Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə130/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   126   127   128   129   130   131   132   133   ...   402

 

276 


epikürçülər  və  stoiklər  Sokrata  gedib  çıxan  əxlaqi  fəlsəfə  ənənəsini 

inkişaf etdirdikləri kimi. 

Amma skeptisizm epistemoloji mənada kifayət qədər ikimənalı 

anlayışdır. Elə buna görə də, skeptisizmin iki forması arasında fərqin 

göstərilməsi  faydalı  olardı.  Birinci  (birbaşa  və  ya  dolayısı  olaraq) 

təsdiq edir ki, biz heç nə bilə bilmərik (Bizim şərhi Qorgi ilə müqayisə 

edin.).  İkinci  adekvat  idrakın  qabiliyyətsizliyi  barədə  heç  nə  təsdiq 

etmir,  amma  müəyyən tədqiqat  aparır,  onun nəticələrinə  münasibətdə 

heç bir qiymət verməmək mövqeyində 

 durur (yunanca, skeptikos = "tədqiqatçı")

117



Antik  skeptiklərin  mühüm  arqumentlərin  müasir  şərhlərini 



ümumi cizgilərdə təsvir edək.

 

1) Hisslər bizə müəyyən biliyi vermir. 

Bizim tərəfimizdən xarici obyektlərdən alınan hissi təəssüratlar 

yalnız  onlardan  deyil,  həm  də  onlarla  bizim  aramızdakı 

münasibətlərdən  (məsələn,  məsafə),  hiss  orqanlarının  vəziyyətindən 

və  bütövlükdə  bizim  vəziyyətimizdən  (ayıqlıq,  yuxu,  dinclik,  oyanış 

və i.a.) asılıdır

118


Praktik  olaraq  biz  bu  problemlərlə  o  zaman  rastlaşırıq  ki,  o 

zaman  hisslər  "bizi  aldadırlar",  məsələn,  bir  emosional  vəziyyətdən 

başqasına  keçid  zamanı,  obyektdən  olan  məsafənin,  onun  nəzərdən 

keçirilmə bucağının dəyişilməsi zamanı və ya bizimlə obyekt arasında 

müxtəlif  mühitlərin  (su,  duman,  buxar  və  i.a.)  olması zamanı.  Bütün 

bunlar  bizim  hissi  qavrayışımıza  təsir  göstərir.  Bundan  da  daha  çox 

deyilsə, fərdlər arasında çoxsaylı fərqlər vardır – bir kəs üçün şirin və 

ya soyuq olan şey, mümkündür ki, başqası üçün heç də belə olmasın. 

Skeptiklər vurğulayırlar ki, biz heç bir zaman bu çətinliklərdən 

xilas  ola  bilmərik.  Bu    çətinliklər,  prinsipcə,  bizim  istənilən  xarici 

predmeti  qavradığımız  zaman  yaranır.  Obyektlərə  elə  bir  neytral 

yanaşma  mövcud  deyildir  ki,  bu  zaman  biz  oxşar  çətinliklərlə 

rastlaşmayaq və obyektləri onlar əslində olduqları kimi dərk edək. 

                                                

117

 A.Ness  (A.  Naeess.  Scepticism.  -  Oslo,  1969.  P.  2-7)  birinci  skeptikləri 

"akademiklər",  ikinciləri  isə  -  "skeptiklər"  adlandırır.  Bu  müəllif  Sekst 

Empirikə əsaslanaraq Pirronu skeptikin ikinci formasına aid edir.  

118

 Uyğun  arqumentləri  Demokritdə  (və  Protaqorda)  tapmaq  olar.  İnsan 

tərəfindən  xarici  obyektləri  hissi  qavrama  vasitəçi  atomların  obyektdən  hiss 

orqanlarına  keçməsi  sayəsində  baş  verir.  Belə  ki,  bütün  xarici  şeyləri  bizim 

tərəfimizdən  dərk  olunması  yalnız  hiss  orqanlarında  yaranan  hissi 

qavrayışlardan asılıdır və bu səbəbdən də biz xarici obyektlər barədə düzgün 

məlumat  alıb-almamağımızdan  əmin  ola  bilmərik.  Ümumiyyətlə,  hiss 

orqanındakı  hissi  təəssüratlar  həm  obyektin  qavranılmasından,  həm  də  hiss 

orqanının vəziyyətindən asılıdır.  



 

277 


Başqa cür deyilsə, elə bir instansiya mövcud deyildir ki, o, bizə 

hissi  qavrayışın  həqiqi  olmasına,  onun  qavranılan  obyektə  həqiqətən 

də uyğun gəlməsinə təminat vermiş olsun. 

Skeptiklərin  fikrincə,  adamların  əksəriyyətinin  çoxlu  şeylərin 

eyni hissi qavrayışına malik olmaları barədə razılığa gəlmələri heç də 

bu  epistemoloji  məsələləri  həll  etmir.  Bizdə  belə  bir  təminat  yoxdur 

ki, hamı bütövlükdə səhv etmir. Bundan da daha çox deyilsə, belə bir 

məsələni  təsdiq  etmək  çox  zaman  çətin  olur ki, insanlar  eyni  obyekti 

qavradıqlarını danışdıqları zaman eyni şeyimi nəzərdə tuturlar. 

Obyektlərə  qərəzsiz  münasibət  tövsiyəsi  yaxşı  səslənir.  Lakin 

o,  bizi  irəliyə  aparmır,  çünki  məsələnin  əsas  çətinliklərini 

toxunulmamış  saxlayır  (baxmayaraq  ki,  oxşar  münasibət  praktikada 

faydalı  da  ola  bilər).  Skeptiklərə  görə,  başlıca  epistemoloji  çətinlik 

ondadır  ki,  hissi  qavrayış  heç  də  həmişə  yalnız  obyektdən  öz 

başlanğıcını  götürən  xalis  və  "qıcıqlanmamış"  impulsun  nəticəsi 

olmayıb, müxtəlif cür təsir göstərən bir neçə amilin nəticəsidir. 

Başqa  sözlə,  insanlar  obyektlərin  həqiqi  təbiətini  dərk  etmək 

iqtidarında deyillər. Biliyin alınması üçün bizdə elə bir metod yoxdur 

ki,  bu  dilemmanın  həllini  mümkün  etsin.  Beləliklə,  həqiqi  və  yalan 

qavrayışlar  arasında  fərq  problematikdir.  Hisslər  bizi  həqiqi  və 

müəyyən biliyə aparmır

119


Qeyd etmək lazımdır ki, nəzərdən keçirilən arqument, görünür 

onu  nəzərdə  tutmur  ki,  biz  özümüzün  gündəlik  həyatımızda  hisslərin 

bizə  verdiyi  məlumatlara  qarşı  etinasızlıq  nümayiş  etdirməliyik. 

Praktikada  yaşamaq  və  özümüzü  qoruyub-saxlamaq  üçün  biz  hissi 

qavrayışlarımızı  nəzərə  almalıyıq.  Skeptiklərin  fikrinə  görə,  yalnız  o 

inam  təkzib  olmalıdır  ki,  bizim hislərimiz  bizi  dünyanın əslində necə 

olması  haqqında  biliyə  aparır.  Duzun  şor  olması  (insanların 

əksəriyyəti  üçün)  və  odun  yandırması  (demək  olar  ki,  hər  bir  kəsi) 

bizə yalnız subyektiv müəyyənliyi verir, obyektin əslində necə olması 

haqqında nəyisə təsdiq etmək hüququnu vermir. 

2) İnduksiya etibarlı nəticə deyildir. 

İnduksiya  müəyyən növdən  olan  ayrıca halların  sonlu  sayında 

bir  sıra  xassələrin  olması  mülahizəsindən  bu  növdən  olan  bütün 

hallarda həmin xassələrin olması barədə çıxarılan nəticədir. "Bütün bu 

vaxta qədər müşahidə olunan qatırlar (45 987 baş) boz-qəhvəyi idilər, 

deməli,  bütün  qatırlar  boz-qəhvəyidir".  Amma  induksiya  etibarlı 

nəticə  deyildir,  belə  ki,  bir  dəfə  başqa  bir  rəngli  qatırın 

doğulmayacağına heç  bir  qarantiya  yoxdur.  Deməli,  induksiya  bizim 

                                                

119

 Baxın.  Hissi  təcrübə  və  müəyyən  bilik  haqqında  Dekartın  mühakimələri, 

Fəsil 10.  



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə