Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə122/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   118   119   120   121   122   123   124   125   ...   402

 

257 


oxşar  niyyət  üçün  yol  göstərməyəcəyəm;  heç  bir  qadını  abort 

etməyəcəyəm.  Öz həyatımı  və  öz  sənətimi  təmiz  və nöqsansız  yerinə 

yetirəcəyəm.  Mən  heç  bir  halda  daş  xəstəliyindən  əziyyət  çəkənlərə 

yaxın  durmayacağam,  bunu  bu  işlə  məşğul  olan  insanlarn  öhtəsinə 

buraxacağam.  Hansı  evə  girsəm,  mən  oraya  yalnız  xəstənin  faydası 

üçün  girəcəyəm, düzgün  olmayan  və məhvedici əməllərdən,  xüsusən 

qadınlarla və kişilərlə, azad olanlarla və kölələrlə məhəbbət işlərindən 

uzaq olacağam. 

Müalicə  zamanı  -  həmçinin  elə  müalicəsiz  də  -  mən  insan 

həyatı  barədə  gördüklərimi  və  ya  eşitdiklərimi  heç  yerdə  bəyan 

etməyəcəyəm,  oxşar  şeyləri  sirr  hesab  edərək  susacağam.  Mən  öz 

andımı  sözsüz  yerinə  yetirdiyim  zaman  həyatımda  və  sənətimdə 

xoşbəxtlik və əbədi şöhrət qoy mənə nəsib olsun; yalan And içənlərlər 

və andını pozanlara isə qoy bunun əksi nəsib olsun"

111



Hazırkı  vaxtda  həkim  etikası  kodeksinin  bu  variantı  klassik 



hesab  olunur.  O,  həm  həkim  və  xəstə  arasında,  həm  də  həkim  və 

cəmiyyət arasında qarşılıqlı əlaqənin düşünülmüş əxlaqi anlamını şərh 

edir.  Bundan  da  daha  çox  deyilsə,  o,  təbabətdə  Hippokratın  müdafiə 

etdiyi  ehtiyatlılıq  və  diqqət  mövqeyini  ifadə  edir.  Doktor  dərhal 

skalpel  dalınca  qaçmamalı  və  əməliyyat  keçirməyə  tələsməməlidir! 

Hippokrat  üçün  doktor,  hər  şeydən  öncə,  o  mənada  loğmandır  ki,  o, 

dərman  yazmalıdır,  radikal  müdaxiləyə  səy  göstərməməlidir.  Bu 

mövqe  o  məqamın  anlaşılmasına  əsaslanmışdır  ki,  doktor  təbiətin 

əleyhinə  deyil,  ona  uyğun  olaraq  fəaliyyət  göstərməlidir.  Məqsəd  - 

təbii prosesləri  stimullaşdırmaq  yolu  ilə  xəstədə  təbii müvazinətin  və 

harmoniyanın  bərpa  olunmasıdır.  Mümkündür  ki,  bu  yanaşma  bizə 

həddindən artıq passiv görünə bilər, buna görə də, iki amilin üzərində 

dayanmaq  lazımdır.  Əvvəla,  antik  dövrdə  cərrah  əməliyyatları  bizim 

günlərdə  olduğundan  daha  təhlükəli  idi.  Bunun  səbəbi  gigiyena  və 

tibbi  təchizat  kimi  amillər  idi.  İkincisi,  Hippokrat  təbiətə  və  onun 

proseslərinə  münasibətdə  Aristotelə  oxşar  nöqteyi-nəzəri  bölüşürdü. 

Hər bir şey öz  yerini axtarır və insanlar psixosomatik varlıqlar olaraq 

sağlam  olmağa,  başqa  sözlə,  təbiət  tərəfindən  verilən  funksional 

imkanlara  və  harmonik  müvazinətə  çalışırlar.  Doktor  bu  prosesdə 

köməkçi  və  eyni  zamanda  pəhriz  və  həyat  tərzi  barədə  məsləhətlər 

verən  təbib  rolunu  oynayır,  belə  ki,  insanın  özü  bir  bütöv  olaraq 

sağlam olmalıdır. 

Yunan  təbabətində  (Erasistrat,  Erasistratus,  b.e.ə.  təqribən, 

300-240 və Herofil, Herophilus, b.e.ə. təqribən, 335-280) anatomik və 

                                                

111

 Гиппократ.  Избранные  книги.  Перевод  В.  Руднева.  -  М.,  1994.  С.  87-

88.  



 

258 


fizioloji  biliklərin  əldə  edilməsi  üçün  hətta  insanlar  (ölümə  məhkum 

edilmişlər)  üzərində  belə  meyitlərin  yarılması  təcrübəsi  həyata 

keçirilirdi.  Nəticədə,  daxili  orqanların  müfəssəl  təsviri  və  onların 

funksional qarşılıqlı əlaqələrin (məsələn, göz, görmə sinir və mərkəzi 

sinir  sistemi  arasında)  üzə  çıxarılması  mümkün  oldu.  İdrakın  belə 

formaları  ona  görə  zəruri  idi  ki,  müxtəlif  xəstəliklərin  gedişi  və 

dərmanların  təsiri  yalnız  xarici  simptomların  müşahidə  edilməsinə 

əsaslanaraq  təsvir  edilməsin,  həm  də  baş  verənlərin  səbəbləri  izah 

olunsun. 

Qalen  (Galen,  təqribən,  130-200)  Hippokratın  davamçısı  və 

aristotelçi  idi.  O,  vurğulayırdı  ki,  təbiət  özünün  harmonik 

məqsədlərinə  çalışır  və  doktor  bu  prosesdə  ehtiyatlı  müşavir  rolunu 

oynamalıdır.  Qalen  təbiətin  atomistik  anlamının  əleyhinə  çıxış 

etmişdir,  çünki  o,  belə  hesab  etmişdir  ki,  təbiətin  atomistik  anlamı 

həyati  prosesləri  düzgün  təsəvvür  etmir.  Bununla  da,  o,  öz dövrünün 

Demokritin  və  Epikürün  təbiət  haqqında  təlimindən  təbabətin  nəzəri 

əsasları  olaraq  istifadə  etmək  ənənələrinin  əleyhinə  idi.  Qalen  geniş 

şöhrət  qazanmışdı  və  orta  əsrlərin  sonuna  kimi  tibbi  avtoritetlərdən 

biri hesab olunmuşdur. 

Öz  zəmanəsinin  fiziki  cismi  müxtəlif  cismani  flüidlərin 

balanslaşdırılmış  müvazinəti  hesab  edən  görüşlərinə  uyğun  olaraq 

(baxın.  Fəsil  4),  Qalen  psixi  temperamentin  əsas  növlərini 

(sanqviniklər,  fleqmatiklər,  xoleriklər  və melanxoliklər) nəzəri  olaraq 

bu  müvazinətdən  kənaraçıxmalar  kimi  izah  etməyə  çalışmışdır.  Bu 

baxışlarda  həm  müvazinət  və  harmoniya  barədə  klassik  yunan 

ideyaları, həm də ayrı-ayrı şeylərin müxtəlif ilkin başlanğıclardan (od, 

hava,  su,  torpaq)  ibarət  olması  haqqında  təsəvvürlər  öz  ifadəsini 

tapmışdır. 

 

Hüquqşünaslıq 

 

Nəzəri-hüquqi  mühakimələr  sofistlərin  və  Sokratın,  Platonun 



və  Aristotelin,  bütün  stoik  məktəbin  təlimlərində  əhəmiyyətli  yer 

tuturdu. 

Hər  şeydən  öncə,  bu  mühakimələr  hüququn  mənbəyi  və 

əsaslandırılması barədə mərkəzi nəzəri suallarla bağlı idi. Hüquq üçün 

ümumi əhəmiyyətə malik olan və məcburi olan bir əsas mövcuddurmu 

və  ya  o,  son  nəticədə,  yalnız  qüvvələrin  və  ənənənin  ifadəsidir? 

Əvvəllər  biz  təbii  hüquq  konsepsiyası  barədə  Frasimaxdan  və 

Sokratdan başlayaraq stoik anlaşmaya qədərki uyğun debatları kifayət 

qədər  və  təfsilatı  ilə  nəzərdən  keçirmişdik.  Bundan  sonra  isə  biz  bu 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə