə suala
epikürçülüyün cavabı belə idi: həzz al, amma düşünürək. Başqa sözlə,
yaxşı həyat – firavanlıq və ağrının və əzabların yoxluğudur. Həyatı
boyu maksimum firavanlığa və minimum əzablara nail olmaq üçün
insan öz əməllərini ölçüb-biçməlidir. Məsələn, mən indi arxasınca
əzab gələ bilən qısamüddətli və güclü həzzi axtarmalıyammı və ya
gələcəkdə daha uzun müddətli firavanlıq xatirinə indiki həzzdən
imtina etməliyəmmi?
Başqa cür deyilsə, tərbiyəli və müdrik estet olmaq zəruridir!
Həzz, amma ölçürüb-biçilmiş həzz! Siyasətlə və əzablı qayğılar gətirə
bilən və təhlükəli ola bilən bu kimi digər şeylərlə məşğul olmaq lazım
deyildir. Özünün təhlükəsiz dünyanda yaşa, burada sən öz pendirin və
özünün şərabınla əmin-amanlıq içərisində həzz ala bilərsən.
Epikürçülər heç bir halda pozğunluqla, acgözlüklə və
sərxoşluqla səsləşən, ağılsız bir həyat tərzi keçirən bohema deyildilər.
Əksinə, Epikür ehtiyatlı həyat tərzini öyrədirdi. Yalnız o firavanlıq
təqdirə layiqdir ki, o, nəzarət altındadır və fərdin xoşbəxtliyini təmin
edə bilir.
Epikürçü həyati fəlsəfəni sədələşdirilmiş bir şəkildə belə ifadə
etmək olar:
1) mövcud olan yeganə nemət həzzdir.
2) maksimal həzzi təmin etmək üçün nemətin o növlərinə üz
tutmaq gərəkdir ki, biz onlara nəzarət etmək iqtidarındayıq.
245
Həzzi (yunanca, hedone) ən yüksək və yeganə nemət olaraq
şərh edən təlim hedonizm (həzz fəlsəfəsi) adlanır. Deməli,
epikürçülük ölçülüb-biçilmiş hedonizmdir.
Beləliklə, epikürçülük həzzi (hedone) hissi ehtirasın ödənilməsi
kimi nəzərdən keçirmir. O, firavanlığın dostluq və ədəbiyyatla məşğul
olma kimi zərif və təhlükəsiz formalarına xüsusi əhəmiyyət verir.
Əgər insan şəxsi xoşbəxtliyə nail olmağı arzu edirsə, o, özünü həzzin
daha etibarlı və daha zərif formaları ilə məhdudlaşdırmalıdır.
Təbii ki, epikürçülük siyasi fəaliyyətə mənfi münasibət
göstərir, çünki siyasi fəaliyyət həzlərdən daha çox əzab doğura bilər.
O, dövləti və cəmiyyəti özlüyündə dəyər və ya özlüyündə dəyərə
malik olan bir şey kimi nəzərdən keçirmir
100
. Yalnız həzz (həzz zəruri
olaraq fərdin həzzidir) özlüyündə dəyərdir. Dövlət və cəmiyyət yalnız
o zaman nemət olacaqlar ki, onlar fərdi həzzlə təmin edirlər və
əzabların qarşısını alırlar. Qanunlar və adətlər yalnız şəxsi
maraqların(mənafelərin)
reallaşma
vasitələri
kimi
dəyərə
malikdirlər
101
. İnsanı qanunu pozmadan saxlayan amil - cəzadır, yəni
ağrı qorxusudur.
Hər şey fərdi həzzə əsaslanır. Yaxşı əxlaq və ya yaxşı qanunlar
fərdi həzzi maksimallaşdırır. Hüquq və əxlaq üçün bundan başqa heç
bir digər əsas yoxdur. (Amma kim müəyyənləşdirir ki, on başqa
adamın aldığı həzz mənim aldığım həzzdən daha samballıdır? Və
müxtəlif həzz növlərini mən necə müqayisə edə bilərəm?)
102
Epikürçülüyün təbiət fəlsəfəsi əsasən, görünür ki, Demokritin
atomlar haqqında materialist təliminə uyğun gəlir. O, həyatın
Epikürçü fəlsəfəsini müəyyən qaydada əsaslandırır. Belə ki, ruh və
bizdən uzaq olan və bizə biganə olan tanrılar da daxil olmaqla hər bir
şey maddidir, belə olduqda biz bizə xoş gəlməyən dini fikirlərdən
ehtiyat etməməliyik.
Epikürün təlimindən fərqli olaraq radikal hedonizm təsdiq edir
ki, həyatda yeganə dəyərə malik olan həzz - fiziki həzzdir. O, yüksək
sinif üçün yararlı ola bilən bir nəzəriyyə olaraq xidmət edə bilər, belə
ki, yüksək sinif malların və xidmətlərin müxtəlif növlərinə azad bir
100
Özlüyündə dəyər = "avtotelik" dəyər və ya bir məqsəd olaraq özünə malik
olan dəyər. Yunancadan tərcümədə, auto = özü və telos = məqsəd.
101
Qanunlar və adətlər "heterotelik" dəyərə malikdirlər, yəni onların dəyəri
ondadır ki, onlar nəsə başqa bir şey üçün vasitələrdirlər, o şey üçün ki, öz
məqsədinə (telos) öz daxilində malikdir.
102
Utilitarist Bentam XVIII əsrin sonunda müxtəlif həzz növlərinin
hesablanması nəzəriyyəsini təklif etdi. Bununla bağlı olan problemlər 17-ci
Fəsildə nəzərdən keçirilir.