Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə118/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   114   115   116   117   118   119   120   121   ...   402

 

248 


yunansayağı  deyildir.  Etika  siyasətdən  ayrı  başa  düşülməyə  başladı. 

Hər  bir  insan  öz  daxili  dünyasını  cəmiyyətdən  və  ətrafından  asılı 

olmayaraq  özü  formalaşdırdı.  Cəmiyyətdən  ayrı  olan  xüsusi  əxlaq 

haqqında təsəvvür yaranır. 

Görünür  ki,  epikürçülük  heç  bir  zaman  çoxlu  ardıcıla  malik 

olmamışdır, stoisizm isə böyük nüfuza malik idi, özü də yalnız Roma 

zamanında  yox.  Stoiklərin  etik  və  hüquqi  ideyaları  orta  əsr 

fəlsəfəsində mühüm rol oynamışdır. 

Stoisizm  bircinsli  hərəkat  deyildi.  O,  yunan  stoiklərindən 

Roma  stoiklərinə  keçid  zamanı  fundamental  dəyişikliklərə  məruz 

qalmışdır. 

Kiniklər


104

 cəmiyyətdən  uzaqlaşmışdılar,  sadə  və  çox  zaman 

primitiv həyat tərzi sürürdülər, bu sadə və primitiv həyat tərzini onlar 

insan  üçün  təbii  hesab  edirdilər  (insanın  belə  bir  anlamı  insan 

təbiətinın Aristotel tərəfindən anlaşılmasının tam əksliyi idi). Belə ki, 

kinik Sinoplu Dioqen (Diogenes from Sinope, b.e.ə. təqribən 404-324 

illər) "təbii"ni tərifləyərək və sünini pisləyərək boçkada yaşamışdır. 

Kiniklərin  təlimi  az  miqdarda  "nemətə"  malik  olan  aşağı 

ictimai  siniflərin,  demək  olar  ki,  ideologiyası  idi.  O,  faydasız  bunt 

çağırışı əvəzinə  adamları  nemətlərə  malik ola  bilmədikləri halda  elə 

nemətlər olmadan da məmnun olmağa səsləyirdi

105



Əgər  radikal  hedonizm  yüksək  siniflərin  eskapizmidirsə

106



ayrı-ayrı  hedonistlər  (Hegesiy)  məyus  olan  aşağıların  özünü  məhv 

ideologiyasını  təbliğ  edirdilərsə,  kiniklər  aşağılara  "malik  olduqları 

ilə  qane  olmağı",  öyrədirdilər,  hətta  əgər  onlara  daha  nəyisə  əldə 

etmək çətin olsa da. 

Ellinistik  (yunan)  stoisizm  -  Sitionlu  Zenon  (Zenon  Citium, 

b.e.ə.  təqribən,  336-264),  Kleanf  (Cleanthes,  b.e.ə.  331-232)  və 

Xrisipp (Chrysippus, b.e.ə. təqribən, 278-204) - "orta sinfin" haradasa 

fərqləndirici cəhəti oldu. Burada vacib amillər olaraq dünyadan yalnız 

asketik  imtina  deyil,  həm  də  borc  hissi  və  xarakterin  tərbiyəsi 

                                                

104

 Kiniklər  sokratik  məktəb  adlanan  bir  antik  cərəyanın  nümayəndələri 

olaraq  məşhur  idilər.  Onun  adı  ellinist-Roma  dövründə  "həyati  fəlsəfə" 

məktəbləri  ilə  Sokrat  (və  sofistlər)  arasında  müəyyən  əlaqənin  olduğunu 

göstərir.  

105

 Onların  müasir  hippiyə  oxşarlığı  da  elə  burada  bitir.  Hippi  əsasən 

istehlakçı  kapitalist  cəmiyyətinin  nümayəndələrinin  uşaqlarından  ibarətdir. 

Onlar  bu cəmiyyətin  maddi istehlakla bağlı  olan bəzi  aspektlərindən  özlərini 

könüllü olaraq kənarlaşdırırlar və eyni zamanda cəmiyyətdən tamamilə imtina 

etdiklərini düşünərək parazit həyat tərzi sürürlər.  

106

 Eskapizm = qaçma.  



 

249 


nəzərdən keçirilmişdir. Bundan başqa, stoiklər insanların hamısı üçün 

qüvvəyə malik olan təbii hüquqi qanun barədə danışmağa başladılar. 

Stoisizm  əsasən  yuxarıların  ideologiyası  olduqdan  sonra  da 

dəyişməkdə  davam  etdi.  Borc  hissinin  və  xarakter  tərbiyəsinin 

stoiksayağı  vurğulanması  və  ümumi  qanunlara  stoiksayağı  inam 

yüksək  Roma  sinifləri  üçün  cazibəli  oldu  və  onlar  stoisizmi,  son 

nəticədə, Roma imperiyasının özünəməxsus ideologiyasına çevirdilər. 

Bununla  eyni  zamanda  aşağılarda  kinizmin  o  aspektlərindən  imtina 

baş  verdi  ki,  bunlar,  dünyadan  ayrılmanı  nəzərdə  tuturdu  və  onları 

dövlət  əxlaqını  dəstəkləyən  borc  hissinə  və  güclü  və  məsuliyyətli 

xarakterin  tərbiyəsinə  əsaslanan  aspektlər  əvəz  etdi.  Dünyadan 

ayrılmanın  ilkin  kinik  konsepsiyasından  yalnız  daxili  olanın,  özəl 

olanın  xarici  olandan,  ictimai  olandan  fərqləndirilməsi  qaldı. 

Tənhalıqda  qalan  insan  (filosof  Mark  Avreli)  öz  məhrəm  fikirlərini 

qələmə aldı və eyni zamanda öz vətəndaş borcunu aktiv olaraq yerinə 

yetirdi (imperator Mark Avreli ). 

Bir  daha  vurğulamaq  lazımdır  ki,  daxili  və  xarici,  öz 

daxilindəki  məhrəm  fikirlər  və  xarici  yazıq  dünyanın  idarə  olunması 

işinin ağır məsuliyyəti arasındakı bu bölgü o zaman indi olduğundan 

daha  anlaşıqlı  idi.  İmperator  Avreli  başqa  nə  edə  bilərdi?  Minimal 

əmək haqqı və xəstəlik üzrə vəsaitmi? Kifayət qədər inkişaf etməmiş 

texnologiyaya malik olmayan quldarlıq cəmiyyətindən buna oxşar bir 

şeyi gözləmək qəribə olardı

107


Roma  stoiklərində  -  Siseron  (Cicero,  106-43  b.e.ə.),  Seneka 

(Seneca,  4  b.e.ə.  -65  sonra  R.  X.),  Epiktet  (Epictetus,  təqribən,  50- 

138),  Mark  Avreli  (Marcus  Aurelius,  121-180)  -  ilkin  asketiktik  və 

zahidlik  askeza  (özünüməhdudlaşdırma)  və  siyasi  borc  arasındakı 

gərginliklə  əvəzlənir.  Roma  stoikləri  həmçinin  əsas  yunan  siyasi 

anlayışlarını  da  inkişaf  etdirirlər.  Kobud  deyilsə,  insan  artıq  qrupun 

üzvü  tərkib  hissəsi  deyil,  ümumi  dövlətin  daxilində  bir  fərd  kimi  və 

ümumi hüququn bir subyekti kimi çıxış edir. Prinsipcə, bütün fərdlər 

qanun qarşısında bərabərdir. Fərdin hüququ onun funksiyası ilə deyil, 

hər  yerdə  və  həmişə  tətbiq  oluna  bilən  universal  qanunla 

müəyyənləşirlər.  Təbii  hüquq  ideyası  burada  özünün  inkişaf  etmiş 

formasında çıxış edir. 

                                                



107

 Biz  müəyyən  bir  zehni  eksperiment  apara  və  özümüzdən  soruşa  bilərik: 

qulların  mövcudluğu  və  varlılar  və  yoxsullar  arasındakı  son  dərəcə  böyük 

fərqlər  zəruri idimi?  Məgər,  məsələn, sosial  antropoloqlar  bizi öyrətmirlərmi 

ki, təbiətşünaslıq və sənaye olmadan da sosial və maddi olaraq təmin olunmuş 

cəmiyyəti yaratmaq mümkündür? 


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə