Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə133/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   129   130   131   132   133   134   135   136   ...   402

 

282 


kifayət qədər əsas əldə etmiş olur. Hətta əgər hadisə haqqında həqiqət 

müəyyənləşməmişsə  də,  onun  haqqında  biliyin  bu  və  ya  digər 

dərəcədə əsaslandırılmış olduğunu qiymətləndirmək olar. 

Ehtimala  xüsusi  əhəmiyyət  verən  mötədil  skeptisizmdən  yeni 

informasiyanın  sistematik  olaraq  yığılması  və  onun  mövcud  biliklə 

uyğunlaşdırılması  ideyasına  kimi  isə  bir  o  qədər  də  çox  məsafə 

yoxdur.  Buradan  empirik  tədqiqatlara  kimi  yalnız  bir-neçə  addım 

vardır. Amma, Karnead görünür ki, ayrıca insanın artıq malik olduğu 

informasiyanın  yoxlanılma  tövsiyəsindən  uzağa  getməmişdir.  Hər 

şeydən öncə demək lazımdır ki, yeni informasiyanın sistematik olaraq 

yığılma arzusu və ya tələbi Karneada yaranmamışdı. Bununla belə, o, 

mülahizələrin miqdarına və uyğunluğuna əsaslanaraq onların doğruluq 

ehtimalının daimi olaraq yoxlanılmasının vacibliyini vurğulayır. Hətta 

əgər  şeylərin  həqiqi  mahiyyəti  bu  yolda  açılmasa  da,  o,  praktik 

nöqteyi-nəzərdən kifayət qədər daha yaxşı biliyə aparıb çıxarır. 

Bu  paraqrafın  başlanğıcında  qeyd  olunmuşdu  ki,  antik 

skeptisizm sofistlərə gedib çıxır. Sonra skeptisizm tərəfindən formulə 

edilmiş  problemlərlə  Orta  əsrlərin  başlanğıcında  teoloq  və  filosof 

Avqustin,  Yeni  dövrün  başlanğıcında  isə  rasionalist  Dekart  və 

empiriklər

124

 - Lokk və Hyum - məşğul olurlar. 



 

Skeptisizmin Avqustin tərəfindən təkzib olunması 

 

Skeptiklər deyirdilər ki, müəyyən bilik bizim üçün əlçatmazdır. 



Avqustin  isə  hesab  edirdi  ki,  o,  belə  bir  biliyin  əslində  mümkün 

olduğunu  nümayiş  etdirməklə  bu  mülahizəni  təkzib  edə  bilər.  Dörd 

sahəni  göstərək  ki,  Avqustinin  fikrincə,  burada  müəyyən  bilik  tapıla 

bilər. 


1)  Hətta  bizim  hisslərimiz  belə  bizi  aldadır  və  biz  deyirik  ki, 

bizim  hiss  etdiyimiz  hər  bir  şey  şübhəlidir,  biz  öz  şübhəmizə  də  və 

deməli,  öz  mövcudluğumuza  şübhələnə  bilmərik.  Belə  ki,  mən 

şübhələnirəm  və  mən  bir  şübhələnən  olaraq  da  zəruri  olaraq 

mövcudam.  Deməli,  biz  təkzib  oluna  bilməyən,  bütün  mümkün 

şübhələrdən  yüksəkdə  duran  həqiqətə  malikik:  kim  şübhə  edirsə, 

mövcuddur.  Beləliklə,  bu  sahədə  müəyyən  bilik  vardır  ki, 

skeptisizmin onun qeyri-mümkünlüyü barədə mülahizəsini təkzib edir. 

                                                

124

 Qərb  ədəbiyyatında  qəbul  olunmuş  ənənəyə  uyğun  olaraq,  müəlliflər 

empirizm terminindən o fəlsəfi mövqeni işarə etmək üçün istifadə edirlər ki, o, 

bütün  biliyi  təcrübəyə  aparıb  çıxarır.  Empirizm  termini  eyni  zamanda  o 

mövqeni  də  işarə  edir  ki,  o,  təcrübi  tədqiqatın  və  sınağın  mühüm  olduğunu 

verğulayır.  



 

283 


(Burada  biz  o  məsələyə  toxunmayacağıq  ki,  skeptisizmin  elə mötədil 

formaları mövcuddur ki, bu arqumentlə təkzib olunmur). 

Avqustinin  bu  fikir  yönümü  Dekartın  1200  il  sonra  söylədiyi 

məşhur  ifadəni  xatırladır:  Cogito,  ergo  sum  (düşünürəm,  deməli 

mövcudam.  Baxın.  Fəsil  10).  Subyektin  özündən  ötəri  bilavasitə 

gerçəkliyinin  müəyyən  biliyin  bazisi  olaraq  nəzərdən  keçirilməsi 

Avqustin təfəkkürünün "modernist" (müasir) cizgisidir (baxın. Fəsil 7). 

2)  Avqustin  deyir  ki,  biz  şübhəni  mümkün  olduğu  qədər 

uzaqlara  yaysaq,  onda  biz  yalnız  "mən  mövcudam"  biliyi  ilə  deyil, 

həm  də  "mən  arzulayıram",  "mən  hiss  edirəm",  "mən  bilirəm"  (ki, 

mən  şübhələnirəm,  arzu  edirəm,  düşünürəm,  .  .  .)  biliyi  ilə  qalmış 

olarıq. Qısa deyilsə, biz dərk edən bir varlıq olaraq özümüz haqqında 

bir  sıra  mübahisəsiz  biliklərlə  qalmış  oluruq.  O  zaman  ki,  dərk  edən 

varlıq  özünə  öz  mental  vəziyyətlərini  dərk  etdiyini  deyir,  artıq  o, 

bunun müəyyən bir bilik olduğunu dərk etmiş olur. O zaman ki, mən 

arzulayıram, o zaman ki, mən sevirəm, o zaman ki, mən şübhələnirəm 

və  o  zaman  ki,  mən  bütün  bunlar  haqqında  bilirəm  (ki,  mən 

mövcudam,  mən  sevirəm,  mən  şübhələnirəm),  onda  mən  əminliklə 

təsdiq edə bilərəm ki, mən müəyyən biliyə malikəm. 

Beləliklə,  Avqustin  güman  etmişdir  ki,  skeptisizm  bizim 

mental  vəziyyətlərimizin  idrakına  münasibətdə  təkzib  oluna  bilər. 

İntrospeksiya  (xarici  şeylərin  və hadisələrin hissi  təcrübəsinin əksinə 

olaraq) bizi müəyyən biliyə aparır. 

Burada  etiraz  etmək  olar  ki,  skeptiklər,  ehtimal  ki,  inkar 

etməzdilər ki, mental vəziyyətlər barədə bir anlıq mülahizələr kifayət 

qədər  müəyyən  bilik  təqdim  edə  bilər  (o  vaxta  qədər  ki,  biz  hiss 

etdiyimizi  ifadə  etmək  üçün  dildən  istifadə  edərkən  səhvə  yol 

vermirik).  Bəs  uyğun  emosional  vəziyyət  ötüb  keçdikdən  sonra 

onların  doğurduğu  bir  anlıq  belə  mülahizələr  həqiqi  olaraq  tanına 

bilərmi?  Avqustin,  görünür,  düşünmüşdür  ki,  fərdin  öz  daxili 

vəziyyəti  barədə  mülahizələri  hətta  zaman  ötdükdən  və  yaranmış 

vəziyyətlər  başqaları  ilə  əvəz  olunduqdan  sonra  da  müəyyən  bilik 

olaraq qalacaqdır. Bu, o deməkdir ki, biz özümüz barədə ötəri biliklə 

yanaşı,  müəyyən  biliyə  də  malik  ola  bilərik.  Amma  bu  halda  biz  öz 

yaddaşımıza  və  bizim  daxili  təcrübəmizin  dilin  köməyi  ilə  ifadəsinə 

etibar etməliyik, baxmayaraq ki, yaddaşımız səhv edə bilər və dil, ola 

bilər ki, heç də həmişə düzgün istifadə olunmasın və anlaşılmasın. 

Amma  Avqustin  əmin  idi  ki,  bizim  introspeksiyaya  əsaslanan 

və  ani  təcrübənin  sərhədləri  kənarına  çıxan  müəyyən  biliyə  malik 

olduğumuzu göstərə bilmişdir. İntrospeksiya, ən azı müəyyən mənada, 

bizə  bizim  daxili  həyatımız  barədə  xarici  hadisələr  haqqında  hislərin 

köməyi ilə aldığımız bilikdən daha etibarlı olan bilikləri verir. 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə