Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə120/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   116   117   118   119   120   121   122   123   ...   402

 

252 


prinsipial ikimənalılığını göstərir. O, mövcud qanunların əsaslandırılması 

üçün  də,  tənqid  olunması  üçün  də,  saxlanılması  üçün  də  və  həmçinin  

ictimai  əsasların  dəyişdirilməsi  üçün  də  istifadə  oluna  bilər  (kilsənin  və 

dövlətin qarşılıqlı münasibətləri barədə baxın. Fəsil 6). 

Amma,  stoik  təbii  hüquq  məgər  bütün  insanların  fundamental 

bərabərliyini 

təsdiq 

etmirmi? 



Belə 

olduğu  halda  mövcud 

bərabərsizliyə  necə  yol  vermək  olar?  Cavab  qismən,  müəyyən 

dərəcədə  bərabərliyin  stoik anlamının  ikimənalılılığı  ilə  bağlıdır.  Hər 

bir  kəs  vahid  loqosa  aiddir  və  bu  mənada  hamı  bərabərdir.  Bu 

aidiyyat,  eyni  zamanda,  yaxşı  və  xoşbəxt  həyat  üçün  heç  bir 

əhəmiyyətə  malik  deyildir  və  insanın  varlı  və  ya  yoxsul  olacağını, 

hökmdar  və  ya  kölə  olacağını  müəyyənləşdirmir.  Deməli,  dünyanı 

dəyişdirmək  üçün  ona  aktiv  müdaxilə  etmək  onun  başlıca  məqsədi 

deyildir.  Başlıca  məqsəd  ondan  ibarətdir  ki,  hər  bir  kəs  talenin 

verdiklərini  həyəcansız  təmkinlə  qarşılasın.  Başqa  sözlə,  belə  tipli 

suallar  cavabsız  qalır  ki,  mövcud  sosial  fərqlər  fundamental 

bərabərliyə təsir göstərirmi və bu fundamental bərabərlik bərabərliyin 

iqtisadi  və  siyasi  aktuallaşmasını  tələb  edirmi?  Siseron  bir  dövlət 

xadimi  olaraq  bu  sualların  real  siyasi  şəraitdə  cavabını  tapmışdı. 

İnsanların fundamental bərabərliyinin əksinə olaraq mövcud cəmiyyət 

yalnız  onların  fərqləri  sayəsində  fəaliyyət  göstərir.  Biz  onlarla 

hesablaşmalıyıq.  Elə  buna  görə  də,  Siseron  elə  bir  nizamın 

qurulmasına  zərurət  görmürdü  ki,  burada mülkiyyətin  zəkalı  bölgüsü 

mümkün  olsun.  Siserona  görə,  hüquq  nizamının  əsas  prinsipi  tələb 

edir  ki,  insan,  məsələn,  özgə  mülkiyyətinin  mənimsənilməsi  yolu  ilə 

başqalarına zərər vurmasın və hər bir kəs öz verdiyi vədlərin arxasında 

dursun. Hər şeydən əlavə, bu, o demək idi ki, o, mülkiyyət hüququna 

hörmətlə  yanaşılmasına  və  həmçinin  müqavilələrin  yerinə 

yetirilməsinə böyük əhəmiyyət verirdi. 

Siseronun əsərləri  -  xüsusən  Qanunlar  haqqında (De  legibus), 



Vəzifələr  haqqında  (De  offiis)  və  Dövlət  haqqında  (De  re  publica) 

əsərləri  -  vasitəsi  ilə  stoik  təsəvvürlər  Romanın  hüquqi  təfəkkürünə 

güclü  təsir  göstərmişdir.  "Həqiqi  qanun  təbiətə  uyğun  olan  hüquqi 

səbəbdir.  O,  ümumən  tətbiq  oluna  biləndir,  dəyişməzdir  və  əbədidir. 

O, öz tələbləri ilə borcun yerinə yetirilməsinə çağırır və öz qadağaları 

ilə qeyri-düzgün əməllərin qarşısını alır... Biz senat və ya xalq vasitəsi 

ilə də onun yerinə yetirilməsindən azad ola bilmərik... Roma üçün bir 

qanun,  Afina  üçün  başqa  qanun  və  ya  indi  üçün  bir  qanun,  gələcək 

üçün isə başqa bir qanun ola bilməz, yalnız yeganə əbədi və dəyişməz 

qanun  vardır  ki,  hamı  üçün,  bütün  xalqlar  və  bütün  zəmanələr  üçün 

eyni qüvvəyə malikdir. . . 



 

253 


Qanuna  tabe  olmayan  öz-özündən  qaçıb  gizlənir  və  öz  insani 

təbiətini  inkar  edir  və  elə  bu  faktların  təsiri  nəticəsində  də  ən  sərt 

cəzaya layiq olur, hətta əgər o, adətən cəza kimi nəzərdən keçiriləndən 

yayınsa belə"

108



Ayrılmaz,  anadangəlmə  şəxsi  hüquqlar  barədə  ideya  əbədi  və 



ümumi  qanun  ideyası  ilə  bağlıdır

109


.  Bu  ideyalar  bir  çox  xalqları 

özündə  birləşdirən  Roma  imperiyasının  şəraitinə  tam  uyğun  gəlirdi. 

Belə  ideyalar  tolerantlığın  müəyyən  dərəcəsi  üçün  əsası  təmin  edirdi 

(həmişə reallıqda olmasa da, ən azı, idealda). Hüququn yunan anlamı 

kimin onun subyekti olması(yunanlar), kimin isə olmaması(varvarlar) 

barədə  kəskin  qarşı  qoyması  ilə  çətin  ki,  Roma  imperiyası  kimi 

nəhəng və mürəkkəb bir cəmiyyət üçün siyasətin mənbəyi ola bilərdi. 

Roma  stoikləri  müəyyən  dərəcədə  birgə,  ümumi  məsuliyyət 

hissinə malik idilər, bu isə əksər hallarda yunanlarda yox idi. Stoiklər 

kosmopolitik həmrəyliyin və humanizmin ifadəçiləri idilər. Onlar belə 

bir  dini  əqidəni  bölüşürdülər  ki,  bütün  insanlar  kosmoloji  və  əxlaqi 

bütövə aiddirlər. 

Belə bir kosmopolitik qardaşlıq idealını nəzəri olaraq həmçinin 

Roma  imperiyasında  sıx  əlaqələrin  yoxluğunu  dəf  etmək  üçün 

göstərilən ideoloji səy kimi də şərh etmək olar. Vifleemi və Romanı, 

fərdi  və  imperatoru  böyük  bir  distansiya  ayırırdı.  Stoiklər  onu  dəf 

etmək  üçün  fərd  və  kainat  arasında  harmoniya  postulatını  irəli 

sürdülər. Onlar o atəş barədə danışırdılar ki, o, həm Tanrıda, həm də 

insanda alışıb yanır və insanların qardaşlığına təminat verir. 

Stoiklər od haqqında öyrədirdilər ki, o, müəyyən vaxt intervalı 

keçdikdən  sonra  müntəzəm  olaraq  bütün  hər  bir  şeyi  məhv  edir  və 

dünya  bundan  sonra  yenidən  yaranır.  Lakin  bu  dünya  da  əvvəlki 

dünyada  artıq  baş  verəni  təkrar  edir.  Yaranan  dünya  yeni  odun  onu 

məhv edəcəyinə qədər davam edir. Bu proses yeni dünyalarla və yeni 

yanğınlarla  sonradan  da  özünü  bərpa  edir

110


.  Beləliklə,  stoiklər  tarixi 

bir  dövran  kimi  şərh  edən  konsepsiyanı  müdafiə  edirdilər.  Dünya 

irəliyə (və ya yuxarı və ya aşağı!) doğru düz xətt üzrə deyil, çevrə üzrə 

hərəkət edir: bütün hər bir şey ilin dörd fəsli kimi özünü təkrar edir. 

Od haqqında bu kosmoloji təsəvvürlər, mümkündür ki, həyatın 

stoik  fəlsəfəsinin  əsaslandırılması  kimi  fəaliyyət  göstərmişdir.  Əgər 

                                                

108

 Cicero.  De  republica.  Loeb  Classical  Library.  Translated  by  C.  Keyes. 

Harward University Press, 1928. Bk. III, xxii.  

109

 Qeyd  edək  ki,  təbii  hüquq  doktrinası  XVII  əsrdən  başlayaraq,  zəkanı  və 

şəxsiyyətin  ayrılmaz  hüquqlarını,  məsələn,  həyat  və  mülkiyyət  hüquqlarını 

özünün çıxış nöqtəsi olaraq nəzərdən keçirmişdir.  

110

 Heraklitlə müqayisə edin.  



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə