299
partikulyariyalardan
daha
yüksək formasına malikdirlər və
universaliyalar partikulyariyalardan asılı olmayaraq mövcuddur.
Orta əsrlərdə bu mövqe adətən bu sözlərlə səciyyələndirilirdi:
universalia in rebus, yəni universaliyalar şeylərdə. "Dairə"
universaliyası (forması) insana qədər də mövcud idi və ondan sonra da
mövcud olacaqdır. Amma "dairə" universaliyasının mövcud olması
dairəvi obyektlərdən asılıdır.
Elələri də vardı ki, onlar təsdiq edirdilər ki, universaliyalar
(məsələn, ədalət) nə şeylərdə, nə də şeylərdən asılı olmayaraq mövcud
deyildirlər. Universaliyalar yalnız bizim praktik mülahizələri əldə əsas
tutaraq bir-birinə bənzər şeyləri göstərmək üçün istifadə etdiyimiz
adlardır. Bütün atların xüsusi adlarını sadalamaq əvəzinə biz "at"
barədə danışırıq, yəni ümumi addan, universaliyadan istifadə edirik.
Orta əsr nominalizmini adətən bu ifadə səciyyələnir:
universalia post res, universaliyalar şeylərdən sonra. Başqa sözlə, biz
öncə partikulyariyalar ilə tanış oluruq və sonra, bu praktiki olaraq
zəruri olduqda isə ümumi addan (universaliyadan) istifadə edirik.
Nominalistlər deyə bilərdilər ki, anlayışlar fərdi şüurdan asılı
olmayaraq deyil, fövqəlmental olaraq deyil, yalnız fərdi şüurda
mövcuddurlar.
Bir neçə aralıq nöqteyi-nəzərləri də xatırlamaq gərəkdir.
Məsələn, Orta əsrlərdə belə bir mövqe yaranmışdı ki, onun tərəfdarları
təsdiq edirdilər ki, şeyləri öz təsəvvürlərinə uyğun olaraq yaradan
Tanrının nöqteyi-nəzərindən, universaliyalar şeylərə qədər (ante res)
mövcuddurlar. Amma gerçək olaraq mövcud olan şeylərin nöqteyi-
nəzərindən baxıldıqda isə, universaliyalar şeylərdə (in rebus)
mövcuddurlar. Eyni zamanda insani idrak nöqteyi-nəzərindən
baxıldıqda universaliyalar şeylərdən sonra (post res) mövcuddurlar.
Bu halda insani idrak ayrıca şeylərin hissi qavrayışından başlayan bir
proses olaraq başa düşülürdü. Foma Akvinalı bu mövqeni başqa
nöqteyi-nəzərlərin müəyyən bir harmonik sintezi olaraq demək olar ki,
bölüşürdü.
Universaliyalar barədə mübahisənin əsas sualına verilən
müxtəlif cavablar yuxarıda sadalandı. Bəzi arqumentlərin (Platonun və
Aristotelin) cizgiləri öncə verilmişdi və qeyd olunmuşdu ki, müxtəlif
cavablar müxtəlif nəticələrə malikdir. Müəyyən mənada, realizm
təsdiq etməyə imkan verir ki, obyektiv və idraka yatımlı əxlaq
mövcuddur. Bundan da daha çox deyilsə, Orta əsrlərdə bir çoxları
güman edirdilər ki, realizm xristian teologiyası ilə ən yaxşı bir
qaydada uzlaşır. Nominalistlər isə bəzən bidətçi olaraq nəzərdən
keçirilmişlər. Sonradan biz görəcəyik ki, inamın və biliyin qarşılıqlı
münasibətinə dair müxtəlif nöqteyi-nəzərlər (məsələn, katolik və
300
protestant nöqteyi-nəzərlər) universaliyalar barədə mübahisədə onların
mövqeləri ilə bağlıdır.
Realizm ilkin orta əsr fəlsəfəsində hökmranlıq etmişdir. Orta
əsrlərin çiçəklənməsi dövründə (təxminən, 1250) Foma Akvinalı
mötədil realizmi təmsil edir. Universaliyalar Tanrının təfəkküründə
(ante res), ayrıca şeylərdə (in rebus) və bir abstraksiya olaraq insani
təfəkkürdə (post res) mövcuddurlar. Lakin son Orta əsrlərdə birinci
yerə nominalistlər, məsələn Okkam və sonradan, Lüter çıxdılar.
Foma Akvinalı –
insan ictimai varlıq kimi
və
qanunlar
Aristotelin əsərlərinin əksəriyyəti uzun müddət qərb xristian
dünyasına məlum deyildi. 1200-cü illərdə Aristotel təzədən kəşf
edildi. Kilsənin ilkin reaksiyası neqativ oldu - Aristotel bütpərəstdir.
1210-cu ildə Aristotel Paris universitetində qadağan olunmuşdu.
Amma tezliklə bu qadağa aradan götürüldü və Foma Akvinalının
(1225-1274) təlimi xristianlığı və aristotelizmi teoloji olaraq sintez
etdi. Bu sintez sonradan o dərəcədə vacib oldu ki, Roma-katolik
kilsəsi tomizmi özünün rəsmi fəlsəfəsi kimi nəzərdən keçirməyə
başladı.
Həyatı. Foma Neapol yaxınlığında Akvino deyilən bir yerdə
anadan olmuşdur. O, Monte Kassino Benedikt monastırında və
Neapol universitetində tərbiyə və təhsil almışdır. Ailəsinin
arzuladığının əksinə olaraq yenicə yaradılmış dominikan ordeninin
monarxı olmuşdu. 20 yaşında ikən Paris universitetinə yollanmış,
1245-1248 illərdə burada təhsil almış, xristianlığın və aristotelizmin
birləşdirilməsi üzərində işləyən Böyük Albertin yanında fəlsəfəni
öyrənmişdir.
Fomanın həyatı təhsil məqsədi ilə edilən iş və səyahətlərlə
zəngin idi. O, heç əlli yaşına çatmamış vəfat etsə də, təəccüb
doğuracaq qədər çoxsaylı əsərlər yazmışdır. O, 1323-cü ildə,
ölümündən 49 il sonra müqəddəsləşdirilmişdi. 1879-cu ildə onun
təlimi Roma-katolik kilsəsinin rəsmi fəlsəfəsi olaraq tanındı.
Əsərləri. Əsərlərinin ən məşhurları teologiyaya dair dərsliklər
– Teologiya külliyyatı (Summa theologiae) və Katolik inamın
bütpərəslər əleyhinə yönələn həqiqətlər külliyyatı (Summa de veritate
catholicae fidei contra Gentiles) - idi. Birinci əsər məktəblərdə tədris
olunmaq üçün, ikinci isə xristian missionerlərinə kömək üçün nəzərdə
tutulmuşdu. Bu iri həcmli və sürətlə yazılmış əsərlərə əlavə olaraq o,